Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Malların məhv edilməsi gömrük rejimi
haqqında» Əsasnamənin təsdiq edilməsi haqqında
Əmr ¹ 14
17 fevral 1999-cu il
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:
1. «Malların məhv edilməsi gömrük
rejimi haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. «Malların məhv edilməsi gömrük
rejimi haqqında» Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata
alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Bu Əsasnamə Ədliyyə Nazirliyi
qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (R.Həsənəliyev)
Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Əsasnamənin Komitənin
bütün İdarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət Gömrük
Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.
Komitənin sədri
K.F.HEYDƏROV.
Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
|
«Təsdiq
edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
Qeydiyyat
¹ 151
|
Əmr
¹ 014
|
26
fevral 1999-cu il
|
17
fevral 1999-cu il
|
Nazir
|
Komitənin
sədri
|
S.HƏSƏNOVA
|
K.F.HEYDƏROV
|
Malların
məhv edilməsi gömrük rejimi haqqında Əsasnamə
1. Ümumi müddəalar
Bu Əsasnamə
Gömrük Məcəlləsinin 16-cı fəslinin müddəalarına uyğun olaraq işlənib
hazırlanmışdır.
1.1.
Malların məhv edilməsi xarici mallardan gömrük rüsumları, vergiləri
alınmadan, həmçinin mallara iqtisadi siyasət tədbirləri (kvotalaşdırma,
lisenziyalaşdırma və s.) tətbiq edilmədən onların istifadə üçün
yararsız hala gətirilməsi də daxil olmaqla gömrük nəzarəti altında
məhv edilməsindən ibarət gömrük rejimidir.
1.2.
Malların və ya nəqliyyat vasitələrinin malların məhv edilməsi
gömrük rejimi altında yerləşdirilməsinə gömrük orqanının icazəsi
ilə yol verilir.
1.3.
Malların və ya nəqliyyat vasitələrinin məhv edilməsi marağı olan
şəxsin öz vəsaiti hesabına həyata keçirilir və dövlət üçün heç
bir xərcə səbəb olmur.
1.4.
Malların məhv edilməsi gömrük rejimi üçün bəyan edilmənin qanunauyğunluğuna,
həmçinin bu rejimin şərtlərinə əməl edilməsinə görə malları keçirən
şəxs və ya nəqliyyat vasitələri barədə isə daşıyıcı məsuliyyət
daşıyır.
2. Malların məhv edilməsi gömrük rejimindən istifadə şərtləri
2.1.
Malların məhv edilməsi gömrük rejimi altında aşağıdakı mal və
nəqliyyat vasitələri yerləşdirilir:
a)
Azərbaycan Respublikasının gömrük sərhədindən faktiki olaraq
keçirilərək gətirilən xarici mallar və nəqliyyat vasitələri;
b)
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və tranzit,
gömrük anbarı, rüsumsuz ticarət mağazası, gömrük nəzarəti altında
emal, gömrük ərazisində emal, müvəqqəti idxal, sərbəst gömrük
zonası, sərbəst anbar, təkrar ixrac gömrük rejimləri altında
yerləşdirilmiş xarici mallar və nəqliyyat vasitələri, həmçinin
şərti buraxılmış mallar.
2.2.
Malların məhv edilməsi gömrük rejimi altında aşağıdakıların yerləşdirilməsinə
yol verilmir:
- Azərbaycan Respublikasına
gətirilməsi qadağan olunmuş mallar və nəqliyyat vasitələri;
- Azərbaycan və xarici
ölkə xalqlarının bədii, tarixi, arxeoloji sərvət əşyalarının;
- Yox olma təhlükəsi
altında olan heyvan və bitki növlərinin, onların hissə və törəmələrinin.
2.3.
Gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin
malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilməsinə
aşağıdakı hallarda icazə verilmir:
a)
malların və nəqliyyat vasitələrinin məhv edilməsi ətraf təbii
mühitə mühüm zərər vura bilərsə;
b)
malların və nəqliyyat vasitələrinin məhv edilməsi dövlət üçün
xərclərə səbəb ola bilərsə;
v)
gömrük orqanının malların və nəqliyyat vasitələrinin faktiki
olaraq məhv edilməsinə nəzarət etmək imkanı yoxdursa;
q)
gömrük orqanında bunun üçün kifayət qədər əsaslar olduğu digər
hallarda.
2.4.
Mal və nəqliyyat vasitələrinin malların məhv edilməsi gömrük rejimi
altında yerləşdirilməsinə o halda yol verilir ki, məhvetmə nəticəsində
mallar və ya nəqliyyat vasitələri ilkin istehlak xassələrini və
ya kommersiya dəyərlərini tamamilə itirmiş olsun.
2.5.
Mal və nəqliyyat vasitələrinin məhv edilməsi aşağıdakı qaydada
həyata keçirilir:
a)
malların və nəqliyyat vasitələrinin tamamilə məhv edilməsi ilə
nəticələnən termik, kimyəvi, mexaniki və başqa təsir (yandırma,
dağıtma, basdırma və s.) yolu ilə;
b)
demontaj, sökmə, mexaniki zədələmə, o cümlədən deşiklər açılması,
parçalamalar, zədələr vurulması (bir şərtlə ki, bu cür zədələmələr
malların və nəqliyyat vasitələrinin sonrakı bərpasını və onlardan
ilkin şəkildə istifadəsinin mümkünlüyü istisna etmiş olsun)
yolu ilə həyata keçirilə bilər.
2.6.
Malların və nəqliyyat vasitələrinin məhv edilməsi Azərbaycan Respublikasının
ətraf təbii mühitin qorunması haqqında qanunvericiliyinin tələblərinə
əməl edilməklə həyata keçirilməlidir.
2.7.
Malların məhv edilməsi nəticəsində əmələ gəlmiş tullantılar (qalıqlar)
gömrük nəzarəti altında olan xarici mallar kimi müvafiq gömrük
rejimi altında yerləşdirilməlidir.
2.8.
Gömrük orqanları malların məhv edilməsi gömrük rejimindən istifadə
ilə bağlı hər hansı bir xərci ödəmir.
3. Malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilən
mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
3.1.
Malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilən mal
və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aşağıdakılar
həyata keçirirlər:
- Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilmiş, tranzit gömrük rejimindən, başqa
bu Əsasnamənin 2.1 bəndinin «b» yarımbəndində göstərilən gömrük
rejimləri altında yerləşdirilən şərti buraxılmış malları və
nəqliyyat vasitələrini seçilmiş gömrük rejiminə uyğun olaraq
şəxsin sərəncamına vermiş gömrük orqanı tərəfindən;
- Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin, həmçinin
malların və tranzit gömrük rejimi altında yerləşdirilən və ya
gömrük nəzarəti altında çatdırılma qaydalarına uyğun keçirilən
malların yerləşdiyi fəaliyyət bölgəsində olan gömrük orqanı
tərəfindən.
3.2.
Malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilən mallar
gömrük orqanına müəyyən edilmiş qaydada doldurulmuş yük gömrük
bəyannaməsi və malları keçirən şəxsin ərizəsi təqdim edilməklə
bəyan edilir. Bu cür ərizə 1 saylı əlavədə göstərilmiş formaya
uyğun olaraq təqdim olunur.
Nəqliyyat
vasitələri daşıyıcı tərəfindən gömrük orqanına 1 saylı əlavədə
göstərilmiş forma üzrə tərtib olunmuş ərizə təqdim edilməklə bəyan
edilir.
3.3.
Gömrük bəyannaməsi ilə bərabər gömrük orqanına mallara və nəqliyyat
vasitələrinə aid sənədlər (qaimələr, konosamentlər, hesab-qaimələr
və s.) və həmçinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
üçün lazım olan digər sənədlər təqdim edilir.
3.4.
Malların və nəqliyyat vasitələrinin məhv edilməsinin ətraf təbii
mühitə mühüm ziyan vura biləcəyini güman etmək üçün əsaslar olduqda,
gömrük orqanına Azərbaycan Respublikasının ətraf təbii mühitin
qorunması haqqında qanunvericiliyə uyğun olaraq xüsusi səlahiyyətlərə
malik ekoloji nəzarət orqanlarının rəyini təqdim etməyi tələb
etmək hüququna malikdir.
3.5.
Mallar və nəqliyyat vasitələrinin məhvi potensial təhlükəli, xüsusi
toksik və ya radioaktiv tullantıların atılması, axıdılması, anbarlaşdırılması
ilə bağlı olduğu halda bu cür məhvə yalnız Azərbaycan Respublikasının
ətraf təbii mühitin mühafizəsi və sanitar-epidemioloji nəzarət
sahəsində xüsusi səlahiyyətlərə malik dövlət orqanlarının icazəsi
ilə yol verilir.
3.6.
Malların və nəqliyyat vasitələrinin malların məhv edilməsi gömrük
rejimi altında yerləşdirilməsinə icazə verilməsinə dair qərar,
Azərbaycan Respublikası DGK-nin normativ aktları ilə başqa hal
nəzərdə tutulmayıbsa, gömrük orqanının rəisi və ya onu əvəz edən
şəxs tərəfindən qəbul edilir.
Bu cür
icazə 1 saylı əlavədə göstərilmiş ərizədə «məhv etməyə icazə verilmişdir»
qeydi aparılmaqla sənədləşdirilir və göstərilən şəxsin imzası
ilə təsdiqlənir.
3.7.
Məhv edilməsi gömrük rejimi altında yerləşdirilən malların və
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə qüvvədə
olan qanunvericiliklə müəyyən edilmiş miqdarda gömrük yığımları
alınır.
4. Yekun müddəalar
4.1.
Mallar və nəqliyyat vasitələrinin məhv edilməsi gömrük nəzarəti
altında aparılır.
4.2.
Malların və nəqliyyat vasitələrinin faktiki olaraq məhv edilməsinə
dair 2 saylı əlavədə göstərilmiş forma üzrə akt tərtib olunur.
Göstərilən akt malları keçirən şəxsin səlahiyyətli nümayəndəsi,
yaxud da daşıyıcı, malların və ya nəqliyyat vasitələrinin faktiki
məhv edilməsi zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanır.
4.3.
Malları keçirən şəxs, yaxud nəqliyyat vasitələrinin daşıyıcısı
gömrük orqanına bu əsasnamənin 4.2 bəndində göstərilən aktı həmin
gömrük orqanının müəyyən etdiyi müddətdə təqdim edilir.
4.4.
Gömrük orqanı malların və nəqliyyat vasitələrinin məhv edilməsinin
yalnız gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə həyata
keçirilməsini müəyyən etmək səlahiyyətinə malikdir.
4.5.
Malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılar
və qalıqlar gömrük nəzarəti altında olan xarici mallar kimi gömrük
rəsmiləşdirilməsindən keçməlidir.
4.6.
Malların məhv edilməsinə icazə vermiş gömrük orqanı tullantıların
(qalıqların) gömrük rəsmiləşdirilməsi yerini müəyyən edir.
Gömrük
orqanı tullantıların (qalıqların) müvəqqəti saxlanc anbarına yerləşdirilməli
olduğunu müəyyən edə bilər.
4.7.
Tullantı (qalıq) olan malların buraxılması, yaxud şəxsin sərəncamına
verilməsi (seçilmiş gömrük rejiminə uyğun olaraq) gömrük qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
4.8.
Aşağıdakı tullantı və qalıqlar sərbəst dövriyyə üçün buraxılış
gömrük rejiminə uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçməlidir:
- gömrük dəyəri 20 ABŞ
dollarından artıq deyilsə;
- basdırıldıqlarına
və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların
sonrakı istifadəsi mümkün deyilsə.
Bu zaman
gömrük rüsumları, vergilər və gömrük rəsmiləşdirilməsinə görə
gömrük yığımları tutulmur, bəyanetmə isə ərizədə (əlavə 1) və
aktda (əlavə 2) tullantılar (qalıqlar) barədə məlumatlar göstərilməklə
həyata keçirilir.
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
|
Malların
məhv edilməsi gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 1
__________________________________
(gömrük orqanının adı)
___________________________________________
hüquqi şəxsin adı, ünvanı
və fiziki şəxsin
___________________________________________
s.a.a.a. və ünvanı
|
ƏRİZƏ
Xahiş edirəm ________________________________________________________________
Mallar və ya nəqliyyat
vasitələrinin adı, miqdarı və
___________________________________________________________________
yerləşdiyi yer
məhv edilməsinə icazə verəsiniz.
Məhv edilmənin üsulu ________________________________________________________
Məhv edilmənin yeri __________________________________________________________
Məhv edilmənin tarixi «___»______________________
199____ il
Məhv edilmə nəticəsində
əmələ gəlmiş tullantı (qalıqların) ___________________
___________________________________________________________________
adı və miqdarı (sayının
müəyyən edilməsi mümkün olduğu halda)
Məhv edilmə haqqında aktın
«___»______________________ 199____ ilə qədər Təqdim olunmasına
zəmanət verirəm.
|
|
______________________________________
(rəhbər və ya səlahiyyətli
şəxsin imzası,
fiziki şəxsin imzası)
|
M.Y.
|
«___»______________________
199____ il
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
|
Malların məhv edilməsi
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 2
______________________________________
(gömrük orqanının adı)
|
Məhv etməyə dair
AKT
Bu akt ondan ötrü tərtib
edilmişdir ki, «___»______________________ 199____ il
tarixdə adları çəkilən şəxslərin iştirakı ilə aşağıdakılar
məhv edilmişdir.
_____________________________________________________________________________
_____________________________________________________________________________
(malların və nəqliyyat
vasitələrinin adı, fərdi əlamətləri)
_____________________________________________________________________________
miqdarı, həmçinin məhv
edilməsi yeri və üsulu
məhv etmə nəticəsində
əmələ gəlmişdir: _______________________________________
tullantıların
_____________________________________________________________________________
(qalıqların) adı, fərdi
əlamətləri, miqdarı (ölçü, çəki və s.)
Məhv etmə zamanı iştirak
etdilər: ___________________________________________
_____________________________________________________________________________
(məhv etmə zamanı iştirak
etmiş şəxslərin vəzifələri, iş yerləri)
_____________________________________________________________________________
(s.a.a.a)
(imza)
_____________________________________________________________________________
(malların və nəqliyyat
vasitələrini malların məhv edilməsi rejimi altında yerləşdirilmiş
şəxsin səlahiyyətli nümayəndəsinin vəzifəsi və adı)
_______________________________________________________________________
(imza)
(gömrük orqanının vəzifəli
şəxsinin vəzifəsi, s.a.a.a)
|
|
______________________________________
(rəhbər və
ya səlahiyyətli şəxsin imzası,
fiziki şəxsin imzası) |
M.Y. |
«___»______________________
199____ il |
© AzerSoft