Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Sərbəst ticarət haqqında Azərbaycan Respublikası hökuməti və Gürcüstan Hökuməti arasında Saziş

Bundan sonra «Razılaşan Tərəflər» adlanan Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti,

qarşılıqlı iqtisadi əməkdaşlığın sərbəst inkişafına meylli olmalarını təsdiq edərək,

Azərbaycan Respublikasının və Gürcüstanın mövcud iqtisadi inteqrasiya əlaqələrini nəzərə alaraq,

Azərbaycan Respublikası və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığın bərabərlik və qarşılıqlı fayda əsasında inkişafına səy göstərərək,

məhsulların və xidmətlərin sərbəst hərəkəti üçün qarşılıqlı razılaşdırılmış tədbirlər keçirilməsinin zəruriliyi fikri ilə razılaşaraq,

Azərbaycan Respublikasının və Gürcüstanın iqtisadi əməkdaşlığının əsasları haqqında Bəyannamənin müddəalarını və hər bir dövlətin sərbəst xarici iqtisadi siyasət yeritməkdə suveren hüquqa malik olmasını əsas götürərək,

iqtisadi fəallığın artmasına, məşğulluğun tam təmin edilməsinə, məhsuldarlığın yüksəldilməsinə və maddi ehtiyatlardan səmərəli istifadə edilməsinə kömək etmək məqsədilə,

dünya ticarətinin artmasına və onun ahəngdar inkişafına kömək etməklə, onun inkişafı yolunda rast gələn maneələri aradan qaldırmağa cəld göstərərək,

Azərbaycan Respublikasının və Gürcüstanın Ümumdünya Ticarət Təşkilatının və Ticarət və Tariflər üzrə Baş Sazişin (ÜTT/TTBS) Razılaşan Tərəfləri olmaq niyyətlərini təsdiq edərək, ÜTT/TTBS-nin məqsəd və prinsipləri ilə razılaşaraq və çoxtərəfli ticarət danışıqlarının Uruqvay mərhələsi çərçivəsində əldə edilmiş saziş və razılaşmaların nəticələrini diqqət mərkəzində saxlayaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

1. Razılaşan Tərəflər bir Razılaşan Tərəfin gömrük ərazisindən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və ya idxalına ekvivalent təsir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etmirlər.

Əgər Razılaşan Tərəflər lazım bilərsə, razılaşdırılmış mal nomenklaturu üzrə bu ticarət qaydalarından istisnalar hazırki Sazişin tərkib hissəsi sayılan sənədlərlə rəsmiləşdirilir.

2. Bu Sazişin məqsədləri üçün və onun qüvvədə olduğu dövrdə Razılaşan Tərəflərin ərazisindən gələn mallar dedikdə, beynəlxalq qaydalara müvafiq müəyyən olunan mallar başa düşülür.

Maddə 2

Razılaşan hər bir Tərəf:

  • bu Sazişin təsir dairəsinə düşən malları, bilavasitə və ya dolayı yolla, daxildə istehsal olunan, yaxud üçüncü ölkədən gətirilən analoji mallara tətbiq edilən daxili vergi və rüsumlardan yüksəkvergi və rüsumlara cəlb etməyəcəkdir;
  • bu Sazişin təsir dairəsinə düşən malların idxal və ixracına münasibətdə, analoji halda eyni qəbildən olan daxili istehsal mallarına və ya üçüncü ölkədən gələn analoji mallara qarşı tətbiq edilməyən hər hansı bir xüsusi məhdudlaşma və ya tələb qoymayacaqdır;
  • Razılaşan digər Tərəfdən gələn malların anbara vurulmasına, yüklənməsinə, saxlanmasına, daşınmasına, həmçinin onlar üçün ödənclərə və ödənc köçürmələrinə analoji halda öz mallarına və ya üçüncü ölkədən gətirilən mallara tətbiq olunanlardan fərqli qaydalar tətbiq etməyəcəkdir.

Maddə 3

Razılaşan Tərəflər qarşılıqlı ticarətdə bu Saziş çərçivəsində aparılan mal ixracına və ya idxalına ayrı-seçkilik münasibətlərindən, kəmiyyət məhdudlaşdırmalarından və onlara ekvivalent digər tədbirlərdən imtina edəcəklər.

Bu maddədə qeyd edilən kəmiyyət məhdudlaşdırmalarını birtərəfli qaydada və dürüst müəyyən olunmuş müddət ərzində aşağıdakı hallarda tətbiq etmək olar:

  • həmin malın daxili bazarda kəskin qıtlığı olduqda,
  • tədiyə balansının kəskin kəsiri olduqda, və ya
  • hər hansı bir mal Razılaşan Tərəflərin birinin ərazisinə o qədər çox həcmdə və o şərtlərlə idxal olunur ki, bu da həmin ölkənin eyni cür və ya onunla bilavasitə rəqabət qabiliyyətli mal istehsalçılarına zərər vurar, yaxud zərar vurmaq təhlükəsi yarada bilər, və ya
  • bu Sazişin 5-ci maddəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə.

Bu maddəyə müvafiq olaraq kəmiyyət məhdudlaşdırmaları tətbiq edən Razılaşan Tərəf imkan dairəsində, qabaqcadan Razılaşan digər Tərəfə qeyd edilən məhdudlaşdırmaların tətbiq olunmasının əsas səbəbləri, formaları və nəzərdə tutulan müddəti barədə tam məlumat verməlidir və bundan sonra məsləhətləşmələr təyin edilir və ayrıca protokol tərtib edilir.

Bu maddənin 2-ci abzasına müvafiq olaraq məhdudlaşmalar tətbiq edilərkən yaranan bütün məsələləri Razılaşan Tərəflər məsləhətləşmələr yolu ilə həll etməyə çalışacaqlar.

Bu maddəyə müvafiq olaraq tədbirlər seçilərkən Razılaşan Tərəflər onlardan bu Sazişin məqsədlərinə nail olmağa ən az mənfi təsir göstərənlərinə üstünlük verəcəklər.

Maddə 4

Razılaşan Tərəflər mütəmadi olaraq aşağıdakı məlumatları mübadilə edəcəklər:

  • iqtisadi fəaliyyətlə əlaqədar, o cümlədən ticarət, investisiya, vergiqoyma, bank və sığorta əməliyyatları, maliyyə xidmətləri sahələri, gömrük statistikası da daxil olmaqla, gömrük və nəqliyyat məsələləri üzrə qanun və digər normativ aktlar barədə.

Razılaşan Tərəflər milli qanunvericiliklərində bu Sazişin yerinə yetirilməsinə təsir göstərə biləcək hər hansı bir dəyişiklik barədə bir-birlərinə dərhal xəbər verirlər.

Razılaşan Tərəflərin müvəkkil edilmiş orqanları belə məlumatların mübadiləsi qaydalarını razılaşdırırlar.

Maddə 5

Razılaşan Tərəflər, onunla razıdırlar ki, malların təkrar ixracı yalnız ixracatçı ölkənin müvəkkil orqanının yazılı razılığı ilə mümkündür.

Maddə 6

Razılaşan Tərəflər qüvvədə olan gömrük tarifləri və onlardan bütün istisnalar barədə bir-birlərinə məlumat verəcəklər.

Maddə 7

Razılaşan Tərəflər keyfiyyətsiz iş təcrübəsinin bu Sazişin məqsədləri ilə bir araya sığmadığını təsdiq edir və əsasən onun aşağıdakı metodlarına, lakin istisna olmamaqla, yol verməyəcəklərini öhdələrinə götürürlər:

  • Razılaşan Tərəflərin ərazilərində rəqabətə mane olmaq, onu məhdudlaşdırmaq və ya rəqabət şərtlərini pozmaq məqsədi güdən müəssisələrarası müqavilələrə, müəssisə birliklərinin qəbul etdiyi qərarlara və iş praktikasının ümumi metodlarına;
  • öz hakim mövqelərindən istifadə etməklə bir, yaxud bir neçə müəssisənin Razılaşan Tərəflərin bütün ərazisində və ya onun əksər hissəsində rəqabəti məhdudlaşdıran hərəkətlərinə.

Maddə 8

Razılaşan Tərəflər ikitərəfli iqtisadi münasibətlərin tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərini həyata keçirərkən statistik məlumat mübadiləsi və gömrük prosedurlarının aparılması üçün Avropa İqtisadi Birliyinin Malların siyahıya alınması və kodlaşdırılmasının harmonizasiya edilmiş sisteminə və Kombinələşdirilmiş tarif-statistika nomenklaturuna əsaslanmış xarici iqtisadi fəaliyyətin vahid doqquzrəqəmli Mal nomenklaturundan istifadə edəcəkləri barədə razılaşdılar. Eyni zamanda, Razılaşan Tərəflər öz ehtiyacları üçün, zəruri hallarda Mal nomenklaturunu doqquz rəqəm hüdudlarından kənara da artırırlar.

Mal nomenklaturunun etalon nüsxəsinin tətbiqi müvafiq beynəlxalq təşkilatlardakı mövcud nümayəndəlik vasitəsi ilə qarşılıqlı razılaşma əsasında həyata keçirilir.

Maddə 9

Razılaşan Tərəflər tranzitin sərbəstliyi prinsipinə riayət edilməsinin bu Sazişin məqsədlərinə çatmağın mühüm şərti olmasına və onların beynəlxalq əmək bölgüsü və kooperasiya sisteminə qoşulması prosesinin əhəmiyyətli elementi olmasına razıdırlar.

Bununla əlaqədar, milli təhlükəsizlik mənafelərinə toxunan hallardan başqa Razılaşan bir Tərəf Razılaşan digər Tərəfin gömrük ərazisindən, yaxud üçüncü ölkədən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi, yaxud üçüncü ölkə üçün nəzərdə tutulan malların öz ərazisindən maneəsiz keçməsini təmin edəcək və ixracatçıları, idxalçıları və mal daşıyıcılarını, yaxud istənilən üçüncü ölkənin ixracatçıları, idxalçıları və mal daşıyıcılarını, yaxud istənilən üçüncü ölkənin ixracatçıları, idxalçıları və mal daşıyıcılarını tranzit üçün zəruri olan vasitələrlə və xidmətlərlə təmin etməsi şərtlərindən pis olmayan şərtlər əsasında vasitələr və xidmətlərlə təmin edəcəkdir.

Tərəflər, yük vurma-boşaltma işlərinin tarifi də daxil olmaqla, bütün nəqliyyat növlərinin tranziti üçün tariflərin iqtisadi əsaslandırılmış olmasına razıdırlar.

Maddə 10

Bu Saziş istənilən Razılaşan Tərəfin öz həyati mənafeyinin müdafiəsi üçün vacib saydığı və onun iştirakçısı olduğu, yaxud olmaq istədiyi beynəlxalq müqavilələrin yerinə yetirilməsinə qeyd-şərtsiz zəruri olan beynəlxalq təcrübədə qəbul edilmiş tədbirləri görmək hüququna, əgər bu tədbirlər aşağıdakı məsələlərə toxunursa, mane olmur:

  • milli təhlükəsizlik mənafelərinə toxunan məlumatlar;
  • silah, hərbi sursat və hərbi texnika ticarətinə;
  • müdafiə ehtiyacları ilə əlaqədar tədqiqatlara və ya istehsala;
  • nüvə sənayesində istifadə edilən materiallar və avadanlıqların göndərilməsinə;
  • ictimai əxlaq və ictimai asayişin qorunmasına;
  • sənaye və intellektual mülkiyyətin qorunmasına;
  • qızıl, gümüş və ya digər qiymətli metal və daşlara;
  • insanların səhhətinin, heyvanların, bitkilərin mühafizəsi və ətraf mühitin qorunmasına.

Maddə 11

Razılaşan Tərəflər üçüncü ölkələrlə münasibətdə razılaşdırılmış ixracat siyasəti həyata keçirmək məqsədi ilə mütəmadi olaraq məsləhətləşmələr keçirəcək və səmərəli ixracat nəzarəti sisteminin yaradılması üçün qarşılıqlı razılaşdırılmış tədbirlər görəcəklər.

Maddə 12

Bu Sazişin müddəaları Razılaşan Tərəflər arasında əvvəllər bağlanmış ikitərəfli sazişlərin müddəalarını o həddə əvəz edir ki, sonuncular ya birincilərlə ziddiyyətli olsun, ya da eyniyyət təşkil etsin.

Maddə 13

Bu Sazişin müddəalarının şərhi və ya tətbiqi ilə əlaqədar Razılaşan Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir.

Razılaşan Tərəflər qarşılıqlı ticarətdə münaqişə vəziyyətlərinə yol verməməyə çalışacaqlar.

Razılaşan Tərəflər müəyyən edirlər ki, hər iki ölkənin təsərrüfat subyektləri arasında kommersiya müqavilələrinin, yaxud bağlaşmalarının şərhi və ya icrası ilə əlaqədar irad və mübahisələrin həlli, əgər onları dostcasına məsləhətləşmə və danışıqlar vasitəsilə yoluna qoymaq qeyri-mümkündürsə və əgər başqa hal nəzərda tutulmayıbsa, ya Razılaşan Tərəflərin ərazilərində, ya da müqaviləni imzalamış Tərəflərin müəyyənləşdirəcəyi üçüncü dövlətlərin ərazisində yaradılmış arbitraj məhkəmələrinin səlahiyyətlərinə aid olacaqdır.

Arbitraj məhkəmələri tətbiq olunan maddi hüquqları, işlərə baxılmasının normaları, prosedurları, həmçinin onların keçiriləcəyi yeri müəyyənləşdirə bilərlər.

Razılaşan hər bir Tərəf öz ərazisində arbitraj qərarlarının tanınması və yerinə yetirilməsi üçün səmərəli vasitələrin olmasını təmin edəcəkdir.

Maddə 14

Bu Sazişin məqsədlərinin həyata keçirilməsi və iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın təkmilləşdirilməsi üzrə tövsiyələr işlənib hazırlanması üçün Razılaşan Tərəflər birgə Azərbaycan - Gürcüstan komissiyasının yaradılması barədə razılığa gəldilər. Tərəflərdən birinin arzusu ilə bu komissiya Azərbaycan Respublikasında və ya Gürcüstanda toplaşa bilər.

Maddə 15

Azərbaycan Respublikası ilə Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə ödənişlər və hesablaşmalar Sazişə müvafiq olaraq Razılaşan Tərəflərin müvəkkil bankları arasında aparılacaqdır.

Maddə 16

Bu Sazişdə heç nə Razılaşan Tərəflərə bu Sazişin tərəfləri olmayan dövlətlərlə, həmçinin onların birlikləri ilə və beynəlxalq təşkilatlarla bu Sazişin məqsədləri və şərtlərinə zidd olmayan münasibətləri yaratmağa mane olmur.

Maddə 17

Razılaşan Tərəflərin təqdir etməsi şərti ilə istənilən dövlət bu Sazişə qoşula bilər. Qoşulma şərtləri Razılaşan Tərəflərin və qoşulan dövlətlərin öz aralarında razılaşdırılır.

Maddə 18

Bu Saziş Razılaşan Tərəflərin bütün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə yazılı bildirişlərinin mübadilə edildiyi tarixdən qüvvəyə minir.

Saziş onun fəaliyyətinin dayandırılması barədə tərəflərdən birinin yazılı xəbərdar etdiyi tarixdən on iki ay keçənədək qüvvədə qalır.

Tbilisi şəhərində, 1996-cı il martın 8-də hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki əsl nüsxədə hazırlanmışdır, həm də bütün mətnlər eyni qüvvəyə malikdirlər.

Bu Sazişin hər hansı bir bəndinin şərhi zamanı fikir müxtəlifliyi olduqda rus dilində olan mətn əsas götürülməlidir.

Azərbaycan Respublikası
Hökuməti adından

Gürcüstan
Hökuməti adından

Saziş Azərbaycan Respublikası Prezidentinin 16 aprel 1996-cı il tarixli 300 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb