Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında «10» iyun 1997-ci il tarixli Sazişin sərbəst ticarət rejimindən istisna haqqında PROTOKOLU

Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının səlahiyyətli nümayəndələri aşağıdakı müddəalar barədə bu Protokolu bağladılar:

Maddə 1

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında «10» iyun 1997-ci il tarixli Sazişin 2-ci maddəsində nəzərdə tutulmuş istisnalar aşağıdakı mallara şamil edilir:

1. 1 ¹-li Əlavəyə müvafiq olaraq Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına idxal edilən mallar.

2. 2 ¹-li Əlavəyə müvafiq olaraq Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına idxal olunan mallar.

Maddə 2

Bu protokolun 1-ci maddəsinə müvafiq olaraq sərbəst ticarət rejimindən istisnalar şamil edilən mallara münasibətdə Tərəflər bir-birinə daha əlverişli şərait rejimi verirlər, bunlara aiddir:

  • ixrac zamanı alınan gömrük rüsumu, vergisi və baclarına, belə rüsumların, vergilərin və bacların alınması üsulları da daxil olmaqla;
  • gömrük rəsmiləşdirilməsinə, tranzitə, nəql edilməsi, anbara vurulması, yenidən yüklənməsi və digər bu qəbildən olan xidmətlərin göstərilməsinə aid müddəalara;
  • ödəniş üsullarına və ödənişlərin göçürülməsinə;
  • ixrac lisenziyalarının verilməsinə;
  • malların daxili bazarda satılması, alınması, nəql edilməsi, bölüşdürülməsi və istifadə edilməsinə aid qaydalara.

2. Bu maddənin 1-ci bəndinin müddəaları aşağıdakılara şamil edilmir:

  • istənilən Tərəfin gömrük ittifaqı, yaxud sərbəst ticarət zonası yaratmaq üçün, ya da belə ittifaqın, yaxud zonanın yaradılması nəticəsində üçüncü ölkələrə verdiyi üstünlüklərə;
  • Tərəflərin qanunvericiliyinə müvafiq olaraq onların inkişaf edən ölkələrə verdiyi üstünlüklərə;
  • sərhədyanı ticarəti asanlaşdırmaq məqsədilə qonşu ölkələrə verdiyi üstünlüklərə;
  • Tərəflərin xüsusi Sazişlərə müvafiq olaraq bir-birinə verdiyi üstünlüklərə.

Maddə 3

1. Bu Protokol Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sərbəst ticarət haqqında «10» iyun 1997-ci il tarixdə bağlanmış Sazişin tərkib hissəsidir və adı çəkilmiş Sazişlə eyni zamanda qüvvəyə minir.

2. Bu Protokol Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında yuxarıda göstərilmiş Sazişin 2-ci maddəsində nəzərdə tutulmuş yeni Protokolun bağlanması dövrünədək qüvvədə qalır.

10 iyun 1997-ci ildə Almatı şəhərində hər biri Azərbaycan, qazax və rus dillərində olmaqla iki əsl nüsxədə tərtib edilmişdir.

Azərbaycan Respublikası
Hökuməti adından

Qazaxıstan Respublikası
Hökuməti adından

Saziş Azərbaycan Respublikasının 26 iyun 1997-ci il tarixli 342-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («AzerSoft»).


Sərbəst ticarət rejimindən istisnalar protokoluna
Əlavə ¹ 1
«__» __________ 1997-ci il

Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına idxal edilən zaman sərbəst ticarət rejimindən istisna ediləsi malların SİYAHISI

Malların adı

Kod XİF ƏN 1993-cü il

Alkoqollu və alkoqolsuz içkilər

22 qrup (2201, 2202 və 2209-dan savayı)

Tütün və tütünün sənayeəvəzediciləri

24 qrup


Sərbəst ticarət rejimindən istisnalar protokoluna
Əlavə ¹ 2
«__» __________ 1997-ci il

Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına idxal edilən zaman sərbəst ticarət rejimindən istisna ediləsi malların Siyahısı

Malların adı

Kod XİF ƏN 1993-cü il

Likör, araq və digər spirtli məhsullar

2203, 2204, 2205, 2206, 220710000, 220810, 22082, 220830, 220840, 220850, 20890110, 220890190, 220890310, 220890330, 220890390, 22089050, 220890790, 220890910, 220890990

Tütündən siqaretlər

240220000

 

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb