-Rusiya Federasiyasından özüm
üçün avtomobil gətirmək istəyirəm. Bunun üçün nə qədər gömrük vergi
və rüsumu ödəməliyəm?
- Azərbaycan Respublikası ilə Sərbəst Ticarət haqqında
Saziş bağlamış Rusiya Federasiyasından, Rusiya Federasiyasının istehsalı
olunan XİF ƏN-in 8703 mal mövqeyində təsnifləndirilən avtonəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi vergitutma bazasının 18%-i
həcmində əlavə dəyər vergisi və Nazirlər Kabinetinin 12.04.2001-ci
il tarixli 80 saylı qərarına uyğun olaraq gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları alınmaqla aparılır. Həmin mallar idxal rüsumuna
cəlb edilmir.