Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Tranzit gömrük rejimi haqqında Əsasnamə»nin təsdiq edilməsi haqqında

Əmr ¹ 31

29 aprel 1999-cu il
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:
    1. «Tranzit gömrük rejimi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
    2. «Tranzit gömrük rejimi haqqında Əsasnamə» normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunsun.
    3. Bu Əsasnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.
    4. İşlər İdarəsi (R.Zalov) Respublika Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Əsasnamənin Komitənin bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.
    Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi (Ş.Bağırov) və Statistika və Təhlil İdarəsi (A.D.Əliyev) bir həftə müddətində «Tranzit gömrük bəyannaməsinin doldurulması Qaydaları»nı işləyib hazırlasın və təsdiq üçün Komitə sədrinə təqdim etsinlər.
    5. Əmrin icrasına nəzarət Komitə Sədrinin 1-ci müavini A.Əliyevə həvalə edilsin.
Komitənin sədri
K.F.HEYDƏROV.


25 avqust 2004-cü il tarixli, 40-sa nömrəli sərəncama əsasən quvvədən düşmüşdür («VneshExpertService»).
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
Qeydiyyat ¹ 160
5 may 1999-cu il
Nazir
S.HƏSƏNOVA
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 31
29 aprel 1999-cu il
Sədr
K.HEYDƏROV
Malların tranziti gömrük rejimi haqqında
Əsasnamə

1. Ümumi müddəalar
Bu Əsasnamə Gömrük Məcəlləsinin 6-cı fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.
    1.1. Malların tranziti — malların gömrük nəzarəti altında Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergiləri alınmadan və mallara iqtisadi siyasət tədbirləri (kvotalaşdırma, lisenziyalaşdırma və s.) tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.

    1.2. Bu Əsasnamədə əsas anlayışlar aşağıdakı mənada işlədilir: tranzit mal — tranzit gömrük rejiminə uyğun Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilən, barəsində gömrük ödənişləri ödənilməsinin təmin edilməsi tətbiq edilən mal;
    tranzit bəyannaməsi — tranzit gömrük rejimi altında yerləşdirilən malların bəyan edilməsi zamanı istifadə olunan gömrük bəyannaməsi;
    göndərən gömrük orqanı — fəaliyyət ərazisində tranzit malların və nəqliyyat vasitələrinin faktiki gətirildiyi Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsi yerləşən Azərbaycan Respublikasının gömrük orqanı;
    təyinat gömrük orqanı — fəaliyyət ərazisində tranzit malların və nəqliyyat vasitələrinin faktiki aparıldığı Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsi yerləşən Azərbaycan Respublikasının gömrük orqanı;
    aralıq gömrük orqanı — fəaliyyət ərazisində tranzit mallarla yük əməliyyatları aparılmasına icazə verilmiş gömrük orqanı;


    Mallar bir nəqliyyat vasitəsindən digərinə yükləndikdə, fəaliyyət ərazisində bu cür əməliyyat həyata keçirilən gömrük orqanı göndərən gömrük orqanı hesab olunur.

    daşıyıcı — malların təyinat gömrük orqanına çatdırılmasına dair gömrük orqanlarına öhdəlik vermiş, daşımanı həyata keçirən şəxs (fiziki və ya hüquqi);
    malların daşınması — malların tranzit gömrük rejiminə uyğun daşınması;
    ağır çəkili və ya iri həcmli mallar — çəkisinə, ölçülərinə və ya xarakterinə görə adətən örtülü nəqliyyat vasitəsində və ya örtülü konteynerdə daşınmayan mallar;
    mal partiyası — bir nəqliyyat sənədi üzrə bir nəqliyyat vasitəsində (konteynerdə) və ya nəqliyyat vasitələri qrupunda bir mal alanın ünvanına daşınan mallar;
    ödəyici — gömrük ödənişlərinin ödənilməsi və ya gömrük ödənişləri ödənilməsinin təminatı şəklində pul vəsaitlərini gömrük orqanının hesabına keçirən istənilən əlaqədar şəxs;
    hesab-qaimə (invoys) — mala görə ödəniləsi məbləği göstərən sənəd, malın üstündə göndərilən qaimə şəklində istifadə oluna bilər;
    hesab-proforma — mal partiyasının qiyməti və dəyəri haqqında məlumatlar göstərilən, lakin haqq-hesab sənədi hesab olunmayan sənəd (qısa bəyannamə şəklində istifadə oluna bilər);
    spesifikasiya — mal partiyasına daxil olan malların bütün növ və çeşidlərinin siyahısı göstərilən sənəd;
    nəqliyyat sənədləri — dəniz daşımalarında — konosament, şturman qeydi, tərsanə qeydi; dəmiryol daşımalarında — dəmiryol qaiməsi və onun dublikatı; aviadaşımalarda — aviaqaimə; avtomobil daşımalarında — yol qaiməsi;
    gömrük ödənişlərinin şərti hesablanması (ş.h) — tranzit mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməli olarsa, ödənilməli olan gömrük rüsumlarının və ya vergilərin məbləği;


    1.3. Malların Azərbaycan Respublikası ərazisindən tranziti onları göndərən gömrük orqanı tərəfindən tranzit gömrük rejimi altında yerləşdirildiyi andan başlanır və bu Əsasnamədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisindən faktiki çıxarılması ilə başa çatır.

    1.4. Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilən mallar və onları daşıyan nəqliyyat vasitələri (konteynerlər) Azərbaycan Respublikasının ərazisinə gətirildiyi andan tranzit gömrük rejimi başa çatanadək gömrük nəzarəti altında olurlar.
2. Malların tranzit gömrük rejimi altında yerləşdirilməsi şərtləri
    2.1. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə tranziti istənilən yollar və istiqamətlərdə həyata keçirilə bilər.

    Azərbaycan Respublikasının ərazisindən tranzit rejimilə keçirilən mallar:

    təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma, saxlanc itkiləri istisna olmaqla dəyişilməz vəziyyətdə qalmalı;
    yalnız tranzit məqsədlər üçün istifadə olunmalı;
    nəqliyyat vasitələrinin imkanları, təyin edilmiş marşrut və digər daşınma şərtləri nəzərə alınmaqla, göndərən gömrük orqanı tərəfindən müəyyən edilən müddətlərdə təyinat gömrük orqanlarına çatdırılmalıdır.

    Beynəlxalq yük daşımaları üçün nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə daşınan tranzit malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisi ilə təyinat gömrük orqanına çatdırılma müddəti bir sutkada 450 km hesabı ilə ancaq cəmi 48 saatdan çox olmamaq şərti ilə müəyyənləşdirilir.
3. Malların tranzitinə icazə
    3.1. Malların və nəqliyyat vasitələrinin tranziti göndərən gömrük orqanının icazəsi ilə, bu Əsasnamənin 2-ci bölməsində göstərilən şərtlər daxilində, həmçinin nəqliyyat vasitəsi lazımi qaydada təchiz edildikdə gömrük müşayiəti ilə, yaxud da gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gömrük daşıyıcısı tərəfindən daşındıqda və yalnız gömrük ödənişlərinin ödənilməsi təmin edilməsi şərti ilə və eyni zamanda əgər:

    malların Azərbaycan Respublikasına gətirilməsi, aparılması və tranziti qadağan edilməmişsə;
    bu Əsasnamə, habelə Azərbaycan Respublikasının Beynəlxalq müqavilə və Sazişləri ilə başqa hal müəyyən edilməyibsə, tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları ödənilmişdirsə;
    tranzit mallar digər dövlət orqanlarının nəzarətindən keçməlidirsə və həmin dövlət orqanlarının icazələri təqdim edilmiş və nəzarəti həyata keçirilmişdirsə;
    malların eyniləşdirilməsinin mümkünlüyü təmin edilmişdirsə;
    tranzit bəyannaməsi və gömrük məqsədləri üçün tələb olunan digər sənədlər təqdim edilmişdirsə, həyata keçirilir.

    3.2. Bu Əsasnamənin 2 və 3-cü bölmələrində göstərilən şərtlər yerinə yetirilmədikdə malların tranzit gömrük rejimi altında yerləşdirilməsinə icazə verilmir.
4. Tranzit bəyannaməsi və digər zəruri sənədlər
    4.1. Tranzit bəyannaməsi bu Əsasnamə ilə başqa hal nəzərdə tutulmamışdırsa, tranzit malların hər bir partiyası üçün doldurulur.

    Tranzit bəyannaməsi üç nüsxədən az olmamalıdır. MDB XİF MN üzrə müxtəlif kodları olan mal partiyası bəyan edilərkən əlavə vərəqlər də doldurulur. Əlavə vərəqlər əvəzinə onlarda göstərilməli olan məlumatları özündə əks etdirən əmtəə siyahılarından istifadə oluna bilər.

    4.2. Tranzit bəyannaməsi kimi gömrük orqanları tərəfindən aşağıdakılardan istifadə olunur:

    Yüklərin BYD kitabçası tətbiq edilməklə beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası, 1995-ci il) uyğun rəsmiləşdirilmiş BYD kitabçası;
    Tranzit mallar dəmiryol nəqliyyatı vasitəsi ilə daşınarkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş hallarda dəmiryol qaiməsi, əgər onda gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün lazım olan bütün məlumatlar varsa;
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş digər sənədlər, həmçinin Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və Sazişləri ilə təsdiq olunmuş sənədlər. Bu cür sənədlər və onlardan istifadə qaydası Azərbaycan Respublikası
    Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının yerli gömrük orqanlarına çatdırılır.

    Göstərilən hallarda bu Əsasnamə ilə müəyyən edilən tranzit bəyannaməsi gömrük orqanlarına təqdim edilmir.

    4.3. Tranzit bəyannaməsi aydın doldurulmalıdır. Onda pozuntular və ləkələr olmamalıdır. Düzəlişlər səhv məlumatların üstündən xətt çəkilməsi, onların üstündə lazımi məlumatlar çap edilmə yolu ilə aparılır. Hər bir bu cür düzəliş səlahiyyətli şəxsin imzası və deklarantın möhürü ilə təsdiq edilir.

    4.4. Tranzit bəyannaməsini deklarant tərtib edir, imzalayır və göndərən gömrük orqanına təqdim edir.

    4.5. Tranzit bəyannaməsi ilə eyni zamanda gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün lazım olan aşağıdakı sənədlər gömrük orqanlarına təqdim edilir:

    nəqliyyat və malı müşayiət edən sənədlər;
    hesab-qaimələr, yaxud da tranzit malların eyniləşdirilməsinə imkan verən məlumatları əks etdirən hesab-proformalar;
    eyniləşdirmə vasitələri kimi möhürlərdən, plomblardan və eyniləşdirici işarələrdən istifadə oluna bilmədiyi halda, tranzit malların eyniləşdirilməsinin mümkünlüyünü təmin edən sənədlər (malların təsvirləri, çertyojları, foto şəkilləri, illüstrasiyaları və s.);
    gömrük brokerinin (müqavilə əsasında deklarantın), daşıyıcının və ya malları keçirən şəxsin tranzit bəyannaməsini öz adından verməyə səlahiyyətlərini təsdiq edən sənədlər;
    mallar digər dövlət orqanlarının nəzarətindən keçməlidirsə, həmin orqanların icazələri;
    gömrük rüsumlarının, yığımlarının və vergilərinin ödənilməsinin təmin edilməsini təsdiq edən sənədlər.

    Təqdim edilən nəqliyyat və malı müşayiət edən sənədlər, həmçinin digər sənədlər mal alanın Azərbaycan Respublikası hüdudlarından kənarda olması ilə əlaqədar, malların tranzitdən başqa heç bir məqsəd üçün istifadə olunmayacağı barədə gömrük orqanının vəzifəli şəxsləri şübhə doğurmayan məlumatlara malik olmalıdır. Təqdim olunan sənədlərdə kifayət etməyən və düzgün olmayan məlumatlar olduğunu güman etməyə yetərli əsaslar varsa, göndərən gömrük orqanı bu Əsasnamədə göstərilən sənədlərdən əlavə sənədlər tələb etmək səlahiyyətinə malikdir.
5. Tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları və gömrük ödənişləri ödənilməsinin təmin edilməsi
    5.1. Azərbaycan Respublikasının ərazisindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə gömrük yığımları alınır.

    5.2. Aşağıdakılardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları tutulmur:

    xarici ölkələrin ərazisindən tranzitlə keçirilən Azərbaycan mallarından;
    BYD kitabçası tətbiq edilməklə tranzit malların beynəlxalq daşımaları zamanı;
    Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və Sazişləri ilə müəyyən edilmiş hallarda tranzitlə keçirilən mallardan;

    Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına məlumat verilir.

    5.3. Tranzit malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının ödənilməsinə möhlət verilmir və vaxtı uzadılmır.

    5.4. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları göndərən gömrük orqanının hesabına tranzit bəyannaməsi qəbul edilənədək və ya qəbul edilən zaman ödənilir.

    5.5. Bu Əsasnamənin 3-cü bölməsinin 3.1 bəndinə uyğun olaraq, barəsində gömrük ödənişləri ödənilməsi təmin edilməmiş mallar Azərbaycan Respublikası ərazisinə gətirilə bilməz.

    5.6. Gömrük ödənişləri ödənilməsinin təmin edilməsi malların və nəqliyyat vasitələrinin girovu, üçüncü şəxsin (bankların və digər kredit təşkilatlarının, habelə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun lisenziyaya malik sığorta şirkətlərinin) zəmanəti və ya ödənilməli olan məbləğin depozitə verilməsi yolu ilə həyata keçirilə bilər.

    5.7. Aşağıdakı hallarda gömrük ödənişləri ödənilməsinin təmin edilməsi tələb olunmur:

    tranzit mallar dövlət dəmir yolu ilə daşınarkən;
    tranzit mallar BYD kitabçası tətbiq edilməklə daşınarkən;
    tranzit mallar gömrük daşıyıcısı tərəfindən daşınarkən;
    Azərbaycan Respublikasının ərazisindən rüsum və vergilər tutulmayan malların tranziti zamanı.

    5.8. Malların tranziti gömrük rejiminin pozulması hallarında şərti hesablanmış gömrük ödənişləri ödənilməsinin sığortalanması üzrə sənədlərin rəsmiləşdirilməsi, habelə onların ödənilməsi üzrə sığorta şirkətinə qarşı iddialar qaldırılması Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun həyata keçirilir.
6. Malların tranziti gömrük rejiminin digər gömrük rejiminə dəyişdirilməsi. Tranzit mallarla yük əməliyyatları
    6.1. Malların tranzit gömrük rejimi digər gömrük rejiminə aşağıdakı hallarda dəyişdirilə bilər:

    daşıyıcı tranzit mallar daşınarkən, onların sonrakı hərəkətini mümkünsüz edən qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 35-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuş şərtləri təmin edə bilmədiyi hallarda;
    malların mülkiyyətçisi, alıcısı, sahibi olan və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mallarla öz adından hərəkətlər etmək üçün səlahiyyətli olan şəxslərin niyyətləri dəyişdirilərkən.

    Bu cür hallarda tranzit mallar müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir.

    6.2. Malların tranziti gömrük rejimi başqa gömrük rejiminə dəyişdirilərkən malların digər gömrük rejimi altında yerləşdirilməsinin bütün şərtlərinə əməl edilməli və ödənilməli olan gömrük rüsumları və vergilər, habelə gömrük rəsmiləşdirilməsinə görə yığımlar ödənilməlidir.

    Mallar başqa gömrük rejimi altında yerləşdirilərkən tranzit gömrük rejimi başa çatır. Tranzit malların başqa gömrük rejimi altında yerləşdirilməsinə dair qərar qəbul etmiş gömrük orqanı göndərən və təyinat gömrük orqanlarını həmin malların gömrük nəzarətindən çıxarılması üçün məlumatlandırır.

    6.3. Azərbaycan Respublikası ərazisindən tranzit mallar daşınan nəqliyyat vasitələrində (konteynerlərdə) daşınan tranzit mallar başqa nəqliyyat vasitələrinə (konteynerlərə) yüklənə bilər. Azərbaycan Respublikasının ərazisindən tranzit zamanı mallarla yük əməliyyatı gömrük orqanının icazəsi ilə müvəqqəti saxlanc və gömrük orqanlarının müəyyən etdiyi digər yerlərdə gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə aparılır.

    Tranzit və ya çatdırılan malların bir neçə partiyası bir nəqliyyat vasitəsində (konteynerdə) daşınarkən daşınmaya göndərən gömrük orqanı icazə verir. Çatdırılan mallar aralıq gömrük orqanında boşaldılarkən tranzit bəyannaməsində qoyulmuş eyniləşdirmə vasitələri barədə məlumatlar göstərilir.

    6.4. Tranzit və ya çatdırılan malların tranzit malları daşıyan nəqliyyat vasitəsinə (konteynerə) əlavə yüklənməsinə icazə fəaliyyət zonasında bu cür yükləmə həyata keçirilən gömrük orqanı tərəfindən verilir.

    Əlavə yükləmədən sonra tranzit bəyannaməsində qoyulmuş yeni eyniləşdirmə vasitələri barədə məlumatlar göstərilir.

    6.5. Tranzit malların başqa nəqliyyat vasitəsini yenidən yüklənməsinə icazə göndərən gömrük orqanını həyata keçirmiş yenidən yükləmə barədə operativ rabitə kanalları ilə xəbərdar etməklə, fəaliyyət zonasında bu cür yenidən yükləmə həyata keçirilən gömrük orqanı tərəfindən verilir. Yenidən yüklənmiş tranzit malların aralıq gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsindən sonrakı daşınması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada və bu Əsasnaməyə uyğun həyata keçirilir.

    6.6. Tranzit malların bir neçə yenidən yüklənməsi həyata keçirilmişsə, təyinat gömrük orqanına, daşıyıcı tərəfindən tranzit malların keçirilməsinə gömrük nəzarəti məqsədləri üçün istifadə olunan, fəaliyyət zonasında bu cür yenidən yükləmə yerləri yerləşən aralıq gömrük orqanları tərəfindən təsdiq olunmuş bütün sənədlərin surətləri təqdim olunmalıdır.

    Zədələnmiş qablaşdırmanın düzəldilməsinə, qablaşdırmanın açılmasına, qablaşdırmaya və ya yenidən qablaşdırmaya icazə fəaliyyət zonasında bu cür əməliyyatlara zərurətin yarandığı gömrük orqanı tərəfindən verilir. Lazım gəldikdə, tranzit bəyannaməsinə həmin gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiqlənən müvafiq dəyişikliklər edilir.
7. Müxtəlif nəqliyyat vasitələri ilə daşınma zamanı malların tranzitinin xüsusiyyətləri
    7.1. BYD kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq daşınması haqqında Gömrük Konvensiyasına (BYD Konvensiyası, 1975-ci il) uyğun avtomobil nəqliyyat vasitəsi ilə daşınan tranzit malların gömrük rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qayda və bu Əsasnamə ilə müəyyən edilir.
    Tranzit mallar BYD proseduru üzrə yenidən yükləmə həyata keçirilən aralıq gömrük orqanına göndərilmişsə, sonrakı daşımanın rəsmiləşdirilməsi üçün tranzit bəyannaməsindən istifadə olunur. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

    7.2. Azərbaycan Respublikası ərazisindən hava nəqliyyatı ilə tranzit keçirilən mallar o zaman bu Əsasnaməyə uyğun tranzit gömrük rejimi altında yerləşdirilir ki, gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə iki gömrük orqanı arasında nəzarətdə saxlanmaq şərti ilə həmin hava gəmiləri Azərbaycan Respublikası ərazisində iki dəfə və daha çox enmiş olsun.

    Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilən malların gömrük rəsmiləşdirilməsi və nəzarəti aşağıdakı hallarda tranzit bəyannaməsi rəsmiləşdirilmədən və gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları tutulmadan həyata keçirilir:

    texniki enmə zamanı;
    hava gəmisinin iş qabiliyyətinin və sazlığının yoxlanması üzrə əməliyyatlar keçirilməsi üçün dayanması (baqaj, mallar yüklənmədən və boşaldılmadan, onlarla yük əməliyyatları aparılmadan, həmçinin sərnişinləri endirilmədən və düşürülmədən);
    məcburi enmə zamanı;
    mal və ya baqajla hər hansı bir yük əməliyyatı həyata keçirilmədən yoluna davam etmə imkanı olduqda, hava gəmisinin uçuş planına uyğun uçuşu yerinə yetirməyin mümkün olmaması səbəblərinə görə yerə enməsi zamanı.
8. Tranzit malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
    8.1. Tranzit gömrük rejimi altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi göndərən gömrük orqanında həyata keçirilir.

    8.2. Tranzit malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün göndərən gömrük orqanına daşıyıcı və ya deklarant tərəfindən tranzit bəyannaməsi təqdim edilir. Tranzit bəyannaməsi kimi gömrük orqanları tərəfindən həmçinin aşağıdakı sənədlər istifadə olunur:

    BYD kitabçası tətbiq edilməklə yüklərin beynəlxalq daşımaları haqqında Gömrük Konvensiyasına uyğun rəsmiləşdirilmiş BYD kitabçası;
    Tranzit mallar dəmiryol nəqliyyatı ilə daşınarkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi hallarda dəmiryol qaiməsi, əgər onda gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün zəruri olan bütün məlumatlar varsa;
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilən digər sənədlər, həmçinin Azərbaycan Respublikasının beynəlxalq müqavilə və Sazişləri ilə təsdiq edilmiş sənədlər.

    8.3. Göndərən gömrük orqanının tələbi ilə malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs, daşıyıcı və ya mallar və nəqliyyat vasitələri barədə səlahiyyətlərə malik digər şəxs gömrük rəsmiləşdirilməsindən keçməli olan malların və nəqliyyat vasitələrinin daşınmasının, çəkilməsinin və ya miqdarının başqa cür təyin edilməsini, yüklənməsini, boşaldılmasını, yenidən yüklənməsini, zədələnmiş qablaşdırılmasının düzəldilməsini, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür mallar və nəqliyyat vasitələri ola bilən binaların, tutumların və digər yerlərin açılmasını həyata keçirməyə borcludurlar. Göstərilən əməliyyatlar yalnız gömrük orqanlarının nəzarəti və icazəsi ilə aparıla bilər.

    Mallar və nəqliyyat vasitələri ilə yük və başqa əməliyyatlar Azərbaycan Respublikasının gömrük orqanı üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.

    8.4. Tranzit malların gömrük orqanlarının icazəsi olmadan götürülməsi və ya bu cür malların dəyişdirilməsi hallarının aradan qaldırılması üçün mallar, göndərən gömrük orqanı tərəfindən, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulmuş hallarda həm də təyinat gömrük orqanı və aralıq gömrük orqanı tərəfindən eyniləşdirilməlidir.

    8.5. Göndərən gömrük orqanı gömrük yoxlaması, plomblar, möhürlər vurulması, eyniləşdirilmə işarələri qoyulması, malların təsviri, çertyojlar tərtib olunması, miqyaslı təsvirlər, fotoşəkillər, illüstrasiyalar, habelə eyniləşdirmə vasitələri təqdim edilməsi yolu ilə nəqliyyat və malı müşayiət edən sənədlərdəki məlumatların uyğunluğunu yoxlamaq məqsədləri üçün daşınan malların eyniləşdirilməsini həyata keçirir.

    8.6. Malların məhv olması, həmişəlik itirilməsi və ya əhəmiyyətli dərəcədə korlanması təhlükəsi olduğu hallar istisna edilməklə, eyniləşdirmə vasitəsi yalnız gömrük orqanları tərəfindən, yaxud da onların icazəsi ilə dəyişdirilə və ya məhv edilə bilər. Göstərilən hallar yarandıqda, daşıyıcı ən yaxın gömrük orqanına eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, kənarlaşdırılması və ya məhv edilməsi barədə dərhal məlumat verməli və bu cür təhlükənin mövcudluğunu təsdiq edən sübutlarını təqdim etməlidir.

    8.7. Tranzit mallar, o cümlədən ağır çəkili və iri həcmli mallar gömrük qanunvericiliyinə uyğun təchiz edilməmiş üstüaçıq nəqliyyat vasitələrində daşınarkən eyniləşdirmə vasitələri ayrı-ayrı yük yerlərinə qoyula bilər, yaxud da eyniləşdirmə vasitələri kimi malların təsvirləri, çertyojlar, miqyaslı təsvirlər, fotoşəkillər, illüstrasiyalar və malı müşayiət edən sənədlər istifadə oluna bilər. Göstərilən sənədlər göndərən gömrük orqanının vəzifəli şəxsi tərəfindən təsdiq edilir və tranzit bəyannaməsinə əlavə olunur. Eyniləşdirmə vasitələri barədə məlumatlar tranzit bəyannaməsində göstərilir.

    8.8. Gömrük rəsmiləşdirilməsi məqsədləri üçün Azərbaycan Respublikası gömrük orqanları mallardan prob və nümunələr götürmək və onların tədqiqini (ekspertizasını) aparmaq hüququna malikdirlər. Prob və nümunələr tədqiqat aparılmasını təmin edən minimal miqdarlarda götürülür. Gömrük nəzarəti altında mallardan prob və nümunələrin götürülməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi formaya uyğun akt tərtib olunur.

    Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri başqa dövlət nəzarəti orqanları, habelə mallar barəsində səlahiyyətləri olan şəxslər və onların nümayəndələri tərəfindən prob və nümunələr götürülməsində iştirak edirlər. Qanunvericilikdə müəyyən edilmiş qaydada mallar barədə səlahiyyətləri olan şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan prob və nümunələr Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həmin şəxslər mallar təqdim edildikdən 10 gün sonra gəlmədiyi halda, həmçinin təxirəsalınmaz hallarda götürülə bilər.

    Mallardan prob və nümunələr götürülməsi, onların tədqiq edilmə müddətləri və qaydası, eləcə də onlar üzərində sərəncam verilməsi qaydası Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən müəyyən edilir.

    8.9. Tranzit bəyannaməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilən müddətlərdə verilir. Mallar və onları daşıyan nəqliyyat vasitələrinin gömrük orqanına təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müddətdən artıq olmamalıdır.

    Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan boş nəqliyyat vasitələri gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada və müddət ərzində rəsmiləşdirilir.

    8.10. Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada göndərən gömrük orqanın icazəsi ilə tranzit bəyannaməsində göstərilən məlumatlar dəyişdirilə, tamamlana, verilmiş tranzit bəyannaməsi isə götürülə bilər.

    Dəyişikliklər, əlavələr və ya götürülmələr yalnız:

    tranzit bəyannaməsinin yoxlanılması başlananadək;
    malların və nəqliyyat vasitələrinin yoxlanılması başlananadək;
    göstərilən məlumatların gömrük orqanları tərəfindən düzgün olmaması müəyyən edilənədək həyata keçirilə bilər.

    Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri, daxil edilməsi Azərbaycan Respublikası gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş məlumatlardan başqa, öz təşəbbüsləri, şəxsin tapşırığı və ya xahişi ilə yazılı gömrük bəyannaməsini doldurmaq, dəyişdirmək, ona əlavələr etmək, həmçinin maşınla emal üçün istifadə olunan kodlaşdırılmış məlumatları, onlar kodlaşdırılmamış şəkildə olarsa, dəyişdirmək və tamamlamaq hüququna malik deyillər.

    8.11. Azərbaycan Respublikasının ərazisindən tranzit zamanı göndərən gömrük orqanı malların keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının ərazisinə gətirilmə yerindən təyinat gömrük orqanınadək təmin edirlər.

    Xarici dövlətin ərazisindən tranzit zamanı, göndərən gömrük orqanı malların keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının ərazisindən aparılma yerindən təyinat gömrük orqanınadək təmin edir.

    8.12. Göndərən gömrük orqanı:

    tranzit bəyannaməsini tərtib etmiş şəxs tərəfindən onun doldurulma qaydalarına əməl edilməsini yoxlayır;
    tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır və onun üzərində məlumat nömrəsi qoyur;
    malın başqa dövlət orqanlarının nəzarətindən keçməli olub-olmamasını müəyyən edir;
    bu Əsasnamənin 4.6-cı bəndində göstərilən sənədlərin olmasını yoxlayır;
    daşıyıcının əvvəllər malların tranziti və gömrük nəzarəti altında daşınması zamanı gömrük qaydalarını pozub və ya pozmamasını yoxlayır;
    zərurət olduqda malların və nəqliyyat vasitələrinin yoxlanmasını həyata keçirir.

    8.13. Malların tranzitinə icazə verildikdən sonra göndərən gömrük orqanının vəzifəli şəxsləri:

    malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsini təmin edirlər;
    tranzit malların və nəqliyyat vasitələrinin aralıq gömrük orqanına və təyinat gömrük orqanınadək çatdırılması müddətini müəyyən edirlər;
    tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin, o cümlədən hesab-qaimələrin və hesab-proformaların hər bir nüsxəsinə ştamp vurur və həmin ştampı şəxsi nömrəli möhürlə təsdiq edirlər;
    tranzit bəyannaməsinin birinci və üçüncü nüsxələrini mal və digər zəruri sənədlərlə birlikdə aralıq gömrük orqanlarına və təyinat gömrük orqanına təqdim etmək üçün daşıyıcıya verirlər;
    tranzit bəyannaməsinin birinci nüsxəsini özlərində saxlayırlar;
    operativ rabitə kanalları ilə aralıq gömrük orqanını və təyinat gömrük orqanını tranzit malların və nəqliyyat vasitələrinin yola düşməsi barədə xəbərdar edirlər.

    8.14. Mallar və nəqliyyat vasitələri təyinat gömrük orqanına və ya aralıq gömrük orqanına gəlib çatdıqdan sonra daşıyıcı gömrük orqanını tranzit malların gəlib çatması barədə xəbərdar edir. Xəbərdar etmənin forma və qaydasını gömrük orqanı müəyyən edir.

    8.15. Aralıq gömrük orqanının vəzifəli şəxsləri tranzit malların gəlib çatması barədə məlumat aldıqdan sonra:

    malların və nəqliyyat vasitələrinin çatdırılma müddətinə daşıyıcı tərəfindən əməl edilməsini yoxlayır;
    tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
    tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin hər bir nüsxəsinə ştamp vurur və onu şəxsi nömrəli möhürlə təsdiq edir;
    tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır;
    tranzit malların başqa nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət edir;
    mallar başqa nəqliyyat vasitəsinə yükləndikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi tələblərə və bu Əsasnaməyə uyğun hərəkət edirlər.

    8.16. Təyinat gömrük orqanlarının vəzifəli şəxsləri tranzit malların gəlib çatması barədə xəbərdarlıq aldıqdan sonra:

    daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin çatdırılma müddətinə əməl edilməsini yoxlayır;
    tranzit malları və nəqliyyat vasitələrini eyniləşdirir;
    zərurət olduqda malların və nəqliyyat vasitələrinin yoxlanmasını həyata keçirir;
    tranzit bəyannaməsinin, nəqliyyat və malı müşayiət edən sənədlərin hər bir nüsxəsinə ştamp vurur və onu şəxsi nömrəli möhürlə təsdiq edir;
    tranzit bəyannaməsini qeydiyyat jurnalında qeydə alır;
    tranzit bəyannaməsinin üçüncü nüsxəsini daşıyıcıya qaytarır, ikinci nüsxəsini isə özündə saxlayır;
    tranzit malların Azərbaycan Respublikasının ərazisindən faktiki aparılmasına nəzarət edir;
    malların tranzitinin başa çatması haqqında operativ rabitə kanalları ilə göndərən və aralıq gömrük orqanlarına müəyyən olunmuş qaydada nəzarətdən çıxarılması üçün məlumat verirlər.
9. Yekun müddəalar
    9.1. Aksizli malların Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilmə qaydası bu Əsasnamə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin digər normativ aktları ilə müəyyən edilir.

    9.2. Bu Əsasnamənin qüvvəsi Azərbaycan Respublikasının ərazisindən magistral neft kəmərləri, neft məhsulları kəmərləri, qaz kəmərləri və elektrik ötürücü xətləri ilə tranzitlə keçirilən malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə şamil edilmir.

    9.3. Tranzit malların daşınmasına görə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 39-cu maddəsinin tələblərinə uyğun olaraq daşıyıcı məsuliyyət daşıyır.

    9.4. Mallar gömrük orqanının icazəsi olmadan verildikdə, itirildikdə və ya təyinat gömrük orqanına çatdırılmadıqda, daşıyıcı həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi və ya xarici dövlətin ərazisindən tranzit zamanı ixrac gömrük rejimi altında yerləşdirildiyi halda ödənilməli olan gömrük rüsum və vergilərini ödəməlidir.

    Azərbaycan Respublikasına daxil olan və sərhəd gömrük orqanında qeydə alınmış tranzit yüklər (nəqliyyat vasitələri) müəyyən olunmuş müddət ərzində təyinat gömrük orqanına çatdırılmadıqda (telefonoqram daxil olmadıqda) sərhəd gömrük orqanı təyinat gömrük orqanına sorğu verərək bütün sərhəd gömrük orqanına Azərbaycan Respublikasına yük gətirən həmin nəqliyyat vasitəsinin respublika ərazisindən geri çıxarılmasının qarşısını almaq məqsədilə təcili məlumat verməli və gömrük qanunvericiliyinin tələblərinin pozulması haqqında iş başlanmalıdır.

    9.7. Zəmanətçi tərəfindən pul vəsaitlərinin ödənilməsi daşıyıcını gömrük qaydalarının pozulmasına görə məsuliyyətdən, həmçinin bank zəmanətinin müvafiq məbləğindən və ya qoyulmuş tələb məbləğindən artıq hissədə gömrük ödənişlərini ödəməkdən azad etmir.

    9.8. Əgər tranzit mallar daşınarkən daşıyıcı qəza və ya qarşısı alınmaz qüvvənin təsiri nəticəsində bu Əsasnamənin 2.1 bəndində nəzərdə tutulmuş şərtlərin yerinə yetirilməsini təmin edə bilmirsə, o tranzit malların salamatlığının təmin edilməsi və tranzit malların icazəsiz istifadə olunmasına yol verilməməsi üçün bütün tədbirləri görməli, gecikdirmədən ən yaxın gömrük orqanına bu hallar və tranzit mallar olduğu yer barədə məlumat verməlidir.

    Göstərilən gömrük orqanı hadisənin hallarını öyrəndikdən sonra bu Əsasnaməyə 1 saylı Əlavədə göstərilən forma üzrə 3 nüsxədən ibarət akt tərtib edir, aktın birinci nüsxəsi onu tərtib edən gömrük orqanında qalır, ikinci nüsxəsi tranzit malı nəzarətdən çıxarmaq üçün göndərən gömrük orqanına göndərir, üçüncü nüsxəsi isə daşıyıcıya verilir.

    Yol-nəqliyyat hadisəsinə dair aktın doldurulması qaydası bu Əsasnaməyə 2 saylı Əlavədə göstərilmişdir.
Tranzit gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə ¹ 1


Qəzaya və ya qarşısıalınmaz qüvvənin təsirinə dair
Akt


1. Göndərən gömrük orqanı
2. Təyinat gömrük orqanı
3. Əvvəlki tranzit bəyannaməsinin ¹-si
4. Nəqliyyat vasitəsinin (konteynerin) qeydiyyat nömrəsi
5. Daşıyıcı (adı, ünvanı)
6. Eyniləşdirmə vasitələri
7. Yeni nəzarət sənədinin ¹-si zədələnmişdir zədələnməmişdir
8. Yük bölməsi zədələnmişdir zədələnməmişdir
9. malların itirilməsi müəyyən edilməmişdir
Mallar (10—13 qrafaları) yoxdur (Y),
məhv edilmişdir (M)
10. Yük yerlərinin markalanması və nömrələri
11. Yük yerlərinin sayı, növü, malların kodları
12. Y və ya M
13. Qeydlər (olmayan və/və ya məhv edilmiş malların sayını göstərməli)
14. Tərtib olunma tarixi və yeri
15. Gömrük nəzarəti altında daşınma üçün görülən tədbirlər

Yeni eyniləşdirmə vasitələri qoyulması: sayı ___________ təsviri ___________
Malların yenidən yüklənməsi (qrafa 16-ya bax)
Sair
16. Mallar yenidən yüklənmişdirsə, onların yenidən yükləndiyi nəqliyyat vasitələrinin fərqləndirici əlamətləri
Qeydiyyat nömrəsi
Bəli
Xeyr
Eyniləşdirmə vasitələrinin sayı və təsviri


a) nəqliyyat vasitəsi ________ _______________________________________
b) konteyner _____________ _______________________________________
17. Aktı tərtib etmiş gömrük orqanı
18. Təyinat gömrük orqanının qeydləri Yeri, tarixi, ştamp, imza
İmza

(Şəxsi nömrəli möhür) M.Y.
Müvafiq qrafalarda xətt işarəsi qoymalı
Malların tranziti gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə ¹ 2


Qəzaya və ya qarşısıalınmaz qüvvənin təsirinə dair
Aktın doldurulma Qaydası


1. Qəza və ya qarşısıalınmaz qüvvənin təsirinə dair Akt müvafiq blankda (Tranzit gömrük rejimi haqqında Əsasnaməyə — Əlavə 2) üç nüsxədə fəaliyyət zonasında qəza baş vermiş və ya qarşısıalınmaz qüvvənin təsiri yaranmış gömrük orqanın vəzifəli şəxsi tərəfindən doldurulur.

2. Aktın qrafaları aşağıdakı qaydada doldurulur:

Qrafa 1. «Göndərən gömrük orqanı»

Qrafada göndərən gömrük orqanının adı göstərilir.

Qrafa 2. «Təyinat gömrük orqanı»

Qrafada Təyinat gömrük orqanın adı göstərilir.

Qrafa 3. «Əvvəlki tranzit bəyannaməsinin nömrəsi»

Qrafada qəzaya, yaxud da qarşısıalınmaz qüvvənin təsirinədək tranzit gömrük rejimi haqqında Əsasnaməyə uyğun olaraq malların daşınmasının həyata keçirildiyi tranzit bəyannaməsinin (BYD kitabçasının, YGB-nin dəmiryol qaiməsinin) nömrəsi göstərilir.

Qrafa 4. «Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və konteynerin eyniləşdirmə nömrəsi»

Qrafada malların tranziti gömrük rejimi haqqında Əsasnaməyə uyğun olaraq malları daşıyan nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və ya konteynerin eyniləşdirmə nömrəsi göstərilir.

Qrafa 5. «Daşıyıcı»

Qrafada daşıyıcının adı və hüquqi ünvanı göstərilir.

Qrafa 6. «Eyniləşdirmə vasitələri zədələnməmişdir və ya zədələnmişdir»

Qrafada müvafiq boş yerdə eyniləşdirmə vasitələrinin zədələnməsi və ya zədələnməməsi işarəsi (xətt işarəsi) qoyulur.

Qrafa 7. «Yük yeri zədələnmişdir (zədələnməmişdir)»

Müvafiq boş yerdə nəqliyyat vasitəsinin və ya konteynerin yük bölməsinin zədələnmə və ya zədələnməmə işarəsi (xətt işarəsi) qoyulur.

Qrafa 8. «Yeni nəzarət sənədinin nömrəsi»

Qrafada malların daşınmasının həyata keçirildiyi yeni nəzarət sənədinin (tranzit bəyannaməsinin, daşınma cədvəlinin və s.) nömrəsi göstərilir.

Qrafa 9. «Malın itirilməsi müəyyən edilməmişdir»

Boş yerdə malların tam mövcudluğu işarəsi (xətt işarəsi) qoyulur. Mallar və ya onların bir hissəsi itirildikdə yer boş saxlanılır. «Mallar (10—13 qrafaları) yoxdur, məhv edilmişdir» boş yerində malların və onların bir hissəsinin olmaması («Y») və ya məhv olması («M») işarəsi qoyulur.

Qrafa 10. «Yük yerlərinin markalanması və nömrələri»

Qrafada yük yerlərinin markalanması və nömrələri göstərilir.

Qrafa 11. «Yük yerlərinin sayı və növü, malın kodu»

Qrafada yük yerlərinin sayı və növü, həmçinin malın XİF MN üzrə kodu göstərilir.

Qrafa 12. «Y və ya M»

11 Qrafada göstərilən malların qarşısında onların olmaması (Y) və ya məhv olması (M) işarəsi qoyulur. Malların itirilməsi müəyyən edilməyibsə, qrafa doldurulmur.

Qrafa 13. «Qeydlər»

Qrafada olmayan və ya məhv olmuş malların miqdarı göstərilir. İtirilmə müəyyən edilməyibsə, qrafa doldurulmur.

Qrafa 14. «Tərtib olunma tarixi və yeri»

Qrafada qəzanın baş verdiyi və ya qarşısıalınmaz qüvvənin təsiri hallarının yarandığı yerin tam adı və tarixi göstərilir.

Qrafa 15. «Gömrük nəzarəti altında daşınmanın davam etməsi üçün görülən tədbirlər»

Qrafada yeni eyniləşdirmə vasitələri, onların sayı və təsviri, malların başqa nəqliyyat vasitəsinə və ya konteynerə yüklənmə əlaməti, daşınmanın davam etməsi üçün görülən digər tədbirlər göstərilir.

Qrafa 16. «Malların yenidən yükləndiyi nəqliyyat vasitələri haqqında məlumat»

Qrafada malların yenidən yükləndiyi nəqliyyat vasitələrinin qeydiyyat nömrələri və ya konteynerlərin eyniləşdirmə nömrələri, həmçinin yeni qoyulmuş eyniləşdirmə vasitələrinin sayı və təsviri göstərilir.

Qrafa 17. «Aktı tərtib etmiş gömrük orqanı»

Qrafada aktı tərtib etmiş gömrük orqanının adı və ünvanı, şəxsi nömrəli möhürlə təsdiq edilmiş imzası qoyulmaqla, həmin gömrük orqanının vəzifəli şəxsinin soyadı, adı, atasının adı göstərilir.

Qrafa 18. «Təyinat gömrük orqanlarının qeydləri»

Qrafa mallar çatdırıldıqdan sonra təyinat gömrük orqanı tərəfindən doldurulur. Qrafada şəxsi nömrəli möhürü ilə təsdiq edilmiş imzası qoyulmaqla, həmin gömrük orqanının vəzifəli şəxsinin soyadı, adı, atasının adı göstərilir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb