Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarlarının təsdiq edilməsi haqqında

Qərar ¹ 176

Bakı şəhəri, 8 noyabr 1999-cu il

«Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 noyabr 1999-cu il, ¹ 11, maddə 651).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli 176 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarları

Geoloji-kəşfiyyat işlərinin üç mərhələsində (axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat və dəqiq kəşfiyyat) faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi tələb olunur.

Axtarış-qiymətləndirmə işlərinin nəticəsində faydalı qazıntı yatağının gələcəkdə sənaye əhəmiyyəti kəsb edə biləcəyini qiymətləndirən və C2 kateqoriyası üzrə ehtiyatların hesablanmasını əsaslandıran Texniki-İqtisadi Mülahizə (TİM) hazırlanır.

İlkin kəşfiyyat işlərinin nəticəsi olaraq faydalı qazıntı yatağının sənaye əhəmiyyəti qiymətləndirilir, ehtiyatların C1+C2 kateqoriyaları üzrə hesablanması üçün müvəqqəti kondisiya layihəsi tərtib edilir. Bütün bunlar faydalı qazıntı yatağında dəqiq kəşfiyyat işlərinin aparılmasını əsaslandıran Texniki-İqtisadi Məruzə (TİMr) və müvəqqəti kondisiya layihəsində öz əksini tapır .

Dəqiq kəşfiyyat işlərinin nəticəsində isə faydalı qazıntı yatağının sənaye istismarına həzır olması müəyyən edilir və sənaye kateqoriyaları üzrə (A+V+C1) onun ehtiyatları hesablanır. Bu halda faydalı qazıntı yatağı üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) və daimi kondisiya layihəsi hazırlanır və Faydalı Qazıntılar üzrə Komissiya tərəfindən dövlət ekspertizası keçirildikdən və təsdiq edildikdən sonra yataq üzrə faydalı qazıntının sənaye ehtiyatlarının hesablanmasında əsas götürülür.

Texniki-İqtisadi Mülahizənin, Texniki-İqtisadi Məruzənin və Texniki-İqtisadi Əsaslandırmanın hazırlanmasına olan tələblər müvafiq təlimatlarla tənzimlənir.

Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi faydalı qazıntının növündən və yatağın tipindən asılı olaraq müxtəlif olub, aşağıdakı əsas texniki-iqtisadi göstəricilərdən (meyarlardan) ibarətdir:

  • faydalı qazıntının ehtiyatları (kəşf edilmiş, sənaye və istismar);
  • komponentlərin ehtiyatları;
  • komponentlərin ehtiyatlarda orta miqdarı;
  • itkilər;
  • kasadlaşma;
  • müəssisənin illik gücü (məhsulun növləri üzrə);
  • yataqüstü örtük süxurlarının əmsalı;
  • xammalın zənginləşdirmə göstəriciləri;
  • müəssisənin ehtiyatlarla təmin olunma müddəti;
  • sənaye tikintisinə kapital qoyuluşu;
  • faydalı qazıntının illik hasilatının bir tonuna (kub metr) düşən kapital qoyuluşunun xüsusi çəkisi;
  • istehsalat fondları (əsas+dövriyyə);
  • illik istismar xərcləri;
  • faydalı qazıntının 1 tonuna (kub metr) düşən istismar xərcləri;
  • əmtəə məhsulu vahidinin maya dəyəri;
  • əmtəə məhsulu vahidinin topdan satış qiyməti;
  • əmtəə məhsulunun dəyəri (illik və bütün istismar müddətinə);
  • gəlir (illik və bütün istismar müddətinə);
  • istehsalat fondlarına rentabellik səviyyəsi;
  • sənaye tikintisinə kapital qoyuluşunun ödənilmə müddəti;
  • ümumi kapital qoyuluşunun ödənilmə müddəti.

Faydalı qazıntıların növündən, yatağın tipindən, hasilatın texnoloji xüsusiyyətindən, xammalın emalı və əmtəə məhsulunun buraxılışından və yatağın istismarının konkret şərtlərindən asılı olaraq texniki-iqtisadi göstəricilərin siyahısı dəqiqləşdirilir.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb