| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki
nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət
kəsb edən dövlətlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrini (gömrük
attaşelərini) təyin etmək səlahiyyəti verilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri)
Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil
edilməməsi şərti ilə ezam olunurlar.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici
dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) fəaliyyətinin təmin olunması ilə bağlı maliyyə və maddi-texniki təchizat
məsələlərini həll etsin.
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn məsələləri həll
etsin.
6. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 16 dekabr 2005-ci il
¹ 331
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 dekabr 2005-ci il, ¹ 292) («VneshExpertService»)
© VneshExpertService
|
|
|
|
|
|
|