Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması Qaydaları»nın təsdiq edilməsi haqqında

Əmr ¹ 22

02 aprel 1999-cu il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:

1. «Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması Qaydaları» normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Bu Qaydalar Ədliyyə Nazirliyində qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R.Zalov) Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Qaydaların bütün idarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Komitə Sədrinin 1-ci müavini A.Əliyevə həvalə olunsun.

Komitənin sədri

K.F.HEYDƏROV.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır

Qeydiyyat ¹ 159
23 aprel 1999-cu il

Nazir
S. Həsənova

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Əmr ¹ 022
02 aprel 1999-cu il

Komitənin sədri
K. F. Heydərov

Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydaları

1. Ümumi müddəalar

Hazırki qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq işlənib hazırlanmış və malların, nəqliyyat vasitələrinin, sərnişinlərin əl yüklərinin və baqajın, eləcə də müşayiət olunmayan baqajın, valyutanın, valyuta sərvətlərinin və beynəlxalq poçt göndərişlərinin gömrük rəsmiləşdirilməsi yerlərində gömrük nəzarəti zonalarının yaradılması və fəaliyyət göstərməsi qaydalarını müəyyən edir.

Qaydalarda istifadə olunan terminlər:

  • gömrük nəzarəti zonası — mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinin xüsusi ayrılmış və nişanlanmış hissəsi.
  • gömrük nəzarəti zonalarında istehsalat və digər kommersiya fəaliyyəti — gömrük orqanlarının icazəsi ilə və onun nəzarəti altında, gömrük orqanları tərəfindən funksiyaların həyata keçirilməsinə maneçilik törətməklə gömrük nəzarəti zonalarında dövlət orqanlarının və digər təsərrüfat subyektlərinin fəaliyyəti.
  • gömrük nəzarəti zonalarında rejim qaydaları — gömrük nəzarəti zonalarının sərhədlərində və onun daxilində, gömrük orqanları tərəfindən müəyyən edilən mal və nəqliyyat vasitələrinin hərəkəti, eləcə də istehsalat və kommersiya fəaliyyətinin həyata keçirilməsi.
  • buraxılış məntəqəsi — gömrük nəzarəti formalarının tətbiq edilməsi və eləcə də mal və nəqliyyat vasitələrinin keçirilməsi üçün Azərbaycan Respublikası gömrük sərhədində yerləşən dəmiryol və avtomobil keçidi, dəniz və çay limanları, beynəlxalq uçuşlar üçün hava və hərbi hava limanları və digər xüsusi təchiz edilmiş yerlər.

2. Gömrük nəzarəti zonalarının yaradılması yerləri və onların nişanlanması

2.1. Azərbaycan Respublikasının gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük orqanlarının olduğu yerlərdə və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

Gömrük nəzarəti zonaları, bunun üçün müəyyən edilməmiş yerlərdə də gömrük nəzarətinin həyata keçirilməsi üçün yaradıla bilər. Belə gömrük nəzarəti zonaları və onun hüdudları hər bir konkret hal üçün gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin göstərişi əsasında gömrük nəzarətini həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən müəyyən edilir.

2.2. Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət mağazalarının ərazisi gömrük nəzarəti zonaları hesab edilir.

2.3. Gömrük nəzarəti zonaları xəbərdaredici işarələrlə nişanlanır. Həmin nişanlar yaşıl fondan ibarət olaraq üzərində ağ hərflər ilə «Gömrük nəzarəti zonası» və ingilis dilində «CUSTOMS CONTROL ZONE» sözləri yazılır.

3. Gömrük nəzarəti zonalarının yaradılması şərtləri

3.1. Gömrük nəzarəti zonaları və onun hüdudları rejim qaydalarına təsir göstərən coğrafi və yerli şərtləri, xarici-iqtisadi və istehsal-texniki fəaliyyətin intensivliyi və digər faktorları, eləcə də gömrük nəzarətinin formaları nəzərə alınmaqla yaradılır.

3.2. Gömrük nəzarəti zonalarının sahəsi gömrük proseduralarının tam həcmdə həyata keçirilməsi üçün kifayət qədər olmalıdır.

3.3. Gömrük nəzarəti zonalarının sərhədlərində və onun daxilində fiziki şəxslərin, mal və nəqliyyat vasitələrinin hərəkətini, eləcə də istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsini tənzimləmək məqsədilə gömrük orqanları tərəfindən rejim qaydaları müəyyən olunur. Bu məqsədlə gömrük nəzarəti zonalarının daxilində fiziki şəxslərin, mal və nəqliyyat vasitələrinin hərəkət və marşrutları müəyyən olunur. Marşrutlar işarələnir və onlar 2.3-cü bənddə göstərilən qaydada nişanlanır.

3.4. Gömrük nəzarəti zonalarında istehsalat və kommersiya fəaliyyəti, həmçinin həmin zonada mal və nəqliyyat vasitələrinin, şəxslərin, digər dövlət orqanlarının vəzifəli şəxsləri də daxil olmaqla hərəkət etməsi, gömrük orqanlarının nəzarəti altında və onların icazəsi ilə həyata keçirilir.

3.5. Gömrük nəzarəti zonasında, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyəti və onlar tərəfindən gömrük nəzarətinin həyata keçirilməsi üçün xüsusi yerlər (binalar, otaqlar, tikililər) yaradılmalıdır.

4. Gömrük nəzarəti zonasından hərəkət edən şəxslərə və nəqliyyat vasitələrinin sürücülərinə olan tələblər

4.1. Şəxslər və nəqliyyat vasitələrinin sürücüləri gömrük nəzarəti zonasının hüdudlarından hərəkət edərkən aşağıdakılara əməl etməlidirlər:

  • gömrük orqanlarının müəyyən etdikləri yerlərdə hərəkəti dayandırmalı və yalnız onların icazəsi olduqdan sonra hərəkəti davam etməlidirlər;
  • mal və nəqliyyat vasitələrini müəyyən olunmuş marşrutlar üzrə hərəkət etdirməli və gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan marşrutdan kənara çıxmasına yol verilməməlidir;
  • gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə mal və nəqliyyat vasitələrinin, o cümlədən gömrük nəzarəti üçün zəruri olan sənəd və məlumatları təqdim etməlidirlər;
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.2. Gömrük nəzarəti zonasında istehsalat, kommersiya fəaliyyətini həyata keçirən şəxslər və digər dövlət orqanlarının vəzifəli şəxsləri gömrük orqanı tərəfindən verilmiş buraxılış vərəqəsi əsasında gömrük nəzarəti zonasına daxil ola bilərlər.

5. Gömrük nəzarəti zonasının rejiminin pozulmasına görə məsuliyyət

5.1. Gömrük orqanları tərəfindən müəyyən edilmiş marşrutlardan kənar mal və nəqliyyat vasitələrinin keçirilməsi gömrük nəzarəti zonasının rejiminin pozulması hesab edilir.

5.2. Malların və nəqliyyat vasitələrinin, həmçinin dövlət orqanlarının (gömrük orqanlarından başqa) vəzifəli şəxsləri də daxil olmaqla şəxslərin Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallar istisna edilməklə, Azərbaycan Respublikası gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti zonasının sərhədlərindən keçməsi və onun hüdudlarında hərəkəti, eləcə də istehsal və digər kommersiya fəaliyyətini həyata keçirməsi, habelə gömrük nəzarəti zonası rejimini pozan digər hərəkətlər gömrük qaydalarının pozulması hesab edilir və bu hallara görə Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət dərəcəsi müəyyən edilir.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb