«Azad ticarət zonasının yaradılması
haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə
olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası
haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1. «Azad ticarət zonasının yaradılması
haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə
olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası
haqqında» 1999-cu il oktyabrın 8-də Yalta şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 1 fevral 2000-ci il.
¹ 793-IQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (24 mart
2000-ci il, ¹ 64) («AzerSoft»).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 mart 2000-ci il, ¹ 3, maddə 130) («AzerSoft»).
© AzerSoft