Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
ilə Qazaxıstan Respublikasının Dövlət Gəlirləri Nazirliyi arasında
qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, habelə silahların,
döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qanunsuz daşınmasına qarşı
mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması səlahiyyətinin
verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Dövlət Gəlirləri
Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması,
habelə silahların, döyüş sursatlarının, partlayıcı maddələrin,
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz
daşınmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişin
imzalanması səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Sazişin imzalanması səlahiyyətinin Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova
verilməsi barədə Qazaxıstan tərəfinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 7 aprel 2000-ci il.
¹ 388.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (30 aprel 2000-ci il, ¹ 4, 2-ci kitab, maddə 291)
(«AzerSoft»).
© AzerSoft