Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunu tətbiq etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Əsasnamənin 4-cü maddəsində nəzərdə tutulmuş gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasını, fərqlənmə nişanlarını və onların təchizat normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Əsasnamənin 6-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatının siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş gömrük orqanlarının vəzifəli şəxsləri üçün ərzaq payının normasını və onun dəyərinin pul kompensasiyasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • həmin Əsasnamənin 98-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş gömrük orqanlarının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının dəyərlərinin Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan ödənilməsi üçün həmin fond haqqında Əsasnaməyə müvafiq dəyişikliklər etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
  • öz səlahiyyətləri daxilində həmin Əsasnamədən irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

  • «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 23-cü maddəsində, 24-cü maddəsində, 27-ci maddəsinin ikinci hissəsində və 39-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
  • həmin Əsasnamənin 4-cü maddəsində, 6-cı maddəsinin ikinci hissəsində, 81-ci maddəsində və 98-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
  • həmin Əsasnamədə nəzərdə tutulmuş «Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

3. «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 39-cu maddəsinə əsasən gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı təsdiq edilsin (əlavə olunur).

4. «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 24-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:

Baş dövlət gömrük xidməti müşaviri

— Azərbaycan Respublikasının həqiqi dövlət gömrük müşaviri

I dərəcə dövlət gömrük xidməti müşaviri

— gömrük xidməti general-polkovniki

II dərəcə dövlət gömrük xidməti müşaviri

— gömrük xidməti general-leytenantı

III dərəcə dövlət gömrük xidməti müşaviri

— gömrük xidməti general-mayoru

I dərəcə gömrük xidməti müşaviri

— gömrük xidməti polkovniki

II dərəcə gömrük xidməti müşaviri

— gömrük xidməti polkovnik-leytenantı

III dərəcə gömrük xidməti müşaviri

— gömrük xidməti mayoru

I dərəcə gömrük xidməti inspektoru

— gömrük xidməti kapitanı

II dərəcə gömrük xidməti inspektoru

— gömrük xidməti baş leytenantı

III dərəcə gömrük xidməti inspektoru

— gömrük xidməti leytenantı

5. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 aprel tarixli 688 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 dekabr 1999-cu il

¹ 243.

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 yanvar 2000-ci il, ¹ 08).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2000-ci il, ¹ 1, maddə 22).

«Qanunvericilik toplusunda» dərc edilmişdir (2000-ci il, ¹ 1, Maddə 22).


Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin
Siyahısı

Vəzifənin adı

Xüsusi rütbənin adı

Vəzifələrin sayı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi aparatı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri

1

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

gömrük xidməti general-polkovniki

1

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

gömrük xidməti general-leytenantı

3

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin köməkçisi

gömrük xidməti general-mayoru

1

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mərkəzi aparatının Baş İdarə rəisi

gömrük xidməti general-mayoru

3

Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları

Naxçıvan Gömrük Komitəsinin sədri

gömrük xidməti general-leytenantı

1

Baş Gömrük İdarəsinin rəisi

gömrük xidməti general-mayoru

2

Tədris mərkəzinin rəisi

gömrük xidməti general-mayoru

1

«Azərterminalkompleks» Xarici İqtisadi birliyinin direktoru

gömrük xidməti general-mayoru

1


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb