Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında Sazişin Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyətinin verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında Sazişin Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi barədə Estoniya tərəfinə müvafiq bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 2 mart 2000-ci il.

¹ 339.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2000-ci il, ¹ 3, maddə 178) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb