Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Qərar ¹ 94

Bakı şəhəri, 25 may 2000-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli, 61 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda 1-ci sütunda «Qrup-84» və 2-ci sütunda onun adından əvvəl 1-ci və 2-ci sütuna müvafiq olaraq «270900900» rəqəmi və «Yalnız xam neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə» sözləri əlavə edilsin.

2. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

  • qərarın 4.3 yarımbəndində «borclar» sözü «borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı» sözləri ilə əvəz edilsin;»
  • qərarın 1 nömrəli əlavəsində:
  • 27-ci mal qrupunda 1-ci sütünda «271220000» mal mövqeyindən, 2-ci sütunda onun adından və 3-cü sütundakı gömrük rüsumu dərəcəsindən əvvəl 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq «270900900» rəqəmi, «Yalnız xam neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə» sözləri və «0» rəqəmi əlavə edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2000-ci il, ¹ 5, maddə 374) («AzerSoft»).

12 aprel 2001-ci il tarixli 80 saylı qərara əsasən dəyişikliklərlə («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb