Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91
nömrəli qərarına əlavələr edilməsi haqqında
Qərar ¹ 112
Bakı şəhəri, 6 iyul 2000-ci il
«Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları
ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli, 356 nömrəli
Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci
il 22 aprel tarixli, 91 nömrəli qərarına aşağıdakı əlavələr edilsin:
- qərarın 1 nömrəli əlavəsində 27-ci mal qrupunda
1-ci sütunda «270900900» mal mövqeyindən, 2-ci sütunda
onun adından və 3-cü sütundakı gömrük rüsumu dərəcəsindən sonra
1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq «271121000»
rəqəmi, «Təbii qaz» sözləri və «0» rəqəmi əlavə
edilsin.
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
7 mart 2001-ci il tarixli 62 saylı qərara əsasən
dəyişikliklərlə («AzerSoft»).
12 aprel 2001-ci il tarixli 80 saylı qərara əsasən
qüvvədən düşmüşdür («AzerSoft»).
© AzerSoft