«Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin
ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında
Qərar ¹ 4
Bakı şəhəri, 9 yanvar 2006-cı il
«Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli, 900 nömrəli Sərəncamının icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması
Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 9 yanvar tarixli,
4 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin
ödənilməsi üçün xidmət illərinin hesablanması
Qaydası
1. Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası
(bundan sonra — Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük
orqanlarında xidmət haqqında» Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük
orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət
illərinin hesablanması qaydasını müəyyən edir.
2. Fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə aşağıdakı dövrlər
daxil edilir:
gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti;
gömrük orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan
Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarında hüquq-mühafizə orqanlarının təşkilati və qanuni təminatı ilə
bağlı işə keçmiş və bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin
orqanlarda xidmət illəri;
ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin
orqanlarda işlədikləri müddət;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış
başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti;
fasiləsiz xidmət illərinə görə əlavələr ödənilməklə, digər hüquq-mühafizə orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin
məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən
vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət;
xarici ölkələrin hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan
sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda Azərbaycan Respublikasının gömrük
orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət;
Dövlət Gömrük Komitəsinin tədris müəssisələrində və Dövlət Gömrük Komitəsinin göndərişi ilə xarici dövlətlərin tədris
müəssisələrində təhsil aldıqları, ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət;
əmək haqqının saxlanılmaması şərtilə gömrük orqanının vəzifəli şəxslərinin vəzifədən kənarlaşdırıldıqları müddət;
təşkilati ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifədən azad edilərək əmək haqqı
saxlanılmaqla, Dövlət Gömrük Komitəsinin sərəncamında saxlanılma müddəti;
hər il verilən əsas, əlavə, ödənişsiz və sosial məzuniyyətlər, təhsil almaq və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil
və yaradıcılıq məzuniyyətləri dövrləri, Dövlət Gömrük Komitəsinin tədris müəssisələrini bitirməklə əlaqədar müdavimlərə verilən
tətil müddəti, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər ödənişli məzuniyyət və işçinin iş yerinin və
orta aylıq əmək haqqının saxlanıldığı hallarda işdən ayrılma dövrləri.
3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gömrük orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə məhkəmənin və
Dövlət Gömrük Komitəsinin qərarı əsasında xidmətə bərpa edilmiş vəzifəli şəxslərin xaric olunduqları gündən xidmətə bərpa olunma
haqqında əmrin verildiyi günədək olan gömrük orqanlarında xidmət etmədikləri müddət xidmət illərinə daxil edilir.
4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən
sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik gömrük orqanlarının vəzifəli şəxslərinin həbsdə olduğu,
azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət xidmət illərinə daxil edilir.
5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə digər hüquq-mühafizə orqanlarında xidmət illərinin güzəştli şərtlərlə
hesablanması nəzərdə tutulan hallar gömrük orqanlarında fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin
hesablanmasında nəzərə alınır.
6. Bu Qayda təsdiq edilən günədək gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün
hesablanmış xidmət illəri dəyişdirilə bilməz.
7. Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə verilən əlavələr onların orta əmək haqları hesablanarkən
nəzərə alınır.
8. Vəzifəli şəxslərə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illəri Dövlət Gömrük Komitəsi tərəfindən yaradılmış
komissiyaların rəyi əsasında müvafiq əmrlə təsdiq edilir.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.