-Şirkətimiz Türkiyədən ekskavator
gətirmək istəyir. Soruşmaq istəyirəm, onun üçün nə qədər vergi və
rüsum ödəməliyəm?
- Türkiyə Respublikasından XİF ƏN-in 8429 mal mövqeyində
təsnifləndirilən təzə ekskavatorlar (istehsal buraxılış tarixindən
2 il ötməmiş) respublika ərazisinə gətirilən zaman Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 12.04.2001-ci il tarixli 80 saylı qərarına
əsasən gömrük dəyərinin 0,5% həcmində idxal rüsumu və 0,15% həcmində
gömrük yığımı, idxal edəcəyiniz ekskavatorun zavod-buraxılış tarixindən
2 il ötmüş olarsa, eyni zamanda malın gömrük dəyərinin 18 faizi
həcmində əlavə dəyər vergisi alınmaqla rəsmiləşdirilir.