Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında

Qərar ¹ 138

Bakı şəhəri, 15 avqust 2000-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarının 1 nömrəli əlavəsində 87 mal qrupunda 1-ci sütunda «870321900» mal mövqeyindən, 2-ci sütunda onun adından və 3-cü sütundakı gömrük rüsumu dərəcəsindən əvvəl 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq «8703» rəqəmi, «Yalnız yol təhlükəsizliyini təmin etmək üçün idxal olunan xüsusi təyinatlı patrul-keşik avtomobilləri (zavod-buraxılış tarixi 1 ilə qədər və istismarda olmamış avtomobillər)» sözləri və «0» rəqəmi, həmin mal qrupunda «8709-8710» mal mövqeyindən, 2-ci sütunda onun adından və 3-cü sütundakı gömrük rüsumu dərəcəsindən sonra 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq «8711» rəqəmi, «Yalnız yol polisi üçün xüsusi təchiz edilmiş eskort motosiklləri (zavod-buraxılış tarixi 1 ilə qədər və istismarda olmamış motosikllər)» sözləri və «0» rəqəmi əlavə edilsin.

2. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda 1-ci sütunda «8709—8710» mal mövqeyindən, 2-ci sütunda onun adından sonra 1-ci və 2-ci sütunlarda müvafiq olaraq «8711» rəqəmi, «Yalnız yol polisi üçün xüsusi təchiz edilmiş eskort motosiklləri (zavod-buraxılış tarixi 1 ilə qədər və istismarda olmamış motosikllər)» sözləri əlavə edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, ¹ 8, 3-cü kitab, maddə 643) («AzerSoft»).

12 aprel 2001-ci il tarixli, 80 nömrəli; 31 yanvar 2005-ci il tarixli, 11 nömrəli qərarlara əsasən dəyişikliklərlə («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb