Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikasında gömrük
fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında
Qərar ¹ 151
Bakı şəhəri, 29 avqust 2000-ci il
Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin müvafiq olaraq 120-ci, 159-cu və 160-cı maddələri
ilə müəyyən olunmuş qaydada aşağıdakı gömrük fəaliyyəti növləri
üzrə alınan yığımların miqdarları təsdiq edilsin:
- bankların və digər kredit təşkilatlarının Dövlət
Gömrük Komitəsinin apardığı reyestrə salınmasına görə—10.000.000
(on milyon) manat;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə
ixtisas attestatlarının verilməsi üçün—500.000 (beş yüz min)
manat;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə
verilmiş ixtisas attestatlarının fəaliyyətinin bərpa edilməsinə
görə—750.000 (yeddi yüz əlli min) manat.
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, ¹ 8, 3-cü kitab,
maddə 655) («AzerSoft»).
© AzerSoft