Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinini 1998-ci il 22 aprel tarixli,
91 nömrəli qərarına əlavələr edilməsi barədə
Qərar ¹ 164
Bakı şəhəri, 7 sentyabr 2000-ci il
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91
nömrəli qərarının «Azərbaycan Respublikası ərazisinə gətirilən mallar
üzrə gömrük idxal rüsumlarının dərəcələri» barədə əlavəsində, 1-ci
sütunda «8483» mal mövqeyindən, 2-ci sütundakı onun adından və 3-cü
sütundakı gömrük rüsumu dərəcəsindən əvvəl 1-ci, 2-ci və 3-cü sütunlarda
müvafiq olaraq «848250000» mal mövqeyi, «Yalnız lokomotivlər,
vaqonlar, tramvaylar üçün istehsal edilmiş şar-rolikli yastıqlı
diyircək komplektləri» sözləri və «0» rəqəmi əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2000-ci il, ¹ 9,
maddə 690) («AzerSoft»).
12 aprel 2001-ci il tarixli 80 saylı qərara
əsasən qüvvədən düşmüşdür («AzerSoft»).
© AzerSoft