Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinini 1998-ci il 22 aprel tarixli,
91 nömrəli qərarına əlavələr edilməsi barədə
Qərar ¹ 173
Bakı şəhəri, 25 sentyabr 2000-ci il
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91
nömrəli qərarının «Azərbaycan Respublikası ərazisinə gətirilən mallar
üzrə gömrük rüsumlarının dərəcələri» əlavəsində 70-ci mal qrupunda
1-ci sütunda «7010» mal mövqeyindən, 2-ci sütunda onun adından və
3-cü sütundakı gömrük rüsumu dərəcəsindən sonra 1-ci, 2-ci və 3-cü
sütunlarda müvafiq olaraq «701110» rəqəmi «Yalnız elektrik lampalarının
istehsalı üçün idxal olunan şar və boru formasında olan şüşə kolbalar»
sözləri və «0» rəqəmi, 85-ci mal qrupunda isə 1-ci sütunda
«8538» mal mövqeyindən, 2-ci sütunda onun adından və 3-cü sütundakı
gömrük rüsumu dərəcəsindən sonra 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq
olaraq «853990100» rəqəmi, «Lampaların sokolları» sözləri
və «0» rəqəmi əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2000-ci il, ¹ 9,
maddə 699) («AzerSoft»).
12 aprel 2001-ci il tarixli 80 saylı qərara
əsasən qüvvədən düşmüşdür («AzerSoft»).
© AzerSoft