Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinini 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə

Qərar ¹ 174

Bakı şəhəri, 26 sentyabr 2000-ci il

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Neft Şirkətinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

  • 1-ci bəndində «0,15 faizi miqdarında (10 ABŞ dallarından az olmayaraq)» sözlərindən sonra vergül durğu işarəsi və «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsilə ixracı üzrə isə hər bir yük gömrük bəyənnaməsi üçün ixrac olunan malın dəyərindən asılı olmayaraq 275 ABŞ dolları miqdarında» sözləri əlavə edilsin.
  • 2-ci bəndi aşağıdakı yeni mətndə verilsin:

«2. Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır».

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2000-ci il, ¹ 9,  maddə 700) («AzerSoft»).

12 aprel 2001-ci il tarixli 80 saylı qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb