Azərbaycan Respublikası Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında Mişovdağ
və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişə Azərbaycan Respublikası
Hökumətinin təminatı və öhdəlikləri haqqında
Qərar ¹ 175
Bakı şəhəri, 26 sentyabr 2000-ci il
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 14 avqust tarixli 502 nömrəli Sərəncamına əsasən Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Karasu Development
Kompani Ltd. (KDK), Pet Oyl Petroleum ənd Petroleum Prodakts İnterneyşnl
Eksploreyşn ənd Prodakşn İnkorporeyted (Pet Oyl) xarici neft şirkətləri
arasında «Azərbaycan Respublikasında Mişovdağ və Kəlaməddin neft
yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında» Sazişin 2000-ci il sentyabrın
12-də imzalandığını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Göstərilən Sazişin 5-ci əlavəsində
qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri
təsdiq edilsin.
(Azərbaycan Respublikası Baş nazirinin
yanında 2000-ci il sentyabrın 26-da keçirilmiş iclasın 7 nömrəli
protokolu əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2000-ci il, ¹ 9,
maddə 701) («AzerSoft»).
© AzerSoft