Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə
Qərar ¹ 195
Bakı şəhəri, 26 oktyabr 2000-ci il
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli 91 nömrəli qərarının «Azərbaycan Respublikası ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» əlavəsində
85-ci mal qrupunda 1-ci sütunda «8530» mal mövqeyindən, 2-ci
sütunda onun adından və 3-cü sütundakı gömrük rüsumu dərəcəsindən
sonra 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq «8531» rəqəmi,
«Yalnız hava limanlarının təhlükəsizliyini təmin etmək üçün onların
ərazisinin perimetri boyu elektron mühafizə hasarı sisteminin tərkibinə
daxil olan cihazlar, avadanlıqlar və materiallar» sözləri və «0»
rəqəmi əlavə edilsin.
2.
«Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən
azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 14 avqust tarixli 124 nömrəli qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda 1-ci sütunda
«8530» mal mövqeyindən, 2-ci sütunda onun adından sonra 1-ci və
2-ci sütunlarda müvafiq olaraq «8531» rəqəmi və «Yalnız hava limanlarının
təhlükəsizliyini təmin etmək üçün onların ərazisinin perimetri boyu
elektron mühafizə hasarı sisteminin tərkibinə daxil olan cihazlar,
avadanlıqlar və materiallar» sözləri əlavə edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.
12 aprel 2001-ci il tarixli, 80 nömrəli; 31
yanvar 2005-ci il tarixli, 11 nömrəli qərarlara əsasən dəyişikliklərlə
(«AzerSoft»).
© AzerSoft