Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Gömrük Məcəlləsində nəzərdə tutulmuş
rejimlərə uyğun olaraq ödənilməli olan gömrük ödənişləri məbləğlərinin
gömrük orqanının depozitinə verilməsi ilə təmin edilməsi və onların
qaytarılması» qaydalarının təsdiq edilməsi haqqında
Əmr ¹ 18
21 fevral 2000-ci il
Gömrük Məcəlləsinin 120-ci maddəsinə
əsasən gömrük vergi və rüsumlarının vaxtında toplanılıb dövlət
büdcəsinə köçürülməsini təmin etmək, habelə yayınma hallarının
qarşısını almaq məqsədilə əmr edirəm:
1. «Gömrük Məcəlləsində nəzərdə
tutulmuş rejimlərə uyğun olaraq ödənilməli olan gömrük ödənişləri
məbləğlərinin gömrük orqanının depozitinə verilməsi ilə təmin
edilməsi və onların qaytarılması» haqqında qaydalar təsdiq edilsin.
2. Gömrük orqanlarının rəislərinə
tapşırılsın ki, bu qaydalarla bağlı müvəkkil banklarda müvafiq
depozit hesablarının açılmasını təmin etsinlər.
3. Əmrin icrası ilə əlaqədar zəruri
təşkilati tədbirlərin həyata keçirilməsi, qarşıya çıxan problemlərin
həlli üzrə Komitə rəhbərliyinə təkliflər hazırlanması Maliyyə-Tarif
və Valyuta Nəzarəti Baş İdarəsinə (M.Vahabov) tapşırılsın.
4. İşlər İdarəsi (R.Zalov) Respublika
Ədliyyə Nazirliyində normativ hüquqi akt kimi qeydə alındıqdan
sonra qaydaların və əmrin surətinin komitənin gömrük orqanlarına
göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət Komitə
Sədrinin I müavini A.Əliyevə həvalə edilsin.
Komitənin Sədri
K.F.HEYDƏROV.
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası
Maliyyə Nazirliyi
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 18
21 fevral 2000-ci il
|
Nazir
Ə.ƏLƏKBƏROV
|
Sədr
K.F.HEYDƏROV
|
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
Qeydiyyat ¹ 248
25 fevral 2000-ci il
Nazir
S.HƏSƏNOVA
|
Gömrük məcəlləsində nəzərdə tetulmuş
rejimlərə uyğun olaraq ödənilməli olan gömrük ödənişləri məbləğlərinin
gömrük orqanının depozitinə verilməsi ilə təmin edilməsi və onların
qaytarılması
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Gömrük Məcəlləsində
nəzərdə tutulmuş rejimlərə uyğun olan gömrük tədiyyələrinin ödəniləcəyinə
gömrük orqanının depozitinə pul vəsaitlərinin köçürülməsi yolu
ilə təminat verilməsini müəyyənləşdirir.
1.2. Bu Qaydalarda aşağıdakı anlayışlardan
istifadə olunur:
- təyinatı üzrə çatdırılan mallar — Azərbaycan
Respublikasının ərazisinə gətirilən, barəsində tətbiq edilən
gömrük tədiyyələrinin ödəniləcəyinə gömrük orqanının depozitinə
pul vəsaitlərinin köçürülməsi yolu ilə Təminat verilən mallar;
- tranzit mallar — Azərbaycan Respublikasının
ərazisindən keçirilən, gömrük tranzit rejiminə uyğun tədiyyələrin
ödəniləcəyinə gömrük orqanının depozitinə pul vəsaitlərinin
köçürülməsi yolu ilə təminat verilən mallar;
- göndərən gömrük orqanı — fəaliyyət göstərdiyi
ərazidə malların Azərbaycan Respublikasının gömrük ərazisinə
faktiki buraxılışını həyata keçirən gömrük məntəqəsi yerləşən
gömrük orqanı.
- mallar bir nəqliyyat növündən digərinə boşaldılıb-yükləndiyi
hallarda, bu əməliyyatları həyata keçirən gömrük orqanı göndərən
gömrük orqanı hesab olunur;
- təyinat gömrük orqanı — fəaliyyət göstərdiyi
ərazidə malların Azərbaycan Respublikasının gömrük ərazisindən
faktiki çıxarılmasını həyata keçirən gömrük məntəqəsi yerləşən
gömrük orqanı;
- daxili gömrük orqanı — fəaliyyət göstərdiyi
ərazidə malların alıcısı, yaxud onun struktur bölməsi yerləşən
və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı;
- ödəyici — pul vəsaitlərini gömrük tədiyyələrinin
ödənilməsi üçün və ya gömrük tədiyyələrinin ödəniləcəyinə təminat
kimi gömrük orqanının hesabına köçürən istənilən maraqlı şəxs;
- əmtəə partiyası — bir nəqliyyat vasitəsində
və ya bir neçə nəqliyyat vasitəsindən ibarət dəstə (karvan)
ilə bir gömrük buraxılış məntəqəsindən eyni vaxtda keçirilən
mallar;
2. Pul vəsaitlərinin gömrük orqanının depozitinə
köçürülməsi
2.1. Təyinatı üzrə çatdırılan
mallara görə gömrük rejiminə uyğun tədiyyələrin ödəniləcəyinə
təminat kimi köçürülən pul vəsaitləri ödəyici tərəfindən daxili
gömrük orqanının depozitinə köçürülür.
2.2. Gömrük rejiminə uyğun tədiyyələrin
ödəniləcəyinə təminat kimi gömrük orqanının depozitinə köçürülən
pul vəsaitləri dönərli xarici valyutada, yaxud ödənişin yerinə
yetirildiyi gün Azərbaycan Respublikasının Milli Bankı tərəfindən
müəyyənləşdirilən məzənnə üzrə manatla ödənilir.
2.3. Gömrük rejiminə uyğun tədiyyələrin
ödəniləcəyinə təminat kimi tələb olunan pul vəsaitlərinin məbləği
əmtəə partiyasının sərbəst dövriyyəyə buraxılması üçün hesablanan
gömrük vergi və rüsumlarının ümumi məbləğindən az olmamalıdır.
2.4. Təyinatı üzrə çatdırılan
mallara görə gömrük rejiminə uyğun tədiyyələrin ödəniləcəyinə
təminat kimi istifadə olunan pul vəsaitləri gömrük orqanının depozitinə
əvvəlcədən, yaxud onlar Azərbaycan Respublikasının gömrük sərhədini
keçərkən köçürülür.
2.5. Ödəyici tərəfindən hər bir
əmtəə partiyası üçün ayrıca ödəniş tapşırığı tərtib olunur. Bir
əmtəə partiyasına təminat kimi ödənilən pul vəsaitlərinin gömrük
orqanının depozitinə müxtəlif valyutada köçürülməsinə yol verilmir.
2.6. Pul vəsaitlərinin gömrük
orqanının depozitinə köçürülməsi haqqında ödəniş tapşırığı sənədinin
«Ödənişin təyinatı» qrafasında «_____________» gömrükxanasının
«_________» buraxılış məntəqəsindən «__» «_______» ___ il tarixli
«__» ¹-li müqavilə əsasında «___» miqdarda təyinatı üzrə çatdırılan
(tranzit) mallara görə gömrük tədiyyələrinin ödəniləcəyinə təminat
(«_____» ____ il tarixli «___»¹-li hesab-faktura üzrə) qeydi aparılır.
Pul vəsaitləri gömrük orqanının
depozitinə malların alıcısı tərəfindən deyil, başqa şəxs (şəxslər)
tərəfindən köçürülərsə, bu qrafada onların hansı şəxsin əvəzinə
köçürüldüyü göstərilməlidir.
2.7. Təyinatı üzrə çatdırılan
mallara görə ödəniş tapşırığı sənədinin surəti gömrük rəsmiləşdirilməsi
üçün tələb olunan digər sənədlərlə birlikdə daxili gömrük orqanına
təqdim olunur.
3. Təyinatı üzrə çatdırılan malların gömrük rəsmiləşdirilməsi
Azərbaycan Respublikasının ərazisinə
idxal olunan malların gömrük rəsmiləşdirilməsi gömrük rejiminə
uyğun tədiyyələrin ödəniləcəyinə təminat kimi depozitinə pul vəsaitləri
köçürülmüş daxili gömrük orqanı tərəfindən yerinə yetirilir. Bu
zaman gömrük bəyannaməsinin 47-ci qrafasının 5-ci sütununda ödəniş
üsulu — «GD» (gömrük depoziti), «V» qrafasında (hesablamanın təfsilatı)
depozitə köçürülmüş pul vəsaitinin məbləği, ödəniş tapşırığının
tarixi və nömrəsi qeyd olunur.
Pul vəsaitləri daxili gömrük orqanının
depozitinə köçürüldükdən sonra bu haqda həmin gömrük orqanı tərəfindən
göndərən gömrük orqanına məlumat verilir və təyinatı üzrə çatdırılan
mallar gömrük nəzarəti rejiminə uyğun qaydada daxili gömrük orqanına
göndərilir.
Daxili gömrük orqanının depozitinə
köçürülmüş pul vəsaitlərinin məbləği gömrük rejiminə uyğun olaraq
təyinatı üzrə çatdırılan mallara hesablanacaq gömrük tədiyyələrinin
məbləğindən az olduğu halda, pul vəsaitlərinin çatışmayan məbləği
ödənilənədək, malların daxili gömrük orqanına göndərilməsinə yol
verilmir.
Alıcının yaxud digər maraqlı şəxsin
xahişi və Dövlət Gömrük Komitəsinin yazılı razılığı ilə təyinatı
üzrə çatdırılan malların gömrük rəsmiləşdirilməsi göndərən gömrük
orqanı tərəfindən yerinə yetirilə bilər. Bu zaman göndərən gömrük
orqanı tərəfindən daxili gömrük orqanına müvafiq məlumat verilməlidir.
4. Gömrük orqanının depozitinə verilmiş pul vəsaitlərindən istifadə
olunması və qaytarılması
4.1. Malların gömrük rəsmiləşdirilməsi
başa çatanadək, ödəyici gömrük orqanının depozitinə köçürdüyü
pul vəsaitlərindən digər məqsədlərə istifadə edə bilməz (malların
Azərbaycan Respublikası ərazisinə gətirilməsindən imtina olunması
halları istisna edilməklə).
4.2. Müvafiq gömrük orqanının
depozitinə köçürülmüş pul vəsaitləri malların gömrük rəsmiləşdirilməsi
zamanı gömrük rejiminə uyğun tədiyyələrin ödənilməsinə yönəldilir.
Bu zaman ödəyici müvafiq gömrük
orqanının depozitinə köçürdüyü pul vəsaitlərinin gömrük rejiminə
uyğun tədiyyələrinin ödənilməsinə yönəldilməsi barədə ərizəni
(bu Qaydaların 1 ¹-li əlavəsi) həmin gömrük orqanına təqdim etməlidir.
Ödəyici tərəfindən belə ərizə
təqdim olunmadığı hallarda, seçilmiş gömrük rejiminə uyğun olaraq
YGB üzrə hesablanmış bütün tədiyyələr müvafiq gömrük orqanının
hesabına daxil olduqdan sonra mallar sərbəst tədavülə buraxıla
bilər.
Bu halda YGB üzrə hesablanmış
bütün gömrük tədiyyələri ödənildikdən sonra gömrük orqanının depozitinə
artıq köçürülmüş pul vəsaitləri ödəyiciyə qaytarılır.
4.3. Müvafiq gömrük orqanının
depozitinə köçürülmüş pul vəsaitlərinin məbləği gömrük rejiminə
uyğun olaraq hesablanmış tədiyyələrin məbləğindən az olarsa, çatışmayan
məbləğ YGB qəbul olunanadək yaxud onun qəbul olunması ilə eyni
vaxtda həmin gömrük orqanının hesabına ödənilməlidir.
Gömrük tədiyyələrinin çatışmayan
məbləği ödənilmədikdə, mallar sərbəst tədavülə buraxılmır.
4.4. Müvafiq gömrük orqanının
depozitinə köçürülmüş pul vəsaitlərinin məbləği gömrük rejiminə
uyğun olaraq hesablanmış tədiyyələrin məbləğindən çox olarsa,
artıq köçürülmüş pul vəsaitləri ödəyicinin ərizəsi (bu Qaydaların
2 ¹-li əlavəsi) əsasında, müəyyən edilmiş qaydada həmin gömrük
orqanı tərəfindən geri qaytarılır, yaxud gələcək təminatlar və
ya növbəti gömrük tədiyyələrinin ödənilməsi üçün istifadə olunur.
4.5. Təyinatı üzrə çatdırılan
malların daxili gömrük orqanına təqdim olunması üçün müəyyən edilmiş
müddət başa çatdıqdan 30 təqvim günü sonra, gömrük orqanının depozitinə
köçürülmüş pul vəsaitləri respublika büdcəsinə köçürülür.
Dövlət büdcəsinin nəfinə köçürülmüş
pul vəsaitləri geri qaytarılmır. Pul vəsaitlərini gömrük orqanının
depozitinə köçürən ödəyici malların daşıyıcısı deyilsə, həmin
şəxs qüvvədə olan qanunvericiliyə uyğun olaraq, özünə dəymiş ziyanın
və itkilərin əvəzinin ödənilməsi barədə malların daşıyıcısına
qarşı iddia qaldırmaq hüququna malikdir.
4.6. Alıcı barəsində tətbiq edilən
gömrük tədiyyələrinin ödəniləcəyinə təminat verilmiş malların
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməkdən imtina
edərsə və yaxud Gömrük Məcəlləsinə uyğun olaraq bu ərazidən çıxarılmasını,
habelə müvafiq qaydada geri qaytarılmasını təmin edərsə, Dövlət
Gömrük Komitəsinin icazəsi ilə gömrük orqanı ödəyicinin ərizəsi
(bu Qaydaların 3 ¹-li əlavəsi) və göndərən gömrük orqanının bu
malları daxili gömrük orqanının ünvanına göndərməməsini, habelə
müvafiq rəsmiləşdirilməni təsdiq edən sənəd əsasında bu pul vəsaitlərini
geri qaytarır, yaxud gələcək gömrük tədiyyələrinin təminatına
yönəldir.
4.7. Depozitdə saxlanıldığı müddətdə
pul vəsaitlərinə faiz hesablanmır və həmin məbləğ indeksasiya
olunmur.
4.8. Gömrük orqanının depozitinə
köçürülmüş pul vəsaitlərinin dövlət büdcəsinin nəfinə alınması
faktı gömrük qaydalarını pozmuş şəxsləri Gömrük Məcəlləsinə uyğun
olaraq, məsuliyyətə cəlb olunmaqdan azad etmir.
Bu qaydalarla təsdiq
edilmiş
əlavə ¹ 1
Gömrük orqanının
rəisi cənab_________________
ƏRİZƏ
___________________________________________________________________
(Təşkilatın adı, identifikasiya
kodu, ünvanı)
________________________________________________________________
xahiş edir ki,
__________________________
tarixli _____________________ ¹-li ödəniş sənədi ilə
______________________________________________________________________
mallara
(malın adı, miqdarı
və dəyəri)
>
görə gömrük ödənişlərinin
təmin edilməsi üçün ________________ ¹-li hesaba daxil
edilmiş pul vəsaitlərinin ________________ ¹-li YGB ilə
hesablanmış aşağıdakı gömrük tədiyyələrinin ödənilməsi
məqsədləri üçün istifadə olunmasına göstəriş verəsiniz.
|
Gömrük
yığımları |
________________
(məbləği) |
İdxal
rüsumu |
________________
(məbləği) |
ƏDV |
________________
(məbləği) |
Aksiz |
________________
(məbləği) |
CƏMİ |
________________
(məbləği) |
M.Y. |
Təşkilatın
Rəhbəri _______________ (F.a.a.)
(imza)
Baş mühasib ________________ (F.a.a.)
(imza)
«___»_____________ 2000 -ci il. |
Bu qaydalarla təsdiq
edilmiş
əlavə ¹ 2
Gömrük orqanının
rəisi cənab_________________
ƏRİZƏ
Gömrük tədiyələrinin ödənişinin
təmin edilməsi üçün _______________ tarixli _______________
¹-li ödəniş sənədi ilə daxil edilmiş pul vəsaitlərinin
bir hissəsinin _________________________________________________
gömrük orqanında
(gömrükxananın adı)
rəsmiləşdirilmiş _______________
¹-li YGB üzrə hesablanmış aşağıda qeyd olunan gömrük tədiyələrinə
sərf edilməsini nəzərə alaraq
|
Gömrük
yığımları
|
________________ (məbləği)
|
İdxal rüsumu
|
________________ (məbləği)
|
ƏDV
|
________________ (məbləği)
|
Aksiz
|
________________ (məbləği)
|
CƏMİ
|
________________ (məbləği)
|
___________________________________________________________________
tərəfindən
(Təşkilatın adı, identifikasiya kodu,
ünvanı)
_________________________________________
məbləğdə artıq ödənilmiş vəsaitlərin
(məbləğ yazı ilə)
_______________________________________________
bankda olan (bankın adı, MFO)
________________ ¹-li
hesaba qaytarılması üçün göstəriş verməyinizi xahiş edir.
(hesabın
¹-si) |
M.Y. |
Təşkilatın
Rəhbəri _______________ (F.a.a.)
(imza)
Baş mühasib ________________ (F.a.a.)
(imza)
«___»_____________ 2000 -ci il.
|
Bu qaydalarla təsdiq
edilmiş
əlava ¹ 3
Gömrük orqanının
rəisi cənab_______________
ƏRİZƏ
___________________________________________________________________
(təşkilatın adı, identifikasiya
kodu, ünvanı)
___________________________________________________________________
_______________________________________________________________________
nəzərə
(qaytarılma və yaxud
zaçot edilmənin səbəbini göstərməklə)
alaraq xahiş edir ki,
_______________________ tarixli _____________ ¹-li ödəniş
sənədi ilə ________________________________________________________
bankda olan
(bankın adı MFO)
_______________________
¹-li gömrük orqanının hesabına gömrük ödənişlərinin
(gömrükxananın hesab ¹-si)
təmin edilməsi üçün daxil
edilmiş ___________________________________ məbləğdə
(məbləğ yazı ilə)
pul vəsaitlərinin ____________________________________________________________
(təşkilatın bank
rekvizitləri)
geri qaytarılmasına/yaxud
gələcək xarici iqtisadi fəaliyyətdə istifadə __________
______________________________________________
olunmasına göstəriş verəsiniz.
(lazım olmayan xətlənsin)
|
M.Y. |
Təşkilatın
Rəhbəri _______________ (F.a.a.)
(imza)
Baş mühasib ________________ (F.a.a.)
(imza)
«___»_____________ 2000 -ci il.
|
© AzerSoft