Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
Gömrük rəsmiləşdirilməsinə görə gömrük
yığımlarının alınması qaydaları barədə
Əmr ¹ 73
10 dekabr 1999-cu il
Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə
alınan gömrük yığımlarının hesablanması və ödənilməsində, habelə
bu ödənişlərdən güzəştlər verilməsində vahid qayda yaradılmasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
112-ci maddəsinə əsasən əmr edirəm:
1. «Gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımlarının alınması Qaydaları» təsdiq edilsin (əlavə
olunur).
2. Tabelikdə olan gömrük orqanlarının
rəhbərlərinə tapşırılsın ki, respublikanın gömrük sərhədindən
keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı bu qaydalara
əməl olunmasını təmin etsinlər.
3. İşlər İdarəsinə (R.Zalov) tapşırılsın
ki, əmrin surətinin gömrük orqanlarına çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət Maliyyə-Tarif
və Valyuta Nəzarəti Baş İdarəsinə (M.Vahabov) tapşırılsın.
Komitənin sədri
K.F.HEYDƏROV.
Gömrük rəsmiləşdirilməsinə görə
gömrük yığımlarının alınması
QAYDALARI
I. Ümumi müddəalar
1.1. «Gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımlarının alınması Qaydaları» (bundan sonra — Qaydalar)
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 112-ci maddəsinə müvafiq
olaraq mal qismində Azərbaycan Respublikası gömrük sərhədindən
keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən
müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin,
həmçinin nəqliyyat vasitələrinin (bundan sonra — malların) gömrük
rəsmiləşdirilməsinə görə gömrük yığımlarının alınması qaydalarını
müəyyən edir.
1.2. Qaydaların 1.1 yarımbəndi
ilə müəyyən edilmiş malların gömrük rəsmiləşdirilməsi Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aparılır və bu
mallardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınması
hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
1.3. Fiziki şəxslər tərəfindən
gömrük sərhədindən keçirilən istehsalat və ya kommersiya fəaliyyəti
üçün nəzərdə tutulmayan, yəni mövcud gömrük qanunvericiliyinə
uyğun olaraq müəyyən edilmiş miqdar və dövr məhdudiyyətləri daxilində
rüsumsuz gətirilməsinə icazə verilən mallardan (beynəlxalq poçt
göndərişləri də daxil olmaqla) gömrük rəsmiləşdirilməsinə görə
gömrük yığımları alınmır.
1.4. Gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımlarının ödənilməsi üçün möhlət verilmir və ya
vaxtı uzadılmır. Gömrük orqanları tərəfindən heç bir əməliyyat
aparılmaması halları istisna olmaqla, gömrük rəsmiləşdirilməsinə
görə əvvəlcədən ödənilmiş gömrük yığımları geri qaytarılmır.
1.5. Gömrük rejimləri dəyişdirildikdə
yeni rejim üçün müəyyən edilmiş miqdarda gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları alınır.
2. Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük
yığımlarının miqdarı, hesablanması və ödənilməsi
2.1. Gömrük rəsmiləşdirilməsinə
görə alınan gömrük yığımlarının miqdarı mövcud qanunvericiliyə
uyğun olaraq müəyyən edilir.
Dövlət Gömrük Komitəsi müəyyən
edilmiş gömrük yığımlarının miqdarına zərurət yarandıqda yenidən
baxılması təklifi ilə çıxış edə bilər.
2.2. Gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları qanunvericilikdə nəzərdə tutulmuş müəyyən
hallar istisna olmaqla manatla ödənilir.
Gömrük rəsmiləşdirilməsinə görə
gömrük yığımları ABŞ dolları ilə müəyyən edildikdə YGB-si qəbul
edilən günə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi
məzənnəyə görə manatla alınır.
2.3. Sərbəst dövriyyə üçün buraxılış,
təkrar idxal, rüsumsuz ticarət mağazası, gömrük ərazisində emal,
gömrük nəzarəti altında emal, müvəqqəti idxal (ixrac), gömrük
ərazisindən kənarda emal, ixrac, təkrar ixrac, məhvetmə gömrük
rejimləri altında yerləşdirilmiş, habelə, fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük sərhədindən mövcud gömrük qanunvericiliyinə
uyğun olaraq sadələşdirilmiş və güzəştli qaydada rəsmiləşdirilməklə
müəyyən edilmiş miqdar və dəyər məhdudiyyətləri həcmində keçirilən,
vahid dərəcə ilə gömrük rüsumlarına cəlb edilən malların (bu Qaydalarda
və qanunvericilikdə nəzərdə tutulan hallar istisna olunmaqla)
gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları rəsmiləşdirilən
malın gömrük dəyərinin 0,15%-i həcmində (10 ABŞ dollarına ekvivalent
məbləğdən az olmayaraq) alınır.
2.4. Malların və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının müəyyən etdiyi
iş vaxtından kənar vaxtda və ya müəyyən etdiyi yerdən kənarda
gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda
alınır.
2.5. Gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları məbləği gömrük rüsumları və vergiləri üçün
müəyyən edilən vergitutma obyektində nəzərə alınmır.
2.6. Müvəqqəti idxal (ixrac) gömrük
rejimi altında yerləşdirilmiş mallardan gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları mallar həmin gömrük rejimi altında yerləşdirildikdə,
habelə göstərilən gömrük rejiminin fəaliyyəti başa çatdıqda alınır.
2.7. Beynəlxalq müqavilələrdə
və mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla
Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi
altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə 30
ABŞ dolları həcmində gömrük yığımları alınır.
2.8. Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun olaraq hüquqi şəxslər tərəfindən respublikaya gətirilən
xarici valyutanın nominal dəyərinin 0,15 faizi həcmində gömrük
rəsmiləşdirilməsinə görə yığım alınır.
2.9. Gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları gömrük bəyannaməsi qəbul edilənə qədər və
ya gömrük bəyənnaməsinin qəbul edilməsi ilə eyni vaxtda ödənilir.
2.10. Gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
ilə müəyyən edilmiş qaydada gömrük orqanlarının büdcədənkənar
inkişaf fonduna köçürülür.
3. Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarından
güzəştlər
3.1. Aşağıdakı hallarda malların
gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır:
humanitar və texniki yardım (qrant) yüklərinin
rəsmiləşdirilməsi zamanı;
mallar dövlətin xeyrinə imtina rejimi altında yerləşdirildikdə;
elektrik enerjisinin qarşılıqlı ötürülməsinin gömrük
rəsmiləşdirilməsi zamanı;
Azərbaycan Respublikasının ərazisində yerləşən
diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün keçirilən malların
gömrük rəsmiləşdirilməsi zamanı;
Azərbaycan Respublikasının xarici dövlətlərin ərazisində
yaradılan diplomatik və ona bərabər tutulan nümayəndəliklərinin
fəaliyyət göstərməsi üçün respublikanın gömrük ərazisindən çıxarılan
malların gömrük rəsmiləşdirilməsi zamanı;
Azərbaycan Respublikası Milli Bankı tərəfindən
gətirilən və ya aparılan Azərbaycan Respublikasının milli valyutasının
gömrük rəsmiləşdirilməsi zamanı;
mövcud qanunvericiliyə uyğun olaraq kommersiya
bankları tərəfindən gömrük ərazisindən çıxarılan xarici valyutanın
(köhnəlmiş əskinazların) gömrük rəsmiləşdirilməsi zamanı;
gömrük rüsumları və vergiləri alınmayan, iqtisadi
siyasət tədbirləri tətbiq edilməyən gömrük dəyəri 100 ABŞ dollarına
ekvivalent malların gömrük rəsmiləşdirilməsi zamanı;
gömrük dəyəri 10 ABŞ dollarına ekvivalent məbləğdən
aşağı olan beynəlxalq poçt göndərişlərinin gömrük rəsmiləşdirilməsi
zamanı;
beynəlxalq və dövlətlərarası daşımalarda istifadə
olunan Azərbaycan hava, su və dəmir yoluna məxsus zədələnmiş nəqliyyat
vasitələrinin mal-nəqliyyat sənədləri əsasında rəsmiləşdirilməsi
zamanı;
xarici ölkələrdən tranzitlə keçirilən Azərbaycan
mallarından;
beynəlxalq Yük Daşıma Kitabçası tətbiq edilməklə
tranzitlə keçirilən mallardan;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri
və Sazişləri ilə müəyyən edilmiş hallarda gömrük sərhədindən keçirilən
mallardan (bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına
əlavə məlumat verilir).
© AzerSoft