Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının gömrük rəsmiləşdirilməsi haqqında» Metodiki göstərişin təsdiq edilməsi haqqında

Əmr ¹ 26

20 aprel 1999-cu il

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:

1. «Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının gömrük rəsmiləşdirilməsi haqqında» Metodiki göstəriş təsdiq edilsin (əlavə olunur).

2. «Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının gömrük rəsmiləşdirilməsi haqqında» Metodiki göstəriş normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Bu Metodiki göstəriş Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R.Zalov) Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra «Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının gömrük rəsmiləşdirilməsi haqqında» Metodiki göstərişin müvafiq idarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Komitə Sədrinin 1-ci müavini A.Əliyevə həvalə olunsun.

Komitənin sədri

K.HEYDƏROV.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.

Qeydiyyat ¹ 182

6 avqust 1999-cu il

Nazir

S.HƏSƏNOVA

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Əmr ¹ 26

20 aprel 1999-cu il

Komitənin sədri

K.HEYDƏROV

Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının gömrük rəsmiləşdirilməsi haqqında Metodiki göstəriş

Beynəlxalq uçuşları həyata keçirən hava gəmilərinin istismarına normal şərait yaratmaq məqsədilə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 21, 124, 166, 177 və 179-cu maddələrinin tələblərinə uyğun olaraq aşağıdakılar müəyyən edilsin:

1. Azərbaycan Respublikası ərazisində, hava gəmilərinin konstruksiya ilə müəyyən edilmiş tutumlarına doldurulan və onların istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının (bundan sonra — mallar) gömrük rəsmiləşdirilməsi və bəyan edilməsi bu göstərişlə müəyyən edilmiş müddətlərdə gömrük orqanına yük gömrük bəyannaməsi və digər sənədlər təqdim edilməklə ixrac gömrük rejiminə uyğun olaraq həyata keçirilir.

2. Hava gəmilərinin konstruksiya ilə müəyyən edilmiş tutumlarında olan və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar, gömrük bəyannaməsi təqdim edilmədən, gömrük ödənişləri ödənilmədən, iqtisadi-siyasət tədbirləri tətbiq edilmədən, onların gəminin bortundan boşaldılmaması şərtilə gəmi sənədlərindən istifadə etməklə sərbəst tədavül rejiminə uyğun olaraq rəsmiləşdirilir.

3. Hava gəmilərini yanacaq-sürtkü materialları ilə dolduran müəssisə, hər təqvim ayının 1-dən gec olmayaraq beynəlxalq uçuşları həyata keçirən hava gəmilərinə malları doldurmaq üçün gömrük orqanına iki nüsxədən ibarət sifariş sənədi təqdim etməlidir.

Sifariş sənədində aşağıdakılar göstərilir:

  • sənədin qüvvədə olma müddəti;
  • doldurmanı həyata keçirən müəssisə;
  • malların doldurulması nəzərdə tutulan hava gəmisinin məxsus olduğu aviaşirkətin adı;
  • ay ərzində, aviaşirkətləri ayrı-ayrılıqda göstərməklə onlara məxsus hava gəmilərinin bortuna doldurulması nəzərdə tutulmuş malın adı, miqdarı (plandan kənar doldurmanı nəzərə almaqla) və malın qiyməti.

Sifariş sənədi doldurucu müəssisənin rəhbəri və baş mühasib tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

Hava gəmisinin bortuna malların doldurulması «Yüklənməyə icazə verilir» qeydiyyatı olmaqla sifariş sənədi əsasında həyata keçirilir.

Gömrük orqanlarının vəzifəli şəxsləri hava gəmilərinin bortuna faktiki olaraq doldurulan mallara nəzarət edə bilərlər. Doldurucu müəssisənin əməkdaşları gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük nəzarətinin həyata keçirilməsi üçün köməklik göstərməli və gömrük nəzarəti üçün zəruri olan sənədləri təqdim etməlidirlər.

Sifariş sənədinin birinci nüsxəsi gömrük orqanında qalır və müvəqqəti bəyannamə kimi istifadə edilir, ikinci nüsxə doldurucu təşkilata qaytarılaraq hava gəmisinə malların yüklənməsinə icazə sənədi kimi istifadə edilir.

4. Malların doldurulduğu hesabat ayından sonrakı ayın 10-cu gün tarixindən gec olmayaraq deklarant yük gömrük bəyannaməsini və gömrük məqsədləri üçün zəruri olan digər sənədləri gömrük orqanına təqdim edir.

Yük gömrük bəyannaməsi, Azərbaycan (Azərbaycan şəxsləri tərəfindən icarəyə götürülmüş) və xarici (xarici şəxslər tərəfindən icarəyə götürülmüş) hava gəmilərinə doldurulan mallara ayrı-ayrılıqda təqdim olunur.

Hava gəmilərinin bortuna faktiki doldurulmuş malların adını, miqdarını, qiymətini təsdiq edən sənəd, doldurma üzrə məsul şəxsin imzası olan və doldurucu müəssisənin ştampı, həmçinin alıcının imzası məxaric orderi hesab edilir.

Hava gəmisinə faktiki yüklənmiş malların miqdarı 3-cü bənddə qeyd edilən sifariş sənədində göstərilən miqdardan çox olmamalıdır.

Məxaric orderində aşağıdakı məlumatlar təsdiq edilməlidir:

  • məxaric orderinin nömrəsi, malların doldurulma tarixi;
  • təyyarənin tipi, reysin nömrəsi, hava gəmisinin bortunun nömrəsi, aviaşirkətin adı;
  • malın adı, miqdarı, qiyməti.

5. Yük gömrük bəyannaməsi aşağıdakı qaydada doldurulur.

Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur: 1, 4, 8, 9, 12, 14, 18, 20, 22, 23, 24, 28, 31, 37, 38, 46, 47, 54 və B.

Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 7, D və C qrafaları doldurulur.

1, 4, 7, 14, 23, 24, 38, 47, 54, B, C və D qrafaları, DGK-nin normativ sənədləri əsasında ixrac gömrük rejimi altında mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydalarına uyğun olaraq doldurulur.

8, 9,12, 18, 20, 22, 28, 31, 37, 46-cı qrafalar aşağıdakı xüsusiyyətləri nəzərə almaqla doldurulur:

Qrafa 8. «Alan/İdxalatçı»

«Məxaric orderlərinə uyğun» istinadı edilir.

Qrafa 9. «Maliyyə tənzimlənməsinə məsul şəxs»

Qrafada doldurucu — müəssisə haqqında məlumat qeyd edilir.

Qrafa 12. «Ümumi gömrük dəyəri»

Qrafada məxaric orderləri əsasında hesabat ayı üzrə bəyan olunan malların Azərbaycan Respublikasının valyutası ilə ümumi məbləği göstərilir.

Qrafa 18. «Göndərilən zaman nəqliyyat vasitəsi»

Qrafanın sol yarım hissəsində, hesabat müddətində mallarla doldurulmuş hava gəmilərinin ümumi miqdarı göstərilir və ara verməklə «Azərbaycan» və ya «xarici» sözləri yazılır.

Qrafanın sağ yarım hissəsində mallar ilə doldurulmuş hava gəmilərinin məxsus olduğu ölkənin kodu göstərilir:

  • Azərbaycan və ya Azərbaycan şəxsləri tərəfindən icarəyə götürülmüş hava gəmiləri üçün — «031» rəqəmləri yazılır;
  • xarici hava gəmiləri üçün «000» rəqəmləri yazılır.

Qrafa 20. «Göndərmə şərtləri»

Qrafa, xarici valyuta ilə hesablaşmalar olduqda doldurulur.

Birinci və ikinci yarım bölmə doldurulmur.

Üçüncü yarımbölmədə qarşılıqlı hesablaşmalara dair kod göstərilir.

Qrafa 22. «Valyuta və malların ümumi faktura dəyəri»

Qrafada, mallara görə hesablaşma valyutası ilə bütün məxaric orderləri üzrə malların ümumi faktura dəyəri göstərilir.

Qrafanın sol yarımbölməsi aşağıdakı qaydada doldurulur:

  • mallara görə hesablaşma xarici valyuta ilə aparılanda — ABŞ dollarının kodu qeyd edilir;
  • mallara görə hesablaşma Azərbaycan valyutası ilə aparıldıqda — Azərbaycan Respublikası valyutasının kodu qeyd edilir.

Qrafanın sağ yarımbölməsində malların ümumi faktura dəyəri göstərilir.

Qrafa 28. «Maliyyə və bank məlumatı»

Bu qrafada, 9-cu qrafada göstərilən şəxsin maliyyə və bank rekvizitləri qeyd edilir.

Qrafa 31. «Yük yerləri və malların təsviri»

Qrafada aşağıdakı qeydlər edilir:

«Məxaric orderlərinə müvafiq 199______ ilin ____________________ ayı üzrə Azərbaycan/xarici hava gəmilərinə doldurulan yanacaq və/və ya yanacaq-sürtkü materialları».

Qrafa 37. «Üsul»

Qrafada aşağıdakılar göstərilir:

  • Azərbaycan hava gəmiləri və ya Azərbaycan şəxsləri tərəfindən icarəyə götürülmüş hava gəmiləri doldurulan zaman — «100029»
  • xarici hava gəmiləri doldurulan zaman — «100007».

Qrafa 46. «Statistik dəyər»

Qrafada bəyan olunan malların statistik dəyəri, ümumi gömrük dəyərinin YGB-nin qəbul olunduğu tarixdə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə görə müvafiq valyuta ilə hesablanmış məbləğ qeyd edilir.

 

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb