Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
Azərbaycan Respublikası Gömrük orqanları
əməkdaşlarının fərdi qaydada mükafatlandırılması haqqında əsasnamənin
təsdiq edilməsi barədə
Əmr ¹ 10
23 mart 1998-ci il
Respublika Nazirlər Kabinetinin
25 dekabr 1997-ci il tarixli, 140 nömrəli «Azərbaycan Respublikasının
gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə
və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə» qərarından
irəli gələn tələbləri həyata keçirmək, habelə gömrük vergi və
rüsumların düzgün hesablanıb vaxtında dövlət büdcəsinə köçürmək,
xarici-iqtisadi əlaqələr fəaliyyəti nəticəsində əldə olunmuş valyuta
sərvətləri şəklində gəlirlərin gizlədilməsi hallarının qarşısını
almaq, habelə digər gömrük qaydalarının pozulmasına qarşı mübarizədə
gömrük orqanları əməkdaşlarının marağını artırmaq məqsədi ilə
əmr edirəm:
1. Gömrük Məcəlləsinin 398-ci
maddəsinə uyğun olaraq hazırlanmış və əlaqədar təşkilatlarla razılaşdırılmış
«Azərbaycan Respublikası gömrük orqanları əməkdaşlarının fərdi
qaydada mükafatlandırılması haqqında» Əsasnamə təsdiq edilsin
(əlavə olunur).
2. Naxçıvan MR Gömrük Komitəsinə,
Bakı Baş Gömrük İdarəsinə, Bina Gömrük İdarəsinə və bütün gömrükxanalara
tapşırılsın ki, Əsasnamənin tələblərinə ciddi riayət etməklə onun
müddəalarının yerinə yetirilməsini təmin etsinlər.
3. Əsasnamənin icrasından irəli
gələn məsələlərin həlli Maliyyə-Tarif və Valyuta nəzarəti Baş
İdarəsinə (F.Məmmədov), Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə
(A.Əliyev), Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı
mübarizə Baş idarəsinə (S.Məmmədov) və Hüquq şöbəsinə (S.Muxtarov)
tapşırılsın.
4. İşlər İdarəsi (R.Həsənəliyev)
Əsasnamənin Komitənin müvafiq strukturlarına və bütün gömrük orqanlarına
çatdırılmasını təmin etsin.
Komitənin sədri
K.HEYDƏROV.
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
Ə.NAĞIYEV
20 fevral 1998-ci il
|
Razılaşdırılmışdır
Azərbaycan Respublikası
Maliyyə Naziri
F.YUSİFOV
10 mart 1998-ci il
|
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin
23 mart 1998-ci il tarixli
əmri ilə təsdiq edilmişdir
Komitənin sədri
K.HEYDƏROV
|
Azərbaycan Respublikası gömrük
orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması haqqında
Əsasnamə
1. Azərbaycan Respublikası gömrük
orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması (bundan
sonra — mükafatlandırma) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
398-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
25 dekabr 1997-ci il tarixli 140 ¹-li «Azərbaycan Respublikasının
gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə
və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə» qərarına əsasən
həyata keçirilir.
Mükafatlandırılmanın tətbiqindən
məqsəd gömrük orqanlarının əməkdaşlarının gömrük qanunvericiliyinin
tələblərinə riayət etməsi üzərində nəzarətin gücləndirilməsinə,
malın gömrük dəyərinin düzgün müəyyən edilməsinə, büdcəyə çatacaq
vəsaitlərin vaxtında və tam köçürülməsinə nail olmaqdan ibarətdir.
2. Fərdi qaydada mükafatlandırma
gömrük orqanının yoxlamanı aparmış və gömrük qaydalarının pozulması
hallarını aşkar etmiş əməkdaşlarına şamil olunur.
3. Gömrük orqanları əməkdaşlarının
fərdi qaydada mükafatlandırılması gömrük işi sahəsində cinayətlər
və gömrük qaydalarının pozulması işləri üzrə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının dövlət mülkiyyətinə keçirilmiş malların,
nəqliyyat vasitələrinin və digər əşyaların satışından əldə edilən
vəsaitlərin, gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən
inzibati hüquqpozmalara və gömrük qaydalarının pozulmasına görə
müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin satışından
və yaxud onarın dəyərinin tutulmasından əldə edilən vəsait, cərimələr
və yığımlar, gömrük qaydalarının pozulması və ya gömrük orqanlarının
normal fəaliyyətinə qəsd edən hüquqpozmalar nəticəsində müsadirə
olunan valyuta məbləğləri və yoxlama ilə əlaqədar maliyyə sanksiyası
nəticəsində alınmış məbləğlər hesabına həyata keçirilir.
4. Fərdi qaydada mükafatlandırma
yuxarıda qeyd olunan yığımların fonda daxil olmuş məbləğlərindən
bu Əsasnaməyə Əlavədə göstərilən miqdarda hesablanır. Hər bir
hüquqi və fiziki şəxs üzrə mükafatlandırma ayrılıqda rəsmiləşdirilir.
5. İki və daha çox işçinin iştirakı
ilə eyni bir məsələyə dair aparılmış yoxlamanın nəticəsində və
yaxud gömrük qaydalarının pozulmasına görə tətbiq edilmiş və fonda
daxil olmuş maliyyə sanksiyası və inzibati tənbeh nəticəsində
alınmış məbləğlərə görə hesablanmış fərdi mükafatlandırmanın məbləği,
həmin işçilər arasında bərabər surətdə bölünür.
Yoxlama iki və daha çox işçilər
tərəfindən müxtəlif məsələlərə dair aparıldıqda hər bir işçiyə
düşən fərdi mükafatın məbləği onların yoxladıqları məsələlər üzrə
tətbiq edilmiş və fonda daxil olmuş maliyyə sanksiyası və inzibati
tənbeh nəticəsində alınmış məbləğlərdən asılı olaraq ayrılıqda
müəyyən edilir.
6. Fərdi qaydada mükafatlandırmanın
tətbiqi ilə əlaqədar olaraq gömrük orqanının yoxlamanı aparmış
və bu yoxlama aktına rəy vermiş əməkdaşlar, habelə həmin işçilər
tərəfindən yoxlamaların aparılmasına nəzarət etməsi həvalə olunmuş
vəzifəli şəxsləri yoxlamanın düzgün aparılmasına, maliyyə sanksiyalarının
və inzibati cərimələrin düzgün tətbiq olunmasına görə məsuliyyət
daşıyırlar.
Gömrük orqanları əməkdaşları tərəfindən
düzgün olmayaraq fərdi qaydada mükafat alınması aşkar edildiyi
hallarda, ödənilmiş mükafat məbləği müəyyən edilmiş qaydada onlardan
tutulur, eyni zamanda onun ödənilməsində təqsirkar olan işçilər
barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
7. Fərdi mükafatın məbləği işçinin
aylıq vəzifə maaşının on mislindən yuxarı olduqda həmin mükafatlar
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə
ödənilir. Bu halda fərdi mükafatlandırma üçün əsas olan sənədlər,
həmçinin yoxlama aktına verilmiş və gömrük orqanının rəhbəri tərəfindən
təsdiq edilmiş rəy Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
rəhbərliyinə təqdim olunmalıdır.
Fərdi mükafatlandırma ilə əlaqədar
yoxlamanın materiallarına Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin müvafiq idarə və şöbələri tərəfindən Azərbaycan Respublikası
Gömrük Məcəlləsinə və digər qanunverici aktlarına müvafiq olaraq
baxılır.
Yoxlamaların materiallarına, onların
daxil olduğu vaxtından 15 gün müddətindən gec olmayaraq baxılır,
mükafatın verilməsi üçün rəy tərtib edilərək kuratorluqdan asılı
olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
müavinlərindən biri tərəfindən təsdiq olunur.
8. Gömrük orqanları tərəfindən
əməkdaşların fərdi qaydada mükafatların ödənilməsi, yalnız onlar
tərəfindən tətbiq edilmiş maliyyə sanksiyası və inzibati tənbehlə
əlaqədar alınmış məbləğlər fonda tam daxil olduqdan sonra həyata
keçirilir.
İşçilərə fərdi mükafatın ödənilməsi,
onlar tərəfindən aparılmış yoxlamadan və yaxud gömrük qaydalarının
pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası və inzibati
tənbehlə əlaqədar olaraq alınmış məbləğlərinin fonda daxil olduğu
vaxtdan ən geci 15 gün ərzində, mükafatın ödənilməsi Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə aparıldığı
hallarda isə, həmin icazənin müvafiq gömrük orqanlarına daxil
olduğu vaxtdan ən geci 5 gün ərzində həyata keçirilir.
«Azərbaycan Respublikası
gömrük orqanları əməkdaşlarının
fərdi qaydada mükafatlandırılması haqqında»
Əsasnaməyə
Əlavə
Fərdi qaydada əməkdaşların mükafatlandırma
Məbləğləri
Hüquqi
şəxslər üzrə
|
Fiziki şəxslər üzrə
|
Fonda daxil olmuş maliyyə sanksiyaları
və inzibati tənbehlə əlaqədar alınmış məbləğ (min ə/h misli
ilə)
|
Fərdi mükafatın miqdarı
|
Fonda daxil olmuş maliyyə sanksiyaları
və inzibati tənbehlə əlaqədar alınmış məbləğ (min ə/h misli
ilə)
|
Fərdi mükafatın miqdarı
|
1000 mislinə qədər
|
10%
|
100 mislinə qədər
|
20%
|
1001 mislindən 3000 mislinə
qədər
|
min ə/h 100 misli + min ə/h
1000 mislindən yuxarı məbləğin 7,5%-i
|
100 mislindən 300 mislinə qədər
|
min ə/h 20 misli + min ə/h
100 mislindən yuxarı məbləğin 15%-i
|
3001 mislindən 10000 mislinə
qədər
|
min ə/h 250 misli + min ə/h
3000 mislindən yuxarı məbləğin 5%-i
|
301 mislindən 1000 mislinə
qədər
|
min ə/h 50 misli + min ə/h
300 mislindən yuxarı məbləğin 10%-i
|
10001 mislindən 25000 mislinə
qədər
|
min ə/h 600 misli + min ə/h
10000 mislindən yuxarı məbləğin 2,5%-i
|
1001 mislindən 2500 mislinə
qədər
|
min ə/h 120 misli + min ə/h
1000 mislindən yuxarı məbləğin 5%-i
|
25001 mislindən 50000 mislinə
qədər
|
min ə/h 975 misli + min ə/h
25000 mislindən yuxarı məbləğin 1,5%-i
|
2501 mislindən 5000 mislinə
qədər
|
min ə/h 195 misli + min ə/h
2500 mislindən yuxarı məbləğin 2,5%-i
|
50000 mislindən yuxarı
|
min ə/h 1350 misli + min ə/h
50000 mislindən yuxarı məbləğin 0,75%-i
|
5000 mislindən yuxarı
|
min ə/h 257,5 misli + min ə/h
5000 mislindən yuxarı məbləğin 1,25%-i
|
© AzerSoft