Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliind 
QEYDƏ ALINMIŞDIR
Qeydiyyat №_________
‘______’ ________1998-ci il

Nazir  S.Həsənova


‘TƏSDİQ EDİLMİŞDİR’
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Əmr №_____________
‘_____’_________1998-ci il

Komitənin sədri K.Heydərov

Yük gömrük bəyannamələrinin doldurulması
 Q A Y D A L A R I

  1.Ümumi müddəalar

1.1. Bu qaydalar malların ixrac və sərbəst dövriyyə üçün buraxılış gömrük rejimləri üzrə yük gömrük bəyannaməsinin (sonrakı yazılışlarda - YGB) doldurulma qaydalarını müəyyən edir.
1.2. YGB dəsti dörd əsas vərəqə, bu qaydalarda nəzərdə tutulan hallarda isə əlavə vərəqlərdən   (1 saylı Əlavə) ibarətdir. Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət olmalıdır.
Qrafaların adları üçün azərbaycan dilində (bə’zi hallarda rus dilində) olan blanklardan, habelə məlumat qrafasından kənarda əlavə qeydləri olan blanklardan da istifadə etmək olar.
1.3. YGB-nin əsas vərəqəsi eyni bir gömrük rejimi tətbiq olunan eyni adlı mallar (XİF MN üzrə mal mövqeyi 9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.
1.4. Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda malı bəyan etməyə imkan verir.
1.5. Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə, 33-dən artıq əlavə vərəq əlavə oluna bilməz)  məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istina olunmaqla, YGB-nin əsas vərəqələrinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.
1.6. YGB-də pozub-düzəltmə və qaralama olmamalıdır. Düzəlişlər yanlış məlumatların üzərindən xətt çəkilməklə, düzgün məlumatları yazı makinası, və ya əl ilə yazmaqla edilir. Hər bir düzəliş səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir.
1.7. YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün)  kompüterdə , və ya yazı makinasında Azərbaycan dilində (bə’zi hallarda rus dilində) doldurulur.Ayrı-ayrı hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük dəyəri), 9 işarədən çox ədədlə ifadə olunarsa, onları əl ilə doldurmaq olar.  Keyfiyyətsiz şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi baxılmır.
1.8. YGB-nin hər hansı bir qrafasındakı mətn məlumatı,  əvvəl doldurulmuş  qrafanın mətn məlumatının təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya - «bax, qrafa №_____» şəkildə istinad edilir. Kodlara münasibətdə belə istinadlar edilə bilməz.
1.9. YGB-nin hər hansı qrafasında lazımi məlumatların bəyan olunması üçün (müəssisənin adı, vaqonun, konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların bəyannamənin arxa tərəfində yazılmasına icazə verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq olunaraq «arxaya bax» ifadəsi yazılır. Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur.
YGB-nin əsas vərəqinin arxa tərəfində digər nəzarət orqanlarının ştamplar vurması və qeydlər aparması üçün icazə verilir.
1.10. Bəyannaməçilərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə verilmir.
1.11. Gömrük orqanı bu qaydaların 2.4 bəndində göstərilən sxem üzrə YGB-nin əsas vərəqinin 7-ci qrafasında və hər bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, bəyannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir.
1.12. YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürülür:

  • birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır;

  • ikinci vərəq (statistik) - gömrük statistikası şö’bəsində  (bölməsində) qalır;

  • üçüncü vərəq - bəyannaməçiyə qaytarılır;

  • dördüncü vərəq:

a) malların ixracı zamanı bəyannaməçiyə - yük göndərənə qaytarılaraq, mal müşayət sənədlərinə əlavə olunur və mallarla birlikdə sərhəd gömrük buraxılış məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük orqanına göndərilir;
b) malların idxalı zamanı-gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməçidə - malı alanda qalır.
1.13. Burada istifadə olunan əsas anlayışlar aşağıdakıları bildirir:

  • «nəqliyyat sənədi» - gömrük sərhədinə qədər (malların ixracı zamanı), gömrük sərhəddindən təyinat yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayət sənədləri də daxil olmaqla malların beynəlxalq daşımalarını  həyata keçirmək üçün uyğun sənəddir;

  •  «malı göndərən» - gömrük bəyannaməsinə təqdim olunmuş malları nəqliyyat sənədində göstərilən, alana çatdırılması üçün    daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən, və ya vermək istəyən, habelə, daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir;

  •  «malı alan» - nəqliyyat sənədinə müvafiq    daşıyıcı tərəfindən, və ya göndərənin göstərişi əsasında gömrük sərhəddindən keçdikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən huquqi və ya fiziki şəxsdir;

  •  «maliyyə tənzimlənməsi üzrə məsul şəxs» - ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr ( alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s. ) bağlayan və onlar üzrə hesabatlara məsul olan vətəndaşlardır;

  •  «faktura dəyəri»- ödənişli əsasda xarici-ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir;

  •  «gömrük dəyəri»:

-  idxal olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyyən olunan dəyəridir;
 -  ixrac olunan mallar üçün:
-  ödənişli əsasda sövdələşmələr üçün  - gömrük ərazisindən malların ixrac yerinə çatdırılması (daşınma, yükləmə, boşalma, sığorta) üçün xərclər, habelə digər lazımi korrektirovkalar da nəzərə alınmaqla, ixrac olunan malların ödənilməsi və ya  ödənilməli olan qiyməti əsasında təyin olunan dəyərdir;
- ödənişsiz əsasda digər sövdələşmələr üçün - gömrük ərazisindən ixrac yerinə çatdırılması xərcləri nəzərə alınmaqla qiymətləndirilən və ya eyniləşdirilmiş olan bircinsli malların dəyəri haqqında məlumat - kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedici sənədlə təyin ounan qiymətlər əsasında müəyyən olunan dəyərdir;

  • «ticarət edən ölkə» - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyyətindən asılı olmayaraq müqavilə bağlayan şəxsin qeydiyyatda olduğu (yaşadığı) ərazinin olduğu ölkədir.

 İxrac gömrük rejimi altında 
olan mallar üçün yük gömrük
bəyannaməsinin doldurulmasıqaydaları

2.1. Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur:
- rəqəmlə göstərilən:
  1,2,3,4,5.6,8,9,11,12,14,15,15a,16,17,17a,18,19,20,21,22,
23,24,25,26, 27, 28, 29,30,31,32,33,34,35,36,37,38,39,40, 41,42,44,45,46,47,48,50,54;
- hərflə göstərilən: - A B 2.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 7, D və S qrafaları doldurulur. 2.3. Qrafaların bəyannaməçi tərəfindən doldurulma qaydaları:
Qrafa «A»
Qrafanın yuxarı hissəsində YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixdə Mərkəzi (milli) bank tərəfindən ABŞ dollarının milli valyuta ilə ifadə olunmuş məzənnəsi göstərilir.
Qrafa 1. «Bəyannamənin tipi».
Qrafanın birinci yarımbölməsində   malların keçirilmə istiqaməti - «İX» göstərilir.
Qrafanın  ikinci yarımbölməsində malların gömrük sərhəddindən keçirilmə proseduraları Təsnifatına uyğun olaraq gömrük rejiminin iki rəqəmli kodu göstərilir (2 saylı Əlavə).
Üçüncü yarımbölmədə:

  • əgər ixracatçı öz istehsal etdiyi məhsulu ixrac edirsə - «1» rəqəmi;

  • əgər ixracatçı özü istehsal etmədiyi məhsulu ixrac edirsə - «0» rəqəmi yazılır.

Qrafa 2.  «Göndərən»
Qrafada malları göndərən haqqında aşağıdakı məlumatlar:

  • sağ yuxarı küncdə hüquqi şəxslərə Dövlət Statistika Komitəsi (DSK) təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmişeyniləşdirmə nömrəsi və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları göstərilir.

  •  hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan göstərilir.

  •  sol aşağı küncdə hüquqi şəxslər üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alınmış təşkilatın qeydiyyatı haqqında şəhadətnamənin verilmə tarixi və nömrəsi, fiziki şəxslər üçün isə Vergi Müfəttişliyindən alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa səlahiyyət verən lisenziyanın nömrəsi və verilmə tarixi göstərilir sol aşağı küncdə təşkilatların dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi, və ya fiziki şəxsə Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçot nömrəsi. 

Qrafa 3.  «Əlavə vərəqlər»
Qrafa əlavə vərəqlər istifadə olunduqda doldurulur. Qrafanın birinci yarımbölməsində vərəqin sıra nömrəsi, ikincidə isə əlavə vərəqlər daxil olmaqla, təqdim olunmuş YGB vərəqlərinin ümumi sayı göstərilir.

Qrafa 4.   «Yükləmə spesifikasiyası»
Qrafa əlavə vərəqələr istifadə olunarsa, doldurulur. Əlavə vərəqlərin ümumi sayı göstərilir.
Qrafa 5. «Malların ümumi sayı»
Qrafada YGB-nin əsas vərəqlərinin və əlavə vərəqlərinin 31-ci qrafalarında göstərilən, bəyan olunan hissədəki malların ümumi sayı rəqəmlə göstərilir.
Qrafa 6. «Yerlərin sayı»
Qrafada bəyan olunan mallar partiyasında yerlərin ümumi sayı göstərilir.
Tökülüb doldurula bilən, səpələnib tökülmə və axıcılıq qabiliyyətli yüklər, habelə boru kəməri nəqliyyatı, elektrik xətləri vasitəsilə və qalaq halında gömrük sərhəddindən mallar keçirildikdə, bu qrafada «0»  rəqəmi yazılır.       

Qrafa 8. «Malı alan»
Qrafada malları alan haqqında aşağıdakı məlumat göstərilir:
- xarici müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı.

Qrafa 9.»Maliyyə məsələlərinin tənzimlənməsində məs’ul    şəxs»
Qrafada ödəniş əsasında xarici ticarət sövdələşməsi bağlamış məsul şəxs haqqında məlumatlar bildirilir:

  • qrafanın aşağı hissəsində «№» işarəsindən sonra hüquqi şəxslərə DSK tərəfindən verilmiş 7 rəqəmli təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmiş eyniləşdirmə nömrəsi və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları;

  •  hüquqi şəxsin adı və ünvanı, və ya fiziki şəxsin S.A.A, ünvanı və onun şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;

  •  sağ yuxarı küncdə Baş Dövlət Vergi Müfəttişliyi Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinə verilmiş uçot nömrəsi fiziki şəxslərə verilmişeyniləşdirmə nömrəsi ;

Qrafa, ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.

Qrafa 11. «Ticarət edən ölkə»
Qrafada dünya ölkələrinin Təsnifatına (3 saylı Əlavə) uyğun olaraq ticarət edən ölkənin rəqəmlə istifadə olunan kodu göstərilir.

Qrafa 12. «Ümumi gömrük dəyəri»
Qrafada əsas və əlavə vərəqlərin 45-ci qrafalarında göstərilən mallar dəyəri üzrə alınmış ümumi məbləğ bəyan olunmuş malların ümumi gömrük dəyəri kimi göstərilir.

Qrafa 14. «Bəyannaməçi»
Qrafada malları bəyan edən - deklarant haqqında məlumat göstərilir:     

  • sağ yuxarı küncdə hüquqi şəxslər üçün  Dövlət Statistika Komitəsi (DSK) təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmiş eyniləşdirmə nömrəsi və ya fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları;

  •  bəyannaməçinin adı və ünvanı (poçt indeksi göstərilməklə).

Qrafanın aşağı hissəsində vergi ödəyicisinin uçot nömrəsi, həmin müəssisə müqavilə əsasında bəyannaməçilik (broker, vasitəçi) fəaliyyəti göstərdiyi hallarda isə dövlət gömrük nəzarəti orqanları tərəfindən, həmin təşkilatın bəyannaməçi kimi tanınmasına səlahiyyət verən lisenziyanın nömrəsi və verildiyi tarix göstərilir.

Qrafa 15.  «Göndərən ölkə»
Qrafada dünya ölkələrinin Təsnifatına (3 saylı Əlavə) uyğun göndərən ölkənin qısa adı göstərilir.
Qrafa 15a. «Göndərən ölkənin kodu»
Qrafada 3 saylı Əlavədə göstərilmiş dünya ölkələrinin Təsnifatına uyğun göndərən ölkənin rəqəmlə ifadə olunan kodu göstərilir.

Qrafa 16. «Mənşə ölkəsi»
Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq malın mənşə ölkəsinin qısa adı göstərilir. Eyni adlı mallar (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi tətbiq edilən) müxtəlif ölkələrdə istehsal olunduqda qrafada «müxtəlif» sözü yazılır.
Qrafa 17. «Təyinat ölkəsi»
Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq, təyinat ölkəsinin qısa adı göstərilir (3 saylı Əlavə).

Qrafa 17a. «Təyinat ölkəsinin kodu» Qrafada dünya ölkələrinin Təsnifatına uyğun  təyinat ölkəsinin kodu göstərilir (3 saylı Əlavə).

Qrafa 18.»Göndərmə zamanı nəqliyyat vasitəsi»
Qrafanın sol yarımbölməsində nəqliyyat vasitəsinin sayı, bundan sonra isə bir hərf tərtibində məsafə buraxılmaqla gömrük sərhədi buraxılış məntəqəsinə aparılmaq üçün malın yükləndiyi nəqliyyat vasitəsi haqqında məlumat (dəniz, ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmiryol vaqonunun nömrəsi, yol nəqliyyatı vasitələrinin qeydiyyat nömrəsi və digər məlumatlar) göstərilir.
YGB-də bütün məlumatları göstərmək mümkün olmadıqda, «arxaya bax» ifadəsi yazılmaqla, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa hissəsində, nəqliyyat vasitələrinin nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunmaqla göstərilir.
Qrafanın sağ yarımbölməsində dünya ölkələrinin Təsnifatına (3 saylı Əlavə) uyğun nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 19. «Konteyner»
Qrafada:
- mallar konteynerdə keçirildikdə - «1» rəqəmi
-mallar konteynerdə keçirilmədikdə - «0»rəqəmi yazılır.

Qrafa 20. «Göndərmə şərtləri»
Qrafanın birinci yarımbölməsində göndərmə şərtlərinin Təsnifatına uyğun olaraq (4 saylı Əlavə) göndərmə şərtlərinin iki rəqəmli kodu göstərilir.
Qrafanın ikinci yarımbölməsinin sol hissəsində coğrafi məntəqə göstərilməklə göndərmə şərtinin hərflə ifadə olunmuş qısa hərfi adı  göstərilir.
Üçüncü yarımbölmədə qarşılıqlı hesablaşmanın tətbiq üsulundan asılı olaraq aşağıdakılar göstərilir:

  • «001» - qarşılıqlı hesablaşma vəsaitin köçürülməsi yolu ilə həyata keçirildikdə;

  •  «002» - akkreditiv açılması yolu ilə;

  •  «003» - malın dəyəri ödənilmədikdə.

Qrafa ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında doldurulmur.

Qrafa 21. «Sərhəddə nəqliyyat vasitəsi»
Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı, bir hərf tərtibində boş məsafə buraxılmaqla, malları gömrük ərazisindən kənara aparacaq nəqliyyat vasitəsi haqqında (dəniz,  və ya çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmiryolu vaqonunun nömrəsi, yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və s.) məlumatlar göstərilir.
Bütün məlumatları YGB-də göstərmək mümkün olmadıqda, «arxaya bax» ifadəsi yazılmaqla, ona istinad edilərək, YGB-nin 1-ci və 4-cü vərəqələrinin arxa hissəsində nəqliyyat vasitələrinin nömrəsi, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunmaqla göstərilir.  
Qrafanın sağ yarımbölməsində dünya ölkələrinin Təsnifatına uyğun (3 saylı Əlavə) nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin iki rəqəmli kodu göstərilir.
Bəyannaməçidə malları gömrük ərazisi hüdudlarından kənara aparacaq nəqliyyat vasitəsi haqqında məlumat olmadığı halda (gömrük nəzarəti altında malların yenidən yüklənməsi zamanı) qrafa doldurulmur.

Qrafa 22. «Valyuta və malların ümumi faktura dəyəri»
Qrafanın sol yarımbölməsində 42-ci qrafada göstərilmiş malların faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu valyutaların Təsnifatına (5 saylı Əlavə) uyğun olaraq göstərilir.
Faktura dəyəri bəyan olunan valyuta, milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.
Qrafanın sağ yarımbölməsində göstərilən ümumi faktura dəyəri YGB-nin əsas və əlavə vərəqələrinin 42-ci qrafalarında göstərilən dəyərlərin toplanmasından alınır.

Qrafa 23. «Valyuta məzənnəsi».
Qrafada YGB gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixə Mərkəzi (milli) bank tərəfindən müəyyən olunan valyuta məzənnəsi üzrə bəyan olunan faktura dəyəri göstərilir.
Qrafada faktura dəyəri milli valyuta ilə bəyan olunan hallarda  - «1» rəqəmi yazılır.

Qrafa 24. «Sövdələşmənin xarakteri»
Qrafanın sol yarımbölməsində sövdələşmənin xarakteri Təsnifatına uyğun olaraq (6 saylı Əlavə) sövdələşmə xarakterinin iki rəqəmli kodu göstərilir.
Bu qrafada sövdələşmə xarakterinin iki rəqəmli kodundan sonra göndərişlərin xüsusi şərtini xarakterizə edən əlavə üçüncü işarə göstərilir:

  • «1» - xarici kreditlər hesabına göndərişləri;

  • «2» - dövlət kreditləri hesabına göndərişlər;

  • «3» - kommersiya kreditləri hesabına göndərişlər;

  • «4» - birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal  göndərişləri;

  • «7» - yeni texnika və texnologiya nümunələrinin  göndərişləri.

Qrafa 25. «Sərhəddə nəqliyyat növü»

Qrafa 26. «Ölkə daxilində nəqliyyat növü»

Qrafada nəqliyyat vasitələrinin Təsnifatına uyğun (7 saylı Əlavə) nəqliyyat vasitəsi növünün kodu göstərilir.

Qrafa 27 «Yükləmə/boşaltma yerləri».

Qrafada malların yükləmə yerləri konkret (şəhər, rayon) göstərilir.

Qrafa 28. «Maliyyə və bank məlumatı»

Qrafada 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxs haqqında bank və maliyyə məlumatları, rekvizitlərdən hər biri yeni sətirdən başlanılmaqla və onlardan hər birinin qarşısına növbəti sıra nömrəsi qoyulmaqla göstərilir:

1 - valyuta nəzarəti sənədinin nömrəsi, ya da bankın identifikasiya nömrəsi;

2 - bankın qısaldılmış adı;

3 - 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin milli valyuta hesabının nömrəsi;

4 - 9-cu qrafada göstərilən hüquqi və ya fiziki şəxsin xarici valyuta hesabının nömrəsi;

5 - vergi ödəyicisinin Baş Dövlət Vergi Müfəttişliyi Vergilər Nazirliyi tərəfindən verilmiş uçot nömrəsi.

Qrafa pul hesablaşmaları nəzərdə tutulmayan müqavilələr üzrə mal keçiriləcək hallarda doldurulmur. Bu qrafada mövcud qanunvericiliyə müvafiq olaraq valyuta nəzarəti məqsədi üçün lazım olan məlumatlar da göstərilə bilər.

Qrafa 29. «Sərhəddəki gömrükxana»

Qrafada fəaliyyət bölgəsi gömrük sərhəddi buraxılış məntəqəsində yerləşən gömrük orqanı (gömrükxana)  göstərilir. Sağ yuxarı küncdə gömrük rəsmiləşdirilməsini həyata keçirən bölmənin gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun (11 saylı Əlavə) kodu göstərilir.

Qrafa 30. «Mallara baxış yeri»

Malların gömrük rəsmiləşdirilməsi dövründə onların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi zamanı doldurulur.

Qrafada müvəqqəti saxlanc anbarını tə’sis etmiş gömrük orqanının kodu göstərilir.

Əgər malların gömrük rəsmiləşdirilməsi digər yerdə aparılarsa, bu halda qrafada belə malların hesabatını aparan müvəqqəti saxlanc anbarının nömrəsi göstərilir.

Qrafa 31. «Yük yerləri və malların təsviri»

«Markalama və miqdar - konteynerlərin       nömrəsi, malların təsviri»

Qrafada malların ticarətdə istifadə olunan adları və onların modelləri, tipləri, ölçüləri, DÖST-ləri, parametrləri və s. daxil olmaqla onların texniki xarakteristikaları göstərilir ki, onlar da bəyan olunan malları XİF MN üzrə təsnifat qaydalarına uyğun olaraq xarici-iqtisadi fəaliyyətin mal nomeklaturasının (XİF MN) 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilərək, müəyyən mal mövqeyində təsnifinə imkan verir.

Bəyan olunan malların XİF MN-dəki mal mövqelərinin ümumi adı altında göstərilməsinə yol verilmir.

Sonra yük yerlərinin sayı və növü, onların markalanması haqqında məlumatlar göstərilir. Konteynerlərdə aparılan mallar üçün, qrafanın sağ yuxarı hissəsində konteynerlərin sayı və bir hərf tərtibində boş yer buraxıldıqdan sonra onun nömrəsi göstərilir.

Əgər bu qrafada bəyan olunan mallar yük yerini, və ya konteyneri tam doldurmursa, bu haqda qrafada «qutunun bir hissəsi», «konteynerin bir hissəsi» və s. göstərilir.

Tarif tənzimlənməsi üçün qrafanın aşağı sağ küncündə xüsusi ayrılmış sahədə malın miqdarı, XİF MN üzrə ölçü vahidinin qısadılmış adı yazılmaqla göstərilir.

Əlavə vərəqələrdə doldurulmamış «Malın təsviri» qrafalarına xətt çəkilərək cızılır.

Qrafa 32. «Mal №» (malın nömrəsi)

Qrafada 31-ci qrafada bəyan olunan malın sıra nömrəsi göstərilir.

Qrafa 33. «Malın kodu»

Birinci yarımbölmədə malların XİF MN üzrə 9 rəqəmli kodları göstərilir.

Kod strukturuna görə hərf tərtibində boş yer buraxılmadan və digər ayırıcı işarələr olmadan yazılır. Bu mərhələdə müvəqqəti olaraq qrafanın kənarındakı sağ yarımbölmə ehtiyat qrafa kimi saxlanılır.

 Qrafa 34. « Mənşə ölkəsinin kodu»

Dünya ölkələrinin Təsnifatına uyğun qrafada (XİF MN üzrə 9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunan) bəyan olunan eyni adlı malların mənşə ölkəsinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə  9-cu rəqəm səviyyəsində eyni cür təsnifləşdirilən və bu mallara münasibətdə eyni bir gömrük rejimi müəyyən olunmuşdursa), lakin mənşəcə müxtəlif ölkənindirsə, belə halda qrafada «000» göstərilir.

Bir neçə adda mallar bəyan olunarkən, dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqlərdə malların hər birinin mənşə ölkəsinin kodu göstərilir.

Qrafa 35. «Brutto çəki (kq)»
Qrafada malların qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi kiloqramla göstərilir. Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam ədədə qədər yuvarlaqlaşdırılır.

Qrafa 36. «Preferensiya» «İmtiyaz»
Qrafa gömrük tədiyyələrinin ödənişi üzrə xüsusiyyətlər, ya da güzəştlərə əsas verən milli Təsnifata (12 saylı Əlavə) uyğun olaraq doldurulur.

Qrafa 37. «Prosedura» «Üsul»
Qrafada bəyan olunmuş gömrük rejiminə uyğun malların keçirilmə proseduralarının 6 rəqəmli kodu göstərilir. Birinci iki rəqəm malların gömrük sərhəddindən keçirilmə proseduraları Təsnifatına uyğun birinci bölmənin iki saylı Əlavəsindəki gömrük rejiminin kodunu göstərir. Əgər əvvəlki gömrük rejimi məlumdursa, ikinci iki rəqəm həmin rejimin kodunu göstərir. Əvvəlki gömrük rejimi namə’lum olduqda, ya da olmadığı hallarda «00» göstərilir.
Altı rəqəmli kodun sonuncu iki rəqəmi bəyan olunan gömrük rejiminə müvafiq Təsnifatın ikinci bölməsinə (2 saylı Əlavə) əsasən, malların keçirilmə xüsusiyyətini göstərir. Əgər Təsnifatın ikinci bölməsində nəzərdə tutulmuş xüsusiyyətlər yoxdursa, bu halda «00» göstərilir.

Qrafa 38. «Netto (kq)»  «Xalis çəki»
Qrafada malların qablaşdırılma vasitəsi nəzərə alınmadan onların xalis çəkisi kiloqramla göstərilir. Əgər ümumi çəki bir kiloqramdan çoxdursa, onda yuvarlaqlaşdırma qaydası üzrə həmin çəki tam kəmiyyətə qədər yuvarlaqlaşdırılır.

Qrafa 39. «Kvota»
Miqdarına məhdudiyyət müəyyən olunmuş mallar üçün doldurulur.
Qrafada, alınmış lisenziyaya əsasən ayrılmış kvotanın qalığı ölçü vahidi ilə göstərilir. Kvota qalığının tə’yini zamanı bəyan olunan mal hissəsi nəzərə alınmır.

Qrafa 40. «Ümumi bəyannamə/əvvəlki sənəd»
Bəyan olunan gömrük rejimindən əvvəl digər gömrük rejiminin olduğu (mal mübadiləsi əməliyyatlarında - qarşılıqlı mal göndərişləri) hallarda, və ya müvəqqəti, natamam (orderli göndəriş) dövrü, ümumi bəyannamələrin təqdim olunması zamanı doldurulur.
Qrafada əvvəlki bəyannamənin nömrəsi göstərilir.

Qrafa 41. «Əlavə ölçü vahidləri»
Qrafada XİF MN üzrə 31-ci qrafada olan malın miqdarının əlavə ölçü vahidinin kodu göstərilir.

Qrafa 42. «Malın faktura dəyəri»
Qrafada  mövcud qanunvericiliyə uyğun olaraq, 22-ci qrafada göstərilmiş, valyuta ilə 31-ci qrafada bəyan olunmuş malların faktura dəyəri göstərilir.

Qrafa 44. «Əlavə məlumat/təqdim olunan sənədlər»
Qrafada hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sıra nömrəsi qoyulmaqla aşağıdakılar göstərilir:

  1. - lisenziyanın nömrəsi və verildiyi tarix,  habelə onun fəaliyyət müddəti;

  2. - nəqliyyat sənədinin nömrəsi;

  3. - daşınma cədvəlinin nömrəsi və tarixi;

  4. -müqavilənin (kontraktın, sazişin və s.) nömrəsi və tarixi;

    Əgər mövcud qanunvericiliyə uyğun olaraq milli valyuta ilə beynəlxalq hesablaşmaları aparmaq üçün xüsusi hesabın açılması tələb olunursa, müqavilənin tarix və nömrəsindən sonra xüsusi simvol «*» və milli valyuta ilə xarici şəxslə hesablaşmanı aparan müvəkkil bankın spesifikasiya nömrəsi göstərilir.                                              

  5. - əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;

  6. - digər dövlət orqanlarının (onların adı göstərilməklə), bu orqanların mallara nəzarəti lazım olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;

  7.  - malların gömrük ərazisindən xaricdə kənarda emalına verilən lisenziyanın icazənin nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;

  8. - malların mənşə sertifikatları haqqında məlumat;

  9.  - gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla, verilən lisenziyaların, digər icazələrin nömrələri və verildiyi tarix.

Bütün məlumatları blankda göstərmək mümkün olmadıqda «arxaya bax» ifadəsi yazılmaqla, ona istinad edilir və yuxarıdakı məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arxasında göstərilərək, bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Qrafa 45. «Gömrük dəyəri»
Qrafada 31-ci qrafada bəyan olunan malların gömrük dəyəri göstərilir. Gömrük dəyəri göstərilən valyuta milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Qrafa 46. «Statistik dəyər»
Qrafada bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir.

Qrafa 47.»Gömrük rüsumları və yığımlarının hesablanması»
Qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq, heç bir gömrük ödəniş növünə cəlb olunmayan, bəyan olunan mallar istisna olunmaqla, qalan bütün hallarda YGB-nin rəsmiləşdirilməsi zamanı 47-ci qrafa doldurulur.
YGB-nin 47-ci qrafasının bütün sütunları doldurulur. Bu zaman sütunlarda yazılmış rəqəmlər və hərflər arasında hərf tərtibində boş yer buraxılmalıdır. Əgər sütunlarda eyni zamanda rəqəmli və simvollu işarələr olarsa, onlar arasında da hərf tərtibində boş yer buraxılmasına yol verilmir. Hesablanmış gömrük ödənişlərinin məbləği MDB iştirakçıları-dövlətlərinin milli banklarında tətbiq olunan qaydalara uyğun olaraq yuvarlaqlaşdırılır.
47-ci qrafanın ayrı-ayrı sütunlarının doldurulması:
«Növ» sütununda gömrük ödənişlərinin Təsnifatına (8 saylı Əlavə) uyğun olaraq gömrük ödənişi növünün kodu göstərilir.
«Hesablama üçün əsas» sütununda aşağıda-kılar göstərilir:

  • 38-ci qrafada və ya 31-ci qrafanın aşağı sağ küncündə, və ya  41-ci qrafada miqdarı göstərilən mala münasibətdə gömrük ödənişləri dərəcəsinə uyğun olaraq bir əmtəə vahidit ilə müəyyən edilmiş ölçüdə tətbiq olunan gömrük ödənişləri dərəcəsi;

  •  ixrac gömrük rüsumunun hesablanması üçün YGB-nin 45-ci qrafasında gömrük dəyəri göstərilən mala və ya gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının hesablanması üçün 12-ci qrafada ümumi gömrük dəyəri göstərilən mala münasibətdə tətbiq olunan gömrük dəyərindən faizlə gömrük ödənişləri dərəcəsi.

Bu sütunda yalnız rəqəmli işarələr göstərilir.
«Məbləğ» sütununda malların gömrük dəyəri ifadə olunan valyuta ilə hesablanmış, ödəniləcək gömrük ödənişlərinin məbləği göstərilir.
«ÖÜ» ödəniş üsulu sütununda ödəniş üsulunun iki rəqəmli, və ya hərfi kodları mövcud gömrük tədiyyələrinin ödəniş şərtləri və üsulundan asılılıq qaydalarına (10 saylı Əlavə) uyğun olaraq göstərilir:

  • 01, və ya «NH» - bank vasitəsilə nağdsız hesablaşma;

  • 02, və ya «GK» - gömrük kassasına nağd ödənilmişdir;

  • 03, və ya  «ÖM» - ödənişə möhlət verilmişdir;

  • 04, və ya «ÖMU» - gömrük ödənişlərinin ödənilməsi üzrə möhlət müddəti uzadılmışdır;

  • 05, və ya «ŞH» - gömrük ödənişlərində şərti hesablanma olunmuşdur;

  • 06, və ya  «QÖ» - ödəniş qarşılıqlı hesablaşma əsasında aparılmışdır.

«Hesablamanın təfsilatı»

Qrafada hər bir gömrük ödəniş növünün kodu ayrıca qeyd edilir, YGB-nin əsas vərəqi və hər bir əlavə vərəqi üzrə ödənişlərdən ibarət - ödəniş məbləği, habelə valyutaların və valyuta məzənnələrinin kodları yazılır.

Gömrük ödənişlərinin ödənilməsi, gömrük dəyəri göstərilən valyutadan fərqli olan hallarda ödənmiş gömrük ödənişlərinin məbləği 47-ci qrafanın «Məbləğ» sütununda göstərilən məbləğin ödəniş valyutası məzənnəsi YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu gündən MDB dövlətlərinin Mərkəzi (milli) Bankı tərəfindən müəyyən etdiyi valyutanın məzənnəsinə görə yenidən hesablanır.     

Ödəniş valyutası əsasında yenidən hesablanaraq alınmış gömrük ödənişi məbləği MDB iştirakçıları-dövlətlərinin Mərkəzi (Milli) banklarında tətbiq olunan yuvarlaqlaşdırırma qaydalarına uyğun olaraq aparılır.

Əgər 47-ci qrafanın «ÖÜ» (ödəniş üsulu) sütununda - «05» işarəsi göstərilərsə, belə hallarda bu gömrük ödənişi növü üzrə «B» qrafası doldurulmur.

«B» - qrafasının doldurulması zamanı bütün elementlər bir-birindən  defis «-» işarəsi ilə ayrılır və elementlər daxilində simvol tərtibində boş yer qoyulmasına yol verilmir.

Gömrük ödənişlərinin ödənilməsi zamanı, gömrük ödənişlərinin ödənməsi üzrə məlumatlar «B» qrafasında aşağıdakı sxem üzrə formalaşır:

99 - 9999999999-99 - burada:

saylı element 8 saylı Əlavədə göstərilən gömrük ödənişlərinin Təsnifatını uyğun olaraq göstərilən ödəniş növünün iki rəqəmli kodunu;

 saylı element gömrük ödənişi ödəniləcək ödəncin miqdarını;

saylı  element isə milli valyutanın üç işarəli rəqəmli kodlarını - göstərirlər.

Gömrük ödənişlərinin  ödəniş üzrə müddətinin uzadılması və ya ödənişə möhlət verildiyi hallarda «V» qrafası aşağıdakı sxem üzrə formalaşır:
99-9999999999-999-99   - burada:
1 - saylı element, ödəniş müddətinin uzadılması və ya ödənişə möhlət verilməsində istifadə olunan təsdiq olunmuş gömrük ödənişlərinin Təsnifatına uyğun olaraq ödəniş növünün iki işarəli rəqəmli kodunu;
2 - saylı element, təminat valyutası ilə göstərilən  müddətin uzadılması ya da ödənişə möhlət üçün alınacaq gömrük ödənişi ödəncinin miqdarını;
3 - saylı element, valyutalarının Təsnifatına uyğun olaraq  gömrük ödənişinin  ödənməsinin tə’min edən valyutanın üç rəqəmli kodunu;
4 - saylı element gömrük ödənişlərinin ödənilməsinə təminat növlərinin Təsnifatına (9 saylı Əlavə) uyğun olaraq, gömrük ödənişlərini tə’min edən növlərin iki işarəli rəqəmli və ya hərfi kodlarını göstərir.
«Təminat valyutası» aşağıdakıları:

  • gömrük ödənişlərinin ödənilməsi müddətinin uzadılması və ya ödənilməyə möhlət verilməsi zamanı müvəkkil bankın və ya digər müəssisənin zəmanətində göstərilən valyuta məbləğini;

  • girov mallara və nəqliyyat vasitələrinə   gömrük ödənişlərinin ödənc müddətinin uzadılması ya da ödənilməyə möhlət verilməsi zamanı həmin malların gömrük dəyərini göstərən valyutanı;

  • gömrük ödənişlərinin ödənc müddətinin uzadılması və ya ödənilməyə möhlət verilməsi zamanı gömrük orqanının depozitinə keçirilməsi üçün hesablanmış məbləğ - yə’ni depozitə keçirilmiş pul vəsaiti valyutasını  bildirirlər 

Qrafa 48.  «Ödənişlərə möhlət»

Qrafada gömrük ödənişlərinin ödənilməsinin uzadılması və ödənilməyə verilmiş möhlətin son müddəti altı rəqəmlə (99.99.99) göstərilir. Nöqtələr vasitəsilə bir-birindən ayrılan, hər bir rəqəm cütü müvafiq olaraq - günü, ayı və ili bildirir.

Qrafa 50. «Vəkalət verən»

 Qrafada «YGB və onun əlavə vərəqlərində göstərilən məlumatları təsdiq edirəm» ifadəsi yazılaraq bəyannaməçinin (yük göndərənin) imzası və möhrü ilə təsdiq olunur.

Qrafa 54. «Yer və tarix»

Qrafada YGB-nin doldurulduğu yer və tarix, 14-cü qrafada göstərilən təşkilat tərəfindən malların bəyan olunmasına vəkaləti - səlahiyyəti olan şəxsin adı və soyadı, tutduğu vəzifə, onun şəxsi imzası, müəssisənin - bəyannaməçinin telefon və teletayp nömrəsi göstərilir.

YGB-də göstərilən məlumatlar müəssisənin rəsmi möhürü ilə təsdiq olunur.

Gömrük orqanı tərəfindən qrafaların        doldurulması qaydaları.

Qrafa 7. «Sorğu nömrəsi»

Qrafada aşağıdakı sxem üzrə gömrük rəsmiləşdirilməsinə qə’bul edilən YGB-nin qeydiyyat nömrəsi göstərilir:

99999 / 9 / 99 / 9999, burada:

1-saylı element, gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun olaraq, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının kodunu;

2-saylı element, YGB-nin gömrük          rəsmi-    ləşdirilməsinə qə’bul olunduğu ilin son rəqəmini;

3  -  saylı element, cari ayın sıra nömrəsini;

4 - saylı element isə müvafiq gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş YGB-nin  sıra nömrəsini bildirirlər.

Əlavə vərəqlər tətbiq olunan hallarda «A»qrafasının aşağı hissəsində  33-cü qrafanın üzərində  əsas YGB vərəqinin qeydiyyat nömrəsi göstərilir.

Qrafa D
Qrafaya gömrük orqanının ştamp və möhürü vurulur. Lazım olan hallarda isə gömrük nəzarəti nəticələrini əks etdirən başqa qeydlər olunur.
YGB-nin arxa tərəfində əlavə məlumatlar yazılarkən mə’suliyyətli şəxs tərəfindən ştamp və ya möhür vurulması zfruridir.

Qrafa S.
YGB-nin bu qrafası gömrük orqanı tərəfindən texnoloji qeydlər üçün istifadə oluna bilər.


3.Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları.


3. Bəyannaməçi YGB-nin aşağıdakı qrafalarını doldurur:

  • rəqəmlə göstərilən: 1,2,3,4,5.6,8,9,11,12,14,15,15a,16,17,17a, 18,19,20,21,22,23,24,25,26,27,28,29, 30,31,32,33,34,35,36,37,38,39,40,41, 42,44,45,46,47,48,50,53,54;

  • hərflə göstərilən: - V

3,4,5. 6, 9, 11, 12, 14, 15, 15a,16, 17,17a,19, 22, 23,24,25,26, 27,2829,30,31,32,33, 34,35,36,37,38,39, 40,41, 42,45,46,48,54.
A və B qrafaları ixrac gömrük rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulmasına uyğun qaydada doldurulur ( bu Tə’limatın 2, 3 bölməsi).
3.2. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən 7,43, D və S qrafaları doldurulur.
7,  D və S qrafaları ixrac rejimi altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydalarına uyğun olaraq  yerinə yetirilir (bölmə 2.2.).

Qrafa 43. «Gömrük dəyəri səhvlərinin  düzəldilməsi əlaməti».
Qrafada - birinci halda:

  • əgər göstərilən gömrük dəyərində düzəliş  olmamışsa - «0» rəqəmi;

  • əgər göstərilən gömrük dəyərində düzəliş  olmuşdursa - «1» rəqəmi göstərilir.

İkinci halda:

  • gömrük dəyərinin tə’yini Təsnifatına (13 saylı Əlavə) uyğun olaraq təyinat metodunun nömrəsi göstərilir. 

3.3 Bəyannaməçi tərəfindən qrafaların    doldurulma qaydaları.

Qrafa 1. «Bəyannamənin tipi»

Qrafanın birinci yarımbölməsində malların keçirilmə istiqaməti -»İD» göstərilir.

Qrafanın ikinci yarımbölməsində malların gömrük sərhəddindən keçirilmə üsulları Təsnifatına uyğun olaraq gömrük rejiminin iki rəqəmli kodu göstərilir.

Qrafanın üçüncü yarımbölməsində aşağıdakılar:

«1» - idxalatçı tərəfindən idxal olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulduqda;

«0» - idxalatçı tərəfindən idxal olunan məhsul öz ehtiyacı üçün nəzərdə tutulmadıqda - yazılır.

Qrafa 2. « Malı göndərən»

Qrafada malları göndərən haqqında məlumat  - xarici müəssisənin adı və ünvanı ya da fiziki şəxsin S.A.A. və ünvanı - göstərilir 

Qrafa 8. «Malı alan»

Qrafada malları alan haqqında aşağıdakı məlumatlar göstərilir:

  • sağ yuxarı küncdə hüquqi şəxslər üçün DSK təşkilatlara Vergilər Nazirliyi tərəfindən verilmiş eyniləşdirmə nömrəsi ya da fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş  eyniləşdirmə kodları;

  •  hüquqi şəxsin adı və ünvanı ya da fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat;

  • sol aşağı küncdə hüquqi şəxslər üçün təşkilatın qeydiyyatı haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə, fiziki şəxslər üçün isə vergi müfəttişliyi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın nömrəsi və verilmə tarixi göstərilir sol aşağı küncdə təşkilatların dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi, və ya fiziki şəxsə Vergilər Nazirliyi tərəfindən verilmiş vergi ödəyicisinin uçot nömrəsi 

Qrafa 18.»Göndərmə zamanı nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbölməsində nəqliyyat vasitələrinin sayı göstərilir. Bundan sonra simvol tərtibində boş yer buraxılaraq, gömrük rəsmiləşdirilməsini aparacaq fəaliyyət bölgəsi gömrükxanasına malları gətirən nəqliyyat vasitəsi haqqında (dəniz ya da çay gəmisinin, hava gəmisinin reys və bort nömrələri, dəmiryolu vaqonunun nömrəsi, yol nəqliyyatı vasitəsinin qeydiyyat nömrəsi və buna oxşar məlumat) məlumat göstərilir.

Blankda bütün məlumatları göstərmək mümkün olmadıqda, «arxaya bax» ifadəsi yazılmaqla ona istinad edilərək, YGB-nin birinci və dördüncü vərəqələrinin arxa tərəfində nəqliyyat vasitələrinin nömrəsi göstərilərək səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir 

Qrafa 20. «Göndərmə şərtləri»

Birinci və ikinci yarımbölmə malların ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur:

  • «100» - malın dəyəri əvvəlcədən ödənilmişdir;

  • «110» - malın dəyərinin bir hissəsi  əvvəlcədən ödənilmişdir;

  • «120» - malın dəyəri ödənilməmişdir;

  • «130» - mal kredit hesabına idxal olunur;

  • «200» -  malın dəyəri kredit hesabına  əvvəlcədən ödənilmişdir;

  • «210» - malın dəyərinin bir hissəsi  kredit hesabına  əvvəlcədən ödənilmişdir;

  • «220» - malın dəyərinin ödənilməsi üçün akkreditiv açılmışdır.

Əgər mallar kredit hesabına gətirilərsə, belə hallarda yuxarıda göstərilən rəqəmlərin (sözlərin) - kodların əvəzinə ayrılmış kredit  əsasında hər bir ay üzrə bank tarif dərəcəsinin faizi yazılır.

Qrafa 21. «Sərhəddə nəqliyyat vasitəsi»    

Qrafanın sol yarımbölməsində bəyan olunan malların beynəlxalq daşımasını həyata keçirmiş nəqliyyat vasitəsi haqqında məlumat (dəniz ya da çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrələri) yazılır.

Bütün məlumatları YGB blanklarında göstərmək mumkün olmadıqda, «arxaya bax» ifadəsi yazılmaqla, ona istinad edilərək YGB-nin 1-ci və 4-cü vərəqlərinin arxa tərəfində nəqliyyat vasitələrinin nömrəsi göstərilməklə, səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Sağ yarımbölmədə dünya ölkələrinin Təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 27. «Yüklənmə/boşaltma yerləri»

Qrafada malın konkret boşaldıldığı yer (şəhər, rayon) göstərilir.

Qrafa 34. ««Mənşə ölkəsinin kodu»

Qrafada dünya ölkələrinin Təsnifatına uyğun olaraq eyni adlı bəyan olunan malların (XİF MN üzrə 9-cu işarə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə eyni bir gömrük rejimi  müəyyən olunmuşsa, mənşə ölkələrinin rəqəmli kodu göstərilir.

Əgər bu mallar eyni adlıdırsa (XİF MN üzrə 9-cu işarə səviyyəsində eyni cür təsnif olunan və bu mallara münasibətdə, onlara eyni bir gömrük rejimi müəyyən olunmuşsa), lakin mənşəcə müxtəlif ölkələrə mənsubdursa, belə hallarda qrafada «000» göstərilir.

Bir neçə adda mallar bəyan olunan zaman dünya ölkələrinin Təsnifatına uyğun olaraq əlavə vərəqlərdə malların hər birinin mənşə ölkələrinin rəqəmli kodu göstərilir.

Qrafa 44. «Əlavə məlumat/təqdim olunan sənədlər»
Qrafada hər rekvizit yeni sətirdən başlanmaqla, qarşısına sıra nömrəsi qoyulmaqla aşağıdakılar göstərilir:

  1. - lisenziyanın nömrəsi və verildiyi tarix,  habelə onun fəaliyyət müddəti;

  2. - nəqliyyat sənədinin nömrəsi;

  3. - daşınma cədvəlinin nömrəsi və tarixi;

  4. -müqavilənin (kontraktın, sazişin və s.) nömrəsi və tarixi;

   Əgər mövcud qanunvericiliyə uyğun olaraq milli valyuta ilə beynəlxalq hesablaşmaları aparmaq üçün xüsusi hesabın açılması tələb olunursa, müqavilənin tarix və nömrəsindən sonra xüsusi simvol «*» və milli valyuta ilə xarici şəxslə hesablaşmanı aparan müvəkkil bankın spesifikasiya nömrəsi göstərilir.                                              

  • - əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;

  • - digər dövlət orqanlarının (onların adı göstərilməklə), bu orqanların mallara nəzarəti lazım olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;

  •  - malların gömrük ərazisindən xaricdə e’malına verilən lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;

  • - malların mənşə sertifikatları haqqında məlumat;

  •  - gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla, verilən lisenziyaların, digər icazələrin nömrələri və verildiyi tarix.

Bütün məlumatları blankda göstərmək mümkün olmadıqda «arxaya bax» ifadəsi yazılmaqla, ona istinad edilir və yuxarıdakı məlumatlar YGB-nin birinci və dördüncü vərəqlərinin arxasında göstərilərək, bəyannaməçinin möhürü ilə təsdiq olunur.

Qrafa 47. «Gömrük rüsumları və yığımlarının hesablanması»

Qrafanın doldurulma qaydası 2.3.bəndində göstərilən qaydalar kimidir.

«Hesablanma üçün əsas» sütununda aşağıdakılar göstərilir:

  • dəyərdən faizlə gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 45-də göstərilən gömrük dəyəri;

  •  çəki vahidindən gömrük ödənişi dərəcələri tətbiq olunan mallar üzrə qrafa 38-də göstərilən netto- xalis çəki;

  •  təqdim olunmuş miqdardan gömrük ödəniş dərəcəsi tətbiq olunan mallar üzrə - 31-ci qrafanın sağ aşağı yarımbölməsində və ya 41-ci qrafasında göstərilən miqdar;

  •  gömrük ödənişləri gömrük dəyəri məbləğindən  faizlə və digər gömrük ödənişləri ilə müəyyən olunan mallar üzrə gömrük dəyəri məbləği və göstərilən ödəniş göstərilir.

Qrafa 50. «Vəkalət verən»

Qrafada «YGB-də və əlavə vərəqlərdə göstərilən məlumatları təsdiq edirəm» yazılır, ifadə bəyannaməçinin (yükü alanın) imza və möhürü ilə təsdiq olunur.

Qrafa 53. «Gömrükxana və təyinat ölkəsi»

Qrafada gömrük rəsmiləşdirilməsinin aparılması üçün malları daxili gömrükxanaya gətirməyə əsas verən gömrük tranziti sənədləri haqqında məlumat (hər rekviziti yeni sətirdən başlamalı və onların hər birinin qarşısına sıra nömrəsi qoyulmalı) göstərilir:

  • gömrük sərhədində  gömrük orqanı tərəfindən tərtib olunmuş daşınma cədvəlinin nömrəsi;

  • Beynəlxalq Yol Daşımaları(BYD) kitabçasının nömrəsi və verildiyi tarix.

 

 


Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
2 saylı Əlavə

Gömrük sərhədindən malların keçirilmə üsullarının
təsnifatı

1. Gömrük rejimləri

Sıra №

Gömrük rejiminin adı

Kodu

1

İxrac

10

2

Təkrar ixrac

11

3

Müvəqqəti idxal (ixrac)

31

4

Sərbəst dövriyyə üçün buraxılış

40

5

Təkrar idxal

41

6

Gömrük ərazisində emal

51

7

Gömrük nəzarəti altında emal

52

8

Gömrük ərazisindən kənarda emal

61

9

Sərbəst gömrük zonası

71

10

Rüsumsuz ticarət mağazası

72

11

Sərbəst anbar

73

12

Gömrük anbarı

74

13

Dövlət xeyrinə imtina

75

14

Məhv etmə

76

15

Tranzit

80

2. Malların keçirilmə xüsusiyyətləri

Sıra №

Göndərilən malların keçirilmə xüsusiyyətlərinin adı

Kodu

1

Dövlət, hökumət, beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək və xeyriyyəçilik məqsədilə malların keçirilməsi

01

2

Humanitar kömək məqsədilə malların keçirilməsi

02

3

Texniki kömək məqsədilə malların keçirilməsi

03

4

Hədiyyə verilən malların keçirilməsi

04

5

Təbii fəlakət, qəza və faciəli hadisələrin nəticəsini aradan qaldırmaq üçün malların keçirilməsi

05

6

Azərbaycanın ehtiyacları üçün malların keçirilməsi

06

7

Beynəlxalq daşınmaları həyata keçirən nəqliyyat vasitələrinin normal istismarı üçün material-texniki təchizat, vasitə və ləvazimatların, yanacaq, ərzaq və başqa əmlakların keçirilməsi

07

8

MDB iştirakçıları ölkələrinin gömrük əraziləri hüdudlarından kənarda, dəniz mədənlərində iş göron şəxslər tərəfindən (kirayəyə) götürülmüş və milli gəmilərin fəaliyyətini təmin etmək üçün material-texniki təchizat vasitələri və ləvazimatın, ərzaq və digər əmlakın aparılması

08

9

Bu şəxslər tərəfindən (kirayəyə) götürülmüş və milli gəmilərdə olan dəniz mədənləri məhsullarının idxalı

09

10

Bu şəxslər tərəfindən icarəyə (kirayəyə) götürülmüş və milli gəmilərin bunkerləşdirilməsi üçün yanacaq və sürtgü materiallarının ixracı

10

11

Komplekt obyektlər üçün avadanlıq, xammal və materialların keçirilməsi

11

12

Diplomatik və onlar səviyyəli xarici dövlətlərin nümayəndəlikləri üçün malların idxalı

12

13

Xarici sərmayəli müəssisələr və xarici müəssisələrin nizamnamə fonduna əmanət ödənişi şəklində malların idxalı

13

14

Sərmayələr şəklində malların ixracı

14

15

Qiymətli kağızlar, milli valyutaların (numizmatik məqsədlər üçün istifadə olunanlardan başqa) keçirilməsi

15

16

Xarici valyutaların (numizmatik məqsədlər üçün istifadə olunanlardan başqa), qiymətli kağızların keçirilməsi

16

17

Təminatlı xidmətlər üzrə malların keçirilməsi

17

18

Səhv göndərişlər

18

19

Nümayəndəliklər məqsədi üçün malların keçirilməsi

19

20

Sərgi eksponatları

20

21

Reklam materialları və suvenirlər

21

22

Bir il müddətinə icarə müqaviləsinə uyğun olaraq malların keçirilməsi

22

23

Bir ildən artıq müddətə icarə müqaviləsinə uyğun malların keçirilməsi

23

24

Konsiqnasiya sazişləri üçün keçirilən mallar

24

25

İdman və əyləncə tədbirləri üçün malların keçirilməsi

25

26

Xarici sərmayəli müəssisələrin öz istehsalı olan malların ixracı

26

27

Çoxdövriyyəli taraların keçirilməsi

27

28

Fiziki şəxslər tərəfindən istehsal, ya da digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmamış müəyyən olunmuş dəyər və kvotadan artıq malların keçirilməsi

28

29

Milli və şəxslər tərəfindən icarə olunmuş hava gəmiləri üçün yanacaq və sürtgü materiallarının ixracı

29

30

Nümunələr kimi malların keçirilməsi

30

31

Xaricdə olan təşkilatların fəaliyyətinə təminat üçün malların ixracı

31

32

Sərmayəçilik fəaliyyətinin dividendləri hesabına malların keçirilməsi

32

33

Girov hesabına malların ixracı

33


Yük gömrük bəyannamələrinin
doldurulması qaydalarına
3 saylı Əlavə

Dünya ölkələrinin təsnifatı

Ölkənin qısa adı

Ölkənin tam adı

Hərfi kod

Rəqəmli kod

alfa-1

alfa-2

AVSTRALİYA

AVSTRALİYA

AU

AUS

036

AVSTRİYA

AVSTRİYA

AT

AUT

040

AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI

AZ

AZE

031

ALBANİYA

ALBANİYA RESPUBLİKASI

AL

ALB

008

ƏLCƏZAİR

ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASI

DZ

DZA

012

İNGİLTƏRƏ

İNGİLTƏRƏ (BRİTANİYA)

AI

AIA

660

ANQOLA

ANQOLA XALQ RESPUBLİKASI

AO

AGO

024

ANDORRA

ANDORRA KNYAZLIĞI

AD

AND

020

ANTARKTİKA

ANTARKTİKA

AQ

ATA

010

ANTİQUA.BARB

ANTİQUA VƏ BARBUDA

AG

ATG

028

ANTİL ADALARI

NİDERLAND ANTİL ADALARI

AN

ANT

530

AOMIN(MAKAO)

AOMIN

MO

MAC

446

ARGENTİNA

ARGENTİNA RESPUBLİKASI

AR

ARG

032

ERMƏNİSTAN

ERMƏNİSTAN RESPUBLİKASI

AM

ARM

051

ARUBA

ARUBA ADASI

AW

ABW

533

ƏFQANISTAN

ƏFQANISTAN İSLAM DÖVLƏTİ

AF

AFG

004

BAHAM ADALARI

BAHAM ADALARI BİRLİYİ

BS

BHS

044

BANQLADEŞ

BANQLADEŞ XALQ RESPUBLİKASI