Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları»na dəyişikliklər edilməsi barədə

Əmr № 39

25 may 2000-ci il

Komitənin 10 dekabr 1999-cu il tarixli 74 №-li Əmri ilə müəyyən edilmiş hesabatların təhlilindən göründüyü kimi, yük gömrük bəyannamələrinin tərtibi zamanı bir sıra yerli gömrük orqanları tərəfindən vergi və rüsumlardan qanunla nəzərdə tutulmuş azadolmaların düzgün kodlaşdırılmasına ciddi nəzarət edilməmiş, kodların kiril və latın qrafikalarına aid hərflərlə qeyd olunması nəticəsində gömrük statistikasında təhriflərə yol verilmişdir. Bu sahədə lazımi qayda yaratmaq məqsədi ilə əmr edirəm:

1. Komitənin 10 dekabr 1999-cu il tarixli 74 №-li Əmri ilə təsdiq edilmiş gömrük rüsumlarından tamamilə və ya qismən azadolmaların kodlaşdırma vasitəsi ilə uçotuna dair siyahıda göstərilən kodlar yeni kodlarla əvəz edilsin (əlavə olunur).

2. Komitənin 17 iyun 1998-ci il tarixli 27 №-li əmri ilə təsdiq edilmiş «Yük gömrük bəyannamələrinin doldurulması qaydaları»na 12 saylı əlavə ləğv edilsin.

3. Komitənin İşlər İdarəsi (R.Zalov) Ədliyyə Nazirliyində qeydiyyatdan keçikdən sonra Əmrin surətinin bütün gömrük orqanlarına və deklarant təşkilatlara çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi (M.Vahabov), Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi (Ş.Bağırov) və Statistika və Təhlil İdarəsinə (A.D.Əliyev) həvalə edilsin.

Komitənin sədri

K.F.HEYDƏROV.


Vergi və rüsumlardan qanunla nəzərdə tutulmuş malların azadolma kodlarının
Siyahısı

1. Azəri, Çıraq

300

2. Şah Dəniz

310

3. Lənkəran

320

4. Kürdaşı

330

5. Naxçıvan

340

6. Muradxanlı

350

7. Oğuz

360

8. Alov

370

9. Qobustan

380

10. İnam

390

11. Dan-Ulduzu

400

12. Abşeron

410

13. Kürsəngi, Qarabağlı

420

14. Atəşkaş, Yanan tava, Muğannı

430

15. D-222

440

16. Kredit, ə/m yardımı, qrant, borc hesabı, idxal olunan mallar

200

17. Araz ticarət

210

18. Təkrar idxal

020

19. Diplomatik nümayəndəliklər üçün mallar

030

20. Humanitar yardım

040

21. Texniki yardım

050

22. Kənarda emal olunan malların idxalı

060

23. Gömrük nəzarəti altında emal üçün gətirilən malların idxalı

070

24. Nizamnamə fondu

080

25. Müvəqqəti gətirilən mallar

090

26. Dövlət xeyrinə imtina

100

27. Rüsumsuz ticarət mağazaları

110

28. Əcnəbi işçilərin özləri üçün

120

29. Məhvetmə

130

30. Təkrar ixrac üçün

140

31. Prezidentin Fərmanı

600

32. Nazirlər Kabinetinin məktubu

610


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
23.08.2008
Azərbaycan-Tğrkiyə əlaqələri ən yğksək zirvədədir
Avqustun 20-də Tğrkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgğzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir
Avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-34-cü kilometrinin yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Daha ətraflı
23.08.2008
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb