Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Mallar tranzit gömrük rejimi altında yerləşdirilərkən yük-gömrük bəyannaməsinin doldurulmasının müvəqqəti Qaydası»nın təsdiq edilməsi haqqında

Əmr ¹ 46

15 iyul 1999-cu il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu və 166-cı maddələrinə əsasən əmr edirəm:

1. «Mallar tranzit gömrük rejimi altında yerləşdirilərkən yük-gömrük bəyannaməsinin doldurulmasının müvəqqəti Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. İşlər İdarəsi (R.Zalov) Qaydanın bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət Gömrük Nəzarəti Baş İdarəsinə (Ş.Bağırov), Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (E.Mirzəyev), Statistika və Təhlil İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin sədri

K.F.HEYDƏROV.


«Təsdiq edirəm»
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Əmr ¹ 46
Komitənin Sədri K.F.Heydərov

Mallar tranzit gömrük rejimi altında yerləşdirilərkən yük gömrük bəyannaməsinin doldurulmasının müvəqqəti
Qaydası

Deklarant tərəfindən yük gömrük bəyannaməsinin aşağıdakı qrafaları doldurulur:

  • 1, 2, 3, 4, 5, 6, 8, 9, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 21, 22, 23, 25, 26, 28, 29, 31, 32, 33, 34, 35, 37, 38, 40, 44, 45, 47, 51, 53, 54, A, V, S və D qrafaları

Gömrük orqanlarının vəzifəli şəxsi tərəfindən 7, S və D qrafaları doldurulur.

3, 4, 5, 6, 7, 12, 14, 15, 15a, 16, 17, 17a, 19, 23, 25, 26, 29, 32, 33, 34, 35, 37, 38, 45, 47, 54, V, S, D qrafaları Azərbaycan Respublikası DGK-nın 17 iyun 1998-ci il tarixli 27 nömrəli əmrilə təsdiq edilmiş Yük gömrük bəyannamələrinin doldurulma Qaydalarına uyğun doldurulur.

1, 2, 8, 9, 18, 21, 22, 28, 31, 40, 44, 51, 53 və A qrafalarının doldurulması aşağıdakı xüsusiyyətlərə malikdir:

Qrafa 1. «Bəyannamənin tipi»

Qrafanın birinci yarımbəndində malların və nəqliyyat vasitələrinin keçirilmə istiqamətləri göstərilir:

  • Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilən mallar üçün — «ID»;
  • xarici dövlətin ərazisindən keçirilən mallar üçün — «IX»;
  • Qrafanın ikinci yarımbəndində gömrük rejiminin ikirəqəmli kodu göstərilir. — «80».

Qrafanın üçüncü yarımbəndi doldurulmur.

Qrafa 2. «Mal göndərən»

Qrafada nəqliyyat sənədlərinə görə tranzit gömrük rejimi altında yerləşdirilən malları göndərən şəxsin adı və poçt ünvanı göstərilir.

Qrafa 8. «Mal alan»

Qrafada nəqliyyat sənədlərinə görə tranzit gömrük rejimi altında yerləşdirilən malları alan şəxsin adı və poçt ünvanı göstərilir.

Qrafa 9. «Maliyyə tənzimləməsi üçün cavabdeh şəxs»

Qrafada malların daşıyıcısı barədə məlumatlar göstərilir.

Daşıyıcı dedikdə, tranzit malların daşınmasına dair müqavilə bağlamış həmin malları göndərən gömrük orqanından təyinat gömrük orqanına aparılmasına görə məsul olan şəxs başa düşülür. Qrafada daşıyıcının ünvanı, telefon nömrəsi, adı, familiyası, atasının adı, fiziki şəxsin ünvanı və telefon nömrəsi göstərilir.

Qrafa 18. «Göndəriş zamanı nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbəndində tranzit malları göndərən gömrük orqanından təyinat gömrük orqanınadək daşınması həyata keçirilən nəqliyyat vasitəsi barədə məlumatlar göstərilir (dəniz və ya çay gəmisinin adı, hava gəmisinin reys nömrəsi və bort nömrəsi, dəmiryol vaqonunun nömrəsi, yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və buna bənzər məlumatlar).

Sağ yarımbənddə dünya ölkələrinin təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 21. «Sərhəddəki nəqliyyat vasitəsi»

Qrafanın sol yarımbəndində tranzit malların, Azərbaycan Respublikasının ərazisindən `təyinat gömrük orqanınadək daşındığı nəqliyyat vasitəsi barədə məlumatlar göstərilir (dəniz və ya çay gəmisinin adı, hava gəmisinin reys nömrəsi və bort nömrəsi, dəmiryol vaqonunun nömrəsi və buna bənzər məlumatlar).

Sağ yarımbənddə nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir. Kod dünya ölkələrinin təsnifatına uyğun göstərilir.

Əgər mal Azərbaycan Respublikasının ərazisinə hansı nəqliyyat vasitəsilə gətirilmişsə, həmin nəqliyyat vasitəsində aparılarsa, onda «18-ci qrafaya bax» qeydi edilir.

Qrafa 22. «Valyuta və ümumi faktura dəyəri»

Qrafanın sol yarımbəndində valyutaların təsnifatına uyğun olaraq hesab qaimədə malların dəyərinin göstərildiyi valyutanın rəqəmli kodu göstərilir.

Qrafanın sağ yarımbəndi doldurulmur.

Qrafa 28. «Maliyyə və bank məlumatları»

Qrafada rekvizitlərin hər birini yeni sətirdən başlamaqla və onların hər birinin qarşısında növbəti sıra nömrəsi qoyulmaqla aşağıdakılar göstərilir:

1 — manatla hesablaşma hesabının nömrəsi, MTÜT kodu və 9-cu qrafada göstərilən şəxsin hesablaşma hesabının açıldığı bankın qısa adı:

2 — xarici valyutada hesabın nömrəsi, MTÜT kodu və 9-cu qrafada göstərilən şəxsin hesablaşma hesabının açıldığı bankın qısa adı.

Qrafa 31. «Yük yerləri və malların təsviri»

Qrafada aşağıdakılar göstərilir:

a) yuxarı sağ küncdə konteynerlərdə daşınan malların konteynerinin nömrələri;

b) malı müşayiət edən sənədlərə uyğun olaraq malların təsviri;

v) qablaşdırmanın, yük yerlərinin təsviri və onların sayı.

Qrafa 40. «Ümumi bəyannamə/əvvəlki sənəd»

Yeni bəyannamə rəsmiləşdirildiyi halda doldurulur (daşıyıcı dəyişdikdə və ya mal partiyaları yenidən formalaşdırıldıqda).

Qrafada əvvəlki bəyannamənin nömrəsi göstərilir.

Qrafa 44. «Əlavə məlumat/təqdim edilən sənədlər»

Rekvizitlərin hər birini yeni sətirdən başlayaraq və onların hər birinin qarşısında sıra nömrəsi qoyulmaqla aşağıdakılar göstərilir:

2 — nəqliyyat vasitəsinin nömrəsi.

3 — daşıma müqaviləsinin nömrəsi və tarixi.

4 — hesab qaimənin nömrəsi və tarixi, habelə təyinat gömrük orqanına təqdim edilməli olan mallara aid digər sənədlərin adları, nömrələri və tarixləri.

Qrafa 51. «Tranzit ölkəsinin gömrük orqanı»

Qrafa, tranzit gömrük rejimi altında yerləşdirilmiş mallarla gömrük orqanının icazə verdiyi yük əməliyyatları aparılacağı hallarda doldurulur.

Qrafanın birinci iki yarımbəndində tranzit mallarla yük əməliyyatlarının aparılmasını həyata keçirən və ona nəzarət etməli olan aralıq gömrük orqanlarının kodları göstərilir.

Qrala 53. «Gömrük orqanı və təyinat ölkəsi»

Qrafada təyinat gömrük orqanının adı və kodu göstərilir.

Qrafa A

Qrafada tranzit mallar, gömrük brokeri və ya daşıyıcının təmsilçisi olmayan malların müşayiətçisi tərəfindən bəyan edildikdə doldurulur.

Qrafada göstərilir:

1 — manat hesablaşma hesabının nömrəsi, deklarantın hesablaşma hesabının açıldığı bankın adı və poçt ünvanı.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
23.08.2008
Azərbaycan-Tğrkiyə əlaqələri ən yğksək zirvədədir
Avqustun 20-də Tğrkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgğzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir
Avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-34-cü kilometrinin yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Daha ətraflı
23.08.2008
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb