Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Malların gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisindən tranziti zamanı gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi üzrə sığorta şirkətlərinin zəmanətlərinin gömrük orqanları tərəfindən qəbulu Qaydaları» haqqında

Əmr ¹ 35

19 may 1999-cu il

Dövlət Gömrük Komitəsinin «Azərbaycan Respublikasının gömrük ərazisindən malların tranzitinə nəzarətin gücləndirilməsi haqqında» 12.03.1999-cu il tarixli 016 saylı əmrinin tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə əmr edirəm:

1. «Malların gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisindən tranziti zamanı gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi üzrə sığorta şirkətlərinin zəmanətlərinin gömrük orqanları tərəfindən qəbulu Qaydaları» (əlavələri ilə birlikdə) təsdiq edilsin (əlavə olunur).

2. Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (E.Mirzəyevə) tapşırılsın ki, malların Azərbaycan Respublikasının ərazisindən tranziti zamanı gömrük ödənişlərinin ödənilməsi üzrə zəmanətçi qismində çıxış etmək hüququ verən müqavilələrin bağlanması barədə sığorta şirkətlərinin ərizələrinə baxılmasını Qaydaların 2-ci bəndinə uyğun olaraq təmin etsin.

3. Komitənin yerli gömrük orqanlarının rəisləri Qaydaların tabeliklərindəki bütün şəxsi heyətə izah və şərh edilməsini, eləcə də onun tələblərinin yerinə yetirilməsini təmin etsinlər.

4. İşlər İdarəsi (R.Zalov) əmrin surətinin Qaydalarla birlikdə yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Komitə Sədrinin müavini F.Məmmədova tapşırılsın.

Komitənin sədri

K.F.HEYDƏROV.


Komitə Sədrinin
19 may 1999-cu il tarixli 35 nömrəli əmri ilə
təsdiq edilmişdir

Malların gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisindən tranziti zamanı gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi üzrə sığorta şirkətlərinin zəmanətlərinin gömrük orqanları tərəfindən qəbul edilməsi
Qaydası

Bu qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 120-ci maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 29 aprel 1999-cu il tarixli 31 saylı əmri təsdiq edilmiş (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 5 may 1999-cu il tarixli 160 ¹-li şəhadətnamə ilə qeydə alınmışdır) «Tranzit gömrük rejimi haqqında Əsasnamə»nin V bölməsinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən tranzitlə keçən malların gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri ödənilməsinin təminatı olaraq gömrük orqanları tərəfindən üçüncü şəxsin (sığorta şirkətinin) zəmanətindən istifadə mexanizmini müəyyən edir:

1. Azərbaycan Respublikasının ərazisindən aparılmış tranzit mallara görə gömrük ödənişləri ödənilməsi üzrə öz üzərilərinə öhdəliklər götürmək barədə gömrük orqanlarına təminatlı zəmanətlər verə bilən sığorta şirkətləri daşıyıcı tərəfindən tranzitin şərtləri pozulduğu halda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə müqavilə bağlamalıdırlar.

Müqavilə bağlaması üçün sığorta şirkəti tərəfindən vəsatətlə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə aşağıdakı sənədlər təqdim edilir:

  • Dövlət Sığorta Nəzarətinin lisenziyası;
  • növlər üzrə sığorta əməliyyatları aparılması üçün arayış;
  • dövlət qeydiyyatı haqqında şəhadətnamə;
  • uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamə;
  • vergi ödəyicisinə identifikasiya nömrəsi verilməsi haqqında bildiriş;
  • nizamnamə;
  • təsis müqaviləsi.

Yuxarıda göstərilən sənədlərin surətləri notarial qaydada təsdiq edilməlidir.

təkrar sığorta haqqında kontrakt (müqavilə);

sığorta şirkətinin sonuncu hesabat dövrünə aid möhürlə və şirkət rəhbərinin və baş mühasibinin imzası ilə təsdiq edilmiş balansı;

sığorta şəhadətnamələrində (polislərdə) imza hüququ olan şəxslərin imzalarının notarial qaydada təsdiq edilmiş nümunələri, həmçinin sığorta şirkətinin möhürünün əksləri.

Zərurət olduqda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sığorta şirkətindən əlavə sənədlər tələb edə bilər.

2. Sığorta şirkəti ilə müqavilə bağlanmasına dair qərar Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilir.

Bu cür qərar qəbul edilməsi üçün əsas meyarlar aşağıdakılardır:

  • sığorta şirkəti Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarətinin üçüncü şəxslərin mülki məsuliyyətinin sığortalanmasına icazə verilən lisenziyasına malik olmalıdır;
  • sığorta şirkətinin ödənilmiş nizamnamə kapitalı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sığorta şirkətləri üçün müəyyən edilmiş minimal məbləğdən az olmamalıdır;
  • təkrar sığortaçının 500000 ABŞ dollarından az olmayan 100%-li zəmanəti olmalıdır;
  • sığorta şirkətinin maliyyə-iqtisadi vəziyyəti ona gömrük orqanları qarşısında zəmanətçi kimi çıxış etmək hüququ verilməsi üçün etibarlı olmalıdır.

3. Bu Qaydanın 1 və 2 bəndlərinə uyğun olaraq təqdim edilmiş sənədlərin araşdırılmasının nəticələrinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sığorta şirkəti ilə müqavilə bağlanmasına dair qərar qəbul edir.

4. Azərbaycan Respublikası DGK-nın müvəkkil etdiyi sığorta şirkəti tərəfindən verilən sığorta şəhadətnamələri gömrük ödənişləri ödənilməsini təmin edən zəmanətin təsdiqidir və göndərən gömrük orqanına tranzit daşımanın gömrük rəsmiləşdirilməsi başlayanadək və yaxud onunla eyni zamanda bu Qaydanın 1-ci əlavəsinə uyğun forma üzrə təqdim edilir.

5. Sığorta şəhadətnaməsinin (polisinin) nömrəsi aşağıdakı quruluşa malik olmalıdır:

00\11223\9999,

burada,

00 — ilk iki rəqəm — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sığorta şirkəti ilə bağladığı müqaviləsinin nömrəsidir,

11 və 22 — müvafiq olaraq sığorta şəhadətnaməsinin verildiyi gün və aydır,

3 — cari ilin son rəqəmidir,

9999 — sığorta şəhadətnaməsinin sıra nömrəsidir.

Sığorta şəhadətnaməsinin (polisinin) nömrəsi tranzit gömrük bəyannaməsinin (zəmanətin) 52-ci qrafasına yazılır.

Sığorta şəhadətnaməsi (polis) ciddi hesabat sənədidir və saxtalaşdırmadan müdafiəsi olan kağızda hazırlanır.

6. Sığorta şəhadətnaməsi bir nəqliyyat sənədi ilə bir malalanın ünvanına bir nəqliyyat vasitəsində və ya nəqliyyat vasitələri qrupunda hər (bir) mal daşınmasına verilir.

Sığorta şəhadətnaməsində göstərilən sığorta zəmanətinin məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən, şərti hesablanma (ŞH) və tranzit bəyannaməsinin 47-ci qrafasında göstərilən, sərbəst dövriyyə məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmə halında mallardan vergi tutulması üçün müəyyən edilən bütün icbari ödənişlərin məbləğinə uyğun olmalıdır.

7. Gömrük orqanlarının maliyyə-tarif şöbəsi tranzit bəyannaməsinin 47-ci qrafasında göstərilən şərti hesablanmış gömrük ödənişlərinin düzgün hesablanmasını yoxlayır. Bundan sonra sığorta şəhadətnaməsini bu Qaydanın 2-ci əlavəsində verilən forma üzrə jurnalda qeydiyyata alır.

Qeydiyyat jurnalı əvvəlcədən tikilməli və gömrük orqanının möhürü və gömrük orqanının rəisinin imzası ilə təsdiqlənməlidir.

8. Sığorta şəhadətnaməsi sığorta şirkəti tərəfindən daşıyıcıya iki nüsxədə verilir.

Birinci nüsxə — rəsmiləşdirilir və göndərən gömrük orqanında qalır.

İkinci nüsxə — göndərən gömrük orqanının qeydləri ilə daşıyıcı tərəfindən başqa sənədlərlə birlikdə təyinat gömrük orqanına təqdim edilir. Təyinat gömrük orqanının maliyyə-tarif şöbəsi tranzit mallar faktiki olaraq aparıldıqdan sonra sığorta şəhadətnaməsində müvafiq qeydlər edir və onları vəzifəli şəxsin şəxsi nömrəli möhürü ilə təsdiq edir.

Daşıyıcının öz öhdəliklərinə əməl etməsinin və sığorta şəhadətnaməsinin xətm olunmasının təsdiqi — tranzit malların vəziyyətləri dəyişmədən, miqdarı azaldılmadan (artırılmadan) və ya göstərilən müddətdə keyfiyyət xarakteristikaları dəyişmədən aparılmasıdır.

Daşıyıcının öz öhdəliklərini yerinə yetirməsini təsdiq edən sənəd göndərən gömrük orqanının təyinat gömrük orqanından aldığı tranzit daşımanın başa çatması haqqında rəsmi məlumatdır.

9. Daşıyıcının öz öhdəliklərini yerinə yetirməməsi barədə məlumatlar aldıqda, göndərən gömrük orqanı sığorta şirkətinə bu Qaydanın 3-cü əlavəsinə uyğun forma üzrə ödənilməli olan pul vəsaitlərinin ödənilməsinə dair tələbnamə irəli sürür.

Vəsaitlərin göndərən gömrük orqanının hesabana köçürülməsinə dair tələbnaməyə aşağıdaki sənədlər əlavə edilir:

  • sığorta şəhadətnaməsinin üz və əks tərəflərinin surətləri;
  • təyinat gömrük orqanının daşıyıcısı tərəfindən malların Azərbaycan Respublikası ərazisindən aparılmaması (tamamilə və ya qismən) barədə yazılı bildirişinin surəti;
  • tranzit bəyannaməsinin surəti;
  • gömrük qaydalarının pozulmasına dair protokol.

Tələbnaməyə əlavə edilən bütün sənədlərin surətləri gömrük orqanı tərəfindən təsdiq edilir.

10. Sığorta şirkətinə pul vəsaitlərinin ödənilməsi daşıyıcını gömrük qaydalarının pozulmasına görə məsuliyyətdən azad etmir.

11. Sığorta şirkəti tərəfindən müqavilə şərtləri pozulduqda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sığorta şirkəti ilə bağladığı gömrük ödənişləri ödənilməsinin təmin edilməsi üzrə məsuliyyət sığortalanması hüququ verən müqavilənin qüvvəsini dayandırır və bu barədə dərhal Azərbaycan Respublikasının bütün gömrük orqanlarına xəbər verir.


Malların gömrük nəzarəti altında
Azərbaycan Respublikasının ərazisindən
tranziti zamanı
gömrük orqanları tərəfindən gömrük ödənişlərinin ödənilməsinin
təmin edilməsi üzrə sığorta şirkətlərinin zəmanətlərinin
qəbul edilməsi haqqında
DGK-nin Qaydalarına
Əlavə ¹1

Liüevaə storona

SVİDETELĞSTVO (polis)
straxovoy kompanii o straxovanii otvetstvennosti po obespeçeniö uplatı tamocennıx platecey pri tranzite tovarov çerez territoriö Azerbaydcanskoy Respubliki

Seriə __________ ¹ __________

Forma svidetelğstva dolcna sootvetstvovatğ
Zakonu «O straxovanii» Azerbaydcanskoy Respubliki
¹ 436 ot 05.01.1993 qoda st.15 punkt 3

Oborotnaə storona

Tamocennıy orqan otpravleniə _________________________________________________________

Tamocennıy orqan naznaçeniə __________________________________________________________

Nomer tranzitnoy deklaraüii ___________________________________________________________

Srok dostavki tovarov _________________________________________________________________

Data naçala perevozki tovarov _________________________________________________________

 

Data

Podpisğ

Peçatğ

Tovarı dostavlenı ____________________________________________________________________

(ukazatğ datu)

 

Data

Podpisğ

Peçatğ

Svedeniə o naruşeniəx pri perevozke tovarov
 

Data

Podpisğ

Peçatğ

Tamocennıy recim tranzita tovarov pod tamocennım kontrolem nadlecahe zaverşen.

 

Data

Podpisğ

Peçatğ

Nastoəhaə Qarantiə vıdana v kaçestve obespeçeniə obəzatelğstva po uplate priçitaöhixsə tamocennıx platecey v summe ____________________________________ dollarov SŞA, v sluçae esli perevozimıe tovarı (polnostğö ili çastiçno) ne budut vıvezenı s territorii Azerbaydcanskoy Respubliki.

Straxovaə kompaniə nastoəhim obəzuetsə uplatitğ summı tamocennıx poşlin i naloqov v summe ________________________________________ dollarov SŞA, po kursu, ustanavlivaemomu Naüionalğnım Bankom Azerbaydcana Bankom i deystvuöhemu na denğ uplatı, na sçet   ___________________________________________________________________________

(naimenovanie banka, MFO)

tamocni ¹ ________________________________________________________ soqlasno pisğmennoqo

(¹ sçeta tamocni)

trebovaniə ____________________________________________________________________________

(naimenovanie tamocni)

Straxovaə kompaniə soqlasna i podtvercdaet, çto k nastoəhemu svidetelğstvu i k obəzatelğstvam qaranta po ney, v polnom objeme primenəötsə trebovaniə, usloviə i inıe normı Tamocennoqo zakonodatelğstva Azerbaydcanskoy Respubliki i «Poloceniə o tamocennom recime tranzita tovarov», utvercdennoqo Prikazom Qosudarstvennoqo tamocennoqo komiteta ¹ 031 ot 29 aprelə 1999 qoda (zareqistrirovan Ministerstvom östiüii Azerbaydcanskoy Respubliki svidetelğstvom za ¹ 160 ot 5 maə 1999 qoda).

Rukovoditelğ straxovoy kompanii ______________________________________________________

(F.İ.O. podpisğ)

Peçatğ

Qlavnıy buxqalter _____________________________________________________________________

(F.İ.O. podpisğ)


Malların gömrük nəzarəti altında
Azərbaycan Respublikasının ərazisindən
tranziti zamanı
gömrük orqanları tərəfindən
gömrük ödənişlərinin ödənilməsinin
təmin edilməsi üzrə
sığorta şirkətlərinin zəmanətlərinin
qəbul edilməsi haqqında
DGK-nin Qaydalarına
Əlavə ¹ 2

Sığorta şəhadətnamələrinin qeydiyyatı
Jurnalı

Sıra ¹-si

Sığorta şirkətinin adı

Sığorta şəhadətnaməsinin ¹-si

Sığortalayıcı daşıyıcının məsul şəxsi

Sığorta şirkətinin gömrük ödənişlərinin ödənilməsi üzrə öhdəliklərinin məbləği (ŞH)

Təyinat gömrük orqanı

Malın çatdırılma müddəti

Tranzit bəyannaməsinin nömrəsi və tarixi

1

2

3

4

5

6

7

8

               
               
               

 

Qeydiyyat tarixi, maliyyə-tarif şöbəsinin vəzifəli şəxsinin imzası, şəxsi nömrəli möhürü

Malların aparılmasını təsdiq edən sənədlərə dair məlumatlar

Sığorta şəhadətnaməsinin xətm edilməsi barədə qeydlər, maliyyə-tarif şöbəsinin vəzifəli şəxsinin imzası, şəxsi nömrəli möhürü

GQP-yə dair protokolun nömrəsi və tarixi tutulmalı olan məbləğ

Tələbnamənin nömrəsi, gömrük ödənişlərinin tutulması üçün irəli sürülmə tarixi

Sığorta şirkətinin öhdəliyinin icraçısının son müddəti

Sənədin nömrəsi və tutulan məbləğin göndərən gömrük orqanının hesabına daxil olma tarixi

Tutulan məbləğin daxil olmasını təsdiq edən qeydlər, maliyyə-tarif şöbəsinin vəzifəli şəxsinin imzası, şəxsi nömrəli möhürü

9

10

11

12

13

14

15

16

               
               
               

 


Malların gömrük nəzarəti altında
Azərbaycan Respublikasının ərazisindən
tranziti zamanı
gömrük orqanları tərəfindən
gömrük ödənişlərinin ödənilməsinin
təmin edilməsi üzrə
sığorta şirkətlərinin zəmanətlərinin
qəbul edilməsi haqqında
DGK-nin Qaydalarına
Əlavə ¹3

_____________________________________________ rəhbərinə

(sığorta şirkətinin adı, ünvanı)

Gömrük ödənişlərinin tutulmasına dair
_________ ¹-li __________________ tarixli
Tələbnamə

_____________________________________________________________________________

(sığorta şirkətinin adı)

________________________________ məbləğində verilmiş ___________________________ tarixli _____________ ¹-li və gömrükxana tərəfindən «_____»_________________________ ______ il tarixdə qeydə alınmış, qeydiyyat ¹-si ___________________, sığorta şəhadətnaməsinə əsasən _________________________________ gömrük orqanı bu Tələbnamənin  alındığı gündən 30 gün

(gömrük orqanının adı)

müddətində daşıyıcının gömrük qaydalarının pozulmasına dair ___________________ ¹-li «_____»________________________ ______ il tarixli protokolla qeydə alınmış öhdəliklərini icra etməməsi ilə bağlı göstərilən sığorta şəhadətnaməsi ilə təmin edilmiş _____________ ____________________________ ABŞ dollarının və ya Azərbaycan Respublikası Milli Bankı

(məbləğ sözlə və rəqəmlə)

tərəfindən müəyyən edilən, ödənilmə günü qüvvədə olan məzənnə ilə manatla ekvivalent məbləğin ödənilməsini tələb edir.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122-ci maddəsinə uyğun olaraq ______________

______________________________________ dəyəri olan ______________________________________

(malın dəyəri)                                                                                             (malın miqdarı)

miqdarda _________________________________ gömrük orqanının icazəsi olmadan verilməsinə

(malın adı)

(itirilməsinə, çatdırılmamasına) görə aşağıdakı gömrük ödənişləri tutulmalıdır:

İdxal rüsumu ___________________________________________________________________________

(məbləğ)

ƏDV ________________________________________________________________________

(məbləğ)

Aksiz _______________________________________________________________________

(məbləğ)

30 ABŞ dolları çıxılmaqla gömrük rəsmiləşdirilməsinə görə yığımlar _________________ _____________________________________________________________________________

(məbləğ)

Cəmi ödənilməli olan məbləğ ____________________________________________________________

(məbləğ)

Əlavə:

sığorta şəhadətnaməsinin üz və əks tərəflərinin surətləri;

malların Azərbaycan Respublikasının ərazisindən daşıyıcı tərəfindən aparılmaması (tamamilə və ya qismən) barədə təyinat gömrükxanasının yazılı bildirişinin surəti;

tranzit bəyannaməsinin surəti;

gömrük qaydalarının pozulmasına dair protokol.

Gömrük orqanının rəisi (onu əvəz edən şəxs və ya gömrük orqanı rəisinin müavini)

___________________________________________

M.Y.

(imza)


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb