Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması», «Təkrar idxal gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» və «Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» Qaydalarının təsdiq edilməsi barədə

Əmr ¹ 37

2 iyun 1999-cu il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu və 166-cı maddələrinə əsasən əmr edirəm:

1. «Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması», «Təkrar idxal gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» və «Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. İşlər idarəsi (R.Zalov) Qaydaların bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət Gömrük Nəzarəti Təşkili Baş idarəsinə (Ş.Bağırov), Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (E.Mirzəyev), Statistika və Təhlil İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin Sədri

K.F.HEYDƏROV


«Təsdiq edirəm»
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Əmr ¹ 37
2 iyun 1999-cu il
Komitənin Sədri K.F.HEYDƏROV

Təkrar idxal gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması
QAYDALARI

1.1. Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur:

1, 2, 3, 4, 5, 6, 8, 9, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 37, 38, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 50, 53, 54.

Hərflə göstərilən A, B

1.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 7, D və C qrafaları doldurulur.

1.3. Qrafalar:

2, 3, 4, 5, 6, 7, 8, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 32, 33, 34, 35, 37, 38, 41, 42, 43, 44, 45, 46, 47, 48, 53, 54, A, B, C, D — «Yük Gömrük Bəyannamələrinin doldurulması Qaydaları»nın 3-cü bəndinin («sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilən mallar üçün YGB-nin doldurulması Qaydaları») tələblərinə uyğun doldurulur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu müddətdə əvvəlki vəziyyəti dəyişilmiş mallar təkrar idxal edilən zaman Komitənin Mərkəzi Laboratoriyasının yazılı rəyi (eyniləşdirmə və malların Azərbaycan mənşəli olması haqqında) alındıqdan sonra rəsmiləşdirmə həyata keçirilir.

1.4. Qrafaların bəyannaməçi tərəfindən doldurulma qaydaları:

Qrafa 1. «Bəyannamənin tipi»

Qrafanın 1-ci yarımbölməsində malların keçirilmə istiqaməti — «ID» göstərilir.

Qrafanın 2-ci yarımbölməsində gömrük rejiminin ikirəqəmli kodu göstərilir — «41».

Qrafanın 3-cü yarımbölməsi doldurulmur.

Qrafa 9. «Maliyyə tənzimlənməsinə məc`ul şəxs»

Qrafada «YGB-nin doldurulması Qaydaları»nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası gömrük sərhədindən təkrar idxal rejimi altında malları keçirən Azərbaycan Respublikasının məc`ul şəxsi haqqında məlumatlar bildirilir.

Digər hallarda Qrafa «YGB-nin doldurulması Qaydaları»nın tələblərinə uyğun doldurulur.

Qrafa 31. «Yük yerləri, malların təsviri»

Komitənin Mərkəzi Laboratoriyasının malların eyniləşdirilməsi və onların Azərbaycan mənşəli olması haqqında verdiyi rəy nəzərə alınmaqla doldurulur.

Qrafa 40. «Ümumi bəyannamə (əvvəlki sənəd)»

Qrafada mallara ixrac gömrük rejimi altında tərtib edilmiş ixrac YGB-nin nömrəsi və tarixi, yaxud «Malların təkrar idxalı gömrük rejimi haqqında» Əsasnamənin 2-ci bəndinin tələblərinə uyğun olaraq, malların Azərbaycan Respublikasından çıxarılma tarixi göstərilir.

Qrafa 50. «Vəkalət verən»

Qrafada, «Mallar təkrar idxal gömrük rejimi altında yerləşdirilmə şərtinə uyğundur: Azərbaycan malları dəyişdirilməmiş vəziyyətdə geri qaytarılır» ifadəsi yazılaraq bəyannaməçinin (malı təkrar idxal gömrük rejimi altında yerləşdirən şəxs) imzası və möhürü ilə təsdiq edilir.



Əmrin tam mətni ilə siz burada tanış ola bilərsiniz.
Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb