Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması», «Təkrar idxal gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» və «Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» Qaydalarının təsdiq edilməsi barədə

Əmr ¹ 37

2 iyun 1999-cu il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu və 166-cı maddələrinə əsasən əmr edirəm:

1. «Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması», «Təkrar idxal gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» və «Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. İşlər idarəsi (R.Zalov) Qaydaların bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət Gömrük Nəzarəti Təşkili Baş idarəsinə (Ş.Bağırov), Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (E.Mirzəyev), Statistika və Təhlil İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin Sədri

K.F.HEYDƏROV


«Təsdiq edirəm»
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Əmr ¹ 37
2 iyun 1999-cu il
Komitənin Sədri K.F.HEYDƏROV

Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması
QAYDALARI

1.1. Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur:

1, 2, 3, 4, 5, 6, 8, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 50, 53, 54.

Hərflə göstərilən A, B

1.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 7, D və C qrafaları doldurulur.

1.3. Qrafalar:

3, 4, 5, 6, 7, 8, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 50, 53, 54, A, B, C, D — «Yük Gömrük Bəyannamələrinin doldurulması Qaydaları»nda nəzərdə tutulmuş qaydada doldurulur.

1.4. Qrafaların bəyannaməçi tərəfindən doldurulma qaydaları:

Qrafa 1. «Bəyannamənin tipi»

Malların rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirildiyi zaman qrafanın birinci yarımbölməsində aşağıdakılar göstərilir:

  • Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar və yaxud həmin ərazidə digər gömrük rejimi altında yerləşdirilmiş mallar — «ID»;
  • Azərbaycan malları olduqda — «IX»

Qrafanın ikinci yarımbölməsində gömrük rejiminin ikirəqəmli kodu göstərilir — «72».

Qrafanın üçüncü yarımbölməsi doldurulmur.

Qrafa 2. «Göndərən»

Qrafa, Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən və yaxud həmin ərazidə digər gömrük rejimi altında yerləşdirilmiş mallar üçün «YGB-nin doldurulması Qaydaları»nın 3-cü bəndinin («Sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilən mallar üçün YGB-nin doldurulması Qaydaları») tələblərinə uyğun doldurulur.

Azərbaycan malları rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirildiyi zaman qrafada hüquqi şəxsin adı və ünvanı, ya da fiziki şəxsin S.A.A, onun şəxsiyyətini təsdiq edən məlumat və ünvan göstərilir. Qrafanın digər hissəsi «YGB-nin doldurulması Qaydaları»nın 2-ci bəndinə («ixrac gömrük rejimi altında yerləşdirilmiş mallar üçün YGB-nin doldurulması Qaydaları») tələblərinə uyğun doldurulur.

Qrafa 9. «Maliyyə tənzimlənməsinə məc`ul şəxs»

Qrafada «YGB-nin doldurulması Qaydaları»nın tələblərinə uyğun olaraq rüsumsuz ticarət mağazasının sahibi haqqında məlumatlar bildirilir.

Qrafa 30. «Mallara baxış yeri»

Qrafada rüsumsuz ticarət mağazasını təsis etmək üçün verilmiş lisenziyanın nömrəsi və tarixi göstərilir.



Əmrin tam mətni ilə siz burada tanış ola bilərsiniz.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb