Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması», «Təkrar idxal gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» və «Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» Qaydalarının təsdiq edilməsi barədə

Əmr ¹ 37

2 iyun 1999-cu il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu və 166-cı maddələrinə əsasən əmr edirəm:

1. «Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması», «Təkrar idxal gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» və «Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması» Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. İşlər idarəsi (R.Zalov) Qaydaların bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət Gömrük Nəzarəti Təşkili Baş idarəsinə (Ş.Bağırov), Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (E.Mirzəyev), Statistika və Təhlil İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin Sədri

K.F.HEYDƏROV


«Təsdiq edirəm»
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Əmr ¹ 37
2 iyun 1999-cu il
Komitənin Sədri K.F.HEYDƏROV

Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması
Qaydaları (idxal-ixrac)

1.1. Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur:

1, 2, 3, 4, 5, 6, 8, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 50, 53, 54.

Hərflə göstərilən A, B

1.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 7, D və C qrafaları doldurulur.

1.3. Qrafalar:

2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, .29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 45, 46, 47, 48, 50, 53, 54, A, B, C, D «Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları»nda nəzərdə tutulmuş qaydada doldurulur.

1.4. Qrafaların bəyannaməçi tərəfindən doldurulma qaydaları:

Qrafa 1. «Bəyannamənin tipi»

Qrafanın birinci yarımbölməsində:

  • Azərbaycan Respublikasının gömrük ərazisinə yalnız təkrar ixrac məqsədilə gətirilən mallar üçün — «ID»
  • Azərbaycan Respublikasının gömrük ərazisindən təkrar ixrac gömrük rejiminə uyğun çıxarılan mallar — «IX»

Qrafanın ikinci yarımbölməsində gömrük rejiminin iki rəqəmli kodu göstərilir — «11».

Qrafanın üçüncü yarımbölməsi doldurulmur.

Qrafa 44. «Əlavə məlumat/təqdim olunan sənədlər»

Qrafa, «Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları»nda nəzərdə tutulmuş qaydada doldurulur. Əlavə olaraq, 10 rəqəmi altında təkrar ixrac gömrük rejimində yerləşdirilmiş malların Azərbaycan Respublikasından çıxarılmasının son müddəti aşağıdakı şəkildə göstərilir:

10 — «Malların 99.99.9999-cu ilə qədər çıxarılmasına zəmanət verirəm», birinci iki rəqəm cütü müvafiq olaraq — günü, ayı, sonuncu dörd rəqəm isə ili bildirir.



Əmrin tam mətni ilə siz burada tanış ola bilərsiniz.
Rəsmi məlumatlar Arxiv    
30.08.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb