Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdən birdəfəlik rüsumun dərəcələri haqqında» 1995-ci il 16 iyun tarixli 148 nömrəli və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 16 iyun tarixli 148 nömrəli «Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdən birdəfəlik rüsumun dərəcələri haqqında» qərarına dəyişikliklər edilməsi barədə» 1996-cı il 9 dekabr tarixli 170 nömrəli qərarlarına dəyişikliklər edilməsi haqqında

Qərar ¹ 37

Bakı şəhəri, 10 fevral 2001-ci il

Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə müxtəlif malların və məhsulların satışını həyata keçirən fiziki şəxslərdən alınan birdəfəlik dövlət rüsumunun dərəcələrinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdən birdəfəlik rüsumun dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 16 iyun tarixli 148 nömrəli qərarının 2-ci bəndi aşağıdakı yeni redaksiyada verilsin:

«2. Malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışı üçün fiziki şəxslərdən birdəfəlik rüsumun alınması məqsədi ilə bazarlar, yarmarkalar və xüsusi olaraq satış üçün ayrılmış digər yerlər ərazilər üzrə aşağıdakı dərəcələrə aid edilsin:

  • Bakı şəhərində yerləşən obyektlər, habelə Gəncə və Sumqayıt şəhərlərinin mərkəzinə və mərkəzdən kənara aid edilmiş ərazilərdə yerləşənlər 1-ci dərəcəyə;
  • Naxçıvan, Mingəçevir, Şəki, Lənkəran, Yevlax, Əli Bayramlı, Naftalan şəhərləri, habelə Sumqayıt və Gəncə şəhərlərinin şəhərətrafı əraziləri—2-ci dərəcəyə;
  • Qalan ərazilərdə—3-cü dərəcəyə.»

2. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 16 iyun tarixli 148 nömrəli «Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdən birdəfəlik rüsumun dərəcələri haqqında» qərarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 9 dekabr tarixli 170 nömrəli qərarının 2-ci abzası aşağıdakı redaksiyada verilsin:

  • «Lotokdan, piştaxtadan, arabadan, stoldan və yerdən satış üçün: 1-ci dərəcə üzrə—1000 manat, 2-ci dərəcə üzrə 800 manat, 3-cü dərəcə üzrə 500 manat;»

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2001-ci il, ¹ 2, maddə 115) («AzerSoft»).

20 aprel 2005-ci il tarixli, 72 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb