Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında

Qərar â„– 80

Bakı şəhəri, 12 aprel 2001-ci il

Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri, Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri və Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar 2001-ci il aprelin 16-dan qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

13 avqust 2001-ci il tarixli 137 nömrəli; 22 avqust 2002-ci il tarixli 138 nömrəli; 28 oktyabr 2002-ci il 164 nömrəli; 26 fevral 2003-cü il tarixli 32 nömrəli qərarlara əsasən dəyişikliklərlə (AzerSoft).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il
12 aprel tarixli 80 nömrəli
qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli
80 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahası və ixrac rüsumlarının dərəcələri

Kod

Malların adı

Əlavə ölçü vahidi

İxrac rüsum dərəcəsi (gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

  I. İlkin məhsullar: dənəvər və tozşəkilli məhsullar    
7201 Poladlıq və güzgü çuqunları, külçə, qəlib və digər ilkin formalarda:    
720110 -tərkibində 0,5 kütlə % və ya ondan az fosfor olan aşqarlanmamış poladlıq çuqun:    
  --tərkibində 0,4 kütlə %-dən az olmayaraq manqan olan:    
720110110 ---tərkibində 1 kütlə % və ya ondan az silisium olan kq 1000 kq, 5 ABŞ dolları
720110190 ----tərkibində 1 kütlə %-dən artıq silisium olan kq 1000 kq, 5 ABŞ dolları
720110300 --tərkibində 0,1 kütlə %-dən az olmayaraq, lakin 0,4 kütlə %-dən az manqan olan kq 1000 kq, 5 ABŞ dolları
720110900 --tərkibində 0,1 kütlə %-dən az manqan olan kq 1000 kq, 5 ABŞ dolları
720120000 -tərkibində 0,5 kütlə %-dən çox fosfor olan aşqarlanmamış poladlıq çuqun kq 1000 kq, 5 ABŞ dolları
720150 -aşqarlanmış poladlıq çuqun; güzgü çuqunu:    
720150100 --tərkibində 0,3 kütlə %-dən az və 1 kütlə %-dən çox olmayaraq titan və 0,5 kütlə %-dən az olmayaraq vanadium olan kq 1000 kq, 5 ABŞ dolları
720150900 ---digərləri kq 1000 kq, 5 ABŞ dolları
7202 Ferroərintilər:    
  -ferromanqan:    
720211 --tərkibində 2 kütlə %-dən çox karbon olan:    
720211200 ---5 mm-dən böyük olmayan dənəvər şəklində və tərkibində 65 kütlə %-dən artıq manqan olan kq 1000 kq, 5 ABŞ dolları
720211800 --digərləri kq 1000 kq, 5 ABŞ dol
720219000 --digərləri kq 1000 kq, 5 ABŞ dolları
  -ferrosilisium:    
720221 --tərkibində 55 kütlə %-dən artıq silisium olan:    
720221100 ---tərkibində 55 kütlə %-dən çox, lakin 80 kütlə %-dən çox olmayaraq silisium olan kq 1000 kq, 5 ABŞ dolları
720221900 ---tərkibində 80 kütlə %-dən çox silisium olan kq 1000 kq, 5 ABŞ dolları
720229000 --digərləri kq 1000 kq, 5 ABŞ dolları
720230000 -ferrosilikomanqan kq 1000 kq, 5 ABŞ dolları
  -ferroxrom:    
720241 -tərkibində 4 kütlə %-dən çox karbon olan:    
720241100 ---tərkibində 4 kütlə %-dən çox, lakin 6 kütlə %-dən az karbon olan kq 1000 kq, 5 ABŞ dolları
  -tərkibində 6 kütlə %-dən çox karbon olan:    
720241910 ----tərkibində 60 kütlə %-dən çox olmayaraq xrom olan kq 1000 kq, 5 ABŞ dolları
720241990 ----tərkibində 60 kütlə %-dən çox xrom olan kq 1000 kq, 5 ABŞ dolları
720249 --digərləri:    
720249100 ---tərkiibində 0,05 kütlə %-dən çox olmayaraq karbon olan kq 1000 kq, 5 ABŞ dolları
720249500 ---tərkibində 0,05 kütlə %-dən çox, lakin 0,5 kütlə %-dən çox olmayaraq karbon olan kq 1000 kq, 5 ABŞ dolları
720249900 ---tərkibində 0,5 kütlə %-dən çox, lakin 4 kütlə %-dən çox olmayaraq karbon olan kq 1000 kq, 5 ABŞ dolları
720250000 -ferrosilikoxrom kq 1000 kq, 5 ABŞ dolları
720260000 -ferronikel kq 1000 kq, 5 ABŞ dolları
720270000 -ferromolibden kq 1000 kq, 5 ABŞ dolları
720280000 -ferrovolfram və ferrosilikovolfram kq 1000 kq, 5 ABŞ dolları
  -digərləri:    
720291000 --ferrotitan və ferrosilikotitan kq 1000 kq, 5 ABŞ dolları
720292000 --ferrovanadium kq 1000 kq, 5 ABŞ dolları
720293000 --ferroniobium kq 1000 kq, 5 ABŞ dolları
720299 --digərləri:    
  ---ferrofosfor:    
720299110 ----tərkibində 3 kütlə %-dən çox, lakin 15 kütlə %-dən az olmayaraq fosfor olan kq 1000 kq, 5 ABŞ dolları
720299190 ----tərkibində 15 kütlə % və ya ondan artıq fosfor olanlar kq 1000 kq, 5 ABŞ dolları
720299300 ---ferrosilikomanqan kq 1000 kq, 5 ABŞ dolları
720299800 ----digərləri kq 1000 kq, 5 ABŞ dolları
7203 Dəmir filizinin birbaşa reduksiya məhsulları və digər parça, yumaq və analoji formalarda olan məsaməli dəmirlər: tərkibində 99,94 kütlə % əsas element olan parça, yumaq və analoji formalarda olan dəmirlər:    
720310000 -dəmir filizinin birbaşa reduksiya məhsulları kq 1000 kq, 5 ABŞ dolları
720390000 -digərləri kq 1000 kq, 5 ABŞ dolları
7204 Qara metal tullantıları və qırıntıları; qara metal qırıntılarından alınmış təkrar əridilmək üçün külçələr (xəlitə külçələri):    
720410000 -tökmə çuqun tullantıları və qırıntıları kq 1000 kq, 7 ABŞ dolları
  -aşqarlanmış (xüsusi) poladların tullantıları və qırıntıları:    
720421 --korroziyayadavamlı (paslanmayan) polad:    
720421100 ---tərkibində 8 kütlə % və ya daha çox nikel olan kq 1000 kq, 7 ABŞ dolları
720421900 ---digərləri kq 1000 kq, 7 ABŞ dolları
720429000 --digərləri kq 1000 kq, 7 ABŞ dolları
720430000 -qalayla örtülmüş qara metal tullantıları və qırıntıları kq 1000 kq, 7 ABŞ dolları
  -digər tullantı və qırıntılar:    
720441 ---tokar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer istehsalı tullantıları, ovuntular, kəsiklər və ştamplanmalar, bağlamada və ya bağlamasız:    
720441100 ---tokar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer istehsalatı tullantıları, ovuntular (kəpəklər) kq 1000 kq, 5 ABŞ dolları
  ---kəsik tullantıları və ştamplanmalar:    
720441910 ---bağlamada kq 1000 kq, 5 ABŞ dolları
720441990 ----digərləri kq 1000 kq, 5 ABŞ dolları
720449 --digərləri:    
720449100 ---xırdalanmış (kəsilmiş) kq 1000 kq, 5 ABŞ dolları
  ---digərləri:    
720449300 ---bağlamada kq 1000 kq, 5 ABŞ dolları
  ----digərləri:    
720449910 -----sortlaşdırılmamış kq 1000 kq, 5 ABŞ dolları
720449990 ----digərləri kq 1000 kq, 5 ABŞ dolları
720450 -təkrar ərinti üçün külçələr (xəlitə ərintiləri):    
720450100 --aşqarlanmış (xüsusi) poladdan kq 1000 kq, 5 ABŞ dolları
720450900 --digərləri kq 1000 kq, 5 ABŞ dolları
7205 Poladlıq və güzgü çuqunlarından və qara metallardan dənə və tozlar:    
720510000 -dənələr kq 1000 kq, 5 ABŞ dolları
  -tozlar:    
720521000 --aşqarlanmış poladdan kq 1000 kq, 5 ABŞ dolları
720529000 --digərləri kq 1000 kq, 5 ABŞ dolları
720610000 -külçələr kq 1000 kq, 5 ABŞ dolları
Qrup 74 Mis və mis məmulatları kq 1000 kq, 15 ABŞ dolları.
7601 Emal olunmamış alüminium:    
760110000 -aşqarlanmamış alüminium kq 1000 kq, 15 ABŞ dolları
760120 -alüminium ərintiləri:    
760120100 --ilkin kq 1000 kq, 15 ABŞ dolları
  --təkrar:    
760120910 --külçə və ya maye halında kq 1000 kq, 15 ABŞ dol
760120990 --digərləri kq 1000 kq, 15 ABŞ dolları
760200 Alüminium tullantıları və qırıntıları:    
  -tullantılar:    
760200110 --tokar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer istehsalı yonqarları, kəpəklər və kəsiklərin tullantıları; qalınlığı 0,2 mm-dən çox olmayan rənglənmiş metala tutulmuş və bərkidilmiş vərəqlərin və folqaların (əsas hesaba alınmadan) tullantıları kq 1000 kq, 15 ABŞ dolları
760200190 --digərləri (çıxdaş məmulatlar da daxil olmaqla) kq 1000 kq, 15 ABŞ dolları
760200900 -qırıntı kq 1000 kq, 15 ABŞ dolları
7603 Alüminium tozları və pulcuqları:    
760310000 -laysız quruluşlu tozlar kq 1000 kq, 15 ABŞ dolları
760320000 -laylı quruluşlu tozlar; pulcuqlar kq 1000 kq, 15 ABŞ dolları
Qrup 78 -Qurğuşun və ondan olan məmulatlar kq 1000 kq, 15 ABŞ dolları
Qrup 79 -Sink və ondan hazırlanan məmulatlar kq 1000 kq, 15 ABŞ dolları
Qrup 80 -Qalay və ondan hazırlanan məmulatlar kq 1000 kq, 15 ABŞ dolları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı

1. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin (dəyəri 100 ABŞ dollarından az olduqda 10 ABŞ dollarından az olmayaraq),nəqliyyat vasitələrinin, həmçinin Azərbaycan Ruspublikasının Milli Bankı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda sifariş verilməklə (hazırlanmasına, gətirilməsinə, sığortalanmasına və s. çəkilən xərclər nəzərə alınmaqla) gətirilən milli valyutanın gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici valyuta sərvətlərinin isə nominal dəyərinin 0,15 faizi miqdarında, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının, eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxalı üzrə hər bir yük gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq 275 ABŞ dolları miqdarında Azərbaycan Ruspublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardım, hümanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Ruspublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmləşdirilməsinə görə gömrük yığımları alınmır.

3. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləğində Azərbaycan Ruspublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyannamələri üçün 10 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

  • yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 ABŞ dolları;
  • digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Ruspublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc alınır.

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının
Siyahısı

1. Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarının 1-ci, 3-cü, 5-ci və 7-10-cu bəndləri, 4-cü bəndinin 4.14.2 yarımbəndləri;

2. Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 25 nömrəli qərarının 1-ci bəndinin 2-ci, 46-cı, 910-cu və 1218-ci abzasları;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 may tarixli 94 nömrəli qərarının 2-ci bəndinin 34-cü abzasları;

4. Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 iyul tarixli 112 nömrəli qərarı;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 138 nömrəli qərarının 1-ci bəndi;

6. Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 sentyabr tarixli 164 nömrəli qərarı;

7. Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 sentyabr tarixli 173 nömrəli qərarı;

8. Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 174 nömrəli qərarı;

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli 195 nömrəli qərarının 1-ci bəndi;

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli 62 nömrəli qərarının 1-ci bəndi.


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb