Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında

Qərar ¹ 75

Bakı şəhəri, 5 aprel 2001-ci il

«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri» və «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formalarının təchizat norması» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2001-ci il, ¹ 4, maddə 284) («AzerSoft»).

19 mart 2003-cü il tarixli, 37 nömrəli qərara əsasən dəyişikliklərlə (AzerSoft).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 5 aprel tarixli, 75 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri

1. Ümumi müddəalar

Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqlənmə (xüsusi rütbə) nişanlarının təsviri «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasını və fərqlənmə nişanlarını müəyyən edir.

2. Gömrük orqanlarının vəzifəli şəxslərinin geyim formasının təsviri

Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması qış və yay dəstlərindən ibarətdir.

Qış dəsti — gömrük orqanlarının ali rəis hey`əti üçün tünd mavi rəngli furajka və ya boz rəngli xəzli papaq, tünd mavi rəngli pencək, yüngül gödəkçə və şalvar, uzunqol ağ rəngli köynək, göy rəngli qalstuk, boz rəngli xəzli gödəkçə, palto və plaş, tünd göy (qaraya yaxın) rəngli corab, ağ rəngli şərf va isti içlikli qış ayaqqabısından ibarətdir. Gömrük orqanlarının baş və orta rəis hey`əti və kiçik hey`ət üçün qış dəsti tünd göy (qaraya yaxın) rəngli furajka (qadınlar üçün həmin rəngli şlyapa), tünd göy (qaraya yaxın) rəngli pencək və şalvar, uzunqol ağ rəngli köynək, tünd göy (qaraya yaxın) rəngli qalstuk, baş rəis hey`əti üçün tünd göy (qaraya yaxın) rəngli palto və plaş, orta rəis hey`əti və kiçik hey`ət, xüsusi rütbələri olmayan vəzifəli şəxslər və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzinin (bundan sonra — Tədris Mərkəzi) müdavimləri üçün isə sukeçirməyən tünd göy (qaraya yaxın) rəngli gödəkçə, tünd göy (qaraya yaxın) rəngli corab, ağ rəngli şərf və isti içlikli qara rəngli qış ayaqqabısından ibarətdir. Ali və baş rəis heyətinin qış geyim dəstinə pulover də daxil olur.

Yay dəsti — gömrük orqanlarının ali rəis hey`əti üçün tünd mavi rəngli, digər vəzifəli şəxsləri üçün tünd göy (qaraya yaxın) rəngli furajka (qadınlar üçün tünd göy rəngli şlyapa), qısaqol ağ rəngli forma köynəyi, gömrük orqanlarının ali rəis hey`əti üçün tünd mavi rəngli, digər vəzifəli şəxslər üçün isə tünd göy rəngli şalvar, tünd göy (qaraya yaxın) rəngli corab və qara rəngli ayaqqabıdan ibarətdir.

Gömrük orqanlarının ali rəis hey`əti üçün papaq qaragül xəzindən hərbi nümunə ilə tikilir. Ön tərəfində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan kokardası vardır.

Furajka — gömrük orqanlarının ali rəis heyəti üçün tünd mavi, digər vəzifəli şəxslər üçün tünd göy (qaraya yaxın) rəngli parçadan tikilir, üst tərəfində ensiz yaşıl zolaq, ortasının kənarında eni 50 mm olan yaşıl rəngli məxmərdən zolaq vardır. Günlüyü ali rəis heyəti üçün tünd mavi rəngli parçadandır, digər vəzifəli şəxslər üçün isə qara rənglidir və laklanmışdır. Üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan 2 ədəd sarı metaldan hazırlanmış düymə ilə bərkidilən qızılı rəngli ali rəis heyəti üçün ikili yastı, digər vəzifəli şəxslər üçün isə bir toxunma qaytanı vardır. Ali rəis heyəti üçün furajkanın enli zolağının qabaq hissəsinin ortasında Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan kokardası vardır, kokardanın kənarlarına qızılı rəngli palıd yarpaqları şəklində olan naxışlar, günlüyünün üstünə qızılı rəngli palıd yarpaqları şəklində ikili nişan tikilir. Gömrük orqanlarının digər vəzifəli şəxsləri üçün furajkanın enli zolağının qabaq hissəsinin ortasında Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan kokardası vardır. Qadınlara furajka əvəzinə eyni naxışlı və ya kokardalı şlyapa verilir.

Gömrük orqanlarının ali rəis hey`əti üçün xəzli gödəkçə boz rəngli olur, içliyi və yaxalığı xəzdəndir. Üstündə bir sırada yerləşən 3 ədəd düymələri, hər iki tərəfindən düz yerləşdirilmiş, üstlüyü qatlanan yan cibləri, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır. Ali rəis heyəti üçün yüngül gödəkçə isə tünd mavi rəngli bir bortlu olur. Üstündə hər iki tərəfindən çəp yerləşdirilmiş yan cibləri, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır. Yaxasi «Molniya» tipli zəncirbəndlə açılıb bağlanır.

Palto — gömrük orqanlarının ali rəis hey`əti üçün boz, baş rəis hey`əti üçün isə tünd göy (qaraya yaxın) rəngli yun parçadandır. Üstündə bir sırada yerləşən üzərində ali rəis heyəti üçün Azərbaycan Respublikasının Dövlət Gerbinin, baş rəis heyəti üçün isə gömrük orqanlarının tanınma nişanının təsviri olan sarı metaldan hazırlanmış 3 ədəd böyük düymə, hər iki tərəfində düz yerləşdirilmiş, üstlüyü qatlanan yan cibləri vardır. Qollarının aşağı arxa hissəsində bir sırada yerləşən, sarı metaldan hazırlanmış, üzərində ali rəis heyəti üçün Azərbaycan Respublikasının Dövlət Gerbinin, baş rəis heyəti üçün isə gömrük orqanlarının tanınma nişanının təsviri olan 3 ədəd kiçik düymələri vardır, arxadan bel hissəsində sarı metaldan hazırlanmış 2 ədəd eyni böyük düymə ilə bərkidilən kəmərciyi olur. Paltonun yaxalığında sağ və sol tərəflərdə ali rəis hey`əti üçün sarı rəngli toxunma sünbül nişanı, baş rəis hey`əti üçün isə sarı metaldan hazırlanmış, diametri 20 mm olan gömrük orqanlarının tanınma nişanını təsvir edən düymələr, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır. Baş rəis hey`əti üçün paltonun sol qolunda gömrük orqanlarının tanınma nişanının təsviri olan emblem vardır.

Plaş — gömrük orqanlarının ali rəis hey`əti üçün boz, baş rəis hey`əti üçün isə tünd göy (qaraya yaxın) rəngli parçadandır, bir bortludur, hər iki tərəfindən düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri, üstündə bir sırada yerləşən, parça ilə örtülmüş 4 ədəd düymələri, eyni parçadan tikilmiş bel kəməri vardır. Plaşın yaxalığında sağ və sol tərəflərdə ali rəis hey`əti üçün sarı rəngli toxunma sünbül nişanı, baş rəis hey`əti üçün isə sarı metaldan hazırlanmış, diametri 20 mm olan gömrük orqanlarının tanınma nişanını təsvir edən düymələr, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır. Baş rəis hey`əti üçün plaşın sol qolunda gömrük orqanlarının tanınma nişanının təsviri olan emblem vardır.

Orta rəis hey`əti və kiçik hey`ət, xüsusi rütbələri olmayan vəzifəli şəxslər və Tədris Mərkəzinin müdavimləri üçün gödəkçə su keçirməyən tünd göy (qaraya yaxın) rəngli parçadandır, bir bortludur, üstlükləri qatlanan iki döş və iki yan cibləri vardır. Yaxası «Molniya» tipli zəncirbəndlə və parça ilə örtülmüş bir sırada yerləşən 4 ədəd düymə ilə açılıb bağlanır. Sol qolunda gömrük orqanlarının tanınma nişanının təsviri olan emblem; çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır.

Pencək — gömrük orqanlarının ali rəis hey`əti üçün tünd mavi, digər vəzifəli şəxsləri üçün isə tünd göy (qaraya yaxın) rəngli parçadandır, iki bortludur, arxası bütövdür, hər iki tərəfində düz yerləşdirilmiş üstlüyü qatlanan yan cibləri, üstündə iki sırada yerləşən sarı metaldan hazırlanmış, üzərində ali rəis heyəti üçün Azərbaycan Respublikasının Dövlət Gerbinin, digər vəzifəli şəxslər üçün isə gömrük orqanlarının tanınma nişanının təsviri olan 6 ədəd düymələri vardır. Ali rəis hey`əti üçün pencəyin yaxalığında və qol manjetlərinin üzərində ensiz yaşıl rəngli zolaq, bütün vəzifəli şəxslərin pencəklərinin qollarının aşağı arxa hissəsində bir sırada yerləşən, üzərində ali rəis heyəti üçün Azərbaycan Respublikasının Dövlət Gerbinin, digər vəzifəli şəxslər üçün isə gömrük orqanlarının tanınma nişanının təsviri olan sarı metaldan hazırlanmış 3 ədəd kiçik düymələri vardır. Pencəyin qatlanan yaxalığında sağ və sol tərəfdən ali rəis hey`əti üçün sarı rəngli toxunma sünbül nişanı, digər əməkdaşlar üçün isə sarı metaldan hazırlanmış, diametri 20 mm, üzərində gömrük orqanlarının tanınma nişanının təsviri olan düymələr, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanlı poqonlar vardır. Baş və orta rəis hey`əti və kiçik hey`ət üçün pencəyin sol qolunda gömrük orqanlarının tanınma nişanının təsviri olan emblem vardır. Qadınlar üçün pencək forması eyni qalmaqla sol tərəfə düymələnir və emblem pencəyin sağ qolunda yerləşdirilir.

Şalvar — gömrük orqanlarının ali rəis hey`əti üçün tünd mavi, digər vəzifəli şəxsləri üçün tünd göy (qaraya yaxın) rəngli parçadan, düzünə, manjetsiz tikilir. Qadınlara tünd göy (qaraya yaxın) rəngli parçadan tikilmiş yubka verilir. Ali rəis hey`əti üçün şalvarın sağ və sol tərəflərində hərəsinin eni 30 mm olan iki, digər vəzifəli şəxslər üçün isə bir ensiz tünd yaşıl rəngli zolaqlar vardır.

Ayaqqabı (yarımboğaz ayaqqabı) — gömrük orqanlarının bütün vəzifəli şəxsləri üçün qara rəngdə, üstü yumşaq, altlığı göndən və ya digər materialdan olur.

Köynək — gömrük orqanlarının bütün vəzifəli şəxsləri üçün uzunqol və qısaqol olmaqla ağ rəngdədir. Yay köynəyinin çiyinlərində tünd göy (qaraya yaxın) fərqlənmə (xüsüsi rütbə) nişanları olan poqonlar vardır. Baş və orta rəis hey`əti və kiçik hey`ət üçün yay köynəyinin sol qolunda (qadınlarda sağ qolunda) gömrük orqanlarının tanınma nişanının təsviri olan emblem vardır.

Qalstuk — gömrük orqanlarının ali rəis hey`əti üçün göy, digər vəzifəli şəxsləri üçün tünd göy (qaraya yaxın) rəngdədir.

Pulover-çiyinlərində poqonlar olmaqla gömrük orqanlarının ali rəis heyəti üçün göy, baş rəis heyəti üçün isə tünd göy (qaraya yaxın) rəngli yundan toxunulur.

3. Gömrük orqanlarının ali rəis hey`əti üçün parad-çıxış xüsusi geyim formasının təsviri

Gömrük orqanlarının ali rəis hey`əti üçün parad-çıxış xüsusi geyim forması ağ rəngli furajka, ağ rəngli pencək, qara rəngli şalvar, uzunqol ağ rəngli köynək, qara rəngli qalstuk, qara rəngli corab və qara rəngli ayaqqabıdan ibarətdir.

Furajka və onun günlüyü ağ rəngli parçadan tikilir, üst tərəfində və ortasının yuxarı hissəsində ensiz yaşıl zolaq vardır, furajkanın enli zolağında üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan sarı metaldan hazırlanmış 2 ədəd düymə ilə bərkidilən iki yastı qaytanı, zolağın qabaq hissəsinin ortasında Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan kokardası vardır, kokardanın kənarlarında qızılı rəngli palıd yarpaqları şəklində olan naxış, günlüyünün üstünə qızılı rəngli palıd yarpaqları şəklində ikili nişan tikilir. Qadınlara furajka əvəzinə naxışlı olan şlyapa verilir.

Pencək — ağ rəngli parçadandır, iki bortludur, arxası bütövdür, üstlüyü qatlanan iki yan cibi, üstündə iki sırada yerləşən, üzərində gömrük orqanlarının tanınma nişanının təsviri olan sarı metaldan hazırlanmış 6 ədəd düymə vardır. Pencəyin yaxalığında və qol manjetlərinin üzərində ensiz yaşıl rəngli zolaq, qollarının aşağı hissəsində sarı rəngli toxunma zolaq, aşağı arxa hissəsində isə bir sırada yerləşən, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin nişanının təsviri olan sarı metaldan hazırlanmış 3 ədəd kiçik düymə vardır. Pencəyin qatlanan yaxalıqlarında sağ və sol tərəfdən sarı rəngli toxunma sünbül nişanı, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır.

Qadınlar üçün pencək forması eyni qalmaqla sol tərəfə düymələnir.

Şalvar — qara rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində hərəsinin eni 30 mm olan iki tünd yaşıl rəngli zolaqlar vardır. Qadınlara qara parçadan tikilmiş yubka verilir.

Ayaqqabı — qara rəngdə, üstü yumşaq, altlığı göndən olur.

4. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün səhra geyim formasının təsviri

Səhra geyim forması — tünd göy (qaraya yaxın) rəngli hərbi nümunəli kepdən, tünd göy (qaraya yaxın) rəngli hərbi nümunəli köynək və şalvardan, tünd göy (qaraya yaxın) rəngli corabdan və uzunboğaz qara rəngli hərbi nümunəli ayaqqabıdan ibarətdir. Qış mövsümündə səhra geyim formasına tünd göy (qaraya yaxın) rəngli hərbi nümunəli isti içlikli gödəkçə əlavə olunur.

Kep — dairəvidir, tünd göy (qaraya yaxın) rəngli parçadan hərbi nümunə ilə tikilir. Günlüyü eyni parçadandır, ön tərəfində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan kokardası vardır.

Köynək — tünd göy (qaraya yaxın) rəngli parçadan hərbi nümunə ilə tikilir. Üstlükləri qatlanan və düymələnən iki döş cibi, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır. Hər iki qolunda üstlükləri qatlanan və düymələnən xüsusi cibləri olur. Sol qolunun cibdən yuxarı hissəsində gömrük orqanlarının tanınma nişanının təsviri olan emblem vardır. Sol döş cibinin üstündə Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri yerləşdirilmişdir.

Şalvar — tünd göy (qaraya yaxın) rəngli parçadan düzünə, balaqları ensiz, hərbi nümunə ilə tikilir. Şalvarın dizdən yuxarı hissəsində sol və sağ tərəflərdən üstdən tikilən, üstlükləri qatlanan və düymələnən cibləri vardır. Şalvarın kəməri brezent tipli parçadan olur.

Gödəkçə — tünd göy (qaraya yaxın) rəngli qalın parçadan hərbi nümunə ilə tikilir. İsti içliyi, üstlükləri qatlanan və düymələnən iki yan cibi, çiyinlərində fərqlənmə (xüsusi rütbə) nişanları olan poqonlar vardır. Hər iki qolunda üstlükləri qatlanan və düymələnən xüsusi cibləri olur. Sol qolunun cibdən yuxarı hissəsində gömrük orqanlarının tanınma nişanının təsviri olan emblem vardır. Döşün yuxarı sol hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri yerləşdirilmişdir.

Ayaqqabı — hərbi nümunəli uzunboğaz, qara rəngdə, qaytanla bağlanan, xrom üzlüklü, altlığı qalın göndəndir.

5. Fərqlənmə (xüsusi rütbə) nişanlarının təsviri

5.1. Gömrük orqanlarının ali rəis hey`əti üçün:

  • «üstündə sarı rəngli sapdan tikilmiş, Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri üçün diametri 40 mm olan, gömrük xidməti general-polkovniki, general-leytenantı və general-mayoru üçün isə diametri 30 mm olan 8 guşəli ulduzlar (ulduz), kənarları ensiz yaşıl zolaqlı, boz rəngli mövsümi poqon, Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri üçün poqonun yuxarı hissəsində sarı sapdan tikilmiş Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri vardır. Gömrük xidməti generalları üçün poqonun yuxarı hissəsində sarı metaldan hazırlanmış, üstündə Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan düymə, poqonun aşağı hissəsində qızılı rəngli toxunma aypara vardır. Dövlət Gömrük Komitəsi sədrinin poqonunun kənarında eni 5 mm olan qızılı rəngli çərçivə olur. Parad-çıxış xüsusi geyim formasının poqonu açıq sarı, yay mövsümi poqonu isə ağ rənglidir. Xüsusi rütbədən asılı olaraq poqonlarda ulduzların sayı aşağıdakı kimidir:

Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri

1 ulduz (diametri 40 mm)

gömrük xidməti general-polkovniki

3 ulduz (diametri 30 mm)

gömrük xidməti general-leytenantı

2 ulduz (diametri 30 mm)

gömrük xidməti general-mayoru

1 ulduz (diametri 30 mm)

5.2. Gömrük orqanlarının baş rəis hey`əti üçün:

Üstündə sarı rəngli metaldan hazırlanmış, diametri 20 mm olan səkkizguşəli ulduzlar (ulduz), kənarlarında düz xətlər çəkilmiş, boş məsamələri isə naxışlanmış eni 5 mm olan iki yaşıl zolaqlı, uzunluğu 160 mm, eni isə 60 mm olan boz rəngli mövsümi poqon. Poqonun yuxarı hissəsində sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan düymə vardır. Yay mövsümü üçün poqon ağ rəngli olur. Xüsusi rütbədən asılı olaraq, poqonlarda ulduzların sayı aşağıdakı kimidir:

gömrük xidməti polkovniki

— 3 ulduz

gömrük xidməti polkovnik-leytenantı

— 2 ulduz

gömrük xidməti mayoru

— 1 ulduz

5.3. Gömrük orqanlarının orta rəis hey`əti üçün:

Üstündə sarı rəngli metaldan hazırlanmış, diametri 15 mm olan səkkizguşəli ulduzlar (ulduz), kənarlarında düz xətlər çəkilmiş, boş məsamələri isə naxışlanmış eni 5 mm olan bir yaşıl zolaqlı, uzunluğu 160 mm, eni isə 60 mm olan boz rəngli mövsümi poqon. Poqonun yuxarı hissəsində sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan düymə vardır. Yay mövsümü üçün poqon ağ rəngli olur. Xüsusi rütbədən asılı olaraq poqonlarda ulduzların sayı aşağıdakı kimidir:

gömrük xidməti kapitanı

— 4 ulduz

gömrük xidməti baş leytenantı

— 3 ulduz

gömrük xidməti leytenantı

— 2 ulduz

gömrük xidməti kiçik leytenantı

— 1 ulduz

5.4. Gömrük orqanlarının kiçik hey`əti üçün:

Üstündə sarı rəngli metaldan hazırlanmış, diametri 15 mm olan səkkizguşəli ulduzlar, ortasında və kənarlarında düz xətlər çəkilmiş, boş məsamələri isə naxışlanmış uzunluğu 160 mm, eni isə 60 mm olan boz rəngli mövsümi poqon. Poqonun yuxarı hissəsində üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan sarı metaldan hazırlanmış düymə vardır. Yay mövsümü üçün poqon ağ rəngli olur. Xüsusi rütbədən asılı olaraq poqonlarda ulduzlarının sayı aşağıdakı kimidir:

gömrük xidməti baş giziri

— 3 ulduz

gömrük xidməti giziri

— 2 ulduz

5.5. Xüsusi rütbələri olmayan gömrük orqanlarının vəzifəli şəxsləri, Tədris Mərkəzinin müdavimləri üçün:

Ortasında və kənarlarında düz xətlər çəkilmiş, boş məsamələri isə naxışlanmış, uzunluğu 160 mm, eni isə 60 mm olan boz rəngli mövsümi poqon. Poqonun yuxarı hissəsində üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan sarı metaldan hazırlanmış düymə vardır. Yay mövsümü üçün poqon ağ rəngli olur.

Tədris Mərkəzinin müdavimlərinin poqonlarının aşağı hissəsində «M» hərfi əks etdirilmişdir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 5 aprel tarixli, 75 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formalarının təchizat norması

Sıra ¹-si

Əşyaların adı

Bir nəfərə düşən əşyanın miqdarı (norması)

İstifadə müddəti

Ali rəis hey`əti üçün

1.

Gündəlik tünd mavi rəngli furajka

1 ədəd

1,5 il

2.

Ağ rəngli parad furajkası

1 ədəd

3 il

3.

Boz rəngli xəzli papaq (qaragül dərisindən)

1 ədəd

6 il

4.

Boz rəngli xəzli gödəkçə

1 ədəd

5 il

5.

Boz rəngli palto

1 ədəd

4 il

6.

Boz rəngli plaş

1 ədəd

5 il

7.

Parad-çıxış kostyumu (ağ rəngli pencək və qara rəngli şalvar)

1 dəst

3 il

8.

Gündəlik kostyum (tünd mavi rəngli pencək və şalvar)

1 dəst

1,5 il

9.

Qara rəngli qış ayaqqabısı (isti içlikli)

1 cüt

3 il

10.

Qara rəngli yay ayaqqabısı

1 cüt

1 il

11.

Ağ rəngli şərf

2 ədəd

2 il

12.

Ağ rəngli uzunqol köynək

2 ədəd

2 il

13.

Ağ rəngli qısaqol yay köynəyi

2 ədəd

2 il

14.

Göy rəngli qalstuk

2 ədəd

1 il

15.

Tünd göy (qaraya yaxın) rəngli corab

2 cüt

1 il

16.

Göndən şalvar kəməri

1 ədəd

6 il

17.

Tünd mavi rəngli yüngül gödəkçə 1 ədəd 6 il

18.

Göy rəngli pulover 1 ədəd 3 il

Baş rəis hey`əti üçün

1.

Gündəlik tünd göy (qaraya yaxın) rəngli furajka (qadınlar üçün şlyapa)

1 ədəd

1,5 il

2.

Tünd göy (qaraya yaxın) rəngli palto

1 ədəd

4 il

3.

Tünd göy (qaraya yaxın) rəngli plaş

1 ədəd

5 il

4.

Gündəlik kostyum: tünd göy (qaraya yaxın) rəngli pencək və şalvar (qadınlar üçün yubka)

1 dəst

1,5 il

5.

Qara rəngli qış ayaqqabısı (isti içlikli)

1 cüt

3 il

6.

Qara rəngli yay ayaqqabısı

1 cüt

1 il

7.

Ağ rəngli şərf

2 ədəd

2 il

8.

Ağ rəngli uzunqol köynək

2 ədəd

2 il

9.

Ağ rəngli qısaqol yay köynəyi

2 ədəd

2 il

10.

Tünd göy (qaraya yaxın) rəngli qalstuk

2 ədəd

1 il

11.

Tünd göy (qaraya yaxın) rəngli corab

2 cüt

1 il

12.

Göndən şalvar kəməri

1 ədəd

6 il

13.

Tünd göy rəngli pulover 1 ədəd 3 il

Orta rəis hey`əti və kiçik hey`ət üçün

1.

Gündəlik tünd göy (qaraya yaxın) rəngli furajka (qadınlar üçün şlyapa)

1 ədəd

1,5 il

2.

Tünd göy (qaraya yaxın) rəngli gödəkçə

1 ədəd

4 il

3.

Gündəlik kostyum: tünd göy (qaraya yaxın) rəngli pencək və şalvar (qadınlar üçün yubka)

1 dəst

1,5 il

4.

Qara rəngli qış ayaqqabısı (isti içlikli)

1 cüt

3 il

5.

Qara rəngli yay ayaqqabısı

1 cüt

1 il

6.

Ağ rəngli şərf

1 ədəd

2 il

7.

Ağ rəngli uzunqol köynək

2 ədəd

2 il

8.

Ağ rəngli qısaqol yay köynəyi

2 ədəd

2 il

9.

Tünd göy (qaraya yaxın) rəngli qalstuk

2 ədəd

1 il

10.

Tünd göy (qaraya yaxın) rəngli corab

2 cüt

1 il

11.

Göndən şalvar kəməri

1 ədəd

6 il

Bütün şəxsi hey`ət üçün səhra geyim forması norması

1.

Tünd göy (qaraya yaxın) rəngli hərbi nümunəli kep

1 ədəd

2 il

2.

Tünd göy (qaraya yaxın) rəngli hərbi nümunəli köynək və şalvar

1 dəst

2 il

3.

Tünd göy (qaraya yaxın) hərbi nümunəli isti içlikli gödəkçə

1 ədəd

4 il

4.

Qara rəngli səhra çəkməsi

1 cüt

2 il

5.

Tünd göy (qaraya yaxın) və ağ zolaqlı mayka

2 ədəd

2 il

6.

Tünd göy (qaraya yaxın) rəngli tuman

2 ədəd

1 il

7.

Tünd göy (qaraya yaxın) rəngli corab

2 cüt

1 il

8.

Xüsusi kəmər

1 dəst

10 il


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb