Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi
Komitənin Mərkəzi Laboratoriyası
tərəfindən hazırlanmış normativ-metodiki sənədlərin təsdiqi haqqında
Əmr ¹ 52
10 avqust 1999-cu il
Gömrük ekspertizası işini inkişaf
etdirmək məqsədilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin
9-cu maddəsinə əsasən əmr edirəm:
1. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası haqqında Əsasnamə təsdiq
olunsun (əlavə olunur).
2. Respublika Dövlət Gömrük Komitəsinin
Mərkəzi Laboratoriyasında analizlərin aparılmasına, təhlükəsizlik
texnikasına riayət olunmasına, müvafiq cihaz və avadanlıqların
istismarına dair təlimat təsdiq olunsun (əlavə olunur).
3. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi laboratoriyalarında gömrük ekspertizalarının təşkili
haqqında təlimat təsdiq olunsun (əlavə olunur).
4. Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən mallardan Azərbaycan Respublikası
gömrük orqanları tərəfindən nümunə və ya prob götürülməsinin qaydaları
haqqında Əsasnamə təsdiq edilsin (Əlavə olunur).
5. İşlər İdarəsi (R.Zalov) Əmrin
3, 4-cü bəndlərində adı çəkilən təlimat və Əsasnamə Gömrük orqanları
sistemi üçün ümumi xarakterli olduğu üçün, onların yerli gömrük
orqanlarına çatdırılmasını təmin etsin.
6. Təlimat və Əsasnamələrin tələbləri
və müddəalarının icrası ilə əlaqədar əməli-metodiki köməklik göstərilməsi
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (Ş.Bağırova) və Mərkəzi
Laboratoriyaya (T.İbrahimova) tapşırılsın.
Komitənin sədri
K.F.HEYDƏROV.
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
10 avqust 1999-cu il tarixli, 052 saylı əmri ilə
təsdiq olunmuşdur.
Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən mallardan Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən nümunə və ya prob götürülməsinin qaydaları haqqında
Əsasnamə
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə gömrük qanunvericiliyinə
uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
mallardan nümunə və ya prob götürülməsi qaydalarını, habelə bu
əməliyyatlar zamanı Azərbaycan Respublikası gömrük orqanlarının
vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının və mallara dair
səlahiyyətli şəxslərinin hüquq və vəzifələrini müəyyən edir.
1.2. Mallardan nümunə və ya problar
aşağıdakı məqsədlərlə götürülür:
- Azərbaycan Respublikası gömrük sərhədindən
keçirilən mallara gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi,
habelə onlardan gömrük rüsum və vergilərinin düzgün tutulması
üçün;
- gömrük qaydalarının pozulması haqqında işin
icraatı zamanı ekspertiza keçirilməsi üçün;
- istehlakçıların mənafeyinin qorunmasını təmin
etmək üçün.
1.3. Mal nümunəsi ifadəsi struktur,
tərkib və xassələri baxımından bütün məhsul seriyasının (partiyasının)
eyni olan məhsul vahidi, habelə tərkib və xassələri baxımından
bütün tədqiqat (ekspertiza) obyektinin eyni, zəruri optimal hissəsi
deməkdir.
1.4. Nümunələrin götürülməsi,
hazırlanması və tədqiqat (ekspertiza) metodikası, habelə tədqiqatı
(ekspertizanı) təyin etmək qaydası, tədqiqatdan (ekspertizadan)
sonra qalan nümunələrin qablaşdırılması, daşınması, saxlanması,
qeydə alınması (uçotu) və taleyi bu Əsasnamə ilə müəyyən edilir.
1.5. Mallardan nümunələrin götürülməsi
gömrük məcəlləsinə müvafiq normalar, təsdiq edilmiş normativ sənədlər
(DÜİST, SST, TŞ və s.) beynəlxalq təcrübədə qəbul olunmuş standartlar,
təlimatlar əsasında aparılır.
2. Mallardan prob və nümunələrin götürülməsi qaydaları
2.1. Gömrük nəzarətində olan mallardan
aşağıda göstərilənlər tərəfindən nümunə və ya prob götürülə bilər:
- bu Qaydanın 2-ci bəndində göstərilən məqsədlər
üçün öz təşəbbüsü və ya mallara dair səlahiyyətli şəxslərin
təşəbbüsü ilə Azərbaycan Respublikası gömrük orqanlarının müvafiq
icazəsi əsasında Azərbaycan Respublikası gömrük sərhədində nəzarət
funksiyalarını yerinə yetirən digər dövlət orqanları tərəfindən;
- Azərbaycan Respublikası gömrük orqanlarının
icazəsi ilə bilavasitə mallara dair səlahiyyətli şəxslər və
onların nümayəndələri tərəfindən.
2.2. Mallardan nümunə və ya prob
gömrük orqanlarının təşəbbüsü ilə götürüldüyü təqdirdə gömrük
orqanının müvafiq vəzifəli şəxsi nümunə və ya prob kimi istifadə
üçün götürüləcək malın miqdarını göstərməklə mallardan nümunə
və ya prob götürmə vaxtı və qaydası (üsulu) barədə mallara dair
səlahiyyətli şəxsə (mal sahibinə və ya mal daşıyıcısına) xəbər
verməlidir.
Analitik, nəzarət və etalon nümunə
və ya probların hazırlanması və nəzarət yoxlamaları aparılması
nəzərə alınmaqla götürülən nümunə və ya probun miqdarı analiz
üçün kifayət edəcək miqdarda olmaqla malın optimal miqdarına görə
müəyyən edilir.
Nümunə və ya problar mala dair
səlahiyyətli olan şəxs və hal şahidlərinin, zəruri hallarda isə
uyğun mütəxəssisin, o cümlədən Mərkəzi Laboratoriya əməkdaşının
iştirakı ilə gömrük orqanının vəzifəli şəxsi tərəfindən götürülür.
Mala dair səlahiyyətli olan şəxs
nümunə və ya probun götürülməsində gömrük orqanları əməkdaşlarına
yardım edir, malların açılması, çəkilməsi, ölçülməsi və bütün
digər texnoloji əməliyyatların aparılması ilə əlaqədar xərcləri
çəkir.
Maldan nümunə və ya prob götürülməsi
aktla (əlavə forma ¹ 1) rəsmiləşdirilir. Aktın surəti və ya ikinci
nüsxəsi tələb olunan halda mala dair səlahiyyətli şəxsə verilir.
Mala dair səlahiyyəti olan şəxs
və ya onun nümayəndəsi olmadıqda, habelə onlar nümunə və ya prob
götürülməsi üçün gömrük orqanları əməkdaşlarına yardım etməkdən
imtina etdikdə gömrük orqanları nümunə və ya prob götürülməsini
on günə qədər müddətə təxirə sala bilər.
Təxirəsalma imkansız olduğu hallarda,
habelə mala dair səlahiyyətli şəxs və ya onun nümayəndəsi müəyyən
olunmuş vaxtda gəlmədikdə gömrük orqanları, tələb olunduqda kino
və video aparatlardan istifadə etməklə, şahidlərin iştirakı ilə
mallardan nümunə və ya prob götürə bilərlər. Bu qayda ilə nümunə
və ya prob götürülməsi mala dair səlahiyyətli şəxs və ya onun
nümayəndəsinin iştirakı ilə nümunə və ya prob götürüldüyü hallardakı
kimi eyni hüquqi statusa malik olur və eyni hüquqi nəticə vermə
imkanı yaradır.
2.3. Azərbaycan Respublikasının
gömrük sərhədində nəzarət funksiyasını yerinə yetirən Azərbaycan
Respublikasının digər dövlət orqanları tərəfindən mallardan nümunə
və ya prob götürülməsi Azərbaycan Respublikasının müvafiq gömrük
orqanlarının icazəsi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin
və mala dair səlahiyyətli şəxs və ya onun nümayəndəsinin iştirakı
ilə həyata keçirilir.
Nəzarət funksiyasını yerinə yetirən
digər dövlət orqanları nəzarət üçün mallardan nümunə və ya prob
götürdükdə Azərbaycan Respublikası gömrük orqanlarına aşağıdakılar
göstərilməklə yazılı müraciət etməlidirlər:
- dövlət orqanının adı və ünvanı, müraciəti imzalayan
şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
- mallardan nümunə və ya prob götürülməsi üçün
əsas;
- malın olduğu yer;
- mal haqqında, o cümlədən malın müşayiət sənədlərində
göstərilən məlumatlar;
- mallardan nümunə və ya prob götürülməsi üçün
lazım olan digər məlumatlar;
- mallardan götürülən nümunə və ya problar tədqiq
edildikdən sonra alınan nəticələrin aidiyyatı gömrük orqanına
təqdim ediləcəyi barədə öhdəlik.
Azərbaycan Respublikası gömrük
sərhədində nəzarət funksiyasını yerinə yetirən Azərbaycan Respublikası
digər dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən mallardan
nümunə və ya prob götürülməsi barədə tərtib edilən aktın bir nüsxəsi
aidiyyatı gömrük orqanına göndərilir.
Mallardan nümunə və ya prob götürülərkən
çəkilən bütün xərclər, habelə malların təsadüfən məhv və ya xarab
olması nəticəsində ödənilməli olan digər xərclər nümunə və ya
prob götürən dövlət orqanı tərəfindən ödənilir.
2.4. Mallar barədə səlahiyyətli
şəxsin ərizəsinə əsasən Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən gömrük rəsmiləşdirilməsi məqsədi üçün mallardan nümunə
və ya prob o vaxt götürülə bilər ki, bu əməliyyat zəruriyyətindən
yaransın və malların buraxılmasının əsassız olaraq ləngidilməsi
ilə əlaqədar olmasın.
Bu halda nümunə və ya prob götürülməsində
əlaqədar təşkilatın nümayəndəsi iştirak etməlidir. Bu barədə verilən
ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
- ərizə verən təşkilatın adı və ünvanı;
- ərizə verən şəxsin soyadı, adı, atasının adı
və ünvanı;
- malın olduğu yer;
- maldan nümunə və ya prob götürülməsi üçün əsas;
- mal və müşayiət sənədləri haqqında məlumat;
- mallardan nümunə və ya prob götürülməsi üçün
lazım olan digər məlumatlar;
- götürülən nümunə və ya prob tədqiq edildikdən
sonra nəticələrin aidiyyatı gömrük orqanına təqdim ediləcəyi
haqqında öhdəlik.
Mallardan nümunə və ya prob götürülməsi
aktla (əlavə: forma ¹1) rəsmiləşdirilir.
Mallara dair səlahiyyətli şəxs
və ya onun nümayəndəsi nümunə və ya prob götürülməsi, onların
saxlanması və daşınması ilə əlaqədar bütün xərcləri ödəyir (nümunə
və ya probun ekspertizadan keçirilməsi gömrük orqanları tərəfindən
təyin edildikdə həmin xərcləri həmin gömrük orqanı ödəyir).
2.5. Gömrük orqanlarının vəzifəli
şəxsləri tərəfindən götürülən nümunə və ya problar onların götürülməsində
iştirak edən şəxslər tərəfindən imzalanmış etiketlə (əlavə: forma
¹2) təminata alınır.
2.6. Mal barədə səlahiyyətli şəxs
və ya onun nümayəndəsi tərəfindən mallardan nümunə və ya prob
yalnız müvafiq gömrük orqanı nümayəndəsinin iştirakı ilə bu Əsasnamənin
2.4 bəndində göstərilən qayda və şərtlərlə götürülə bilər. Nümunələr
götürülərkən tərtib edilən aktın bir nüsxəsi dərhal, nümunə və
ya prob tədqiq olunduqdan sonra isə nəticələr müvafiq gömrük orqanına
təqdim edilməlidir.
Bu halda nümunələrin götürülməsi
barədə akt forması və etiketlə təminata alınma qaydası mallara
dair səlahiyyətli şəxs və ya onun nümayəndəsi tərəfindən müvafiq
gömrük orqanı ilə qabaqcadan razılaşdırılır.
2.7. Azərbaycan Respublikası gömrük
sərhədində nəzarət funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının
digər dövlət orqanları, habelə mallara dair səlahiyyətli şəxslər
və ya onların nümayəndələri bu Əsasnamənin 2.4, 2.5, 2.6 bəndlərində
nəzərdə tutulan hallarda nümunə və ya prob götürülməsi əməliyyatı
zamanı gömrük laboratoriyası mütəxəssislərinin xidmətlərindən
istifadə edə bilərlər. Razılaşma və müqavilə əsasında görüləcək
belə işlər üçün müraciət edən digər dövlət orqanları və ya şəxslər
Mərkəzi laboratoriyaya qüvvədə olan qanunlar və ya Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş
qiymətlərə uyğun haqq ödəməlidirlər. Bundan əlavə, Mərkəzi laboratoriyaya
bu əməliyyatla əlaqədar olaraq çəkdiyi digər xərclər də ödənilməlidir.
Mallardan nümunə və ya prob gömrük
orqanlarının təşəbbüsü ilə götürüldükdə Mərkəzi laboratoriyanın
əməkdaşları təmənnasız iştirak edirlər.
2.8. Mallardan nümunə və ya prob
gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən götürüldükdə
texniki təhlükəsizlik qaydalarına riayət edilməsində həmin gömrük
orqanının rəisi məsuliyyət daşıyır.
3. Mallardan götürülən nümunə və ya probun saxlanması
qaydaları
3.1. Gömrük tədqiqatı məqsədi
ilə mallardan nümunə və ya prob istehlakçıların mənafeyinə zərər
vurmamaq baxımından «Gömrük məcəlləsi»nin tələblərinə uyğun olaraq
tədqiqata çatacaq minimum miqdarda, bəzən isə müvafiq qaydada
dövlət, sahə standartlarına (DOST, SST), texniki şərtlərə (TŞ)
uyğun gömrük təminatına alınmaqla götürülür.
3.2. Tədqiqat nəticələri alındıqdan
sonra qalıq nümunə mal sahibinə (hüquqi və ya fiziki şəxsə) qaytarılır.
3.3. Əgər analiz nəticələri müşayiət
sənədlərindəki keyfiyyət göstəricilərinə və ya müvafiq standartlara
uyğun gəlməzsə, onda qalıq nümunə arbitraj analizi məqsədi ilə
üç ay müddətinə saxlanılaraq məhv edilir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Mərkəzi Laboratoriyası
Əlavə 1
Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi
Nümunənin götürülmə aktı
«____»__________________200_____
il |
__________________________________________
(aktın tərtib olunduğu
yer)
|
_____________________________________________________________________________
(gömrük orqanı, onun vəzifəli
şəxsinin soyadı, adı, atasının adı)
tərəfindən hal şahidlərinin:
1. ___________________________________________________________________________
(soyadı, adı, atasının
adı, ünvanı,
_____________________________________________________________________________
pasport və ya onu əvəz
edən sənədin adı və nömrəsi)
2. ___________________________________________________________________________
_____________________________________________________________________________
3. ___________________________________________________________________________
_____________________________________________________________________________
iştirakı ilə Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin 133-cü maddəsinə və ya _____________________
¹-li DÜİST-ə (SS, TŞ) uyğun olaraq ______________________________
____________________________________________________________________________
tərəfindən
(göndərən ölkə və təşkilat)
___________________________________________________________________
ünvanına
(alan ölkə və təşkilat)
______________________________________________________________________
göndərilən (gedən)
(nəqliyyat vasitəsinin
adı və ¹-si)
1. Müəssisə (təşkilat) __________________________________________________________________
(müəssisə və təşkilatın
adı, mal sahibinin
____________________________________________________________________________
tam adı, onun hüquqi ünvanı)
2. Vətəndaş ____________________________________________________________________________
(ünvanı, iş yeri, anadan
olduğu yer və tarix,
_____________________________________________________________________________
vətəndaşlığı, pasport və
ya onu əvəz edən sənədin adı və nömrəsi,
_____________________________________________________________________________
soyadı, adı və atasının
adı)
tərəfindən «____»______________________
200_____ il tarixdə gömrük rəsmiləşdirilməsinə təqdim
olunmuş ________________________________________________________________________
(əl yükündə, baqajda, poçt
göndərişlərində)
____________________________________________________________________
yerləşən
____________________________________________________________________________
(malın adı)
ekspertiza məqsədi ilə nümunə götürülmüşdür.
Nümunələr __________________________________________________________________
şəraitində
(tutqun, günəşli, təbii,
sün`i işıqlanmada və s.)
_____________________________________________________________________________
(elmi-texniki və texniki
nəzarət vasitələrinin adı)
tətbiq olunmaqla götürülmüşdür.
Götürülmüş nümunələr __________________________________________________________________
(iştirakçılar tərəfindən
imzalanmış,
__________________________________________________________________
qablaşdırılmışdır.
etiketlə təchiz olunmuş
qabın adı və növü)
Nümunələrin götürülməsində iştirak edən
şəxslərə onların hüquq və vəzifələri, nümunənin götürülməsi
faktını təsdiq edən öhdəlikləri aydınlaşdırılmışdır.
Bu akt üzrə aşağıdakı nümunələr götürülmüşdür:
|
Sıra
nömrəsi
|
Nümunə kimi götürülən mal
və əşyanın təsviri
|
Malın ümumi miqdarı
|
Nümunənin miqdarı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Nümunənin
götürülməsində iştirak edən şəxslərin irad və məlumatları
______________________________________________________________________________
(şəxsin adı, soyadı, atasının
adı)
______________________________________________________________________________
(irad və məlumatların mahiyyəti)
______________________________________________________________________________
______________________________________________________________________________
Akt oxunmuşdur. Düzgün yazıldığını imzalarımızla
təsdiq edirik.
Hal şahidləri:
1. ____________________________________________________________________________
(imza, soyadı, adı, atasının
adı)
2. ____________________________________________________________________________
Digər şəxslər:
1. ____________________________________________________________________________
(imza, soyadı, adı, atasının
adı)
2. ____________________________________________________________________________
3. ____________________________________________________________________________
Aktın surətini aldım:
______________________________________________________________________________
(mal sahibinin soyadı,
adı, atasının adı)
«____»__________________ 200_____ il
Akta əlavə olunur:
1. ____________________________________________________________________________
2. ____________________________________________________________________________
3. ____________________________________________________________________________
Aktı tərtib etdi:
______________________________________________________________________________
(gömrük orqanı)
______________________________________________________________________________
(gömrük orqanının vəzifəli
şəxsinin soyadı, adı, atasının adı)
Qeyd:
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
|
Əlavə ¹ 2
Mallardan götürülmüş nümunələrin
təminatını təchiz edən etiket Forması
Nümunə ¹ _____________
______________________________________________________________________________
(gömrük orqanının adı)
______________________________________________________________________________
(mal nümunələrinin növü
və adı)
İmzalar:
______________________________________________________________________________
(müəssisə, təşkilat, vətəndaş)
______________________________________________________________________________
Hal şahidləri:
1. ____________________________________________________________________________
2. ____________________________________________________________________________
Mütəxəssislər:
1. ____________________________________________________________________________
2. ____________________________________________________________________________
3. ____________________________________________________________________________
İnspektor:
______________________________________________________________________________
|
M.Y. |
«____»__________________
200_____ il |
Qeyd: |
Tərtib
olunmuş etiket saylı möhür, ya da gömrük orqanlarından «zərflər
üçün» ştampı ilə mətnin üzərinə vurularaq təsdiq olunur.
Bu forma nümunələrin götürülməsi və gömrük nəzarətinin aparılması
zamanı tətbiq olunur. |
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin
10 avqust 1999-cu il tarixli, 052 saylı əmri ilə
təsdiq olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi laboratoriyalarında gömrük ekspertizalarının təşkili haqqında
Təlimat
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası gömrük,
inzibati, cinayət-prosessual, mülki-prosessual və iqtisadiyyat
məhkəməsi qanunvericiliyi tələblərinə müvafiq olaraq Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi laboratoriyasında
və təşkil olunacaq laboratoriyalarda gömrük ekspertizasının aparılması
şəraiti və qaydaları bu Təlimatla müəyyən olunur.
1.2. Gömrük ekspertizasının aparılması
prosesində aşağıdakı məsələlərin müəyyən olunmasına icazə verilir:
- Xarici iqtisadi fəaliyyətin Mal Nomenklaturasına
uyğun malın kodunun təyini;
- malın mənşə ölkəsinin təyini;
- malın gömrük dəyərinin təyini;
- malların, o cümlədən emal əməliyyatından sonra,
identifləşdirilməsi (eyniləşdirilməsi);
- malların tərkibinin, fiziki və kimyəvi strukturunun
təyini;
- malların çeşidi, sortu və növünün təyini;
- malların istehsal texnologiyasının təyini;
- malların istehsal olunduğu xammal mənbələrinin
təyini;
- xammalın və digər malların emalı zamanı məhsul
çıxımı normalarının (hasilat miqdarının) təyini;
- malların narkotik, güclü təsirə malik zəhərli,
zəhərləyici maddələr qrupuna mənsubiyyətinin təyini;
- malların ekoloji və istismar təhlükəsizliyinin
təyini;
- malların Azərbaycan Respublikasının və xarici
ölkə xalqlarının bədii, tarixi və arxeoloji varidatına mənsubiyyətinin
təyini;
- xüsusi tədqiqat metodu və bilik tələb edən
digər məsələlərin həlli.
Bununla əlaqədar gömrük laboratoriyaları
aşağıdakı növ gömrük ekspertizaları aparır:
- sinifləşdirmə;
- materialşünaslıq;
- identifləşdirmə (eyniləşdirmə);
- kimyəvi;
- sortlaşdırma və çeşidləmə;
- texnoloji;
- əmtəəşünaslıq;
- incəsənətşünaslıq və s.
1.3. Gömrük laboratoriyalarında
gömrük ekspertizaları gömrük orqanlarının və ya Azərbaycan Respublikasının
digər hüquq-mühafizə orqanlarının qərarı ilə gömrük qaydalarının
pozulması işləri, arbitraj məhkəmələrində mübahisəli məsələlərin
həlli, cinayət və mülki işlər üzrə, habelə Azərbaycan Respublikası
gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsi və gömrük
nəzarəti zamanı, həmçinin digər dövlət orqanlarının, müəssisə,
təşkilat, sahibkar və vətəndaşların müraciəti ilə əlaqədar aparıla
bilər.
1.4. Azərbaycan Respublikası gömrük
orqanlarının tapşırığı ilə aparılan ekspertizalar pulsuz, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ayrılan vəsait
hesabına həyata keçirilir. Digər hüquq-mühafizə orqanlarının qərarına,
dövlət orqanlarının, müəssisə, təşkilat, sahibkar və vətəndaşların
müraciətlərinə əsasən aparılan gömrük ekspertizasının haqqı həmin
şəxslər tərəfindən ödənilir.
1.5. Gömrük ekspertizaları gömrük
ekspertizası sahəsində müvafiq hazırlıq keçmiş və attestasiya
nəticələrinə görə gömrük ekspertizası aparmağa səlahiyyəti olan
ali və ya orta ixtisas təhsilli laboratoriya əməkdaşları (ekspertləri)
tərəfindən aparıla bilər.
Attestasiya qaydaları və intizam
məsuliyyəti laboratoriya əməkdaşlarının attestasiyası haqqında
Təlimatla müəyyən olunur.
Mütəxəssislərin seçilməsi, onların
tərkibinin təsdiqi və fəaliyyət qaydası Mərkəzi laboratoriya rəisi
tərəfindən həyata keçirilir.
Mərkəzi laboratoriyanın rəisi
öz peşə yönümünə müvafiq olaraq ekspert kimi çıxış edə bilər.
Gömrük laboratoriyalarında gömrük
ekspertizalarını laboratoriyanın ştat üzrə əməkdaşları olmayan
mütəxəssisləri də apara bilər.
Belə mütəxəssislərin seçilməsi,
say tərkibinin təsdiqi və onların fəaliyyəti Mərkəzi laboratoriya
rəisi tərəfindən həyata keçirilir.
Ştatdan kənar əməkdaşların ekspert
kimi fəaliyyəti bu Əsasnamə ilə müəyyən olunur.
Belə mütəxəssislər laboratoriyanın
ştatlı əməkdaşları kimi analoji ekspertizaların aparılması zamanı
ekspert kimi öhdəliyini yerinə yetirmələrinə görə mükafatlandırma
və ekspertizanın aparılması üçün tələb olunan xərcləri həmin qayda
və həmin miqdarda alma hüququna malikdir.
1.6. Gömrük ekspertizaları, bir
qayda olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi laboratoriyalarında
aparılır.
Bəzi hallarda laboratoriya və
digər orqanların icazəsi ilə gömrük ekspertizaları başqa orqanların
bu tipli laboratoriyalarında aparıla bilər.
Malların ayrılıqda tədqiqatı sahəsində
lazımi rəy almaq üçün Mərkəzi laboratoriya (onun struktur vahidinin)
rəhbərliyinin icazəsi ilə laboratoriyanın ekspertləri həmin tədqiqatları
digər ekspertiza, sahə və elmi müəssisə laboratoriyalarında apara
bilər.
1.7. Ekspertizanın aparılması
qaydasını pozan, ekspert öhdəliklərinə məsuliyyətsiz yanaşan və
cinayət məsuliyyətinə cəlbolunmayan gömrük laboratoriyası əməkdaşları
intizam məsuliyyətinə cəlb oluna bilərlər.
1.8. Gömrük ekspertizasının əsas
obyekti gömrük sərhədindən keçirilən mallar, habelə bu mallar
haqqında gömrük və digər sənədlərdə olan məlumatlardır.
Ekspert tədqiqatları prosesində
başlanğıc material kimi gömrük qaydalarının pozulmasında şübhəli
olan və bu qaydanı pozan şəxslərin və şahidlərin izahat və göstərişlərindən,
cinayət işləri üzrə şübhəli və müqəssir olanların məlumatlarından
və bu iş üzrə digər materiallardan, sənədlərin təftiş aktlarındakı
faktlardan, habelə mütəxəssis-ekspertlərin rəylərindən istifadə
etmək olar.
1.9. Mərkəzi laboratoriya, bir
qayda olaraq, mürəkkəb gömrük ekspertizaları, habelə Azərbaycan
Respublikası gömrük və digər hüquq-mühafizə orqanlarının vəzifəli
şəxslərinin digər laboratoriyalarının ekspertlərinin verdiyi rəyin
düzgünlüyünə və əsaslandırılmasına şübhəsi olduqda təkrar ekspertizaları
aparır.
1.10. Gömrük Komitəsinin bölgə
laboratoriyaları onlar tərəfindən aparılan ekspertizaların uçotunu
aparır və Mərkəzi laboratoriyaya aylıq və illik hesabat verir.
2. Ekspertlərin hüquq və vəzifələri
2.1. Gömrük ekspertizasını aparan
ekspertlərin hüquq, vəzifə və məsuliyyəti, habelə rəy vermədən
boyun qaçırma, imtina meyli, ya da bilərəkdən yanlış rəy vermə
halı müşahidə olunan zaman onların cinayət məsuliyyəti haqqında
xəbərdarlıq qaydaları Azərbaycan Respublikasının qanunları ilə
müəyyən olunur.
2.2. Ekspertin vəzifələri:
- Azərbaycan Respublikası gömrük, inzibati, cinayət-prosessual,
mülki-prosessual və iqtisad məhkəməsi qanunlarının tələblərinə
müvafiq olaraq öz xüsusi bilik dairəsindən istifadə etməklə
qoyulmuş məsələyə dair ekspert tədqiqatı nəticələrinə görə tam,
hərtərəfli və obyektiv rəy vermək (o, verdiyi rəyə görə şəxsi
məsuliyyət daşıyır);
- əlavə məlumat tələb olunmadan qoyulmuş sualların
müəyyən hissəsinə cavab vermək və həlli mümkün olmayan sualların
səbəbləri haqqında rəydə məlumat verməklə ekspertizaya təqdim
olunan malların, nümunələrin və digər materialların tədqiqini
aparmaq;
- gömrük qaydalarının pozulmasına dair işə baxan
və ya təhqiqat aparan şəxsin verilmiş rəyin izah olunmasında
və ya ona əlavələr edilməsinə dair sorğusunda iştirak etmək;
- qanunvericilikdə nəzərdə tutulmuş əsas olduqda
bu cür iştirakı özbaşına rədd etmək;
- ekspertizanı təyin etmiş şəxsin icazəsi olmadan
gömrük qaydalarının pozulmasına və ya ilkin təhqiqat işlərinə
dair məlumatları yaymaq;
- tədqiqat üçün alınmış materialların qorunmasını
təmin etmək;
- xüsusi ekspert təfəkkürünün istifadəsinə dair
lazımi məlumatlar olduqda ekspertizanı təyin edən şəxsin tapşırığı
və ya öz şəxsi təşəbbüsü ilə gömrük qaydalarının pozulmasına
aid işlərin yekunlaşdırılması üçün şərait yaratmaq;
- tədqiqat işləri aparan zaman texniki təhlükəsizlik
qaydalarına riayət etmək.
2.3. Ekspertin hüquqları:
- Gömrük ekspertizası əşyalarına aid olan materiallarla
tanış olmaq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
digər orqanlarından ekspertizanı aparmaq üçün lazım olan normativ
sənədləri tələb etmək;
- ekspertizanı təyin edən şəxsdən lazımi rəy
vermək məqsədi ilə əlavə material, nümunə və mal çeşidlərini
tələb etmək;
- gömrük qaydalarının pozulmasına dair işə baxan
və ya təhqiqat aparan şəxsin icazəsi ilə sorğu və istintaqın
aparılmasında iştirak etmək, gömrük ekspertizasının aparılmasına
aid olan əşyalar barədə suallar vermək;
- iş üçün əhəmiyyətli olan, lakin onun öyrənilməsi
üzrə ekspertiza təyinatında sual qoyulmayan şəraiti rəydə göstərmək;
- gömrük ekspertizasının predmetinə münasibətdə
lazımi şəraiti tədqiq etmək məqsədi ilə müvəqqəti olaraq məhkəmə
iclasında iştirak etməmək üçün özünün məhkəmə prosesində iştirak
müddətinin azaldılması xahişi ilə məhkəməyə müraciət etmək;
- əgər ekspertin hüquqları və ya qanuni maraqları
cinayət işləri üzrə təhqiqat aparan şəxs tərəfindən gömrük qaydalarının
pozulması haqqında işə baxış və təhqiqat momentində pozularsa,
qanuni şəkildə həmin şəxsin hərəkət və ya qərarına qarşı şikayət
etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq xidməti iş zamanı öz öhdəliklərini yerinə yetirməsinə
görə ekspert mükafatlanma hüququna malikdir.
2.4. Ekspertin aşağıdakılara hüququ
yoxdur:
- laboratoriya rəhbərliyinin (struktur bölmənin)
yazılı göstərişi olmadan ekspertiza tədqiqatına qəbul;
- ekspertizanın təyinatına dair göstəriş (qərar,
təyinat) olmadan və tədqiqat obyektləri olmayan iş materiallarını,
nümunə və çeşidləri, malları tədqiq etmək;
- qanuni şəkildə müəyyən olunmuş qaydada ona
təqdim olunmamış məlumatları sərbəst toplamaq və həmin məlumatlardan
istifadə etmək;
- şəxsin hərəkətlərinin hüquqi qiymətləndirilməsinə
dair məsələləri, habelə onun səlahiyyətlərinə aid olmayan digər
məsələləri həll etmək;
- özü xidmətdə olmuş müəssisələrin, təşkilatların,
idarələrin sənədlərinin təhqiqi ilə əlaqədar onun işində ekspert
kimi iştirak etmək, təftiş aparmaq, mallardan nümunə və ya prob
götürmək, ekspertiza aparmaq, inventarlaşmada iştirak etmək
(laboratoriya əməkdaşlarının bir mütəxəssis kimi cinayət işi
ilə əlaqədar hərəkətlərin tədqiqində və ya gömrük qaydalarının
pozulması üzrə işlərdə, habelə mallardan nümunə və ya prob götürülməsində
bir mütəxəssis kimi iştirak etmək);
- ona həvalə olunmuş ekspertizaların aparılmasına
digər şəxsləri cəlb etmək;
- bu Təlimatın 1.6 bəndində göstərilmiş hallar
müstəsna olmaqla, ekspertizası aparılan malları, nümunə və ya
probları, sənədləri, digər materialları xidməti iş yerində saxlamaq.
3. Gömrük ekspertizasının aparılma qaydaları
3.1. Gömrük ekspertizası yalnız
onu təyin edən şəxsin təqdimatına əsasən qanunauyğun surətdə bu
Təlimatın tələblərinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
digər göstərişlərinə müvafiq rəsmiləşdirilməklə lazımi materiallar
əsasında aparıla bilər.
3.2. Ekspertizaya aşağıdakılar
təqdim olunmalıdır:
- ekspertizanın təyinatına dair qərar (tapşırıq,
təyinat) (çox obyektli və çox epizodlu işlərin ekspertizası
ayrı-ayrı obyekt və epizodlar, mal qrupları, şəxslər və s. üzrə
təyin edilə bilər);
- mal, nümunə və ya prob və sənədlər (ekspertiza
obyektləri);
Lazımi hallarda işə dair aşağıdakı
digər materiallar da göndərilə bilər:
- sənədlərin təftiş aktı;
- sübut üçün işə əlavə olunmuş qeyri-rəsmi sənədlər;
- ekspert rəyləri (ekspertiza nəticələri);
- gömrük ekspertizası predmetinə aid olan və
ona dair məlumatları özündə əks etdirən protokollar və digər
sorğu materialları.
Ekspertizanın təyinatına dair
qərarda (tapşırıq və ya təyinatda) aşağıdakılar göstərilməlidir:
- qərarın (tapşırığın və ya təyinatın) tərtib
olunduğu yer, tarix;
- qərarı (tapşırıq və ya təyinatı) tərtib və
ya təklif edən şəxsin soyadı və vəzifəsi;
- ekspertizanı təyin edən orqanın adı;
- ekspertiza təyin olunmuş gömrük qaydalarının
pozulması haqqında cinayət və ya mülki işin saylı nömrələri;
- gömrük ekspertizanın təyini üçün əsas;
- ekspertizanın aparılması həvalə olunmuş laboratoriyanın
adı (müxtəlif laboratoriyaların ekspertləri və ya digər müəssisələrin
ştatlarında olan iki və ya daha çox ekspertlər tərəfindən ekspertizanın
aparılması təyin olunarsa, bu halda qərar, tapşırıq və ya təyinatda
ekspertlər komissiyasının fəaliyyətinin təşkili hansı ekspert
təşkilatına həvalə olunduğu, ekspert tədqiqatı obyektlərinin
və işə aid digər materialların hansı təşkilata göndərilməsi
göstərilməlidir. Ekspertizaların təyinatına dair qərar (tapşırıq
və ya təyinat) göstərilən halda bu təşkilatların hər birinə
göndərilməlidir);
- ekspertizaya təqdim olunan obyektlər və digər
materiallar qablaşdırılmalı, nömrələnməli və möhürlənməlidir.
Yuxarıda göstərilən materiallar
üzrə əlavə və ya təkrar ekspertizalar təyin olunarsa, əvvəlki
ekspertizaya dair bütün əlavələri ilə birlikdə rəy və ya rəy verməyə
imkan olmadığına dair məlumat, habelə şəxsin sərəncamında olan
əlavə materiallar təqdim olunmalıdır.
3.3. Ekspertizaya təqdim olunmuş
materiallar prosessual qanunvericiliyin və bu Təlimatın tələblərinin
pozulması ilə tərtib olunmuşdursa, laboratoriya və ya onun struktur
bölməsinin rəisi bir gün müddətində ekspertizanı təyin edən şəxsə
və ya gömrük orqanına məlumat verməlidir.
Ekspertizanı təyin edən şəxs çatışmazlıqların
aradan qaldırılması üçün tədbir görməsə, laboratoriya və ya onun
struktur bölməsinin rəisi bir aydan sonra təqdim olunan materialları
qoyulmuş tapşırığı yerinə yetirmədən, ekspertin rəy vermə imkanının
olmaması səbəbinə dair məlumatla birlikdə geri qaytarmaq hüququna
malikdir. Çatışmazlıqları əlavə material olmadan aradan qaldırmaq
mümkün olmadıqda, material həmin çatışmazlıqlar qeyd olunan xidməti
məktubla birlikdə qaytarılır.
3.4. Laboratoriya rəisi ekspertizanı
yüksək elmi-texniki səviyyədə və qanunvericiliyin, ekspert fəaliyyətini
tənzimləyən Təlimat və göstərişin tələblərinə əsasən müəyyən edilmiş
müddətdə aparılması üçün məsuliyyət daşıyır.
Laboratoriya rəisinin ekspertiza
idarəsinin rəhbəri kimi səlahiyyəti gömrük, inzibati, cinayət-prosessual,
mülki-prosessual, iqtisad məhkəməsi qanunvericilikləri, bu Təlimat
və Azərbaycan Respublikası dövlət gömrük komitəsinin müvafiq göstərişləri
ilə müəyyən edilir.
Laboratoriyanın rəisi, müavini,
şöbə və ya bölmə rəisi:
- ekspertiza aparılması üçün laboratoriyaya göndərilən
materialları alır, onun mövcud qanun və təlimatın tələblərinə
cavab verməsini yoxlayır, ekspertin hüquq və vəzifələrini aydınlaşdırmaqla
ekspertiza cinayət və ya mülki iş üzrə təyin olunduqda, rəy
vermədən boyun qaçırmanın və ya yanlış rəy vermənin cinayət
məsuliyyəti haqqında, ekspertiza arbitraj məhkəməsində mübahisəli
məsələlərin həll edilməsi məqsədi ilə təyin olunduqda isə inzibati
məsuliyyət haqqında xəbərdarlıq etməklə, ekspertizanı aparmaq
üçün olan materialı yazılı surətdə bir və ya bir neçə əməkdaşa
verir;
- ekspertizanın aparılması müddətini müəyyən
edir;
- ekspert tərəfindən aparılan tədqiqatın gedişini
və nəticələrini yoxlayır, onlara elmi və metodiki xarakterdə
olan lazımi göstərişlər verir, ekspertizanın keyfiyyətlə aparılmasını
və müddətini nəzarətdə saxlayır;
- ekspertiza başa çatdıqdan sonra aparılan tədqiqatın
tamlığını, ekspert tərəfindən verilən rəyin düzgünlüyünü, metodiki
göstərişlərə riayət olunduğunu və rəyin tərtibinin keyfiyyətini
yoxlayır;
- materialı rəylə birlikdə ekspertizanı təyin
edən şəxsə göndərir.
3.5. Ekspertizanı təyin edən şəxs
ekspertizanı təyin edərkən (ilkin, əlavə və ya təkrar) səhvə yol
verərsə, ekspertizanı aparacaq laboratoriya rəisi ekspertizanı
təyin edən şəxslə razılaşma əsasında qanunauyğun olaraq onu yenidən
ünvanlandırmaq hüququna malikdir.
Ekspertizanı aparmaq üçün laboratoriyanın
imkanı və ya həmin məsələlərin həlli üzrə mütəxəssis olmadıqda
laboratoriya rəisi bu haqda ekspertizanı təyin edən şəxsi xəbərdar
edir, materiallar isə qaytarılır və ya ekspertizanı təyin edən
şəxsin yazılı göstərişinə əsasən başqa laboratoriyaya göndərilir.
3.6. Ekspert laboratoriya rəisinin
yazılı göstərişi əsasında ekspertizanın təyini haqqında qərarı
və ekspertiza üçün təqdim olunan materialları aldıqdan sonra tədqiqata
başlayır.
Ekspertizaya təqdim olunan materiallar
müəyyən edilmiş qaydanı pozmaqla tərtib olunarsa, ekspert mövcud
təlimata uyğun olaraq laboratoriya və ya struktur vahidi rəhbərini
xəbərdar edir.
Ekspertizaya təqdim olunan material
tam olmadıqda ekspert ekspertizanı təyin edən şəxsə materialın
tam olmadığı barədə beş gündən gec olmayaraq yazılı məlumat verməlidir.
3.7. Azərbaycan Respublikası gömrük
orqanları tərəfindən təyin edilən ekspertizanın aparılma dövrü
laboratoriya və ya struktur vahidinin rəisi tərəfindən 20 gün
müddətinə müəyyən edilir. Ekspertizanın müddəti işə dair materiallarla
ilkin tanışlıqdan sonra müəyyən olunur. İlkin tanışlıq 5 gündən
çox olmamalıdır. Ekspertiza 20 gün müddətində başa çatmadıqda
laboratoriya rəisi ekspertizanı təyin edən gömrük orqanını xəbərdar
edir və razılıq əsasında əlavə vaxt müəyyən edir.
Ekspertizanı aparmaq üçün əlavə
materiallar tələb olunduqda ekspertizanın aparılma müddəti həmin
materialların göndərilməsi üçün verilən məlumat əsasında materialların
daxil olduğu gündən və ya həmin materialların göndərilməsi haqqında
rədd cavabı alındığı gündən təyin edilir.
Digər hüquq-mühafizə orqanları
tərəfindən təyin olunan ekspertiza gömrük orqanları tərəfindən
təyin olunan ekspertizanın müddəti azaldılmadan materialların
laboratoriyaya daxil olma ardıcıllığına uyğun olaraq aparılır.
Digər hüquq-mühafizə orqanları
tərəfindən təyin olunan ekspertiza və ekspertiza materialları
ilə ilkin tanışlıq müddəti həmin hüquq-mühafizə orqanı ilə laboratoriya
arasında başqa razılıq olmadıqda gömrük orqanları tərəfindən təyin
olunan ekspertiza müddəti hüdudunda müəyyən edilir.
Digər dövlət orqanlarının, müəssisə
və təşkilatların, vətəndaşların müraciəti ilə təyin olunan ekspertiza
gömrük orqanları və digər hüquq-mühafizə orqanları tərəfindən
təyin olunan ekspertizanın aparılma müddəti azaldılmadan aparılır.
3.8. Ekspert aşağıdakı hallarda
ekspertizanı təyin edən şəxsə qoyulmuş suala görə rəy verə bilməməsi
haqqında məlumat verməlidir:
- rəy vermək üçün təqdim olunan materiallar tam
olmadıqda və bu çatışmazlığı aradan qaldırmaq mümkün olmadıqda;
- rəy verilməsi üçün qoyulmuş suallar laboratoriyanın
imkanlarından kənara çıxdıqda.
3.9. Ekspertin verdiyi rəy kifayət
dərəcədə aydın olmadıqda ekspertizanı təyin edən şəxslər tərəfindən
tədqiqat prosesini və nəticənin məzmununu dəqiqləşdirmək, həmçinin
verilmiş rəyin daha da arqumentləşdirilməsi üçün əlavə ekspertiza
təyin oluna bilər. Bu halda ekspert qarşısında yeni sual və ya
sorğu ilə həll edilməsi lazım olan və ekspert tərəfindən tam həcmdə
həll edilməmiş əvvəl qoyulmuş suallar qoyula bilər.
Təkrar ekspertiza verilmiş rəyin
düzgünlüyünə şübhə olduqda və ya tam əsaslandırılmadıqda təyin
edilə bilər.
Əvvəlki ekspertiza üçün tədqiqat
obyekti olmayan yeni obyektlərin ekspertizası (məsələn, yenidən
götürülmüş nümunə) ümumi qaydalara əsasən yeni ekspertiza kimi
qəbul olunur və əlavə və ya təkrar ekspertiza adlanmır.
3.10. Ekspertiza bir neçə ekspert
tərəfindən aparıldıqda onlar öz aralarında məsləhətləşdikdən sonra
rəy verməlidirlər. Əgər ekspertlər ümumi qərara gələrlərsə, rəy
bütün ekspertlər tərəfindən imzalanır, fikir ayrılığı olduqda
isə hər bir ekspert ayrılıqda rəy verir.
Əgər ekspertizaya material müxtəlif
bilik dairələri hüdudunda hərtərəfli tədqiqat məqsədilə təqdim
olunarsa, aparılan tədqiqatların nəticələrinin birlikdə ümumiləşdirilməsi
və qiymətləndirilməsi ilə ümumi nəticə tərtib etmək üçün kompleks
ekspertiza təşkil olunur (kompleks ekspertizanın aparılma qaydası
Azərbaycan Respublikası məhkəmə-ekspert idarələrində kompleks
ekspertizanın aparılmasının təşkili haqqında idarələrarası təlimatla
tənzimlənir).
3.11. Laboratoriyada komisyon
və kompleks ekspertiza aparılan zaman laboratoriya rəisi ekspert
komissiyasının fəaliyyətinin təşkili və koordinasiyasını təmin
edən aparıcı ekspert təyin edir.
3.12. Aparıcı ekspert (ekspert
komissiyasının rəhbəri) gömrük qaydalarının pozulmasının ekspertizası
ilə məşğul olan digər ekspertlər kimi prosessual hüquq və vəzifələrə
malik olub, işin mahiyyətinə dair sualların həllində heç bir üstünlüyə
malik deyildir.
Aparıcı ekspertin vəzifəsi komisyon
və ya kompleks ekspertizanın qarşısında qoyulan sualların elmi
əsaslandırılmış və tam həlli məqsədi ilə ekspert kollektivinin
bilik və bacarığından səmərəli istifadə olunmasını təşkil etməkdən
ibarətdir.
4. Ekspert rəyi (ekspertiza aktı)
4.1. Ekspertin rəyi üç hissədən
ibarət olmalıdır:
- giriş hissə;
- tədqiqat hissəsi;
- nəticə.
4.2. Rəyin giriş hissəsində aşağıdakılar
göstərilir:
- ekspertizanın adı, onun nömrəsi;
- ekspertizanın əlavə və ya təkrar, komisyon
və ya komleks olması;
- ekspertizanı təyin edən orqanın adı;
- ekspert haqqında məlumat, vəzifəsi, adı, atasının
adı, təhsili, ixtisası (ümumi və ya ekspert), elmi dərəcəsi;
- materialın ekspertizaya daxil olduğu və rəyin
yazıldığı tarix;
- ekspertizanın aparılması üçün əsas (təyinat,
qərar və ya tapşırıq, nə vaxt və kim tərəfindən tərtib olunub);
- ekspertiza üçün təqdim olunan material və digər
tədqiqat obyektlərinin adı, qablaşdırılmanın növü, təminata
alınma vasitəsi və onun rekvizitləri;
- işin xarakteri və rəy verilməsi üçün ilkin
məlumatlar və tələb olunan əlavə materiallar haqqında ekspertin
müraciəti, onun nəticələri;
- ekspertizanın aparılmasında iştirak edən şəxslər
haqqında məlumat (soyadı, adı, atasının adı, prosessual vəziyyəti);
- ekspertizanın aparıldığı yer;
- ekspertin həll etməsi üçün qoyulmuş suallar.
Ekspert tərəfindən qoyulan suallar
ekspertizanın təyin edildiyi qərarda (təyinatda) göstərildiyi
formada olmalıdır və həmin formanın dəyişdirilməsinə icazə verilmir.
Onları dəqiqləşdirmək lazım gəldikdə ekspert ekspertizanı təyin
edən şəxsə müraciət etməli və öz səlahiyyətinə uyğun tapşırığı
necə başa düşdüyünü qeyd etməlidir. Qoyulmuş sualların ekspertin
bilik dairəsindən kənara çıxması və ondan xüsusi bilik və bacarıq
tələb olunması rəydə qeyd olunmalıdır. Ekspert tədqiqatı daha
məqsədəuyğun qaydada aparmaq üçün qoyulmuş sualları yenidən qruplaşdıra
bilər. Əgər sual ekspertin təşəbbüsü ilə qoyularsa, onda bu hal
giriş hissəsində göstərilməlidir.
Təkrar və ya əlavə ekspertiza
aparıldıqda giriş hissədə ilkin ekspertizanın kim tərəfindən və
harada aparılması, ekspertiza nəticələri haqqında verilən rəyin
nömrəsi və tarixi, ekspert qarşısında təkrar ekspertiza üzrə qoyulan
suallar üzrə ilkin ekspertizanın nəticələri, həmçinin təkrar və
ya əlavə ekspertizanın təyini məqsədləri göstərilməklə məlumat
verilir.
Kompleks və ya komisyon ekspertiza
aparıldıqda rəyin giriş hissəsində aparıcı ekspertin soyadı və
ekspertiza üçün hazırlıq mərhələsi göstərilir.
Əgər ekspertiza bir neçə laboratoriya
tərəfindən aparılarsa, rəyin giriş hissəsində bu laboratoriyaların
adı qeyd olunur.
Kompleks ekspertizanın aparılmasında
ümumi sualın həllində xüsusi əhəmiyyətə malik olan ayrıca bir
ekspertiza əsas rol oynadıqda rəyin giriş hissəsində həmin ekspertizanın
nəticələri göstərilir.
4.3. Rəyin tədqiqat hissəsində
tədqiqat prosesi və onun nəticələri, həmçinin müəyyən edilmiş
ekspertizanın elmi izahı verilir.
Ekspert tərəfindən tədqiq edilən
hər bir suala tədqiqat hissəsində ayrıca bir bölmə uyğun gəlməlidir.
Bir-biri ilə əlaqədar iki və daha artıq sualı eyni zamanda tədqiq
etdikdə onların cavabı tədqiqat hissəsində bir bölmədə verilir.
Tədqiqat hissəsində aşağıdakılar
göstərilməlidir:
- ekspertizaya verilən obyektin vəziyyəti;
- xüsusi ixtisasa malik olmayan şəxslərin başa
düşməsi və lazım gəldikdə ekspertiza nəticələrinin düzgünlüyünü
yoxlamaq üçün tədqiqat metodları və üsulları;
- qoyulmuş sualların həlli zamanı nəşr tarixi
və yeri göstərilməklə ekspertin əsaslandığı sorğu-normativ (təlimat,
qərar, əmr) materiallar;
- ilkin məlumat üçün istifadə olunan prosessual
hərəkətlər (sorğu, yoxlama, baxış, təcrübə və s.), həmçinin
nəticələrin əsaslandırılması üçün istifadə olunan digər ekspertiza
nəticələri;
- lazımi izahlarla istifadə olunan əlavələr;
- tədqiqat nəticələrinin xüsusi terminlər də
izah olunmaqla izahlı ekspert qiymətləndirilməsi.
Tədqiqat hissəsində qoyulmuş bir
neçə suala cavab vermək mümkün olmadıqda onun səbəbləri ekspert
tərəfindən göstərilməlidir.
Əlavə ekspertiza aparıldıqda əvvəlki
ekspertiza nəticələrindən istifadə olunması haqqında məlumat göstərilməlidir.
Rəyin tədqiqat hissəsində təkrar
ekspertiza zamanı əvvəlki ekspertiza nəticələrindən kənaraçıxmaların
səbəbləri (tədqiqat metodikasından kənaraçıxmalar, digər sabit
kəmiyyətlərdən istifadə etmək, hesablamada buraxılan səhvlər və
s.) göstərilməlidir.
Bir neçə ekspert tərəfindən aparılan
kompleks ekspertizanın rəyinin tədqiqat hissəsində hər bir ekspertin
soyadı göstərilməklə nəticələr ayrı-ayrı bölmələrdə verilə bilər.
Tədqiqat nəticələrinə görə həmin tədqiqatı aparan ekspertin imzası
ilə aralıq nəticələr verilə bilər. Ekspert komissiyasının yekun
müzakirəsinin ümumiləşmiş və birgə nəticəsi tədqiqat hissəsinin
sintezləşdirici bölməsində qeyd olunur. Burada ümumi nəticənin
əsaslandırılması da göstərilməlidir.
4.4. Rəyin giriş hissəsində qoyulmuş
sualların ardıcıllığına uyğun olaraq ekspertizaların nəticələri
cavab şəklində verilə bilər.
Hər bir qoyulmuş suala mahiyyətinə
uyğun olaraq cavab verilməli və ya hansı səbəbdən həll olunmaması
göstərilməlidir.
Tədqiqat nəticəsində müəyyən edilən,
lakin həll edilməsi ekspert qarşısında qoyulmayan sualların həlli
nəticələri rəyin sonunda qeyd olunmalıdır. Nəticələr dəqiq və
aydın yazılmalı və əlavələrə yol verilməməlidir. Müstəsna hallarda
nəticələr tədqiqat hissəsində verilən nəticələrin izahına əsaslanaraq
geniş verilə bilər.
4.5. Kompleks ekspertiza aparılan
zaman ümumi nəticə (nəticələr) ekspertizanı aparan və ümumi qərara
gələn ekspertlər tərəfindən imzalanır. Əgər ekspertlər ümumi qərara
gələ bilmirlərsə, onda ümumi rəydə ayrılıqda müstəqil nəticələr
tərtib edirlər. Hər bir ekspert komissiyasının digər üzvləri ilə
razılığa gələ bilməməsinin səbəbləri əsaslandırılmalıdır. Sərbəst
nəticələrin şərhi zamanı ekspert komissiyasının digər üzvləri
tərəfindən alınan nəticələrdən əsaslandırılmış şəkildə istifadə
edilə bilər.
4.6. Ekspert tərəfindən müəyyən
edilmiş profilaktik xarakterli tədbirlər rəyin tədqiqat hissəsində,
gömrük qaydalarının pozulmasının aradan qaldırılması haqqında
təkliflər isə onun giriş hissəsində göstərilir.
Rəy ekspertizanı aparan ekspert
tərəfindən imzalanıb laboratoriyanın möhürü ilə təsdiq olunur,
ekspertizanı təyin edən şəxsə və Mərkəzi laboratoriyaya göndərilir.
Komisyon ekspertiza aparıldıqda
rəy mövcud təlimatın 3.12 bəndinin tələblərinə əsasən, kompleks
ekspertiza aparıldıqda isə Azərbaycan Respublikası məhkəmə ekspert
idarələrində kompleks ekspertizalarının aparılmasının təşkili
haqqında təlimatın tələbləri əsasında təsdiq olunur.
4.7. Ekspert tərəfindən qismən
avtomatlaşdırılmış tədqiqat metodlarından, o cümlədən EHM-dən
istifadə olunduqda rəy yuxarıda göstərildiyi kimi tərtib olunaraq
təsdiq edilir və ekspert şəxsi məsuliyyət daşıyır. Rəyin tədqiqat
hissəsində hansı tədqiqat işində EHM və proqram istifadə olunduğu,
proqramın kim tərəfindən tərtib olunduğu və təsdiq olunduğu, hansı
nəticələr alındığı qeyd olunmalıdır.
4.8. Rəydə cədvəl, qrafik və s.
şəkildə əlavələr verilərsə, onlar da ekspert tərəfindən imza edilir
və laboratoriya möhürü ilə təsdiq olunur. Əlavələrdə rəyin nömrəsi
və tarixi göstərilməlidir.
4.9. Rəy və ona əlavə iki nüsxədə
hazırlanmalı, biri ekspertizanı təyin edən şəxsdə, biri isə laboratoriyada
saxlanmalıdır.
Komisyon və ya kompleks ekspertiza
aparıldıqda rəy ekspertizanı təyin edən şəxsə və ekspertizanın
aparılmasında iştirak edən laboratoriyalara göndərilmək üçün lazım
olan nüsxədə hazırlanır.
4.10. Tədqiqat məhkəmə ekspertizasında
aparıldıqda və ya gömrük qaydalarının pozulması işinə gömrük orqanlarında
baxıldıqda rəy bu bölmədə göstərilən qaydalara uyğun olaraq hazırlanır,
müzakirə olunduqdan sonra isə məhkəməyə və ya gömrük qaydalarının
pozulması işinə baxan şəxsə göndərilir.
Əgər tədqiqat məhkəmə ekspertizasında
və ya gömrük qaydalarının pozulması işinə baxan gömrük orqanlarında
eyni suallar üzrə və eyni bir ekspert tərəfindən nəticələr əvvəlki
kimi qalması şərti ilə aparılarsa, rəyi müstəqil olaraq əvvəlki
tədqiqat nəticələrinə əsaslanaraq tərtib edir.
Tədqiqat məhkəmə ekspertizası
və ya gömrük qaydalarının pozulması işinə baxan gömrük orqanlarında
aparılarsa, onda hazırlanmış rəyin surəti ekspertizanın təyini
haqqında qərar və ya təyinatın surəti ilə birlikdə Mərkəzi laboratoriyaya
göndərilir.
4.11. Rəyin tərtib olunmasının
mümkün olmadığı haqqında məlumat üç hissəsindən ibarət olur:
- giriş: mövcud təlimatın 4.1 bəndində göstərilən
məlumatlar qeyd olunur;
- əsas: rəyin verilməməsinin səbəbləri geniş
izah olunur;
- yekun: ekspert qarşısında qoyulan hər bir suala
cavab verməməyin səbəbləri göstərilir.
Rəyin verilməməsi haqqında məlumat
(akt) ekspert tərəfindən imza olunur, laboratoriyanın möhürü ilə
təsdiq edilir, bir nüsxəsi laboratoriya rəisi tərəfindən ekspertizanı
təyin edən orqana göndərilir, bir nüsxəsi isə laboratoriyada saxlanılır.
Əgər bu cür məlumat (akt) gömrük
qaydalarının pozulması işinə gömrük orqanlarında baxılması və
ya məhkəmə araşdırılması mərhələsində tərtib olunarsa, onda rəy
iki nüsxədə tərtib olunur və ekspert tərəfindən imzalanaraq bir
nüsxəsi məhkəməyə, bir nüsxəsi isə laboratoriyaya göndərilir.
4.12. Ekspert tədqiqatının obyekti
olan əşya və sənədlər (nümunə və ya prob, çeşid) qablaşdırılmış
və möhürlənmiş şəkildə ekspertin qeydləri, rəy (akt) və ya rəyin
verilməməsi haqqında məlumatla birlikdə ekspertizanı təyin edən
orqana göndərilir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Mərkəzi Laboratoriyası
© AzerSoft