AzərbaycanRespublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il
13 iyul tarixli 124 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi
barədə
Qərar ¹ 101
Bakı şəhəri, 25 may 2001-ci il
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli 124 nömrəli qərarına aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
- qərara aşağıdakı mətndə yeni 1.7. yarımbəndi
əlavə edilsin:
«1.7. xarici iqtisadi fəaliyyətin
mal nomenklaturasına daxil olan bütün növ avtonəqliyyat vasitələri
istisna olmaqla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya
çəkisi 50 kiloqramdan artıq olmayan mallar.»;
- həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların
siyahısında 38-ci mal qrupunda 1-ci sütunda «3801-3804» mal
mövqelərindən və 2-ci sütunda onların adından sonra müvafiq
olaraq «3808» mal mövqeyi və «İnsektisidlər, rodensitlər,
fungisidlər, herbisidlər, bitkilərin boyartımını tənzimləyən
vasitələr, dezinfeksiyaedici və ona oxşar vasitələr» sözləri
əlavə edilsin, 74-cü mal qrupunda «Mis boruları» sözləri
«Borular və ya borucuqlar üçün mis fitinqlər (məsələn, mufta,
dirsək, flans və s.)» sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
31 yanvar 2005-ci il tarixli, 11 nömrəli qərara
əsasən qüvvədən düşmüşdür («AzerSoft»).
© AzerSoft