Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

1993-cü ildə Azərbaycan Respublikası və MDB-yə daxil olan dövlətlər, Baltikyanı və Gürcüstan respublikaları arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında dövlətlərarası sazişlərin yerinə yetirilməsinin təmin edilməsi ilə əlaqədar gömrük vergi və rüsumlarının tənzimlənməsi tədbirləri haqqında

Qərar № 459

Bakı şəhəri, 25 avqust 1993-cü il

1993-cü ildə ticarət-iqtisadi əməkdaşlıq haqqında Azərbaycan Respublikası və MDB-yə daxil olan dövlətlər, Baltikyanı və Gürcüstan respublikaları arasında hökumətlərarası sazişlər üzrə ən mühüm məhsul növlərinin klirinq və qarşılıqlı əlaqə əsasında göndərilməsinin təmin edilməsi ilə əlaqədar, gömrük vergi və rüsumlarının tənzimlənməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında mülkiyyət formasından asılı olmayaraq, xarici iqtisadi əlaqələr iştirakçısı olan müəssisələr, təşkilatlar, assosiasiyalar, birgə müəssisələr, kooperativlər və sair təşkilatlar tərəfindən MDB-yə daxil olan dövlətlərə, Baltikyanı və Gürcüstan respublikalarına ixrac və idxal edilən yüklərin buraxılması, qüvvədə olan normativ sənədlərə əsasən bütün vergi növləri, gömrük-rüsumları və yığımları ödənməklə yalnız respublika gömrük orqanlarına həvalə edilsin.

2. Azərbaycan Dəmir yolu İdarəsinə, «Azərbaycan Hava yolları» və «Azəravtonəqliyyat» dövlət konsernlərinə, Xəzər Dənizi Gəmiçiliyinə tapşırılsın ki, gömrük orqanlarının icazəsi olmadan müəssisələrin yüklərini respublika ərazisindən kənara göndərilmək üçün yükləməyə və respublikaya gətirilən yükləri boşaltmağa qəbul etməsinlər.

Baş nazir

S. HÜSEyNOV

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb