-Almaniyadan fiziki şəxslər tərəfindən
gətirilən minik avtomobillərinə nə qədər gömrük rüsum və vergiləri
tətbiq edilir
- Azərbaycanla Azad Ticarət haqqında Sazişi olmayan
ölkələrdən (o cümlədən Almaniyadan) fiziki şəxslər tərəfindən gətirilən
avtonəqliyyat vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin
31.05.2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki
şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhəddindən
keçirilməsi Qaydaları"na uyğun olaraq rəsmiləşdirilir. Qaydaların
2.14.3. bəndinə əsasən ölkənin gömrük sərhəddini keçənədək istehsal-buraxılış
tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələrinin hər kub santimetrinə
görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumu, 2.14.4
bəndinə əsasən ölkənin gömrük sərhəddini keçənədək istehsal-buraxılış
tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələri üçün isə mühərrikin
həcminin hər kub santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent
məbləğdə gömrük rüsumu alınır. Eyni zamanda, həmin avtonəqliyyat
vasitələrindən gömrük dəyərinin 0,15% miqdarında gömrük yığımı,
nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə
20 ABŞ dolları həcmində ödənc və nəqliyyat vasitəsinin gömrük dəyəri
və ödənilməli olan gömrük rüsumlarının cəminin 18% həcmində əlavə
dəyər vergisi tutulur.