Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların (işlərin, xidmətlərin) idxalı və ixracı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların idxalı və ixracı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova verilməsi barədə Belarus Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 8 avqust 2001-ci il

¹ 779.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2001-ci il, ¹ 8, maddə 543) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb