Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə
Qərar ¹ 138
Bakı şəhəri, 13 avqust 2001-ci il
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci
il 22 aprel tarixli 91 nömrəli qərarına aşağıdakı mətndə yeni
4.5. yarımbəndi əlavə edilsin:
«4.5. fövqəladə halların qarşısının
alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə
maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə
məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi
bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının
Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi
əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar,
cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri,
ləvazimatlar və materiallar».
2. «Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarına aşağıdakı mətndə
yeni 1.8. yarımbəndi əlavə edilsin:
«1.8.
fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin
aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin
yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə
dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti
üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət
Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi
texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici
məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar».
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (31 avqust 2001-ci il, ¹ 8, maddə
561) («AzerSoft»).
31 yanvar 2005-ci il tarixli, 11 nömrəli
qərara əsasən dəyişikliklərlə («AzerSoft»).
© AzerSoft