|
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır
Qeydiyyat ¹-si 2680
16.04.2001-ci il
Nazir
F.F.MƏMMƏDOV
|
«Razılaşdırılmışdır» Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi
«28» 02 2001-ci il
Nazir
N.N.NƏSRULLAYEV
|
«Təsdiq edilmişdir» Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi
Əmr ¹ 025
«12» aprel 2001-ci il
Sədr
K.F. HEYDƏROV
|
Gömrük Ərazisində Malların Emalı Gömrük Rejimi
haqqında Əsasnamə
1. Ümumi müddəalar
Bu Əsasnamə Gömrük Məcəlləsinin
9-cu fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.
1.1. Rejimin məzmunu
Gömrük ərazisində malların emalı
– ixrac gömrük rejiminə uyğun olaraq emal məhsullarının Azərbaycan
Respublikasının gömrük ərazisi hüdudlarından aparılması şərti
ilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük
rüsumları və vergilər qaytarılmaqla, xarici malların Azərbaycan
Respublikası gömrük ərazisində müəyyən olunmuş qaydada emal üçün
istifadə edilməsindən ibarət gömrük rejimidir.
1.2. Anlayışlar və ifadələr
Bu Əsasnamədə istifadə olunan
əsas anlayışlar aşağıdakı mənalarda işlənilir:
a) emal obyekti – emal üçün
mallar və emala məruz qalacaq istifadə olunan Azərbaycan malları;
b) istehsal prosesi – mal məhsulunun
istehsalı və ya təmiri üçün zəruri olan bütün insan fəaliyyətinin
və əmək vasitələrinin məcmusu;
v) texnoloji proses – istehsal
prosesinin bir hissəsi olub, emal obyektinin dəyişdirilməsi
və sonrakı vəziyyətinin təyin edilməsi üzrə məqsədyönlü təsirlər;
q) Azərbaycan malları – Azərbaycan
Respublikası mənşəli mallar, yaxud Azərbaycan Respublikasının
gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmış mallar;
d) xarici mallar – bu bəndin
«q» yarımbəndində nəzərdə tutulmayan mallar;
e) mal məhsulu – istifadə olunan
istehsal prosesi üzrə ixrac gömrük rejiminə uyğun aparılma məqsədi
üçün emal obyektlərindən (emal üçün mallardan, başlanğıc xammaldan,
materiallardan, yarım fabrikatlardan və Azərbaycan mallarından)
tam istehsal olunmuş mallar;
ə) istehsal tullantıları – mal
məhsullarının istehsalı prosesində əmələ gəlməsi labüd olan
və bəyannaməçi tərəfindən tətbiqini tapmayan (materiallar, maddələr,
məmulatlar və s. ) mallar;
j) qalıqlar – emal üçün Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilmiş, mal məhsulu hazırlanması
üçün istifadə olunmamış və emal üçün mallarla Müstəqil Dövlətlər
Birliyi Xarici İqtisadi Fəaliyyətinin mal nomenklaturası (MDB
XİF MN) üzrə eyni 9 rəqəmli mal mövqeyində təsnif olunan emal
üçün malların qalan hissəsi;
z) istehsal itkiləri – mal məhsulu
istehsalı prosesində əmələ gələn və ya həmişəlik itirilən materiallar,
maddələr və s.;
y) emal məhsulları – emal üçün
gətirilmiş malların və bu prosesdə istifadə olunan Azərbaycan
mallarının emalı nəticəsində alınmış mal məhsulu, istehsal tullantıları
və istehsal itkilərindən ibarət olan mallar;
g) gömrük məqsədləri üçün emal
məhsullarının çıxım miqdarı – rejimi bəyan edən tərəfindən göstərilən
istehsal prosesi üzrə emal üçün malların və istifadə olunan
Azərbaycan mallarının emalı nəticəsində əmələ gələn emal məhsullarının
miqdarı;
k) bəyan edən – emal üçün malları
keçirən, gömrük orqanlarına gömrük ərazisində emal gömrük rejimindən
istifadəyə dair ərizə verən, gömrük ərazisində emala lisenziya
alan və bu rejimin şərtlərinin düzgün və vaxtında yerinə yetirilməsi,
onun başa çatması üçün məsuliyyət daşıyan Azərbaycan şəxsi;
l) emalçı – Azərbaycan Respublikasının
gömrük ərazisində emal obyektlərindən bilavasitə istifadəni
həyata keçirən Azərbaycan şəxsi;
m) qeyri-tarif tənzimlənməsi
tədbirləri – malların və nəqliyyət vasitələrinin Azərbaycan
Respublikasının gömrük ərazisindən keçirilməsinin icazəsi qaydasına
əməl edilməsini təmin edən tədbirlər.
1.3. Gömrük ərazisində emal gömrük
rejimi altında yerləşdirilən xarici mallara, həmçinin ixrac gömrük
rejimi altında yerləşdirilən emal məhsullarına qeyri-tarif tənzimlənməsi
tədbirləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik
aktlarına uyğun olaraq tətbiq edilir.
1.4. Azərbaycan Respublikasına
gətirilməsi qadağan olunan xarici mallar gömrük ərazisində emal
gömrük rejimi altında yerləşdirilə bilməz.
1.5. Eyniləşdirilməsi mümkün olmadığına
görə elektrik, istilik və digər enerji növləri, habelə emal məhsulları
elektrik, istilik və digər enerji növləri olan mallar gömrük ərazisində
emal gömrük rejimi altında yerləşdirilə bilməz.
1.6. Mal məhsulunun ixtiyarı vahidinin
istehsalı üçün hökmən emal məqsədilə gətirilmiş mallar istifadə
olunmalı və onlara əlavə olaraq Azərbaycan mallarından da istifadə
oluna bilər.
1.7. İstehsal tullantıları sərbəst
dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejimləri altında yerləşdirilməlidir.
1.8. Qalıqlar qüvvədə olan gömrük
qanunvericiliyində nəzərdə tutulan gömrük rejimlərinə uyğun gömrük
rəsmiləşdirilməsi və gömrük nəzarətinə məruz qalmalıdır.
1.9. İstehsalat itkiləri – həmişəlik
Azərbaycan Respublikasının ərazisində qalır, gömrük nəzarətinə
məruz qalmaqla onların gömrük rəsmiləşdirilməsi aparılmır.
1.10. Emal Azərbaycan Respublikasının
ətraf təbii mühitin qorunmasına dair qanunvericiliyin tələblərinin
gözlənilməsi şərtilə həyata keçirilməlidir.
1.11. Aksiz markaları və xüsusi
markalarla markalanmış mallar gömrük ərazisində emal gömrük rejimi
altında yerləşdirilə bilməz.
İstisna hal kimi bu cür malların
gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilərkən
aksiz markaları və xüsusi markalar onlardan təkrar istifadəyə
imkan verməmək üçün zədələnməli və zədələnmiş markalar, həmin
markaları vermiş gömrük orqanlarına təhvil verilməlidir.
1.12. Bəyan edən şəxs emal obyektlərinin
emalı qaydasının pozulmasına, gömrük ərazisində emal gömrük rejimi
altında yerləşdirilmiş mallarla qeyri-qanuni əməliyyatlara, gömrük
ödənilməsi də daxil olmaqla, bu gömrük rejiminin şərtlərinə əməl
edilməməsinə görə məsuliyyət daşıyır.
2. Malların emalı üzrə əməliyyatlar
2.1. Malların emalı üzrə əməliyyatlara
aşağıdakılar daxildir:
- emalın özü və emal obyektlərinin işlənməsi.
Bu əməliyyatın fərqləndirici əlaməti
– emal üçün malların və istifadə olunan Azərbaycan mallarının
fərdi xüsusiyyətlərinin itməsi və həmin xüsusiyyətlərin mal məhsullarında
saxlanmasıdır;
- quraşdırma, yığılma (sökülmə) və digər mal
şəklinə gətirilmə də daxil olmaqla mal məhsulunun hazırlanması.
Bu əməliyyatın fərqləndirici əlaməti
– emal üçün malların və Azərbaycan mallarının mal məhsullarında
öz əsas xüsusiyyətlərini saxlamasıdır;
- emal üçün malların bərpası və saz vəziyyətə
gətirilməsi də daxil olmaqla, onların təmiri.
Əməliyyatın fərqləndirici əlaməti
– zədələnmiş və ya aşınmış emal üçün malların bərpası və ya dəyişdirilməsi,
reglamasiya üzrə qüsurların aradan qaldırılmasıdır;
- emal prosesində tam və ya qismən işlənib tükənərək
emal məhsullarının istehsalına kömək edən və ya onu yungülləşdirən
bəzi mallardan istifadə olunması.
Əməliyyatın fərqləndirici əlaməti
– mal məhsulunun istehsalına kömək edən və ya onu yüngülləşdirən,
emal prosesində qismən və ya tamamilə işlənən xarici mallardan
istifadə olunmasıdır. Bu cür mallara – katalizatorlar, flyuslar,
elektrodlar, aşqarlar aid ola bilər.
2.2. Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin 58-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq
malların emalı üzrə əməliyyatlara aşağıdakılar aid edilə bilməz:
- malların qablaşdırılması, çəkilib bükülməsi
və çeşidlənməsi;
- bala alınması, heyvanların, quşların, balıqların,
xərçəngkimilərin və molyuskaların yetişdirilməsi və kökəldilməsi;
- ağaclar və bitkilərin becərilməsi;
- faydalı qazıntıların çıxarılmasi;
- balıq, xərçəngkimilər və molyuskaların tutulması;
- ov;
- göbələklər və bitkilərin yığılması;
- saxlanc müddəti və ya nəql etmə zamanı malların
ilkin vəziyyətdə qalmasının təmin edilməsi;
- malların satışa və daşınma üçün hazırlanması;
- məlumatların, istənilən informasiya daşıyıcılarında
audio və videoyazıların surətlərinin köçürülməsi və çoxaldılması;
- elektrik, istilik və digər enerji növlərinin
alınması;
- texnoloji prosesdə xarici mallardan köməkçi
vasitələr kimi istifadə olunması (məsələn, avadanlıq, dəzgahlar,
qurğular və s. ).
2.3. Aşağıdakı malların bərpası
və saz vəziyyətə gətirilməsi də daxil olmaqla emal, işlənmə, təmir
ilə əlaqədar əməliyyatların özlərinin tətbiqi məhdudlaşdırılır:
- bərpa edilmiş və ya istifadə olunmuş pnevmatik
rezin şinlər (rezin təkər); MDB XİF MN üzrə kodu 4012 olan bütöv
və yarımpnevmatik şinlər, bir-biri ilə dəyişdirilə bilən rezin
şin protektorları və çənbər lentləri;
- MDB XİF MN üzrə kodu 3808 olan inteksidlər,
rodentisidlər, funqisidlər, herbisidlər, cücərməyə qarşı vasitələr
və bitkilərin boy artımı tənzimləyiciləri, pərakəndə satış üçün
formalara və ya qablara doldurumuş və ya hazır preparatlar və
ya məmulatlar şəklində olan (məsələn, kükürdlə işlənmiş lentlər,
fitillər, şamlar, milçəklər üçün yapışqan kağız) dezinfeksiyaedici
və onlara bənzər vasitələr;
- MDB XİF MN üzrə kodları – 2612, 2844, 2845,
8401 olan radioaktiv tullantılar.
Hər bir konkret hal üçün bu cür
əməliyyatların aparılması şərtləri Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası
DGK-si tərəfindən müəyyən edilir.
3. Azərbaycan Respublikasının gömrük ərazisində emal zamanı
Azərbaycan mallarından istifadə olunması
3.1. Emal olunan mallara əlavə
olaraq istehsal prosesində Azərbaycan mallarından da istifadə
oluna bilər.
Bu zaman aşağıdakı mallar daxil
olmaqla mal məhsulu hazırlanması üçün zəruri olan miqdarda Azərbaycan
mallarından istifadəyə icazə verilir: silahlar və hərbi texnika
istehsalı məqsədi ilə də tətbiq oluna bilən mallar; yalnız sülh
məramlı məqsədlə, lakin raket, nüvə, kimyəvi və digər kütləvi
qırğın silahlarının istehsalı zamanı da istifadə oluna bilən materiallar
və texnika («ikiqat tətbiq» malları); ixracı Azərbaycan Respublikasının
beynəlxalq öhdəliklərinə uyğun həyata keçirilən mallar.
3.2. Bu Əsasnamənin 1 saylı Əlavəsində
göstərilən Azərbaycan mallarından istifadə yalnız Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin icazəsi olduqda mümkündür.
4. Mal məhsulunda emal üçün malların eyniləşdirilməsi
4.1. Emal üçün malların mal məhsulu
ilə eyniləşdirilməsi məhz emal üçün malların mal məhsulu əldə
edilməsi məqsədi ilə emal üzrə əməliyyatlara məruz qalması faktının
müəyyən edilməsi üsullarıdır.
4.2. Aşağıdakı eyniləşdirmə üsullarından
istifadə oluna bilər:
- istehsal prosesində gömrük ərazisində emala
lisenziyada göstərilməyən mallardan istifadəyə yol verməmək
məqsədi ilə anbar tikililərinə, müəyyən texnoloji əməliyyatları
yerinə yetirən texnoloji xətt sahələrinə plomblar şəklində gömrük
təminatlarının qoyulması;
- emal üçün başlanğıc mallara və ya Azərbaycan
mallarına bəyan edən, emalçı, yaxud gömrük orqanlarının vəzifəli
şəxsləri tərəfindən möhürlər, ştamplar, rəqəm və ya digər markalanma
işarələrinin vurulması;
- emal üçün malların təsviri;
- emal üçün malların fotoşəklinin çəkilməsi,
həmin malların miqyaslı təsviri;
- emal üçün mallardan əvvəlcə götürülmüş prob,
nümunələrin mal məhsulu ilə tutuşdurulması;
- emal üçün malların markalanmasında zavod nömrələri
şəklində olan (məsələn, mühərriklərin, ban hissələrinin və s.
) işarələrdən istifadə olunması.
Yuxarıda şərh edilən eyniləşdirmə
vasitələrindən istifadə etmək mümkün olmadıqda gömrük orqanları
emal üçün malların mal məhsulunda eyniləşdirilməsinin mümkün üsulunun
təyin edilməsi üzrə ekspert müəssisələrinin və gömrük laboratoriyalarının
rəyinin təqdim edilməsini və ya müstəsna hallarda gömrük orqanlarının
vəzifəli şəxslərinin istehsal prosesində iştirakını tələb etməyə
səlahiyyətlidirlər.
4.3. Əgər emal üzrə əməliyyat
bir və ya bir neçə müxtəlif emalçılar tərəfindən müxtəlif texnoloji
proseslərdən istifadə edilməklə bir neçə mərhələdə aparılarsa,
onda emal üçün başlanğıc malların mal məhsulunda eyniləşdirilməsi,
məqsədləri ilə yuxarıda göstərilən üsullar hər bir mərhələ üçün
ayrıca tətbiq edilə bilər.
4.4. Emal üçün malların mal məhsulunda
eyniləşdirilməsi aşağıdakı hallarda tələb olunmur:
- emalçı fasiləsiz istehsal tsiklinə aid olan
texnoloji prosesdən istifadə etdikdə;
- emalçı Azərbaycan Respublikasının gömrük ərazisində
oxşar və ya eyni mal məhsulunun istehsalını istisna edən unikal
texnoloji prosesdən istifadə etdikdə.
5. Gömrük məqsədləri üçün emal məhsullarının çıxım miqdarının
müəyyən edilməsi
5.1. Emal üçün malların gömrük
ərazisində emalı nəticəsində əmələ gələn emal məhsullarının çıxım
miqdarının təyin edilməsi bəyan edən tərəfindən həyata keçirilir.
5.2. Gömrük məqsədləri ilə emal
məhsullarının çıxım miqdarının müəyyən edilməsi üçün bəyan edən
tərəfindən gömrük orqanına məsarif normnasına və ya emal məhsullarının
çıxım normasına əsaslanan emal məhsullarının miqdarının hesablanması
təqdim olunmalıdır.
Bu zaman məsarif norması mütləq
kəmiyyətdə mal məhsulu vahidinin alınması üçün istehsal prosesində
istifadə olunan emal üçün malların və Azərbaycan mallarının miqdarı
kimi təyin olunur; çıxım normnası – istehsal prosesinə uyğun olaraq
emal üçün malların və Azərbaycan mallarının bir kəmiyyət vahidindən
alınan emal məhsullarının mütləq kəmiyyətdə və ya faiz nisbətində
miqdarı kimi təyin edilir.
Emal məhsullarının çıxım miqdarının
hesablanması üçün emal məhsullarının çıxım normasının və ya məsarif
normasının tətbiqi hesablamanın asanlılığı ilə müəyyən edilir.
5.3. Çıxım normasından istifadə
edildikdə, istehsal prosesində əmələ gələn hər bir emal məhsulunun
çıxım miqdarı emal üçün malın miqdarının həmin emal məhsulunun
çıxım normasına vurulması yolu ilə hesablanır.
Məsarif normasından istifadə edildikdə,
istehsal prosesində əmələ gələn hər bir emal məhsulunun çıxım
miqdarı emal üçün malların miqdarının mal məhsulu vahidinin istehsalı
üçün istifadə olunan malların məsarif normasına bölünməsi yolu
ilə hesablanır.
5.4. Mal məhsulu vahidinə emal
məhsullarının çıxım norması və ya emal üçün istifadə olunan malların
məsarif norması bəyan edən tərəfindən müəyyən edilir. Normalar
həm emal üçün mallar, həm də Azərbaycan malları üçün təyin edilməlidir.
5.5. Çıxım (məsarif) normaları
təyin edilərkən emal prosesində alınan tullantıların və istehsal
itkilərinin miqdarı göstərilməlidir.
5.6. Gömrük orqanı tərəfindən
çıxım (məsarif) normasının müəyyən edilməsi aşağıda göstərilən
qaydada həyata keçirilir:
5.6.1. Emal nəticəsində hazırlanacaq
mal məhsulunun və bu zaman alınan tullantıların, istehsalat
itkilərinin miqdarını təyin etmək məqsədi ilə bəyan edən fəaliyyət
bölgəsi gömrük orqanına emal məhsullarının çıxım normalarının
və ya mal məhsulu vahidinin hazırlanması üçün istehsal prosesində
istifadə olunan emal üçün malların məsarif normalarının hesablanmasını
təqdim etməlidir.
Hesablamanın növü emal məhsullarının
miqdarı uçotunun aparılmasının asanlığından asılı olaraq bəyan
edən tərəfindən müəyyən edilir.
5.6.2. Emal məhsullarının çıxım
normaları təqdim edildikdə emal məhsullarının miqdarı emal üçün
hər bir mal vahidinə əsasən hesablanmalıdır. Çıxım normaları
emal üçün malların kimyəvi tərkibindən və ya emal üçün malların
tərkibinə daxil olan komponentlərdən asılı olduqda, hesablama
malın tərkibinin orta göstəricilərinə əsaslanaraq aparılmalı
və bu orta göstərici hesablamada göstərilməlidir.
5.6.3. Emal üçün malın konkret
partiyası haqqında fəaliyyət bölgəsi gömrük orqanları kimyəvi
və ya digər analiz növlərinin nəticələrini tələb edə bilər.
Emal üçün malın partiyaları üzrə kimyəvi tərkib dəyişərsə, bu
halda fəaliyyət bölgəsi gömrük orqanları hər bir mal partiya
üzrə analizin nəticələri tələb edə bilər.
5.6.4. Çıxım normalarının hesablanması
1-ci cədvəldəki forma üzrə fəaliyyət bölgəsi gömrük orqanlarına
təqdim edilməlidir:
Cədvəl ¹ 1
|
Adı
|
Malın MDB XİF MN üzrə kodu
|
Miqdar 1 ölçü vah./1 ölçü
vahidindən
|
|
1
|
2
|
3
|
|
Emal obyektləri
|
|
|
|
O cümlədən:
|
|
|
|
Emal üçün mallar:
|
|
|
|
Azərbaycan malları:
|
|
|
|
Emal məhsulları
|
|
|
|
O cümlədən:
|
|
|
|
Mal məhsulu:
|
|
|
|
Tullantılar:
|
|
|
|
İstehsal itkiləri:
|
|
|
«Miqdar» qrafasında komponentlər
kimi emal üçün istifadəyə yönəldilmiş emal olunacaq malların və
Azərbaycan mallarının ölçü vahidləri üzrə miqdarı göstərilir.
Emal məhsulları üçün «Miqdar»
qrafasında emal üçün malların və Azərbaycan mallarının bir ölçü
vahidindən emal prosesində alınacaq emal məhsullarının faiz və
ya mütləq kəmiyyətlə miqdarı göstərilir.
Məsarif normaları təqdim edildikdə,
mal məhsulu vahidinin hazırlanması üçün istifadə olunacaq emal
üçün malların və Azərbaycan mallarının miqdarı göstərilməli və
ayrıca olaraq hər bir mal məhsulu vahidi hazırlanarkən alınan
tullantıların və istehsal itkilərinin miqdarı hesablanmalıdır.
Bu zaman emal üçün malların və
Azərbaycan mallarının miqdarı mütləq kəmiyyətdə (məsələn, ədədlə,
metr ilə) və çəki miqdarı göstərilir.
5.6.5. Emal üçün malların və
Azərbaycan mallarının mal məhsulu vahidinin alınması üzrə hesablanması
2-ci cədvəldə göstərilən forma üzrə aparılır:
Cədvəl ¹ 2
|
Emal
obyektlərinin adları
|
MDB XİF MN üzrə kodu
|
Miqdar (m, əd, kq və s.)
|
|
1
|
2
|
3
|
|
Emal üçün mallar
|
|
|
|
O cümlədən:
|
|
|
|
Azərbaycan malları
|
|
|
|
O cümlədən:
|
|
|
5.6.6. Mal məhsulu vahidi istehsal
edilərkən alınan tullantıların və istehsal itkilərinin hesablanması
emal üçün malların və Azərbaycan mallarının istifadəsi nəzərə
alınmaqla aparılır. İstehsal itkilərinin hesablanması müəyyən
edilmiş texnoloji normalar əsasında aparılır. Tullantıların
və istehsal itkilərinin hesablanması müvafiq olaraq 3-cü və
4-cü cədvəllərdə göstərilən forma üzrə aparılır:
Tullantılar
Cədvəl ¹ 3
|
Tullantıların
adı
|
Tullantıların MDB XİF MN
üzrə kodu
|
Tullantıların miqdar
(m, əd, kq və s.)
|
|
1
|
2
|
3
|
| |
|
|
| |
|
|
| |
|
|
İstehsal itkiləri
Cədvəl ¹ 4
|
Malın
adı
|
Malın MDB XİF MN üzrə kodu
|
Miqdar
(ölçü vahidi)
|
|
1
|
2
|
3
|
| |
|
|
| |
|
|
| |
|
|
5.7. Azərbaycan Respublikası DGK-si
tərəfindən çıxım (məsarif) normalarına şübhə olan hallarda məcburi
çıxım normaları və ya məsarif normaları müəyyən edilə bilər.
5.8. Emala lisenziya verən DGK
bəyan edənin təqdim etdiyi çıxım (məsarif) normalarının əsaslandırılmamış
olduğunu güman etməyə əsaslar olduqda, o, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin rəylərini, gömrük laboratoriyalarının
ekspertiza və tədqiqatlarını, həmçinin marağı olmayan Azərbaycan
və xarici elmi-tədqiqat təşkilatlarının, oxşar və ya eyni malları
istehsal edən təşkilatların məlumatlarını nəzərə almaqla gömrük
məqsədləri ilə məcburi çıxım (məsarif) normaları müəyyən edə bilər.
6. Emal müddətlərinin müəyyən edilməsi və uzadılması
6.1. Gömrük ərazisində emal mal
məhsulunun hazırlanması üzrə istehsal prosesinin davam etməsi
nəzərə alınmaqla emala verilən lisenziyada göstərilən müddətlərdə
həyata keçirilir.
6.2. Emal müddəti lisenziyada
göstərilir və lisenziyanın fəaliyyət müddətini xarakterizə edərək
aşağıdakılar üçün zəruri olan müddətlərə aid olunur:
- Azərbaycan Respublikasının gömrük ərazisində
emal üçün malların gömrük rəsmiləşdirilməsi;
- mal məhsulu tam hazırlananadək istehsal prosesində
emal obyektlərinin cəlb olunması və tapılması;
- bütün emal məhsullarının və qalıqların ixrac
gömrük rejiminə uyğun olaraq faktiki aparılması və ya mal məhsulunun
ixrac gömrük rejiminə uyğun olaraq faktiki aparılması, tullantıların
sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməsi,
həmçinin qalıqların ixrac və gömrük ərazisində emal gömrük rejimlərindən
fərqli gömrük rejimləri altında yerləşdirilməsi.
6.3. DGK emal müddətlərinin əsassız
artırılması hallarının qarşısını almaq məqsədi ilə təqdim olunmuş
məlumatları yoxlayır, lisenziyanın fəaliyyət müddətini və bəyan
edilən istehsal prosesindən istifadə olunmaqla bu müddət ərzində
emal edilə bilən malların miqdarını müəyyən edir.
6.4. Azərbaycan Respublikası gömrük
ərazisində malların emalının son müddətləri aşağıdakı kimi müəyyən
edilir:
- Yeni dəniz və çay gəmilərinin inşaasından başqa
istənilən malların son emal müddəti – 12 ay.
- Yeni dəniz və çay gəmilərinin inşaasının son
emal müddəti – 18 ay.
6.5. Malların emal müddətinin
uzadılması aşağıdakı qaydada həyata keçirilir:
6.5.1. Emal müddətinin uzadılması
üçün bəyan edən uzadılmanı zəruri edən səbəbləri və emal üçün
əlavə müddəti göstərməklə DGK-ya müraciət edir.
Müraciət lisenziyanın qüvvədə
olma müddətinin bitməsinə ən azı 10 gün qalmış təqdim edilməlidir.
Müraciətə 10 gündən kec olmayaraq
baxılır.
Zəruri hallarda DGK-si əlavə sənədlər
və məlumatlar (texniki sənədlər, emal müddətlərinin artırılmasının
əsaslandırılmasını və s. ) tələb edə bilər. Bu halda müraciətə
baxılma müddəti bu cür sənədlər və məlumatlar təqdim edildiyi
gündən hesablanır.
Müraciətə baxılmanın ümumi müddəti
iki aydan artıq ola bilməz.
Müraciətin verilmə müddəti gecikdirildikdə
DGK-si onu baxılma üçün qəbul edə bilər.
Bəyan edən tərəfindən DGK-ya emal
müddətlərinin uzadılması barədə xahişlə müraciət edilməsi emala
lisenziyada göstərilən emal müddətini kəsmir və bu müddəti dayandırmır.
6.5.2. Emal müddəti pozulduqda
həmin müddətin uzadılması yalnız bəyan edənin məsuliyyətə cəlb
olunmasına dair qərar qəbul edildikdən və tənbeh verilməsi barədə
gömrük qaydalarının pozulmasına dair iş üzrə qərar icra edildikdən
sonra həyata keçirilir.
6.5.3. DGK-si müraciətə baxdıqdan
sonra ümumi emal müddəti (uzadılma nəzərə alınmaqla) müəyyən
olunmuş son müddətdən artıq olmaması şərti ilə yeni emal müddəti
təyin etməklə yazılı formada emal müddətinin uzadılmasına dair
qərar qəbul edir.
Emal müddətinin uzadılmasına dair
qərar emala lisenziyada dəyişikliklər qeyd edilməklə bəyan edənə
çatdırılır.
6.5.4. Emal müddətinin son müddətdən
artıq uzadılması barədə məsələyə baxılması üçün DGK-ya bəyan
edən tərəfindən emala əlavə vaxtı göstərilməklə əsaslandırılmış
müraciətini, emala lisenziyanın surətini və emal üçün malların
keçirilməsinin və emal məhsullarının aparılmasının gömrük rəsmiləşdirilməsini
həyata keçirmiş gömrük orqanın gömrük ərazisində emal müddətinin
bundan sonra da uzadılmasının məqsədəuyğunluğu barədə müəyyən
olunmuş forma üzrə rəyi (rəyin forması 2 saylı Əlavədə göstərilir)
təqdim edilməlidir.
Müraciət Azərbaycan Respublikası
DGK-ya lisenziyanın qüvvədə olma müddəti qurtaran gündən ən azı
45 gün əvvəl verilməlidir.
Bəyan edənin müraciətinə 30 gündən
gec olmayaraq baxılır.
Zəruri
olduqda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əlavə sənədlər
və məlumatlar tələb edə bilər*
. Bu halda müraciətə baxılma müddəti bu cür sənədlər və məlumatlar
təqdim edildiyi gündən hesablanır. Ümumi baxılma müddəti iki aydan
artıq ola bilməz.
Üzürlü səbəblərdən müraciətin
verilmə müddəti gecikdirildikdə Azərbaycan Respublikası DGK-si
onu baxılma üçün qəbul edə bilər.
Emal müddəti pozulduqda həmin
müddətin uzadılması yalnız bəyan edənin məsuliyyətə cəlb olunmasına
dair qərar qəbul edildikdən və tənbeh verilməsi barədə gömrük
qaydalarının pozulmasına dair qərar icra edildikdən sonra həyata
keçirilir.
Emal müddətinin uzadılması xahişi
ilə müraciətin DGK-ya göndərilməsi malların emalı müddətlərini
dayandırmır.
Bütün hallarda emal müddətlərinin
uzadılmasına dair qərar Azərbaycan respublikası Dövlət Gömrük
Komitəsinin Sədri və onu əvəz edən vəzifəli şəxs tərəfindən qəbul
edilir.
Emal müddətinin uzadılmasına dair
qərar bəyan edənə və müvafiq gömrük orqanına göndərilir.
6.5.5. Emal müddətinin uzadılmasına
dair qərar qəbul edildikdə lisenziyanın bəyan edənə verilən
nüsxəsində və DGK-də qalan nüsxəsində DGK-nın vəzifəli şəxsinin
imzası və möhür ilə təsdiq olunmuş «____» ____________ 20_____
il tarixədək uzadılmışdır – qeydi edilir.
Emal müddətinin uzadılması üçün
əsas olmuş sənədlər və uzadılmaya dair qərar lisenziya üzrə DGK-da
saxlanılan işə tikilir.
Emal üçün malların və mal məhsullarının
gömrük rəsmiləşdirilməsi həmin lisenziyaya uyğun olaraq bir neçə
gömrük orqanında aparılarsa, bəyan edən DGK tərəfindən təsdiq
olunmuş uzadılma barədə qeydi olan lisenziyanın surətlərini lisenziyada
göstərilmiş bütün gömrük orqanlarına göndərməlidir.
7. Emal üçün malların və emal məhsullarının gömrük rəsmiləşdirilməsi
7.1. Emal üçün malların, emal
məhsullarının və qalıqların gömrük rəsmiləşdirilməsi lisenziyanın
qüvvədə olma müddətində və yalnız lisenziyada göstərilən gömrük
orqanlarında həyata keçirilməlidir.
7.2. Emal zamanı istifadə olunan
Azərbaycan malları gömrük rəsmiləşdirilməsindən keçmirlər.
7.3. Emal üçün malların və mal
məhsullarının gömrük rəsmiləşdirilməsi emal üçün lisenziyanı alan
şəxsin fəaliyyat bölgəsindəki gömrük orqanının möhürü ilə təsdiq
edilmiş surəti təqdim edilməklə və yalnız verilmiş lisenziyaya
uyğun olaraq həyata keçirilməlidir.
7.4. Emal üçün malların gömrük
rəsmiləşdirilməsi.
7.4.1. Gömrük ərazisində emal
gömrük rejimi altında yerləşdirilən emal üçün malların gömrük
rəsmiləşdirilməsi aşağıda göstərilən şərtlərin yerinə yetirilməsi
ilə əməliyyatı rəsmiləşdirən gömrük orqanı tərəfindən həyata
keçirilir:
- emal üçün malların gömrük ərazisində emalına
verilmiş lisenziyanın rəsmiləşdirməni həyata keçirən gömrük
orqanı tərəfindən təsdiq olunmuş surətinin olması;
- gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən
olunmuş məbləğlərdə ödənilməsi, həmçinin idxal gömrük rüsumlarının
və vergilərin həmin mallar Azərbaycan Respublikasının gömrük
ərazisində sərbəst dövriyyə üçün buraxıldığı halda ödənilməli
olan məbləğdə ödənilməsi;
- qeyri-tarif tənzimlənməsi tədbirlərinə əməl
edilməsi.
Emal üçün mallar gömrük ərazisində
emal gömrük rejimi altında yerləşdirilərkən gömrük orqanına aşağıdakı
sənədlər təqdim edilməlidir:
- rejimin tələbinə uyğun olaraq doldurulmuş yük
gömrük bəyannaməsi və qüvvədə olan normativ sənədlər əsasında
doldurulması nəzərdə tutulan hallarda isə gömrük dəyəri bəyannaməsi;
- emal üçün mallara aid yükləmə və digər mal
müşayiət sənədləri (malların Azərbaycan Respublikasının gömrük
ərazisindən keçirilməsi və onların emalı üçün əsas verən Sazişlər:
emala dair müqavilə, mallar Azərbaycan şəxsi – bəyan edən emalçı
və ya onların agentləri tərəfindən mülkiyyətə alındıqda alqı-satqı
müqaviləsi və ya tərəflərin niyyətlərini təsdiq edən digər sənədlər,
həmçinin qaimələr, konosamentlər, spesifikasiyalar, hesab-qaimələr,
hesab-proformalar və s. );
- emal üçün malların digər dövlət orqanlarının
nəzarətindən keçirilməsi nəzərdə tutulduqda, həmin dövlət orqanlarının
icazələri;
- bu Əsasnamə ilə nəzərdə tutulan, yaxud ondan
irəli gələn digər sənədlər, həmçinin Azərbaycan Respublikası
gömrük ərazisində malların emalı gömrük rejiminin tətbiqi xüsusiyyətlərini
müəyyən edən digər qanunvericilik aktlarında gömrük rəsmiləşdirilməsinin
icraatı və gömrük nəzarəti keçirilməsi üçün nəzərdə tutulan
sənədlər.
7.4.2. Emal üçün xaricdən gətirilən
bitki və heyvan mənşəli malların gömrük ərazisində emalı gömrük
rejimi altında yerləşdirilməsi zamanı müvafiq dövlət orqanlarının
nəzarəti həyata keçirilir.
7.4.3. Emal üçün malların gömrük
rəsmiləşdirilməsini aparmış gömrük orqanı mütləq qaydada gömrük
rəsmiləşdirilməsi qurtardığı gündən etibarən üç gün müddətində
rəsmiləşdirilmiş yük gömrük bəyannəmələrinin surətlərini DGK-ya
göndərir.
7.5. Emal məhsullarının və qalıqların
gömrük rəsmiləşdirilməsi.
7.5.1. Mal məhsulunun, tullantıların
və qalıqların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası
DGK-nın müvafiq gömrük rejimləri üçün normativ hüquqi aktları
ilə müəyyən edilmiş qaydada və eyni zamanda aşağıdakı şərtlərin
yerinə yetirilməsi ilə həyata keçirilir:
- gömrük ərazisində emal lisenziyasının surətinin
olması və surətdə göstərilənlərin ona (lisenziyada) uyğun
olması;
- gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən
edilmiş məbləğlərdə ödənilməsi, habelə bəyan edilmiş gömrük
rejiminə uyğun olaraq ödənilməsi nəzərdə tutulan idxal gömrük
rüsumlarının, vergilərin ödənilməsi;
- qeyri-tarif tənzimlənməsi tədbirlərinə əməl
edilməsi.
Bu yarımbəndin birinci abzasında
göstərilən mallar bu Əsasnaməyə uyğun gömrük rejimləri altında
yerləşdirilərkən gömrük orqanına aşağıdakı sənədlər təqdim olunur:
- ixrac gömrük rejiminə uyğun olaraq aparılarkən
rejimin tələbinə uyğun nəzərdə tutulmuş qaydada və digər gömrük
rejimləri altında yerləşdirmə zamanı isə həmin gömrük rejimləri
üçün nəzərdə tutulmuş qaydada doldurulmuş yük gömrük bəyannaməsi,
həmçinin qüvvədə olan normativ-hüquqi sənədlər əsasında doldurulması
nəzərdə tutulan hallarda gömrük dəyəri bəyannaməsi;
- Azərbaycan Respublikasının gömrük ərazisindən
ixrac zamanı, emal məhsullarına və qalıqlara aid yük və digər
mal müşayiət sənədləri (emal məhsullarının və qalıqların bəyan
edilmiş rejim altında yerləşdirilməsinə dair Sazişlər: emal
üçün müqavilə, emal məhsulları Azərbaycan şəxsi tərəfindən satıldıqda,
alqı-satqı müqaviləsi və ya tərəflərin niyyətlərini təsdiq edən
digər sənədlər, həmçinin qaimələr, konosamentlər, spesifikasiyalar,
hesab-qaimələr, hesab-proformalar və s. );
- malların digər dövlət orqanlarının nəzarətindən
keçirilməsi nəzərdə tutulduqda, həmin orqanların icazələri;
- bu Əsasnamə ilə nəzərdə tutulmuş və ya ondan
irəli gələn digər sənədlər, həmçinin Azərbaycan Respublikasının
malların gömrük ərazisində emalı gömrük rejiminin tətbiqinin
xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarında
gömrük rəsmiləşdirilməsinin icraatı və gömrük nəzarəti keçirilməsi
üçün nəzərdə tutulan sənədlər.
7.5.2. Mal məhsulunun, tullantıların,
qalıqların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük
orqanı sərhəd gömrük orqanından həmin malların Azərbaycan Respublikasının
hüdudlarından kənara faktiki aparılmasına dair təsdiqedici məlumat
aldıqdan sonra, üç gün ərzində rəsmiləşdirilmiş yük gömrük bəyannamələrinin
surətlərini mütləq qaydada DGK-ya göndərməlidir.
7.5.3. Tullantıların sərbəst
dövriyyə üçün buraxılış və qalıqların digər gömrük rejimlərinə
uyğun olaraq gömrük rəsmiləşdirilməsini aparmış gömrük orqanı
rəsmiləşdirilmədən sonra üç gün ərzində rəsmiləşdirilmiş yük
gömrük bəyannamələrinin, gömrük dəyəri bəyannamələrinin surətlərini
və gömrük dəyərinin təshihi formalarını (əgər onlar doldurulmuşsa)
DGK-ya göndərir.
8. Emal üçün malların və e`mal məhsullarının gömrük
rüsumlarından və vergilərdən azad edilməsi və bu ödənişlərin qaytarılması
8.1. Gömrük ərazisində emal məqsədi
ilə Azərbaycan Respublikasına idxal edilən mallar həmin rejim
altında bəyan olunmaqla, bəyan olunduğu günə qüvvədə olan gömrük
qanunvericiliyinə uyğun olaraq gömrük rüsumları və vergilərinə
cəlb edilir.
8.2. Gömrük ərazisində malların
emalı gömrük rejiminin tələblərinə riayət edilməsi şərtilə, emal
məhsulları və istehsal prosesində əmələ gələn tullantılar, habelə
emal olunmamış mal qalığı ixrac gömrük rejiminə uyğun olaraq malların
Azərbaycan Respublikasının gömrük sərhədindən emal məqsədləri
üçün keçirildiyi gündən etibarən ən geci iki il ərzində aparılarsa,
bu Əsasnamənin 10. 1 bəndinə müvafiq olaraq faktiki alınmış gömrük
rüsumları və vergilərin məbləği emal mallarının və istehsal tullantılarının
kəmiyyətinə ekvivalent məbləğdə geri qaytarılır.
8.3. Gömrük ərazisində emal gömrük
rejimi altında yerləşdirilmiş malların emal olunmamış əmtəəlik
mal qalığı digər gömrük rejimləri altında yerləşdirilərkən, qalıqlara
uyğun miqdarda emal üçün mallar lisenziyanın qüvvədə olduğu müddətdə,
lakin emal üçün malların Azərbaycan Respublikasının gömrük sərhədindən
emal məqsədləri üçün keçirildiyi gündən iki ildən gec olmayaraq
digər gömrük rejimləri altında yerləşdirilərsə, faktiki ödənilmiş
gömük rüsumları və vergilərindən bu qalığa ekvivalent ödəniş məbləği
seçilmiş rejimə uyğun əvəzləşdirilə və ya qaytarıla bilər.
8.4. İdxal gömrük rüsumlarının,
vergilərin faktiki ödənilmiş məbləğinin geri qaytarılması, göstərilən
pul vəsaitləri hesabına daxil olmuş gömrük orqanı tərəfindən həyata
keçirilir.
Bu məbləğlər müraciət edənin və
ya emal üçün malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük tədiyələrini
ödəmiş şəxsin yazılı müraciətinə əsasən qaytarılır.
Əgər gömrük ərazisində emal gömrük
rejimi altında yerləşdirilən emal üçün malların gömrük rəsmiləşdirilməsi
lisenziyanı vermiş gömrük orqanında aparılmamışdırsa, onda pul
vəsaitlərinin qaytarılmasına dair müraciətə gömrük ərazisində
emala lisenziya vermiş gömrük orqanının bu məsələyə dair rəyi
və emal üçün malların rəsmiləşdirildiyi yük gömrük bəyannamələrinin
surətləri əlavə olunduqdan sonra baxılır.
Emala lisenziya vermiş gömrük
orqanının pul vəsaitlərinin qaytarılmasına dair rəyi emal üçün
malların, emal məhsullarının, tullantıların və emal üçün mal qalıqların
gömrük rəsmiləşdirilməsini aparmış gömrük orqanından alınmış yük
gömrük bəyannamələrinin surətləri əsasında tərtib edilir. Rəyin
forması bu Əsasnamənin 3 saylı Əlavəsində verilmişdir və rəyin
doldurulması qaydası aşağıdakı kimi həyata keçirilir:
8.4.1. Gömrük ərazisində emala
lisenziya əsasında pul vəsaitlərinin qaytarılmasına dair rəy
gömrük orqanı maliyyə şöbəsi tərəfindən bəyan edənin yazılı
müraciətinə əsasən verilir.
Gömrük ərazisində emal gömrük
rejimi altında yerləşdirilmiş emal üçün mallar, ixrac gömrük rejiminə
uyğun olaraq aparılmış mal məhsulları, ixrac gömrük rejiminə uyğun
olaraq aparılmış və ya sərbəst dövriyyə üçün buraxılmış tullantılar,
ixrac gömrük rejiminə uyğun olaraq aparılmış və ya sərbəst dövriyyə
üçün buraxılmış qalıqlar üzrə rəsmiləşdirmə aparılmış yük gömrük
bəyannamələrinə əsasən gömrük orqanı maliyyə şöbəsi onlara görə
ödənilmiş gömrük rüsumları, vergiləri qaytarılmalı olan emal üçün
malların miqdarının hesablanmasını aparır.
8.4.2. Rəydə mütləq gömrük ərazisində
emala lisenziyanın verilmə tarixi və nömrəsi, həmçinin onlara
görə pul vəsaitləri qaytarılmalı olan emal üçün mallar barədə
aşağıdakılar göstərilir:
- emal üçün malların və mal məhsullarının gömrük
rəsmiləşdirilməsinə dair yük gömrük bəyannamələrinin nömrələri;
- emal üçün malların adları;
- emal üçün malların MDB XİF MN üzrə kodlarrı;
- onlara görə ödənilmiş idxal gömrük rüsumlarını,
vergiləri qaytarılmalı olan emal üçün malların miqdarı. Emal
üçün malın miqdarı, həmin malın təsnif edildiyi MDB XİF MN
mal mövqeyinə görə əsas ölçü vahidində göstərilir.
Pul vəsaitlərinin qaytarılmasına
dair rəy gömrük orqanının blankında verilir və gömrük orqanı rəisi
tərəfindən imzalanır.
Pul vəsaitlərinin qaytarılmasına
dair verilmiş rəy gömrük ərazisində malların emalına dair işə
tikilir.
8.5. İdxal gömrük rüsumlarının,
vergilərin qaytarılması gömrük orqanları tərəfindən artıq ödənilmiş
və ya tutulmuş gömrük ödənişlərinin qaytarılması qaydalarına uyğun
olaraq həyata keçirilir.
Pul vəsaitlərinin qaytarılmalı
olan məbləği müraciət edənin istəyi ilə gələcək xarici iqtisadi
fəaliyyətində nəzərə alına bilər.
Ödənilmiş dəbbə pulları (cərimələr),
gömrük ödənişlərinin ödənilməsi və ya vaxtının uzadılmasına görə
faizlər geri qaytarılmır.
Qaytarılan məbləğlər indeksləşdirilmir,
onlardan faizlər alınmır.
8.6. Pul vəsaitlərini qaytarmış
və ya həmin vəsaitləri gələcək ödənişlər hesabına daxil etmiş
gömrük orqanı, pul vəsaitlərinin qaytarılmasına dair aktı bildirişlə
birlikdə lisenziyanı vermiş gömrük orqanına göndərir. Emal zamanı
pul vəsaitlərinin qaytarılmasına dair aktın forması bu Əsasnamənin
4 saylı Əlavəsində verilmişdir və onun doldurulması aşağıdakı
qaydada aparılır:
8.6.1. Pul vəsaitlərinin qaytarılmasına
dair Akt bu proseduranı həyata keçirmiş gömrük orqanının maliyyə
şöbəsi tərəfindən doldurulur və pul vəsaitlərinin qaytarılmasına
dair akt DGK-ya göndərilir.
8.6.2. Aktda, onun nömrəsi və
verilmə tarixi mütləq göstərilməlidir. Aktın nömrəsi aşağıdakı
şəkildə olur: XXXXX/NNN, burada XXXXX – gömrük orqanının kodu,
NNN isə aktın sıra nömrəsidir.
Aktda həmçinin pul vəsaitlərinin
qaytarılmasına dair rəyin tarixi, nömrəsi də göstərilir.
Aktda aşağıdakı digər məlumatlar
da göstərilməlidir:
- pul vəsaitləri qaytarılmış şəxsin adı;
- emal üçün malların gömrük ərazisində emal gömrük
rejimi altında yerləşdirilməsinə əsas vermiş emal lisenziyasının
nömrəsi;
- bu akt üzrə pul vəsaitlərinin qaytarıldığı
malların miqdarı;
- pul vəsaitlərinin qaytarıldığı emal üçün malların
gömrük rəsmiləşdirilməsi aparılmış yük gömrük bəyannaməsinin
nömrəsi;
- qaytarılmış pul vəsaitlərinin ümumi məbləği
– Azərbaycan Respublikasının valyutasında rəqəmlərlə və mötərizədə
söz ilə;
- ayrıca olaraq idxal gömrük rüsumunun, aksizin
və əlavə dəyər vergisinin məbləğləri – Azərbaycan Respublikasının
valyutasında rəqəmlərlə və mötərizədə söz ilə.
8.6.3. Pul vəsaitlərinin qaytarılmasına
dair aktda qaytarma növü: pul vəsaitlərinin ödəyicinin hesabına
köçürülməsi, gələcək ödənişlər hesabına daxil edilməsi və hər
bir qaytarma növü üzrə pul vəsaitlərinin məbləğləri göstərilir.
Pul vəsaitlərinin qaytarılmasına
dair Akt qaytarılan gün onu qaytaran gömrük orqanının rəisi və
ya onun müavini tərəfindən imzalanaraq təhvil vermə barədə bildirişlə
DGK-ya göndərilir.
8.6.4.Pul vəsaitlərini qaytarmış
və ya həmin vəsaitləri gələcək ödənişlər hesabına daxil etmiş
gömrük orqanı emal üçün olan malların gömrük ərazisində emal
gömrük rejimi altında yerləşdirilməsinin həyata keçirildiyi
yük gömrük bəyannaməsinin birinci nüsxəsinin «S» və pul vəsaitlərinin
qaytarılmasına dair qrafada qaytarılmış idxal gömrük rüsumlarına,
vergilərinə uyğun emal üçün olan malların miqdarını və qaytarılmış
məbləğini, həmçinin pul vəsaitlərinin qaytarılması haqqında
aktın nömrəsi və tarixini göstərməlidir. Bu qeydlər gömrük orqanının
vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq
edilir.
8.7. İxrac gömrük rejiminə uyğun
olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən aparılan
emal məhsulları və qalıqlar ixrac gömrük rüsumlarından, vergilərindən
azad olunurlar. Bu zaman emal məhsullarına və qalıqlara iqtisadi
siyasət tədbirləri tətbiq olunmur.
9. Mallara və emal məhsullarına gömrük nəzarəti və uçot qaydası
9.1. Emal üçün mallara, istifadə
olunan Azərbaycan mallarına, emal məhsullarına və qalıqlara nəzarət
DGK-si tərəfindən həyata keçirilir. Bu məqsədlə DGK-da hər bir
verilmiş lisenziya üzrə iş (qovluq) açılır və ona aşağıdakılar
tikilir:
- lisenziya verilməsinə dair ərizə və lisenziya
verilməsi üçün əsas olmuş digər sənədlər;
- verilmiş lisenziyanın DGK-da olan nüsxəsi;
- emal üçün malların, emal məhsullarının və qalıqların
gömrük rəsmiləşdirilməsinin aparıldığı yük bəyannamələrinin,
gömrük dəyəri bəyannamələrinin və gömrük dəyərinin təshihi formalarının
surətləri, o cümlədən digər gömrük orqanlarından bu əməliyyata
dair alınmış sənədlər;
- bu lisenziya üzrə pul vəsaitlərinin qaytarılması
haqqında rəylərin surətləri;
- bu lisenziya üzrə emal zamanı pul vəsaitlərinin
qaytarılmasına dair Aktlar;
- verilmiş lisenziyaya aid olan DGK-ya təqdim
edilmiş digər sənədlər;
- verilmiş lisenziyaya dair əmrlərin və gömrük
orqanları tərəfindən verilmiş digər sənədlərin surətləri.
9.2. Emal üçün malların bəyan
edilmiş gömrük rejiminə uyğun istifadə olunmayacağına gömrük nəzarəti
nəticələri üzrə kifayət qədər əsas olduqda, DGK bəyan edənə lisenziyanın
qüvvədə olduğu müddətdə nəzarət üçün lazım olan dövri və ya növbədənkənar
hesabat təqdim edilməsini bir vəzifə olaraq tapşıra bilər. Hesabat
formaları və onun təqdim edilmə müddətləri DGK-si tərəfindən müəyyən
edilir.
9.3. Verilmiş lisenziyaya uyğun
emal əməliyyatlarını həyata keçirən emalçının yerləşdiyi fəaliyyət
bölgəsi gömrük orqanının vəzifəli şəxsi lisenziyanın qüvvədə olduğu
müddət ərzində emal üçün malların emal məqsədi ilə istifadəyə
və lisenziyada göstərilən emal məhsullarının hazırlanmasına gömrük
nəzarətini həyata keçirməyə səlahiyyətlidir.
9.4. Emal üçün mallara, mal məhsullarına
və qalıqlara nəzarət və uçot bəyan edən tərəfindən lisenziyanın
hər bir bitmiş müddəti üzrə təqdim olunan nəzarət və uçot formulyarına,
emal üçün malların, mal məhsullarının və qalıqların rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanından alınmış yük gömrük bəyannamələrinə,
gömrük dəyəri bəyannamələrinə və gömrük dəyərinin təshihi formalarına
əsasən həyata keçirilir.
9.5. Bu məqsədlə bəyan edən lisenziyanın
qüvvədə olma müddəti başa çatan gün və ya onadək DGK-ya nəzarət
və uçot formulyarını təqdim etməlidir. Göstərilən formulyar qüvvədə
olma müddəti başa çatmış lisenziyaya uyğun rəsmiləşdirilmiş emal
üçün mallar və emal məhsullarına dair hesabat məlumatları qeyd
olunmaqla dörd cədvəldən ibarət olmalıdır:
- Cədvəl 1 – Emal üçün mallar;
- Cədvəl 2 – Azərbaycan malları (emal zamanı
faktiki işlədilmiş);
- Cədvəl 3 – Emal məhsullari;
- Cədvəl 4 – Balans (faktiki olaraq emal gömrük
rejimi altında yerləşdirilmiş emal üçün malların gömrük baxımından
hazırlanmış və gömrük rəsmiləşdirilməsi aparılmış emal məhsulları
və qalıqlarına faktiki uyğunluğu).
Nəzarət və uçot formulyarını təşkil
edən cədvəllərin formaları bu əsasnaməyə 5 saylı Əlavədə verilmişdir
və onların doldurulması aşağıdakı qaydada aparılır:
9.5.1. Formulyar yük gömrük
bəyannamələri əsasında doldurulur:
- Formulyarın 1 saylı cədvəlində lisenziyaya
uyğun rəsmiləşdirilən emal üçün bütün mallar göstərilir.
1-ci cədvəlin qrafalarının doldurulma
qaydası:
- qrafa 1 – sıra nömrəsi;
- qrafa 2 – emal üçün malların gömrük rəsmiləşdirilməsinin
həyata keçirildiyi yük gömrük bəyannamələrinin nömrələri.
1-ci cədvəlin 2-ci qrafasına yalnız
YGB-nin «Bəyannamənin tipi» bölməsinin 1-ci qrafasında – «MD51»
və 44-cü qrafasının 5 nömrəsi altında isə formulyarın doldurulduğu
lisenziyanın nömrəsi ilə eyni olan emal lisenziyasının nömrəsi
göstərilən YGB-ləri daxil edilir.
- qrafa 3 – emal üçün malların qısa adı;
- qrafa 4 – malın MDB XİF MN üzrə kodu;
- qrafa 5 – malın miqdarının ölçü vahidi;
- qrafa 6 – emal üçün malların miqdarı;
- qrafa 7 – emal üçün malların gömrük dəyəri;
- 8, 9 və 10 qrafalarda – müvafiq olaraq emal
üçün mallara görə ödənilmiş gömrük rüsumlarının, əlavə dəyər
vergisinin və aksizin yük gömrük bəyannaməsinin 23-cü qrafasında
göstərilən məzənnə üzrə manatla məbləğləri yazılır. Bu gömrük
ödənişlərinin hər hansı biri üzrə ödəniş müəyyən edilməmişsə
və ya qanunvericilik aktları ilə müəyyən edilən güzəştlər verilmişsə,
onda müvafiq qrafada xətt çəkilir.
- Emal üçün malların gömrük rəsmiləşdirilməsinin
həyata keçirildiyi bütün yük gömrük bəyannamələri 1-ci cədvələ
daxil edildikdən sonra mallar MDB XİF MN kodları üzrə yekunlaşdırılır.
Yekun sətirlərində malın MDB XİF MN üzrə kodu, mal miqdarının
ölçü vahidi, XİF MN üzrə eyni kodlu emal üçün malların ümumi
miqdarı və gömrük dəyərinin ümumi məbləği gömrük rüsumlarının,
əlavə dəyər vergisinin və aksizin manatla ödənilmiş məbləğləri
göstərilir.
9.5.2. 2-ci cədvəl lisenziyada
müəyyən olunmuş çıxım (məsarif) normalarına və faktiki olaraq
aparılmış mal məhsulunun miqdarına əsasən istehsal prosesində
istifadə olunmuş Azərbaycan malları üzrə doldurulur.
2-ci cədvəlin qrafalarının doldurulma
qaydası:
- qrafa 1 – sıra nömrəsi;
- qrafa 2 – Azərbaycan malının adı;
- qrafa 3 – Azərbaycan malının MDB XİF MN üzrə
kodu;
- qrafa 4 – mal miqdarının ölçü vahidi;
- qrafa 5 – istifadə olunmuş Azərbaycan malının
miqdarı:
İstifadə olunmuş Azərbaycan malının
miqdarı lisenziya üzrə müəyyən olunmuş çıxım (məsarif) normalarına
və faktiki olaraq aparılmış mal məhsulunun miqdarına görə hesablanır;
9.5.3. 3-A cədvəli mal məhsulları,
3-B cədvəli tullantılar, 3-V cədvəli isə qalıqlar üzrə doldurulmaqla
3-A, 3-B, 3-V cədvəlləri emal məhsulları üzrə doldurulur.
3-A cədvəlinin qrafalarının doldurulma
qaydası:
- qrafa 1 – sıra nömrəsi;
- qrafa 2 – aparılmış mal məhsullarının gömrük
rəsmiləşdirilməsinin həyata keçirildiyi yük gömrük bəyannamələrinin
|