«Tütün və tütün məmulatı haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
«Tütün və tütün məmulatı haqqında»
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikası Nazirlər
Kabineti üç ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Tütün
və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununa
uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- «Tütün və tütün məmulatı haqqında» Azərbaycan
Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş qiymətli
və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramını hazırlasın
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
- həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş
məqsədli kreditlərin verilməsi, qaytarılması və tütün əkinlərinin
(məhsulunun) sığortalanması qaydalarını müəyyən etsin və bu
barədə Azərbaycan Rəspublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş
tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və
keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma
və şərtləri barədə müvafiq normativ hüquqi aktlar qəbul etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
- həmin Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş
tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın
formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş
tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və
karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim
edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
- həmin Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş
tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət
nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində «Tütün və tütün
məmulatı haqqında» Azərbaycan Respublikası Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi iki ay müddətində:
- «Tütün və tütün məmulatı haqqında» Azərbaycan
Respublikası Qanununun 12.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün
məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün qatranının
və karbon monoksidinin miqdarının yuxarı həddini müəyyən etsin
və bu barədə Azerbaycan Respublikasının Prezidentinə məlumat
versin;
- həmin Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş
tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında
xəbərdarlıq yazısının mətnini müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin.
3. Müəyyən edilsin ki:
- «Tütün və tütün məmulatı haqqında» Azərbaycan
Respublikası Qanununun 7.2-ci, 8.3-cü, 9.4-cü, 10.2-ci, 11.5-ci,
12.4-cü və 19.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra
hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 11.1-ci, 11.4-cü, 12.1-ci, 12.2-ci,
12.3-cü, 13.2-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq
icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi həyata keçirir;
- həmin Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
- həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş
«müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi və yerli icra hakimiyyəti orqanları
öz səlahiyyətləri daxilində həyata keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 3 sentyabr 2001-ci il
¹ 573.
«Azərbaycan» qəzetində dərc edilmişdir(9 sentyabr
2001-ci il, ¹ 206).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (30 sentyabr 2001-ci il, ¹ 9, maddə 588) («AzerSoft»).
© AzerSoft