Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır

Qeydiyyat ¹-si 2224

13 dekabr 2000-ci il

Nazir

F. MƏMMƏDOV

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Əmr ¹ 086

02 dekabr 2000-ci il

Sədr

K. HEYDƏROV

«Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi Qaydaları»nın 5-ci maddəsinin 5.1 bəndində əlavə və dəyişikliklər

Qaydaların 5-ci maddəsinin 5.1 bəndi aşağıdakı redaksiyada yazılsın:

«Attestatın əsli bir nüsxədən ibarət olaraq sahibinə verilir, attestatın verilməsini təsdiq edən sənədlər isə Dövlət Gömrük Komitəsində qalır. Əgər attestat yararsız hala düşərsə və ya itirilərsə, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis attestatın dublikatını almaq hüququna malikdir».

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2001-ci il, ¹ 1, səh. 11) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb