Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
Qeydiyyat ¹-si 2692
30. 05.2001-ci il
Nazir
F.MƏMMƏDOV
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 043
23.05.2001-ci il
Sədr
K.HEYDƏROV
|
Azərbaycan Respublikasının beynəlxalq
uçuşlar üçün açıq olan hava limanlarında gömrük nəzarətinin həyata
keçirilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu qaydalar Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin 177-ci maddəsi, gömrük işinə dair digər qanunvericilik
aktları əsasında işlənib hazırlanmışdır və beynəlxalq uçuşlar
həyata keçirən hava gəmilərinə, Azərbaycan Respublikasının gömrük
sərhədindən hava gəmiləri ilə keçirilən mallara, hava gəmiləri
sərnişinlərinin əl yükünə və baqajına (o cümlədən müşayiət olunmayan),
valyuta və valyuta sərvətlərinə, beynəlxalq poçt göstərişlərinə
gömrük nəzarətinin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən bütün mallar, həmin gəmilərin sərnişinlərinin
əl yükləri və baqajı (o cümlədən müşayyiət olunmayan), valyuta
və valyuta sərvətləri, beynəlxalq poçt göndərişləri, eləcə də
Azərbaycan Respublikasının gömrük sərhədindən beynəlxalq uçuşlar
həyata keçirən hava gəmiləri gömrük nəzarətindən keçirilməlidir.
Azərbaycan Respublikası gömrük
orqanlarının vəzifəli şəxsləri gömrük nəzarəti üzrə üzərlərinə
düşən vəzifələri icra edərkən Azərbaycan Respublikasının qanunvericiliyini,
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, bu Qaydaları
rəhbər tuturlar.
1.3. Bu Qaydalarda aşağıdakı anlayışlardan
istifadə edilir:
- baqaj — aviaşirkətin istismarçısı ilə razılaşmaya
görə hava gəmisinin bortunda daşınan sərnişinlərə və ya ekipaja
məxsus əşyalar;
- müşaiyət olunmayan baqaj — digər hava gəmisində
və ya sahibinin olduğu hava gəmisində yük kimi daşınan baqaj;
- beynəlxalq hava limanı — respublikanın ərazisində
beynəlxalq hava daşımaları yerinə yetirən hava gəmilərinin qəbulu
və yola salınması üçün ayırdığı, gömrük, immiqrasiya, sanitar,
karantin (heyvanlar və bitgilər daşınarkən) və analoji proseduralar
həyata keçirilən hava limanı;
- hava gəmisinin dayanacaq yeri — hava gəmisinin
dayanması üçün nəzərdə tuulmuş perronda ayrılmış sahə;
- gediş (uçub getmə) zalı — nəzarət edilən zonanın
gözləmə yeri ilə qeydiyyat yerləri arasındakı məkan;
- gəliş (uçub gəlmə) zalı — nəzarət edilən zonanın
gözləmə yeri ilə qeydiyyat yerləri arasındakı məkan;
- qeydiyyat yeri — qeydiyyat üçün vasitələrin
və avadanlıqların yerləşdiyi yerlər;
- steril zona — girişinə nəzarət edilən sərnişinlərin
istənilən yoxlanma baxış məntəqəsi və hava gəmisi arasındakı
zona;
- nəzarət edilən zona — girişinə nəzarət edilən
hava limanının işçi sahəsi;
- nəzarət edilən zonanın gözləmə yeri — gediş
zalı ilə aerovağzal binasından nəzarət edilən zonaya çıxış arasındakı
ərazi;
- işçi sahə — hava limanının, hava gəmilərinin
uçuşa qalxması, enməsi və yerdə sürülməsi üçün nəzərdə tutulmuş,
manevr etmə və perron (perronlar) sahəsindən ibarət olan hissəsi;
- perron — quruda yerləşən aerodromun sərnişinlərin
mindirilməsi və düşürdülməsi, poçt və ya yükün yüklənməsi və
boşaldılması, yanacaqdoldurma, dayanacaq və texniki xidmət məqsədilə
hava gəmilərinin yerləşdirilməsi üçün nəzərdə tutulan sahə;
- mühafizə edilən məhdud giriş zonası — aviasiya
təhlükəsizliyinin və uçuşlarının təhlükəsizliyinin tə`mini məqsədilə
məhdudlaşdırılan və ya nəzarətində saxlanılan hava limanının
zonaları, binaları və vasitələri;
- yük anbarı, anbar (saxlanc yeri) — hava və
yerüstü daşıma arasındakı mərhələdə yükün keçdiyi və yükün işlənmə
vasitələrinin yerləşdiyi və ya yükün hava və ya yerüstü daşınmayadək
saxlandığı bina;
- baqaj çeşidləmə yeri — reyslər üzrə paylanma
üçün göndərilən (alınan) baqajın çeşidləndiyi yer;
- baqajın saxlanma yeri — hava gəmilərinə göndərilənədək
və hava gəmilərindən alınandan sonra qeydiyyatdan keçmiş müşaiyət
olunan baqajın saxlandığı yer və tə`yinatı üzrə göndərilənədək,
tələb olunanadək və ya göndərilənədək yola salınmış baqajın
saxlandığı yer.
Digər anlayışlar Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının «Gömrük tarifi
haqqında» Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə müəyyən edilir.
2. Gömrük yoxlamasından azad olunan mallar və hava
gəmiləri
2.1. Hərbi və hərbi-nəqliyyat
hava gəmiləri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə
uyğun olaraq həmin müqavilələr ratifikasiya edildikdən sonra gömrük
yoxlamasından azad edilirlər.
2.2. Azərbaycan Respublikası Prezidentinin
və onunla birlikdə gedən ailə üzvlərinin, deputat və xidməti vəzifələrinin
icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhədindən
keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
və Azərbaycan Respublikasının Nazirlər Kabineti üzvlərinin şəxsi
baqajları gömrük yoxlamasından azaddır.
2.3. Xarici dövlətlərin diplomatik
və konsulluq nümayəndəliklərinin əməkdaşlarına gömrük güzəştlərinin
verilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, habelə
beynəlxalq konvensiyalar və müqavilələrlə tənzimlənir.
3. Malların və hava gəmilərinin gömrük nəzarəti
altında olma müddəti
3.1. Aparılma zamanı gömrük nəzarəti
gömrük bəyannaməsi qəbul edildiyi andan başlanır və malların,
hava gəmilərinin sərnişinlərinin əl yüklərinin və baqajının (o
cümlədən müşaiyət olunmayan), valyuta və valyuta sərvətlərinin,
beynəlxalq poçt göndərişlərinin, həmçinin hava gəmilərinin Azərbaycan
Respublikasının gömrük ərazisinin hüdudlarından kərana aparıldığı
anda başa çatır.
3.2.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçənədək yük anbarlarında
(saxlanc yerlərində), baqajın saxlanma yerlərində, gediş (uçub
getmə) və gəliş (uçub gəlmə) zallarında (VIP
və CIP kateqoriyalı
zallar daxil olmaqla), qeydiyyat yerlərində, steril zonalarında,
nəzarət edilən zonanın gözləmə yerlərində, mühafizə edilən məhdud
giriş zonalarında olan mallar, hava gəmilərinin sərnişinlərinin
əl yükləri və baqaj (o cümlədən müşaiyət olunmayan), valyuta və
valyuta sərvətləri, beynəlxalq poçt göndərişləri gömrük nəzarəti
altında olurlar.
3.3. Azərbaycan Respublikasının
gömrük sərhədindən keçənədək hava gəmilərinin dayanacaq yerlərində,
işçi sahələrdə, perronlarda, hava gəmilərinə texniki xidmət zonalarında
olan hava gəmiləri gömrük orqanlarının nəzarəti altında olurlar.
3.4. Gətirilmə zamanı gömrük nəzarəti
mallar, hava gəmilərinin sərnişinlərinin əl yükləri və baqajı
(o cümlədən müşaiyət olunmayan), valyuta və valyuta sərvətləri,
beynəlxalq poçt göndərişləri gömrük nəzarəti altında olunrlar.
3.3. Azərbaycan Respublikasının
gömrük sərhədindən keçənədək hava gəmilərinin dayanacaq yerlərində,
işçi sahələrdə, perronlarda, hava gəmilərinə texniki xidmət zonalarında
olan hava gəmiləri gömrük orqanlarının nəzarəti altında olurlar.
3.4. Gətirilmə zamanı gömrük nəzarəti
mallar, hava gəmilərinin sənişinlərinin əl yükləri və baqajı (o
cümlədən müşaiyət olunmayan), valyuta və valyuta sərvətləri, beynəlxalq
poçt göndərişləri, eləcə də hava gəmiləri Azərbaycan Respublikasının
gömrük sərhədindən keçdiyi andan başlanır və buraxıldığı andan
başa çatır.
3.5. Təkrar gömrük nəzarəti Azərbaycan
Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.
3.6. Azərbaycan Rsepublikasının
gömrük orqanları gömrük ödənişləri ödənilməmiş və ya barələrində
gömrük ödənişləri ilə bağlı gömrük güzəştləri verilmiş malların
stənilən vaxt inventarlaşdırılmasını aparırlar.
4. Gömrük nəzarətinin həyata keçirilməsi
4.1. Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında gömrük nəzarəti gömrük orqanları
tərəfindən aşağıdakı formada həyata keçirilir:
- gömrük məqsədləri üçün zəruri olan sənədlər
və mə`lumatların yoxlanılması;
- gömrük yoxlaması (hava gəmilərinin, malların,
əl yüklərinin və baqajın (o cümlədən müşaiyət olunmayan), valyuta
və valyuta sərvətlərinin, beynəlxalq poçt göndərişlərinin yoxlanması;
- gömrük yoxlanması (hava gəmilərinin, malların,
əl yüklərinin və baqajın (o cümlədən müşaiyft olunmayan), valyuta
və valyuta sərvətlərinin, beynəlxalq poçt göndərişlərinin yoxlanması;
- gömrük nəzarətinin müstəsna forması kimi şəxsi
yoxlama;
- malların və hava nəqliyyatı vasitələrinin uçotu;
- hava gəmilərinin sərnişinlərinin şifahi sorğusu;
- uçot və hesabat sisteminin yoxlanması;
- ərazi və binalara, müvəqqəti saxlanc anbarlarına,
gömrük anbarlarına, sərbəst anbarlara, sərbəst gömrük zonalarına,
rüsumsuz ticarət mağazalarına və digər yerlərə nəzarəti Azərbaycan
Respublikasının gömrük orqanlarına bu yerlərə baxış keçirilməsi
yolu ilə həyata keçirilir.
Zərurət olduqda Azərbaycan Respublikasının
gömrük orqanları gömrük nəzarətinin bütün formalarından istifadə
edə bilərlər.
4.2. Bu qaydaların 3.2. və 3.3.
bəndlərində göstərilən ərazilərdə istehsalat və kommersiya fəaliyyəti
ilə məşğul olan şəxslərin və digər şəxslərin bu ərazilərə daxil
olmasına, çıxmasına, daxildə hərəkətinə, onlar tərəfindən göstərilən
ərazilərə malların, nəqliyyat vasitələrinin gətirilməsinə, ərazilərdən
çıxarılmasına və daxildə hərəkətinə gömrük orqanlarının icazəsi
ilə və lazım olduğu təqdirdə qanunvericiliklə müəyyən olunmuş
qaydada gömrük nəzarətinin formalarının tətbiq edilməsi ilə yol
verilir.
4.3. Hava gəmilərinə, mallara,
əl yüklərinə və baqaja (o cümlədən müşaiyət olunmayan), valyuta
və valyuta sərvətlərinə, beynəlxalq poçt göndərişlərinə, həmçinin
gömrük nəzarətinin müstəsna forması kimi tətbiq edilən şəxsi yoxlama
zamanı Azərbaycan Respublikasının gömrük orqanları insan həyatı
və sağlamlığı üçün, heyvanlar və bitkilər üçün təhlükəsiz olan
mallara, nəqliyyat vasitələrinə zərər vurmayan texniki vasitələr
tətbiq edirlər.
4.4. Malların, hava gəmilərinin
sərnişinlərinin əl yüklərinin və baqajının (o cümlədən müşaiyət
olunmayan), valyuta və valyuta sərvətlərinin, beynəlxalq poçt
göndərişlərinin, habelə hava gəmilərinin yoxlanması, bu məqsədlər
üçün gömrük orqanları tərəfindən müəyyən edilmiş yerlərdə aparılır.
4.5. Gömrük nəzarətindən keçirilməli
olan mallar, hava gəmilərinin sərnişinlərinin əl yükləri və baqajı
(o cümlədən müşaiyət olunmayan), valyuta və valyuta sərvətləri,
beynəlxalq poçt göndərişləri və gömrük nəzarəti altında olan hava
gəmiləri beynəlxalq hava limanlarında gömrük nəzarətini həyata
keçirən gömrük orqanları tərəfindən eyniləşdirə bilər. Eyniləşdirmənin
qaydası Azərbaycan Respublikasının gömrük işi haqqında normativ
hüquqi sənədlərlə müəyyən edilir.
4.6. Gömrük nəzarətinin müstəsna
forması kimi şəxsi yoxlamanın aparılması Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə tənzimlənir.
5. Mallara və hava gəmilərinə gömrük nəzarətinin
hayata keçirilməsi zamanı gömrük orqanları əməkdaşlarının hüquqları
5.1. Azərbaycan Respublikasının
gömrük orqanları əməkdaşlarının, xarici gəmilər və başqa dövlətlərin
ərazisində olan gəmilər istisna olmaqla, Azərbaycan Respublikası
gömrük ərazisini tərk etmiş hava gəmilərini məcburi dayandırmaq
və qaytarmaq hüququna malikdirlər.
5.2. Azərbaycan Respublikası gömrük
orqanlarının vəzifəli şəxsləri beynəlxalq hava limanlarında gömrük
sərhədindən keçirilən mallara gömrük nəzarətini həyata keçirmək
məqsədilə, həmin malları yoxlamaq, o cümlədən bu məqsədlə malların
yerləşdiyi ərazilərə və binalara daxil olmaq hüququna malikdirlər.
5.3.
Bu qaydaların 5.2. bəndində adı çəkilən Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarının ərazilərinə və binalarına hava gəmiləri;
hava gəmilərinin dayanacaq yerləri; qeydiyyat yerləri; gediş (uçub
getmə) və gəliş (uçub gəlmə) zalları (VIP
və CIP kateqoriyalı zallar daxil
olmaqla); steril zonalar; nəzarəti edilən zonalar; nəzarət edilən
zonanın gözləmə yerləri; perronlar; yük anbarları və saxlanc yerləri;
baqaj çeşidləmə yerləri; baqaj saxlama yerləri; mühafizə edilən
məhdud giriş zonaları; hava gəmilərinə texniki xidmət zonaları;
işçi sahələr və s. aiddir.
5.4. Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında nəzarəti həyata keçirən gömrük orqanları
səlahiyyətlərinə aid ayrı-ayrı hərəkətləri yerinə yetirərkən digər
dövlət orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların
xidmətlərindən istifadə edə bilərlər.
5.5. Azərbaycan Respublikası gömrük
orqanının vəzifəli şəxsinin qanuni sərəncamlarının və ya tələblərinin
icrası idarə, müəssisələr və təşkilatlar, dövlət orqanları və
onların vəzifəli şəxsləri və digər işçiləri, habelə fiziki şəxslər
üçün məcburidir.
6. Gömrük nəzarətinin həyata keçirilməsi qaydasının
pozulmasına görə məsuliyyət
6.1. Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında gömrük nəzarəti həyata keçirərkən
Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli
şəxslərinin fəaliyyətinə müdaxilə etməyə görə Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinə uyğun məsuliyyət daşınır.
6.2. Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında gömrük nəzarətini həyata keçirərkən
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinə gömrük
müayinəsi və Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə
tutulmuş digər prosessual hərəkətlərin icrasına mane olma qüvvədə
olan qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olur.
6.3. Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında gömrük nəzarətini hayata keçirərkən
Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri
və digər işçiləri hüquqazidd qərar, hərəkət və hərəkətsizliklərinə
görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi
Aktlarının Bülletenində dərc edilmişdir (2001-ci il, ¹ 5-6, səh.
33) («AzerSoft»).
© AzerSoft