Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinə əlavələr edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinin 5.15-ci bəndinə «təhqiqat» sözündən sonra «ibtidai istintaq» sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu və Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 19 iyun 2001-ci il.

№ 510.

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 408) («AzerSoft»).

6 may 2004-cü il tarixli, 60 nömrəli; 30 iyun 2004-cü il tarixli, 84 nömrəli fərmanlara əsasən əlavələrlə («AzerSoft»).


Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 510 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Strukturu

1. Rəhbərlik:

  • Sədr
  • Sədrin birinci müavini
  • Sədrin müavini
  • Sədrin müavini
  • Sədrin müavini

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatı:

  • Katiblik
  • Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi
  • Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsi
  • Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi
  • Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
  • Kadrlar İdarəsi
  • Daxili Təhqiqatlar İdarəsi
  • İstintaq İdarəsi
  • Xarici Əlaqələr İdarəsi
  • Statistika və İnformasiya Texnologiyaları İdarəsi
  • Tibbi Xidmət İdarəsi
  • Mətbuat xidməti
  • İşlər İdarəsi
  • Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsi
  • Hüquq şöbəsi
  • Analitik şöbə
  • Məxfi şöbə
  • Mühasibat və uçot şöbəsi
  • Gömrük mühafizə xidməti
  • Növbətçi hissə

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları:

  • Naxçıvan Gömrük Komitəsi
  • Bakı Baş Gömrük İdarəsi
  • Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
  • Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsi
  • Enerji gömrükxanası
  • Naxçıvan şəhər gömrükxanası
  • Astara gömrükxanası
  • Balakən gömrükxanası
  • Biləsuvar gömrükxanası
  • Əli-Bayramlı gömrükxanası
  • Yevlax gömrükxanası
  • Gəncə gömrükxanası
  • Sədərək gömrükxanası
  • Sumqayıt gömrükxanası
  • Tovuz gömrükxanası
  • Xaçmaz gömrükxanası
  • Xudafərin gömrükxanası
  • Culfa gömrükxanası
  • Mərkəzi laboratoriya
  • «Azərterminalkompleks» Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik Avtomobil təsərrüfatı
  • Tədris mərkəzi
  • İdman-sağlamlıq mərkəzi

 

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
     2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb