Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu»nun tərəflərinin qəbul etdiyi «Monreal Protokoluna düzəliş»in təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanunundan irəli gələn öhdəliklərin yerinə yetirilməsini tə`min etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, Monreal Protokoluna qoşulmayan dövlətdən (dövlətə) bu Protokolun E qoşmasına daxil edilmiş maddənin (metil bromid) Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından ixracı qadağandır.

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 3 nömrəli əlavəsinin idxal-ixrac bölmələrinə müvafiq olaraq aşağıdakı məzmunda abzas əlavə edilsin:

«ozondağıdıcı maddələr» (Monreal Protokoluna qoşulmayan dövlətlərdən (dövlətlərə) metil bromidin idxalı və ixracı istisna olmaqla) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının Siyahısı»na aşağıdakı məzmunda 80-ci bənd əlavə edilsin:

«80—ozondağıdıcı maddələrin idxalı və ixracı (Monreal Protokoluna qoşulmayan dövlətlərdən (dövlətlərə) metil bromidin idxalı və ixracı istisna olmaqla) Ekologiya və Təbii Sərvətlər Nazirliyi

4. «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının tə`min edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının 3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabineti:

  • bu Fərmanın ikinci bəndində göstərilən fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarını və idxalı və ixracı dövlət tərəfindən tənzimlənən ozondağıdıcı maddələrin siyahısını iki ay müddətində hazırlayıb təsdiq etsin;
  • bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 21 dekabr 2001-ci il

¹ 608

«Azərbaycan» qəzetində dərc edilmişdir (22 dekabr 2001-ci il, ¹ 292).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2001-ci il, ¹ 12, maddə 754) («AzerSoft»).

23 oktyabr 2003-cü il tarixli, 980 nömrəli Fərmana əsasən əlavə və dyişikliklərlə («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb