Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

II. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının təsviri təsdiq edilsin (əlavə olunur).

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 1 iyun 2001-ci il.

¹ 134-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, ¹ 137).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, ¹ 6, maddə 388).


«Azərbaycan Respublikası
Gömrük orqanlarının tanınma nişanı haqqında»
Azərbaycan Respublikasının
1 iyun 2001-ci il tarixli Qanunu ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında
Əsasnamə

1. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı respublika gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası gömrük orqanlarının hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırlatmaq üçündür.

2. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanından gömrük orqanlarının sərəncamında olan avtonəqliyyat vasitələrində, hava gəmilərində, gömrük orqanları əməkdaşlarının xüsusi geyim formalarında, gömrük orqanlarının bütün növ blanklarında və inzibati binalarının girəcəyində, eləcə də digər yerlərdə istifadə olunur.


«Azərbaycan Respublikası
gömrük orqanlarının tanınma nişanı haqqında»
Azərbaycan Respublikasının
1 iyun 2001-ci il tarixli,
134-IIQ saylı Qanunu ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının
Təsviri

Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı kənarları «Rənglərin standart nümunələri atlasının» 9/4 saylı rəng nümunəsinə uyğun tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş səkkizguşəli 5 saylı rəng nümunəsinə uyğun qızılı rəngli ulduz şəklindədir.

Nişanın ortasında elementləri 11/8 və 0/12 saylı rəng nümunəsinə uyğun mavi və boz rəngli olan qalxan, onun arasında elementləri qara və bürünc rəngli olan qılınc təsvir edilmişdir.

Qalxanı əhatə edən ağ rəngli lentdə 9/4 saylı rəng nümunəsinə uyğun tünd yaşıl rəngdə «Azərbaycan Respublikası gömrük xidməti» sözləri əks etdirilmişdir. Ulduzun aşağı hissəsində, sağ və sol istiqamətlərinə yönəldilmiş 9/4 saylı rəng nümunəsinə uyğun yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir. Dəfnə çələnglərinin üstündə ağ rəngli açar şəkli əks etdirilmişdir.

Gömrük orqanlarının inzibati binalarının girəcəyində və eləcə də xüsusi geyim formasında istifadə olunan tanınma nişanının üstündə olan təsvir və yazılar qabarıqdır.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb